Məhkəmə qərarları › İş №2-1(102)-497/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-497/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-497/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəs inə qarşı ona 57 yaşının tamam olduğu yəni, xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1751/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1962-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur.

2. Cavabdeh yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona 57 yaşının tamam olduğu yəni, xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ümumi stajı 46 ildən artıqdır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün İdarəyə müraciət etsə də, onun müraciəti ümumi iş stajı 25 ildən az olması əsas gətirilərək təmin olunmamışdır. Cavabdeh 1984-1985-ci illərdə həbsxanada olarkən əmək fəaliyyəti ilə məşğul olduğu 1 il 7 ay müddəti nəzərə almamışdır.

5. Bundan sonra id diaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona 57 yaşının tamam olduğu yəni, xx.xx.2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

6. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3298/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 57 yaşının tamam olduğu, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun un Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə, xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 3,13 və 67-ci maddələrinə maddələrinə əsaslanaraq iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olduğuna dair nəticəyə gəlmişdir.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiy asının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1751/2020 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Aida Hüseyn və Valeh Ağayev) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə, xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 3,13 və 67-ci maddələrinə maddələrinə əsaslanaraq cavabdehin imtinasını əsassız hesab edərək, iddiaçının oxuduğu və cəza çəkdiyi müd dətləri qüvvədə olan qanunvericilikdə iş stajına daxil edilməsi nəzərdə tutulduğundan həmin müddətləri ümumi iş stajına daxil edilməsi qənaətinə gəlməsi olduğuna dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

11. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yen idən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. (əlavənin 2.4-cü bəndi) Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əs asən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1751/2020 nömrəli nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı vəkilsiz gəldiyi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kas asiya baxışının hədləri

14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanıl malıdır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxla malıdır.

19. İşdə olan İddiaçı məxsus NZ ******* №-li hərbi biletində qeyd edilmişdir ki, iddiaçı xx.xx.1981-ci ildən - xx.xx.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.

20. İşdə olan İddiaçı məxsus V 814252 №-li diplomda qeyd edilmişdir ki, o, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər Bakı şəhəri 2 №-li orta texniki peşə məktəbində təhsil almışdır.

21. İşdə olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2020-ci il tarixli xx/xx-4722-C-22/2 №-li məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək PX-nin Mərkəzi xəstəxanasında saxlanılmış, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə qədər 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, xx.xx.1985-ci il tari xdə Qaradağ rayon xalq məhkəməsinin xx.xx.1986-cı il tarixli qərarı ilə 1 il 11 ay 3 gün müddətinə şərti azad olunmuş və cəzaçəkmə müəssisəsində cəza çəkdiyi dövr ərzində əmək fəaliyyətinə cəlb edilmişdir.

22. İşdə olan 097884 №-li xx.xx.1985-ci il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarına əsasən xx.xx.1985-ci ildən etibarən 1 il 11 ay 3 gün müddətinə əməyə mütləq cəlb etməklə azadlıqdan şərti məhrum edilmişdir.

23. İşdə olan İddiaçı məxsus AT-İİİ ******* №-li əmək kitabçasında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilə qədər 35 №-li Tikinti Trestinin 273 №-li Xüsusi İdarəsində elektrik qaynaqçısı, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə qədər 1 №-li Xüsusi Tikinti Mexanizasiya Trestində elektrik qaynaqçısı vəzifəsin də işləmişdir.

24. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********0 №-li məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması səbəbindən ona pensiya təyin olunmasından imtina edilmişdir.

25. İddiaçıya məxsus xx.xx.1984-cü il tarixdə verilmiş İT-1 seriyalı ******* saylı əmək kitabçasında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1978-xx.xx.1981-ci il tarixlərdə (02 il 10 ay 14 gün) 2 nömrəli texniki peşə məktəbində (diplom B-814252) təhsil almışdır; xx.xx.1981-xx.xx.1981-ci illərdə (02 il 01 ay 08 gün) hərbi xidmət keçmiş (hərbi bilet NZ 4277858); xx.xx.1983-xx. xx.1984-cü illərdə (10 ay 16 gün) “Azərelektromaş” İB-də; xx.xx.1987-xx.xx.1988-ci illərdə (05 ay 27gün) Dövlət Podşipnik zavodunda; xx.xx.1988xx.xx.1992-ci illərdə (03 il 07 ay 17 gün) X1 işləmiş; xx.xx.1992-xx.xx.1992-ci illərdə (05 ay) Azərbaycan SSR Dəmir yolunun Bakı texməktəbində teplovoz maşinisti kursları keçmişdir; xx.xx.1992 hal hazıra kimi X1 işləyir (xx.xx.2006-cı ilə kimi 13 il 06 ay 14 gün) cəmi həmin əmək kitabçasına əsasən 23 il 11 ay 06 gün sığorta stajı vardır.

26. İşdə olan iddiaçıya məxsus digər AT-İİİ ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir ki, o, xx.xx.1986-xx.xx.1986-ci illərdə (08 ay 22 gün) 35 nömrəli Tikinti Trestinin 273 nömrəli Tikinti İdarəsində; xx.xx.1986-xx.xx.1987-ci illərdə (10 ay 04 gün) Xüsusi Tikinti Mexanizasiya Trestin 1 nömrəli Mexanizasiya İdarəsində işləmişdir və bu əmək kitabçasına əsasən 01 il 06 ay 26 gün sığorta stajı vardır.

27. İş materiallarından görünür ki, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil, cəza çəkdiyi müddətində ödənişli əməyə cəlb edildiyi vaxt və hərbi xidmət dövrü də daxil olmaqla mövcuddur. İddiaçının cəza çəkdiyi müddətdə əmək fəaliyyəti ilə məşğul olduğu dövr 01 il 11 ay 03 gün təşkil edir ki, iddiaçının xx.xx.2006-cı ilə kimi 27 il 05 ay 05 gün, yəni 23 il 11 ay 06 gün + 01 il 06 ay 26 gün + 01 il 11 ay 03 gün ümumi sosial sığorta stajı vardır.

28. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşlar ın pensiya təminatı haqqında” qanunun müddəalarının İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilmə si üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. (əlavənin 2.4-cü bəndi) Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.

29. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.

30. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

31. Həmin Maddənin 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 32. xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunu həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 33. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

34. Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmi ş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

35. Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır.

36. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «g» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspira nturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

37. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «k" bəndinə əsasən azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt iş stajına daxil edilir.

38. «Azərbaycan Respublikası Konstitusiyasının 25, 35, 38 və 71-ci maddələri ilə əlaqədar Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarına əsasən məhkumların cəza çəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanmasını nəzərədə tutan Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin beşinci hissəsinin müddəası 1997-ci il fevralın 7-nə qədər azadlıqdan məhrumetmə yerlərindən a zad edilmiş şəxslərə də şamil edilməlidir.

39. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti və cəza çəkdiyi müddətdə əmək fəaliyyəti ilə məşğul olduğu dövr iş stajı hesab olunmasa da, iddiaçının oxuduğu və cəza çəkdiyi müddətdə qüvvədə olan qanunvericilik həmin müddətləri iş stajına daxil etmişdir. Ona görə də hazırda həmin müddətlər ümumi iş stajına daxil edilməlidir.

40. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 41.

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 42.

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

43. İddiaçı məxsus İT-İ ******* №-li əmək kitabçasında qeyd edilmişdi ki, iddiaçı xx.xx.1983-xx.xx.1984-cü illərdə «Azərelektromaş»-da maşinist köməkçisi, xx.xx.1987-xx.xx.1988-ci illərdə 7-ci X3 mexaniki yıcma sahəsinin cilalama-yıcma şöbəsində cilalayıcı, xx.xx.1988- xx.xx.1992-ci illərdə X1 çilingər vəzifəsində işləmiş, xx.xx.1992-xx.xx.1992-ci illərdə teplovoz maşinisti ixtisası üzrə təhsil almış, xx.xx.1992xx.xx.1995-ci illərdə X1 teplovoz maşinist köməkçisi, xx.xx.1995-xx.xx.2002-ci illərdə teplovoz maşinisti, xx.xx.2002- xx.xx.2002-ci illərdə teplovoz maşinist köməkçisi vəzifəsində işləmiş, xx.xx.2002-ci ildən hazırki vaxta qədər teplovoz maşinisti vəzifəsində işləyir.

44. X2 xx.xx.2019-cu il tarixli ***-**-** №-li arayışında qeyd edilmişdir ki, iddiaçının xx.xx.1992-ci ildən hazıra qədər işlədiyi teplovoz maşinisti köməkçisi və elektrovoz maşinisti peşəsində iş stajı 26 il 9 ay 18 gün təşkil edir və bu da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısının 21.4-cü Bölməsinə uyğundur.

45. Apelyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.1992-ci ildən hazırkı ilə qədər işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr sırasına daxil edildiyinə dair nəticəyə gəlsə də, həmin peşənin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıdakı kodunu göstərməmişdir.

46. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərkən iddiaçının xx.xx. 1992-ci ildən hazıra qədər işlədiyi teplovoz maşinisti köməkçisi və elektrovoz maşinisti peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı”nın 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 23001000—14241 saylı koda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısının “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlı 21.4-cü saylı bölümü ndə yer aldığı faktını müəyyən etmişdir.

47. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1992-ci ildən hazıra qədər işlədiyi teplovoz maşinisti köməkçisi və elektrovoz maşinisti peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı”nın 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 23001000—14241 saylı koda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısını n “Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlı 21.4-cü saylı bölümündə yer aldığını və iddiaçının xx.xx.1992-ci ildən hazıra qədər məhz həmin peşədə işləyərək, 26 il 9 ay 18 gün iş stajına malik olduğunu nəzərə alaraq apelyasiya instansiyası məhkəməsinin gəldiyi yekun nəticəni düzgün hesab edir və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur.

48. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nət icəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1751/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar