Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-497/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-497/2022) (Açar sözlər: icarə haqqına görə hesablanmış vergiyə görə vergi orqanının qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gə lirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2-1(103)-1603/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri X13 üzrə Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 24 dekabr 2018-ci il tarixli, **********172480 nömrəli qərarına əsasən İddiaçı MMC-nin 1 mart 2017-ci ildən 31 oktyabr 2018-ci il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi 3 dekabr 2019-cu il tarixli, **********172532 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə 638.028,14 manat məbləğində ƏDV-nin, 426.052,70 manat məbləğində mənfəət vergisinin az hesablandığı, 1600 manat məbləğində ödəmə mənbəyində tutulan verginin artıq hesablandığı müəyyən edilmiş, cəmi 1.064.080,84 manat məbləğində vergilərin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 532.040,43 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməsi təklif edilmişdir.
2. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli, ******** **196626 saylı qərarı ilə yoxlama ilə əhatə olunan dövrdə 638.028,14 manat məbləğində ƏDV-nin, 426.052,70 manat məbləğində mənfəət vergisinin az hesablandığı, 1600 manat məbləğində ödəmə mənbəyində tutulan verginin artıq hesablandığı müəyyən edilmiş, cəmi 1.064.080,84 manat məbləğində vergilərin azaldılmasına görə 532.040,43 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 5 mart tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona cavabdeh tərəfindən qəbul edilmiş 28 yanvar 2020-ci il tarixli, **********196626 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 29 sentyabr 2011-ci il tarixdə qeydiyyatdan keçərək ********** saylı VÖEN almışdır. Müəssisənin əsas fəaliyyəti öz mülkiyyətində olan qeyri-yaşayış binasının hissələrinin müxtəlif ticarət sahələri ilə, biznes və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin icarəsinə verərək gəlir əldə etməkdən ibarətdir. Fəaliyyətini həmin fiziki və hüquqi şəxslərlə aralarında bağlanmış “İcarə Müqavilə”-ləri əsasında həyata keçirirlər. Vergilər Nazirliyinin Bakı Şəhəri X13 üzrə Baş İdarəsinin 24 dekabr 2018-ci il tarixli, **********172480 saylı qərarına əsasən Vergilər Nazirliyinin Bakı Şəhəri X13 üzrə Baş İdarəsinin Səyyar Vergi yoxlamaları İdarəsinin İctimai İaşə və Xidmət Sahələri üzrə Şöbəsinin dövlət vergi m üfəttişi 1-ci dərəcəli müfəttiş X8 tərəfindən “Mədən vergisi” - mart 2017- oktyabr 2018-ci illər, “Torpaq vergisi” - 2018-ci il, “Əmlak vergisi” - 2017-ci il, “Əlavə dəyər vergisi” - mart 2017-oktyabr 2018-ci illər, “Aksiz vergisi” - mart 2017-oktyabr 2018-ci illər, “Sadələşdirilmiş vergi” - 1-ci rüb 2017- 3-cü rüb 2018-ci illər, “Ödəmə mənbəyində tutulan vergi” - 1-ci rüb 2017 - 3-cü rüb 2018-ci illər, ödəmə mənbəyində tutulan vergi üzrə 1-ci rüb 2017-ci- 3-cü rüb 2018-ci illər, “Mənfəət vergisi” - 2017-ci il və “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi” - 2017-ci il üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmişdir. Həmin verg i yoxlamasının nəticəsi olaraq Bakı Şəhəri X13 üzrə Baş İdarəsi tərəfindən 3 dekabr 2019-cu il tarixli “Səyyar vergi yoxlaması Aktı **********172532” tərtib edilmişdir. 28 yanvar 2020-ci il tarixində cavabdeh qeyd edilən “Səyyar vergi yoxlaması aktı”-nın əsasında özünün **********196626 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarını qəbul etmiş, mübahisələndirilən 1.594.521,26 manat həcmində vergi məbləğlərini və onlara hesablanmış maliyyə sanksiyalarını iddiaçının “Şəxsi hesab vərəqəsi”-nə işləmiş və 3 mart 2020-ci il tarixdə 766.006,33 manat həcmində pul vəsaitini sərəncam qoyaraq “YapıKredi Bank Azərbaycan”-da olan hesablaşma hesabdan silmişdir. Həmin Qərar 14 fevral 2020-ci il tarixdə iddiaçıya rəsmi olaraq çatdırılmışdı r. Belə ki, vergi yoxlaması keçirilən zaman iddiaçının fəaliyyəti ilə əlaqədar bütün sənədlər, o cümlədən yoxlama ilə əhatə olunan 2017-ci və 2018-ci maliyyə illəri üzrə fiziki və hüquqi şəxslərlə arasında bağlanmış “İcarə müqavilə”-ləri, bank və kassa sənədləri, gəlirdən çıxılan xərcləri təsdiq edən sənədlər və s. yoxlayıcıya təqdim edildiyi halda cavabdeh vergi orqanı buna əhəmiyyət verməmiş və iddiaçı tərəfindən icarəyə verilmiş icarə obyektlərinin real bazar qiymətlərini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyindən ekspert dəvət etmişdir. Bunun nəticəsi kimi 21 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birlik tərəfindən ekspert rəyi tərtib edilmişdir. “Səyyar vergi yoxlaması aktı”-nın 6-cı səhifəsində qeyd edilir: “Ekspert tərəfindən təqdim edilmiş rəydə qeyd olunan icarə məbləğləri iddiaçı ilə ticarət mərkəzində fəaliyyət göstərən digər vergi ödəyiciləri arasında bağlanmış icarə müqavilələri əsasında müəyyən edilmişdir.” Deməli yoxlayıcıya iddiaçı tərəfindən lazım olan bütün sənədlər təqdim edilmişdir. Müəssisəyə vergilərin səhv hesablanmasına 21 noyabr 2019-cu il tarixli “Ekspert rəyi” səbəb olduğu üçün ilk öncə həmin rəyə münasibət bildirilməlidir. Belə ki, rəyin “Qiymətləndirmənin keyfiyyət şəhadətnaməsi” hissəsində “Rəydə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən daşınmaz əmlaka aid internet səhifələrindən götürülmüş məlumatlar analiz olunmuşdur. Eyni zamanda, ekspert qiymətləndirilən obyektin kriteriyalarına cavab verən obyektlər üzrə zəruri hes ab etdiyi hər cür məlumatı şifahi formada üçüncü şəxslərdən əldə etmişdir.” Rəydə belə göstərilsə də ekspert həmin məlumatları rəyə əlavə etməmişdir. Bunun əksi olaraq rəyin “Müqayisəli yanaşma üzrə icarə haqqının hesablanması” bölməsində qeyd edilir: “Obyekt nə qədər çox unikal olursa, zəruri məlumatın kifayət miqdarda olmaması mümkünlüyü bir o qədər çox olur və bunun nəticəsi kimi müqayisəli yanaşma metodikasından istifadə daha mürəkkəbləşir.” İddiaçı ekspertin bu fikri ilə şərikdir. Belə ki, həqiqətən də iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Ə.Əliyev küçələrinin kəsişməsində yerləşən 7 mərtəbəli əyləncə və ticarət mərkəzinə oxşar həmin ərazidə heç bir obyekt yoxdur. Məhz bu səbəbə görə də orada icarəyə verilmiş obyektlərin yaxınlıqda yerləşən digər icarə obyektl ərinin icarə haqları ilə müqayisə edilməsi mümkün deyildir. Hətta onların əyləncə və ticarət mərkəzində bir mərtəbədə yerləşən obyektlərin icarə haqlarını da müqayisə etmək olmaz. Belə ki, eyni mərtəbədə yerləşən obyektlərin yerləşmə yerləri, ölçüləri və icarəçinin şəxsi keyfiyyətləri icarə haqlarına təsir göstərən faktorlardır. Ekspert öz rəyinə icarə haqlarına dair cədvəl əlavə etmişdir. Heç bir əsas göstərmədən icarə haqlarını artırmışdır. Obyektivliyinə dair görüntü yaratmaq məqsədi ilə yalnız dörd kiçik ölçülü icarə obyektləri üzrə icarə haqlarını icarəçilərlə aralarında bağlanmış “İcarə müqavilə”-lərində olduğundan az göstərmişdir. Bunun nəticəsi olaraq “Ekspert rəyi”- ndə bir ay üzrə ƏDV nəzərə alınmadan 317.403,72 (üç yüz on yeddi min dörd yüz üç.72) manat həcmində icarə haqları ol duğundan artıq göstərilmişdir. Ekspertin gəldiyi bu səhv nəticəyə əsaslanaraq cavabdeh vergi orqanı tərəfindən müəssisəyə külli miqdarda vergilər hesablanmışdır. - Mübahisələndirilən “Səyyar vergi yoxlaması aktı” qanunların tələbləri və işin faktiki halları nəzərə alınmadan qərəzli tərtib edilmişdir və onun əsasında cavabdeh vergi orqanı tərəfindən 28 yanvar 2020-ci il tarixli, **********196626 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qərəzli qəbul edilmişdir. Mənfəət vergisi üzrə: yuxarıda qeyd edilən kimi cavabdeh vergi orqanı 2017-ci il üzrə “Mənfəət vergisi”-ni hesablayarkən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyindən ekspertinin verdiyi 21 noyabr 2019-cu il tarixli “Ekspert rəyi ”-nə istinad etmişdir. Həmin il üzrə iddiaçının gəlirləri 2.572.756,18 manat olduğu halda “Ekspert rəyi”-nə əsaslanaraq cavabdeh vergi orqanı iddiaçının gəlirlərinin 4.381.473,62 manat olduğu qənaətinə gəlmişdir. Bundan sonra, cavabdeh bank köçürmələri və digər rəsmi sənədlərlə təsdiq edilən hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərinin 2.521.466,18 manat olduğunu nəzərə almamış və heç bir səbəb göstərmədən həmin xərclərin səhv olaraq 1.694.571,74 manat olduğu qənaətinə gəlmişdir. Bunun nəticəsində cavabdeh vergi orqanı səhv olaraq müəssisəyə 2017-ci il üzrə “Mənfəət vergisi” növündə 537.380,38 manat həcmində vergi məbləği hesablamışdır. Kameral yoxlama ilə müəyyən edilmiş 111.327,68 manat məbləğində vergini nəzərə alan cavabdeh yekun olaraq müəssisəyə 2017-ci il üzrə “Mə nfəət vergisi” növündə 426.052,70 manat həcmində vergi məbləği hesablamışdır. - Əlavə dəyər vergisi üzrə: 2017-ci ilin mart ayı və 2018-ci ilin oktyabr ayı üzrə iddiaçı tərəfindən 4.537.957,99 manat ƏDV-siz dövriyyə, həmin məbləğə 2.158.125,67 manat əvəzlədirilən dövriyyə və 428.369,73 manat həcmində ƏDV hesablandığını nəzərə almayan cavabdeh vergi orqanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyindən ekspertinin verdiyi 21 noyabr 2019-cu il tarixli “Ekspert rəyi”-nə istinad edərək həmin dövr üzrə səhv olaraq müəssisənin dövriyyəsinin ƏDV-siz 8.077.911,00 manat, 2.153.478,20 manat əvəzləndirilən dövriyyəsinin olduğunu müəyyən etmiş, həmin məbləğə 1.066.397,90 manat ƏDV hesablamış və müəssisə tərəfindən 428.369,73 manat ƏDV hesablandığını nəzərə alaraq yekun olaraq həmin dövr üzrə 638.028,17 manat həcmində ƏDV hesablamışdır. Beləliklə, Bakı Şəhəri X13 üzrə Baş İdarəsi tərəfindən səhv olaraq tərtib edilmiş 3 dekabr 2019-cu il tarixli “Səyyar vergi yoxlaması Aktı N **********172532”-nın əsasında cavabdeh Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 28 yanvar 2020-ci il tarixli, **********196626 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı məhkəmə qaydasında ləğv edilməlidir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Bakı şəhəri X13 üzrə Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 24 dekabr 2018-ci il tarixli, **********172480 nömrəli qərarına əsasən iddiaçının 1 mart 20 17-ci ildən 31 oktyabr 2018-ci ilədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə aparılmışdır. Səyyar vergi yoxlamasının nəticəsi 3 dekabr 2019-cu il tarixli, **********172532 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə 638.028,14 manat məbləğində ƏDV-nin, 426.052,70 manat məbləğində mənfəət vergisinin az hesablandığı, 1600 manat məbləğində ödəmə mənbəyində tutulan verginin artıq hesablandığı müəyyən edilmiş, cəmi 1.064.080,84 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 532.040,43 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməsi təklif edilmişdir. Yoxlama cəmiyyət tərəfindən müxtəlif fiziki və hüquqi şəxslərlə bağlanmış icarə müqavilələrinə, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertriza" Birliyi tərəfindən təqdim edilmiş ekspert rəyinə, cəmiyyət tərəfindən əldə edilmiş və təqdim edilmiş elektron vergi hesab fakturalarına əsasən aparılmışdır. Cəmiyyət yoxlama ilə əhatə olunan dövrdə (1 mart 2017 - 31 oktyabr 2018) faktiki olaraq sair işlərin görülməsi, xidmətlərin göstərilməsi, daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən obyektə baxışın keçirilməsi məqsədilə 15 aprel 2019-cu il tarixli, **********180892 saylı "Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” qərar çıxarılmış və 17 aprel 2019-cu tarixli vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi haqqında protokol tərtib edilmişdir. Baxışın keçirilməsi zamanı cəmiyyətin fəaliyyət göstərdiyi obyektdə stasionar obyektlərin və piştaxtaların fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən icarəyə verilmiş obyektlərin icarə haqqının real bazar qiymətinin düzgünlüyünün müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertriza" Birliyindən ekspert dəvət edilməsi üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən 6 mart 2019-cu il tarixli, **********178204 nömrəli "Ekspertizanın təyin edil məsi haqqında" Qərar çıxarılmışdır. Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən cəmiyyət tərəfindən icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən obyektlərin və piştaxtaların 1 mart 2017-ci il tarixdən 31 oktyabr 2018-ci il tarixədək real icarə haqqı müəyyən edilərək bu barədə ekspert rəyi tərtib edilmişdir. Ekspertə iddiaçıya məxsus daşınmaz əmlakda yoxlanılan dövr ərzində fəaliyyət göstərən obyektlərin sahələri və icarə məbləğləri göstərilmiş cədvəl təqdim edilmişdir. Ekspertin qarşısında qoyulmuş sualın həlli ilə əlaqədar ekspert tərəfindən obyektə baxış keçirmişdir. Baxış zamanı obyektin Nərimanov metro stansiyasının yanında yerləşdiyi, həmin ünvanda 7 mərtəbəli zirzəmili qeyri-yaşayış binasının mövcud olduğu, ümumilikdə əyləncə obyekti kimi fəaliyyət göstərdiyi müəyyən edilmişdir. İca rə qiymətləri müəyyən edilər zaman, ticarət obyektinin mərtəbəliliyi, icarəyə verilən sahələrin ölçüləri, icarəyə verilən sahələrin mərtəbələrdə yerləşdiyi ərazilər, təqdim edilmiş icarə müqavilələri və icarə qiymətlərinə təsir edə biləcək bütün digər amillər ekspert tərəfindən analiz edilmiş, əmlakın kriteriyaları, icarə bazarında tələb və təkliflər nəzərə alınmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron vergi hesab fakturalarına, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertriza" Birliyi tərəfindən təqdim edilmiş ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən vergi öhdəliklərinin düzgün yerinə yetirilmədiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən, 2017-ci ilin mart ayı üzrə 191.792,44 manat, aprel ayı üzrə 210.969,74 manat, may ayı üzrə 213.721,22 manat, iyun ayı üzrə 214.382,56 manat, iyul ayı üzrə 225.024,0 manat, avqust ayı üzrə 239.068,68 manat, sentyabr ayı üzrə 227.768,0 manat, oktyabr ayı üzrə 241.231,27 manat, noyabr ayı üzrə 211.633,5 manat, dekabr ayı üzrə 234.812,55 manat, 2018-ci ilin yanvar ayı üzrə 219.004,85 manat, fevral ayı üzrə 218.362 3 manat, mart ayı üzrə 228.652,32 manat, aprel ayı üzrə 245.025,25 manat, may ayı üzrə 245.102,9 manat, iyun ayı üzrə 231.134,17 manat, iyul ayı üzrə 234.530,45 manat, avqust ayı üzrə 231.096,0 manat, sentyabr ayı üzrə 236.841,49 manat, oktyabr ayı üzrə 237.833,9 manat ƏDV-siz dövriyyəsi olmuşdur. Yoxlanılan dövr üzrə ümumilikdə müəssisə tərəfindən 4.537.957,99 manat (ƏDV-siz) dövriyyə, həmin məbləğə 2.158.125,67 manat əvəzləşən döv riyyə göstərilmiş, 428.369,73 manat ƏDV hesablanmışdır. Yoxlama ilə isə müəssisənin 2017-ci ilin mart ayı üzrə 393.569,69 manat, aprel ayı üzrə 391.793,66 manat, may ayı üzrə 406.251,78 manat, iyun ayı üzrə 398.017,24 manat, iyul ayı üzrə 398.052,54 manat, avqust ayı üzrə 410.452,21 manat, sentyabr ayı üzrə 390.332,23 manat, oktyabr ayı üzrə 417.891,02 manat, noyabr ayı üzrə 393.626,05 manat, dekabr ayı üzrə 409.592,4 manat, 2018-ci ilin yanvar ayı üzrə 399.258,68 manat, fevral ayı üzrə 404.213,02 manat, mart ayı üzrə 400.731,88 manat, aprel ayı üzrə 417.530,31 manat, may ayı üzrə 417.644,43 manat, iyun ayı üzrə 407.644,43 manat, iyul ayı üzrə 406.844,61 manat, avqust ayı üzrə 410.855,31 manat, sentyabr ayı üzrə 410.505,97 manat, oktyabr ayı üzrə 408.173,91 manat ƏDV-siz dövriyyəsinin oldu ğu müəyyən edilmişdir. Eyni zamanda, vergi ödəyicisi tərəfindən, 6 aprel 2018-ci il tarixli, HS seriyalı, 221307 nömrəli vergi hesab fakturası üzrə 144,0 manat əlavə dəyər vergisi məbləğinin qarşı tərəfin ƏDV depozit hesabına ödənilmədiyi, 1 may 2018-ci il tarixli, HS seriyalı, 581835 nömrəli vergi hesab fakturası üzrə 692.54 manat əlavə dəyər vergisinin təkrar daxil edildiyi müəyyən edilmiş və ümumilikdə 836,54 manat ƏDV məbləğinin azaldılmalı olduğu müəyyən edilmişdir. Yoxlama ilə 8.077.911,0 manat (ƏDV-siz) dövriyyənin, 2.153.478,2 manat əvəzləşdirilən dövriyyənin olduğu müəyyən edilmiş və vergi ödəyicisinin həmin məbləğə 1.066.397,9 manat ƏDV məbləğin hesablama öhdəliyinin olması müəyyən edilmişdir. - Qeyd olunan dövr ərzində müəssisə tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsa sən, Vergi Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq 428.369,73 manat əlavə dəyər vergisinin hesablandığı nəzərə alınaraq, müəssisə tərəfindən 638.028,17 (1.066.397,9 428.369,73) manat əlavə dəyər vergisinin azaldıldığı müəyyən edilmişdir. Bundan başqa, cəmiyyət tərəfindən təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlirləri 2.572.756,18 manat (daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir 2.572.756,18 manat), gəlirin əldə edilməsi ilə bağlı xərcləri 2.521.466,18 manat (əmək haqqı və ona bərabər tutulan ödəmələr 111.492,24 manat, sosial sığorta haqları 24.528,29 manat, xammal və materiallar 50.698,7 manat, enerji xərci 627.972,75 manat, qaz xərci 68.721,0 manat, yanacaq xərci 25.480,0 manat, su və kanalizasiya xərci 98.564,71 manat, rabitə xərci 54.890,0 manat, mühafizə xərci 215.500,0 manat, bank xidməti üzrə xərclər 16.210,70 manat, reklam xidməti üzrə xərclər 278.200,0 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 572.873,69 manat, amortizasiya ayırmaları 82.681,0 manat, sığorta üzrə xərclər 18.900,0 manat, digər xərclər 271.648,57 manat, gəlirdən çıxılan vergilər və yığımlar 3.104,53 manat (əmlak vergisi 3 104,53 manat)) təşkil etmişdir. - 2017-ci il üzrə müəssisənin 51.290,0 manat vergiyə cəlb olunan mənfəəti olmuş və 10.258,0 manat mənfəət vergisi hesablamışdır. Cəmiyyət tərəfindən təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsi kameral vergi yoxlaması ilə yoxlanılmışdır. Belə ki, kameral vergi yoxlaması ilə gəlirləri 2.572.756,18 manat, xərcləri 2.016.117,77 manat (əmək haqqı və ona bərabər tutulan ödəmələr 111.492,24 manat, sosial sığorta haqları 24.528,29 manat, xammal və materiallar 50.698,7 manat, enerji xərci 627.972,75 manat, qaz xərci 68.721,0 manat, yanacaq xərci 25.480,0 manat, su və kanalizasiya xərci 98.564,71 manat, rabitə xərci 54.890,0 manat, mühafizə xərci 215.500,0 manat, bank xidməti üzrə xərclər 16.210,70 manat, reklam xidməti üzrə xərclər 278.200,0 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 68.525,28 manat, amortizasiya ayırmaları 82.681,0 manat, sığorta üzrə xərclər 18.900,0 manat, digər xərclər 271.648,57 manat, gəlirdən çıxılan vergilər və yığımlar 3.104 53 manat (əmlak vergisi 3.104,53 manat)) təşkil etmişdir. 2017-ci il üzrə müəssisənin 556.638.41 manat vergiyə cəlb olunan mənfəəti olmuş və 111.327,68 manat mənfəət vergisi hesablamışdır. - Səyyar ve rgi yoxlaması ilə müəssisənin gəlirləri Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertriza" Birliyi tərəfindən təqdim edilmiş ekspert rəyinə, cəmiyyət tərəfindən təqdim edilmiş elektron vergi hesab fakturalara, xərcləri isə cəmiyyət tərəfindən əldə edilmiş elektron vergi hesab fakturalara əsasən müəyyən edilmişdir. Yoxlama ilə müəssisənin gəlirlərinin 4.381.473,62 manat xərclərinin 1.694.571,74 manat (əmək haqqı və ona bərabər tutulan ödəmələr 111.492,24 manat, sosial sığorta haqları 24.528,29 manat, xammal və materiallar 12.718,6 manat, enerji xərci 565.053,86 manat, qaz xərci 25.912,38 manat, su və kanalizasiya xərci 69.067,8 manat, rabitə xərci 36.019,26 manat, mühafizə xərci 207.500,0 manat, bank xidməti üzrə xərclər 16.210,7 manat, reklam xidməti üzrə xərclər 7.210,0 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı xərclər 508.666,3 manat, amortizasiya ayırmaları 82.681,0 manat, digər xərclər 24.406,78 manat, gəlirdən çıxılan vergilər və yığımlar 3.104,53 manat (əmlak vergisi 3.104,53 manat)) təşkil etdiyi müəyyən edilmişdir. Yoxlama ilə 2017-ci il üzrə müəssisənin 2.686.901.88 manat vergiyə cəlb olunan mənfəətinin olduğu və 537.380,38 manat mənfəət vergisinin hesablamalı olduğu müəyyən edilmişdir. Beləliklə, müəssisə tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən, 2017ci il ildə 111.327,68 manat mənfəət vergisinin hesablandığını nəzərə alaraq, 426.052,7 manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. - Həmçinin 1-ci rüb 2017-ci il ödəmə mənbəyində tutulan verginin yoxlanması zamanı cəmiyyət tərəfindən hesablanmış 1.600,0 manat ö dəmə mənbəyində tutulan vergi məbləği təsdiqedici sənədlərlə öz təsdiqini tapmadığı üçün, həmin məbləğin artıq hesablandığı müəyyən edilərək iddiaçının şəxsi hesab vərəqəsindən azaldılması təmin edilmişdir. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən daşınmaz əmlakların icarəyə verilməsi üzrə təqdim olunmuş icarə haqqı ilə bağlı məbləğlər real göstəriciləri əks etdirmədiyindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla, daşınmaz əmlaklara dair icarə haqları bazar qiyməti əsas götürülməklə, həmçinin cəmiyyət tərəfindən əldə edilmiş və təqdim edilmiş elektron vergi hesab fakturalarına əsasən iddiaçının vergi öhdəliklərini düzgün yerinə yetirmədiyi müəyyən edilmişdir. İddiaçı isə iddia ərizəsində cəmiyyət tərəfindən icarəyə verilmiş daşınmaz əml akların icarə haqlarının ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti ilə razı olmadığını qeyd edərək mübahisələndirdiyi qərarın qanunazid olmaqla ləğv olunmasını xahiş etmişdir. Qeyd olunanlardan da göründüyü kimi, iddiaçı tərəfindən icarəyə verilmiş daşınmaz əmlakların icarəyə verilməsindən əldə olunan gəlirlərin bazar qiyməti əsasında müəyyən edilməsi qanunvericiliyin tələbinə tam cavab verdiyindən iddia tələbi təmin edilməməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin 3 mart 2021-ci il tarixli, 2-1(112)-780/2021 nömrəli qərarı (hakim: X15) ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 yanvar 2020-ci il tar ixli, **********196626 saylı qərar 90819,96 manat məbləğində mənfəət vergisi və ona tətbiq edilmiş 45409,98 manat məbləğində maliyyə sanksiyası və 92060,99 manat məbləğində ƏDV və ona tətbiq edilmiş 46030,49 manat məbləğində maliyyə sanksiyası hissəsində istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - məhkəmə iddiaçı tərəfindən icarəyə verilmiş daşınmaz əmlakların icarə haqlarının real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə üç ayrı qiymətləndirici təşkilatın ekspert rəyləri əldə edilmiş, bunlardan "xxxx" MMC tərəfindən təqdim edilmiş 23 sentyabr 2020-ci il tarixli, QXM321/M nömrəli qiymətləndirmə (ekspert) rəyi tam olmadığı üçün sübut kimi qiymətləndirilməmişdir. Məhkəmə “Azərekspertiza” Birl iyinin 21 noyabr 2019-cu il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməyərək qeyd etmişdir ki, ekspert internet səhifəsində yerləşdirilmiş hər hansı istinadı olmayan və rəsmi hesab edilməyən, eləcə də vergi orqanı üçün eyni dərəcəli əlçatan məlumatlardan istifadə etməklə rəy tərtib etmişdir. Ekspert gəldiyi nəticədə internetdə verilmiş elanlara (oferta) istinad etmişdir ki, bu da hələ həmin elanlarda göstərilən qiymətlərlə icarə müqaviləsinin bağlanması və ya bağlanacağı hesab olunmur. Yəni ekspert oferta kimi təqdim edilən məlumatlar əsasında rəy tərtib etmiş, cavabdeh vergi orqanı isə həmin rəyi əsas götürərək iddiaçıya vergi hesablamışdır. Halbuki yuxarıda da qeyd edildiyi kimi “Azərekspertiza” Birliyinin 21 noyabr 2019-cu il tarixli ekspert rəyi ümumiyyətlə əsaslandırılmam ış, belə olan təqdirdə isə rəyin formallığı cavabdehə məlum idi yaxud məlum olmalı idi. Nəticədə ekspert rəyinin vergi ödəyicisi üçün açıq aşkar əlverişli olmayan nəticələrə səbəb olacağı vergi orqanına məlum olsa da, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları araşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətini ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Həmçinin “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş və hesablamaya əsas olmuş 21 noyabr 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmiş daşınmaz əmlakların icarə haqlarının məbləğləri real bazar qiymətindən yüksəkdir. Belə ki, səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş və h esablamaya əsas olmuş 21 noyabr 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmiş daşınmaz əmlakların icarə haqlarının bazar qiymətləri yuxarıda qeyd edilən digər qiymətləndirici təşkilat tərəfindən müəyyən edilmiş bazar qiymətlərindən kəskin fərqlənir. 21 noyabr 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmiş daşınmaz əmlakların icarə haqlarının bazar qiymətləri digər ekspert rəylərində təsbit edilmiş qiymətlərdən dəfələrlə çox göstərilmişdir. Halbuki, "xxxx" (Konsaltinq xidmətləri) MMC və "xxxx" MMC tərəfindən aparılmış tədqiqat nəticəsində az fərqlənən, bir-birinə yaxın hesab edilə biləcək nəticələr əldə edilmişdir. Hətta məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş 23 sentyabr 2020-ci il tarixli, QXM321/M nömrəli qiymətləndirmə (ekspert) rəyində müəyyən edilən daşınmaz əmlakların icarə haqlarının bazar qiymətləri ilə Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən tərtib edilmiş 21 noyabr 2019-cu il tarixli ekspert rəyi arasında kəskin qiymət fərqi mövcuddur. - İddiaçı tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 2.521.466,18 manat olduğu bildirilsə də, səyyar vergi yoxlaması ilə həmin xərclərin cəmiyyət tərəfindən əldə edilmiş elektron vergi hesab fakturalara əsasən 2.016.117,77 manat təşkil edildiyi müəyyən edilmişdir. Həmçinin əlavə dəyər vergisi üzrə də əlavə hesablama aparılarkən yoxlanılan dövr üzrə iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə əvəzləşdirilən dövriyyəsinin 2.158.125,97 manat olduğu qeyd edilsə də, səyyar vergi yoxlaması ilə iddiaçının əvəzləşdirilən dövriyyəsinin 2.153.478,2 manat təşkil edildiyi müəyyən edilmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, nə səyyar vergi yoxlaması aktında, nə də iddia ərizəsinə dair etirazda iddiaçı tərəfindən bəyan edilmiş xərclərin vergi orqanı tərəfindən qəbul edilməməsinin, eləcə də iddiaçının əlavə dəyər vergisi üzrə əvəzləşdirilən dövriyyəsinin bir hissəsinin nəzərə alınmamasının səbəbi əsaslandırılmamış, eləcə də bununla bağlı hər hansı sənədə istinad edilməmişdir. - Hazırkı iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarda mübahisələndirilən inzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. Cavabdeh vergi orqanının mübahisləndirilən qərarının qanuniliyi araşdırılarkən məlum olmuşdur ki, həmin i nzibati akt qəbul edilərkən qanunvericiliyin forma və icraat ilə bağlı bir sıra müddəaları pozulmuşdur. İddiaçı tərəfindən bəyan edilmiş mənfəət vergisi üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərinin və əlavə dəyər vergisi üzrə əvəzləşdirilən dövriyyəsinin bir hissəsinin qəbul edilməməsi ilə bağlı səyyar vergi yoxlaması aktında, habelə 28 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə aktı qəbul edərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmiş, əlavə vergi öhdəliyinin hesablanması əsaslandırılmamışdır. cavabdehin mübahisəli qərarı iddiaçıya münasibətdə icraatla bağlı müddəalara riayət olunmad an qəbul edilmiş qanunsuz əlverişsiz (yükləyici) inzibati aktdır. - İcarə haqqı icarə müqaviləsi çərçivəsində daşınmaz əmlakın istifadəsi bazarında əldə oluna bilən illik maliyyə ekvivalentini təşkil edir. Müvafiq olaraq, o həmin ərazidə yerləşən müvafiq əmlak üçün adi icarənin şərtlərində daşınmaz əmlakın əldə oluna bildiyi bazar icarə haqqına uyğun olmalıdır. Bazar icarə qiyməti icarə hüququ və ya ƏDV və icarə ilə bağlı olan, yaxud da icarə üçün üzərinə qoyulmuş istənilən başqa xərclər çıxmaqla müəyyən edilir. Lakin vergi orqanı tərəfindən bu halların həyata keçirilməsi barədə, yəni 30 gün ərzində eyni xüsusiyyətli eyni cinsli xidmətlərə görə iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı iş materiallarında mövcud deyildir.
8. İddiaçı həmin qərardan apellyasi ya şikayəti verərək qərarın dəyişdirilməsini və cavabdeh tərəfindən qəbul edilmiş **********196626 saylı, 28 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 37.729,56 manat məbləğində mənfəət vergisi və ona tətbiq edilmiş 18.864,78 manat məbləğində maliyyə sanksiyası və 12.425,39 manat məbləğində ƏDV və ona tətbiq edilmiş 6.212,69 manat məbləğində maliyyə sanksiyası hissəsi istisna olmaqla həmin qərarın qalan hissədə ləğv edilməsini xahiş etmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2-1(103)-1603/2021 nömrəli qərarı (hakimlər: X9 (sədrlik edən və məruzəçi) X10, X16) ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 3 mart tarixli qərarı dəyişdirilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli, **********196626 saylı qərar 106736,76 manat məbləğində mənfəət vergisi və ona tətbiq edilmiş 57968,10 manat məbləğində maliyyə sanksiyası və 115936,21 manat məbləğində ƏDV və ona tətbiq edilmiş 53368,38 manat məbləğində maliyyə sanksiyası hissəsində istisna olmaqla qalan hissədə ləğv edilmiş, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, - icarə münasibətlərində vergi tutulması üçün bazar qiymətlərinin tətbiq edilməli olması birbaşa öz əksini tapmışdır. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmi rsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. - “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli Qərarında bazar qiymətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində müəyyən edilmiş tələblərə və mərhələlərə aydınlıq gətirilmiş və həmin tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla bazar qiymətinin müəyyən edilməli olması göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdu ki, sözügedən Qərarın nəzərə alınmalı olan dövr üzrə cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə riayət olunmamışdır. - Vergi orqanı yalnız bir ekspert rəyi ilə kifayətlənməklə vergi ödəyicisinin icarə haqqı üzrə tətbiq etdiyi qiymətinin səviyyəsinin 30 gün ərzində eyni xüsusiyyətli xidmət kimi bazarda xidmət üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqlənməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Qeyd olunmalıdır ki, inzibati icraat zamanı alınmış ekspert rəyi səthi tərtib olunmuş, müqayisə predmetləri tam şəkildə uyğun seçilmədən (obyektin təmir səviyyəsi, təyinatı, digər infrastrukturlara yaxınlığı və s. nəzərə alınmadan) verilmişdir. Digər tərəfdən inzibati icraatda bir rəyin alınması mütləq deyil, müxtəlif qurumlardan rəylərin alınmasını da qanunvericilik qadağan etmir. Hansı ki, məhkəmə icraatlarında məhkəmə tərəfindən müxtəlif qurumlardan rəylər alınmı şdır. Apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən təqdim olunmuş və tədqiq olunmuş rəy tutarlı arqument və müqayisələrlə əsaslandırılmaqla müəyyən edilmişdir ki, vergi ödəyicisinin müvafiq obyektin icarə haqqı üzrə tətbiq etdiyi qiymətin səviyyəsi 30 gün ərzində eyni xüsusiyyətli xidmət kimi bazarda xidmət üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox fərqlənməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının müvafiq dövrdə icarəyə verdiyi obyektin icarə haqqı üzrə qiymətlərə münasibətdə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə uyğun həm mənfəət vergisi, həm də ƏDV hesablanması qismən əsassız olmuşdur. Belə ki, "xxxx" MMC-nin verdiyi rəyə əsasən İddiaçınə məxsus obyekt və piştaxtaların 1 mart 2017-ci il tarixdən 31 avqust 2018-ci il tarixədək olan dövr üzrə aylıq icarə haqqı ƏDV-siz 258.870 manat məbləğində müəyyən edildiyi üçün məhkəmə mühasibatlıq ekspertizasının verdiyi rəylə həmin dövr ərzində ümumi dövriyyənin 5.177.400 (ƏDV-siz) manat olduğu, lakin iş materiallarına əsasən 2.153.478,2 manat əvəzləşdirilən dövriyyənin olduğu müəyyən edildiyindən həmin məbləğə 544.305,94 manat (5.177.400 – 2.153.478,12 x 18%) ƏDV hesablanmışdır. Yoxlamanın əhatə etdiyi dövr üzrə bəyan edilmiş 428.369,73 manat nəzərə alınmaqla, müəssisə tərəfindən 115.936,21 (544.305,94 – 428.369,73) manat məbləğində əlavə dəyər vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. Həmçinin iş üzrə iddiaçı müəssisənin mənfəət vergisinin ödəyicisi olub, bəyannamələr təqdim etdiyi və həmin bəyannamə məlumatlarına əsasən mənfəət vergisi üzrə 2017-ci i ldə ümumi gəlirinin (daşınan və daşınmaz əmlakın icarə verilməsindən gəlir) 2.572.756,18 manat, xərclərinin 2.521.466,18 manat, vergiyə cəlb olunan mənfəətinin 51.290,0 manat, mənfəət vergisinin 10.258 manat hesablandığı müəyyən olunmuşdur. Odur ki, 22 iyul 2021-ci il tarixli "xxxx" MMC-nin təqdim etdiyi ekspert rəyinə əsasən məhkəmə mühasibatlıq ekspertizasının verdiyi rəylə 1 mart 2017-ci il tarixdən 31 oktyabr 2018-ci il tarixədək olan dövr üzrə ƏDV-siz aylıq icarə haqqının 258.870 manat məbləğində olduğu nəzərə alınmaqla, 2017-ci ildə ümumi gəlir 3.106.440 manat, xərclər (birinci instansiya məhkəməsinə təqdim edilmiş 5 oktyabr 2020ci il tarixli vəsatətlə 260 vərəqdən ibarət iddiaçının 2017-ci il üzrə xərclərini təsdiq edən sənədlərə əsasən) 2.521.466,18 manat, vergiyə cəlb olunan mən fəət 584.973,82 manat, mənfəət vergisi isə 116.994,76 manat hesablanmışdır. Yəni, müəssisə tərəfindən 2017-ci ilin büdcəsinə hesablanmış 10.258 manat nəzərə alınmaqla tədqiqatla iddiaçı tərəfindən 2017-ci il üzrə 106.736,76 (116.994,76-10.258) məbləğində mənfəət vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh vergi orqanının mübahisələndirilən 28 yanvar 2020-ci il tarixli qərarı 106736,76 manat mənfəət vergisi və ona tətbiq edilmiş 57968,105 manat məbləğində maliyyə sanksiyası və 115936,21 manat məbləğində ƏDV və ona tətbiq edilmiş 53368,38 manat məbləğində maliyyə sanksiyası hissəsində istisna olmaqla qalan hissədə əsassız olduğu üçün ləğv edilməlidir. Belə olan halda birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar sözügedən hissədə dəyişdirilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. - Cavabdehin “AİD Consulting" MMC-nin təqdim etdiyi rəyi hazırlamış mütəxəssisin iş təcrübəsi və onun daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi ilə bağlı bu sahədə rəy vermək hüquqlarının mövcudluğu” barədə dəlilinə münasibətdə qeyd olunmuşdur ki, sözügedən rəyə həmin rəyi vermiş qiymətləndirici X5 adına 2015-ci ildə verilmiş sertifikat əlavə olunmuşdur ki, həmin sertifikatdan da onun daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində ixtisaslaşdığı müəyyən olunur. Həmçinin cavabdehin ““AİD Consulting" MMC tərəfindən qiymətləndirmənin düzgün aparılmaması” ilə bağlı gətirdiyi dəlillərinə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır və qəbul edilmir. Q eyd olunmalıdır ki, rəydəki məlumatların həqiqəti əks etdirmədiyini və düzgün olmadığını sübut etmək vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Lakin hazırkı işdə cavabdeh orqan tərəfindən həmin hallar sübuta yetirilmir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, yoxlama zamanı bazar qiymətinin tətbiqinin zəruriliyi təyin edilmiş ekspertizanın nəticəsi olan ekspert rəyi ilə bağlı olmuşdur. İddiaçı tərəfindən bağlanmış icarə müqavilələrindəki icarə haqqı qiymətlərinin bazar qiymətinə uyğunluğunun yoxlanılması məqsədi ilə təyin edilmiş ekspertiza üzrə alınmış rəy bir daha təsdiq etmişdir ki, iddiaçının icarə müqavilələri üzrə müəyyən etdiyi icarə haqları real bazar qiymətindən çox aşağı göstərilmiş və reallığı əks etdirmir. Bu baxımdan və Vergi Məcəlləsinin 14.3.5-ci maddəsinə əsasən yoxlama zamanı vergilərin hesablanması bazar qiyməti tətbiq edilməklə həyata keçirilmişdir ki, bu da birbaşa Vergi Məcəlləsinin 14.2-ci maddəsinə uyğundur. Belə ki, əksi sübut olunduğu üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin eksperti tərəfindən verilmiş 21 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi barədə ekspert rəyi ilə müəyyən olunmuş bazar qiymət i tətbiq edilmiş və bazar qiymətinin tətbiq edilməsi məhz ekspert rəyi ilə əsaslandırılmışdır. Belə olan halda Avropa Məhkəməsinin Hentrich Fransaya qarşı olan işindəki hüquqi mövqeyə qarşı və zidd olaraq yoxlama zamanı hər hansı bir hərəkət edilməmişdir. Bu baxımdan hesab edilməlidir ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının işin faktiki hallarına uyğun olmayaraq və düzgün təfsir etməyərək tətbiq etmişdir ki, bu da yanlış nəticəni qaçılmaz etmişdir.
14. Məhkəmə kollegiyası həm maddi hüquq normalarının təfsir və tətbiqində, həm də Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair11 12 mart 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinin düzgün anlaşı lması və tətbiqində ciddi yanlışlıqlara yol vermişdir ki, nəticədə düzgün qərarın qəbul edilməsi imkansız olmuşdur. Belə ki, məhkəmə kollegiyası səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının yoxlama zamanı Vergi Məcəlləsinin 14-cü maddəsində müəyyən olunmuş tələb və mərhələlərə riayət etməməkdə təqsirləndirərək, maddi hüquq normalarının pozulmasında təqsirləndirmiş və nəticədə yoxlamanın nəticələrini şübhə altına almış və məsuliyyət qərarının ləğvi üçün əsaslar yaratmağa çalışmışdır. Halbuki, yoxlama zamanı vergi orqanı tərəfindən hər hansı maddi hüquq norması pozulmamışdır. Məhkəmənin tətbiq və istinad etdiyi AR Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə bağlı aşağıdakılar qeyd edilməlidir ki, məhkəmə kollegiyası maddi hüquq normalarını iş üzrə tətbiq etməli olmadığı halda t ətbiq etmişdir. Belə ki, Vergi Məcəlləsinin 14-cü maddəsində öncə vergi orqanı tərəfindən bazar qiymətinin müəyyənləşdirilməsi mərhələlərinə riayət edilməsi, daha sonra bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertin cəlb edilməsi imperativ göstəriş olaraq müəyyən olunmamışdır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən bildirilməlidir ki, ekspertin cəlb edilməsinə gəldikdə, Vergi Məcəlləsinin 44-cü maddəsində və "İnzibati İcraat haqqında” Qanunun 41-ci maddəsində ekspertizanın keçirilməsi qaydası və bununla bağlı bir sıra təminatlar, o cümlədən ekspertin müqavi lə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətinin nəzərdə tutulmasının mümkünlüyü, ekspertizanın maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı əsasında təyin edilməsi təsbit edilmiş, habelə ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanının həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini tanış etməyə və həmin şəxsin ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək və ekspertin rəyi ilə tanış olmaq daxil olmaqla Verg i Məcəlləsinin 44,7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borclu olduğu nəzərdə tutulmuşdur. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Məhkəmə kollegiyasının tətbiq etdiyi və gəldiyi qənaətini əsaslandırmağa çalışdığı sonuncu cümlə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyidir və Azərbaycan dilinin qrammatikası baxımından birmənalı şəkildə məhkəmə kollegiyasının gəldiyi qənaəti tam istisna etməkdədir. Belə ki, cümlənin tam anlaşılan olması üçün "o cümlədən" İfadəsinin qrammatik anlayışına nəzərə yetirilməsi zəruridir. "o cümlədən" ifadəsi köməkçi nitq hissəsi olmaqla iştirak bağlayıcısıdır. Azərbaycan dilinin q rammatikasında həmin ifadənin sinonimi kimi “o sıradan” "həmçinin” sözlərindən İstifadə edilməsi nəzərdə tutulur Bu zaman aydın olur ki, "o cümlədən“ bağlayıcısı xüsusiləşmə kimi xarakter verməyə sahib olmaqla paralel olaraq asılı olmayan digər davranış imkanının olduğunu nəzərdə tutur. Nəticə etibarı ilə aydın olur ki, bazar qiymətinin müəyyən olunması Vergi Məcəlləsinin 14-cü maddəsinə nəzərdə tutulmuş mərhələlərə riayət edilməklə, həmçinin ekspertiza təyin edilməklə mümkündür. Sözügedən normada mütləq şəkildə öncə qeyd olunan mərhələlərə riayət olunmalı, daha sonra ekspertiza təyin edilməlidir kimi hər hansı hüquqi tənzimləmə müəyyən olunmamışdır.
16. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 14.3.3-cü maddəsi qəti olaraq yoxlama zamanı tətbiq edilməmiş və həmin normaya heç bir tərtib olunmuş rəsmi sənədlərdə istinad edilməmişdir. Əsası olmayan dəlillərə söykənmək barəsində şikayət olunan məhkəmə aktının ədalətliliyini birmənalı şəkildə şübhə altına almışdır. Yuxarıda qeyd edildiyi kimi yoxlama zamanı Vergi Məcəlləsinin qeyd edilən 14.3.5-ci maddəsinə istinad edilmişdir ki, həmin maddə üzrə, 14-cü maddənin digər müddəalarının məzmunundan göründüyü kimi, daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda ekspert tərəfindən müəyyən edilmiş bazar qiymətinin tətbiqi hər hansı bir amillə şərtləndirilmir. Bu baxımdan hesab edilməlidir ki, məhkəmə istinad etdiyi maddi hüquq norması işin faktiki hallarına əsasən düzgün tətbiq edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi 14 iyul 2021-ci il tarixdə iş üzrə məhkəmə ekspertizası təyin edərək ekspertizanın aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir. Hakim təqdim edilmiş ekspert rəyinin mümkünlüyü üzrə qiymətləndirməni həyata keçirmədən birbaşa mötəbərliyi üzrə qiymətləndirməni həyata keçirmiş və qeyd olunan ekspert rəyini heç bir əsaslandırma aparmadan mötəbər sübut hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi mövcud səhvləri aradan qaldırmaq üzrə vəzifəli olduğu halda özü səhvə yol vermiş və mümkün olmayan sübutu mötəbər hesab etmişdir. Halbuki, sübutların qiymətləndirilməsi prosesinə sübutların aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsi daxildir. Hesab edilməlidir ki, sözügedən ekspert rəyi mümkün hesab edilməməlidir. Belə ki, qeyd olunan maddi hüquq normaları tətbiq edilməli olduğu halda məhkəmə kollegiyası tərəfindən tətbiq edilməmişdir. Məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Məhkəmə ekspertizası idarəsi - məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanıdır. Həmin qanunun 11-ci maddəsinə əsasən bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərə dövlət məhkəmə eksperti şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tə rəfindən verilir. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. Təlimin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirir. "AİD Consulting” MMC məhkəmə ekspertiza idarəsi və ekspertizanı həyata keçirən şəxs isə özəl məhkəmə eksperti olmadığı üçün (şəhadətnaməsi yoxdur) məhkəmə tərəfindən həmin hüquqi şəxsə məhkəmə ekspertizasının həyata keçirilməsinin həvalə edilməsi qanunvericiliklə yolverilməzdir. Beləliklə, bu rəy mümkün olmadığı üçün həmin rəyə istinad etmək və onun əsasında hesablamalar aparmaq yolverilməzdir. 18. "xxxx" MMC-nin ekspert rəyi üzrə müəyyən olunmuş dövr 2017-ci il 1 mart – 31 fevral 2018-ci illəri əhatə etmişdir ki, bu da yoxlama ilə əhatə olunan tam dövrü təşkil etmir. Digər tərəfdən isə fevral ayı 28 və ya 29 gündən ibarətdir. Eyni zamanda bildirilməlidir ki, ekspertiza təyin edilərkən, suallar qoyularkən də həmin dövr nəzərdə tutulmuşdur. Həmçinin məhkəmə qərarında qeyd edilmişdir ki, cavabdehin "xxxx" MMCnin təqdim etdiyi rəyi hazırlamış mütəxəssisin iş təcrübəsi və onun daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi ilə bağlı bu sahədə rəy vermək hüquqlarının mövcudluğu” barədə dəlilinə münasibətdə qeyd olunur ki, sözügedən rəyə həmin rəyi vermiş qiymətləndirici X5 adına 2015-ci ildə verilmiş sertifikat əlavə olunmuşdur ki, həmin sertifikatdan da onun daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində ixtisaslaşdığı müəyyən olunur. "xxxx" MMC-nin təqdim etdiyi rəyə nəzər saldıqda onları hazırlamış mütəxəssisin təhsili, ixtisası, iş təcrübəsi bizə qeyri-məlum olaraq qalmışdır. Məsuliyyətini anlaması barədə iltizam da əlavə edilməmişdir. Eyni zamanda, vergi orqanında olan qeydiyyat məlumatlarına əsasən "xxxx" MMC-nin əsas fəaliyyət sahəsi risk və zərərin qiymətləndirilməsidir (sübut əlavə olunmuşdur). Həmçinin həmin müəssisələrin nizamnaməsində belə daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi, qiymətləndirilməsi fəaliyyətinin adı çəkilmir. Göründüyü kimi, rəy vermiş müəssisənin fəaliyyət sahəsi daşınmaz əmlakın icarə haqqının müəyyən edilməsi, qiymətləndirilməsi olmamışdır. İddiaçı tərəfindən icarəyə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 106-da yerləşən təsərrüfat subyektlərinin aylıq icarə haqqı qiyməti 258.870,0 manat müəyyən edilmişdir. Həmçinin ekspertin istinad etdiyi xərcin nədən ibarət olması müəyyən olunmamış, sadəcə iddiaçının təsdiqini tapmayan xərcə istinad edilmişdir. Bu baxımdan hesab edilməlidir ki, "xxxx" MMC-nin rəyi və onun əsasında verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 7 sentyabr 2021-ci il tarixli, 9/5405 saylı rəyi əsassız olduğu üçün mötəbər sübut kimi qəbul edilə bilməz.
19. İş materiallarında mövcud olan və mötəbər sübut hesab edilən Məhkəmə Ekspertiza Mərkəzinin 7 sentyabr 2021-ci il tarixli, 9/5405 saylı rəyi mühasibatlıq ekspertizası adlansa da, ümumiyyətlə mühasibatlıqdan hər hansı bir tədqiqat aparılmamışdır. Belə ki, icarə haqqı üzrə gəlirlər qeyri-mötəbər olan “AİD Consulting" MMC-nin rəyi əsasında müəyyən olunmuş və vergilər də həmin icarə haqqında tətbiq edilən vergi dərəcələri ilə hesablanmışdır. Belə ki, bu ekspertiza sadəcə riyazi üsullardan istifadə edərək hesablamalar həyata keçirmişdir. İcarə haqqı məbləğləri müəyyən olunduğu üçün həmin məbləğlər müvafiq tədiyyə növü üzrə aylara vurularaq vergi dərəcələri nəzərə alınmaqla hesablama aparılmışdır. Ekspertiza qarşısında qoyulan suallar yanakı, dolayı suallar, yəni cavabı özündə əks etdirən suallar olduğu üçün bu iş üzrə ekspertizanın təyin edilməsi belə zəruri olmamışdır. Ekspert sadəcə riyaziyyat elmindən istifadə etmiş və hər hansı bir xüsusi bilik nümayiş etdirməmişdir.
20. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin məcəllənin 109-cu maddəsində gəlirdən çıxılmayan xərclər müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2017-ci ilin mənfəət vergisi üzrə 1.694.571,74 manat xərc öz təsdiqini tapmasına baxmayaraq Məhkəmə Ekspertiza Mərkəzinin eksperti müvafiq dövr üçün vergi ödəyicisinin özünün bəyan etdiyi 2.521.466,18 xərci qəbul etmiş və bu barədə öz rəyində heç bir əsaslandırma aparmamışdır. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırdısa, həmin sənədlərin hər birində əks olunmuş m əbləğ ayrılıqda nə qədər olması və bu sənədləri hansı vergi ödəyicilərinə təqdim (tərtib) edilməsi qeyd olunmalı idi. Halbuki, ekspert öz rəyində xərc sənədləri barədə konkret və ətraflı məlumat verməmişdir. Bütün bunlara baxmayaraq məhkəmə sözügedən rəyə istinad edərək qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. İş birinci instansiya məhkəməsində araşdırılan zaman əldə edilən rəydə də yuxarıda qeyd edilən məsələyə aydınlıq gətirilməmişdir. Apellyasiya şikayətində bu hal ətraflı vurğulansa da, məhkəmə tərəfindən həmin hal araşdırılmamış və ona münasib ət bildirməmişdir. Bununla da İPM-nin 87.8-ci maddəsinin tələblərini pozmuşdur.
21. Mübahisə predmeti olan inzibati akt məzmun baxımından anlaşılan olduğu halda, ünvanlandığı hüquqi şəxs və həll etdiyi məsələlər dəqiq göstərildiyi təqdirdə bu tələblərə riayət olunmadığı bildirilmiş və nəticədə tətbiq edilməli olmayan maddi hüquq normaları tətbiq edilmişdir. Məhkəmə inzibati aktın əsaslandırılmasına dair qanunvericiliyin tələbinə formal yanaşmışdır. Belə ki, keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş aktda aşkar edilmiş pozuntular öz əksini tapmış, qəbul edilmiş məsuliyyətə cəlb etmə qərarı da aktın nəticələri üzrə qəbul edilmişdir. İddiaçının barəsində inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu, əlavə vergi məbləğinin müəyyən edil məsinin səbəbləri, iddiaçının barəsində qəbul edilmiş qərarın qəbul edilməsinə əsas olmuş hallar, hesablamanın normativ əsasları həmin səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş aktda əsaslandırılmışdır. Həmçinin Ali Məhkəmənin "xxxx" MTK-nın Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı (iş № 2-1(102)-510/17) işi üzrə 17 may 2017-ci il tarixli qərarında sözügedən məsələyə göstərilən münasibət ilə bağlı qeyd edilmişdir ki, vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan İbarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda əks e tdirilir. Belə olan halda isə yalnız bu meyarı əsas götürməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab edilmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu da vergidən yayınma hallarının ehtimallarını yaradır". Göründüyü kimi, məhkəmə tərəfindən inzibati aktın qismən ləğvi əsası olaraq qeyd edilən dəlillər işin faktiki hallarına uyğun olmamaqla və vergi qanunvericiliyinin tələblərinə zidd olmaqla əsaslı olmamışdır.
22. Araşdırma nəticəsində qiymətləndiricilər tərəfindən qiymətləndirilən icarə obyektləri üzrə seçmə qaydada icarədarların baza məlumatlarından icarə müqavilələri əldə edilmişdir (icarə müqavilələri iş materiallarımda mövcuddur). Qeyd olunan icarə müqavilələrindəki icarə haqlarına nəzər yeti rsək aydın olur ki, apellyasiya məhkəməsinin istinad etdiyi ekspert qiymətləndirməni düzgün şəkildə aparmamışdır. Ümumilikdə məhkəmələr tərəfindən alınan rəylərə əsasən icarəyə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 106-da yerləşən təsərrüfat subyektlərinin aylıq icarə haqqı qiyməti "xxxx" MMC tərəfindən 230.117,0 manat, "xxxx" MMC tərəfindən 252.238,0 manat "xxxx" MMC tərəfindən isə 423.034,0 manat “Aid Consulting" MMC tərəfindən 258.870,0 manat müəyyən edilmişdir. Məhkəmələr əsassız şəkildə "xxxx" MMC-nin 23 sentyabr 2020-cı il tarixli, QXN 321/M saylı ekspert rəyində icarə haqqının bazar qiymətinin (1 aylıq) hesablanması cədvəlində qiymətlərə ƏDV-nın daxil edilib-edilməməsi qeyd edilmədiyini əsas gətirərək, bu barədə hərəkətsizlik etmiş bu məqamın aydınlaşdırmadan əsas sız olaraq "xxxx" MMC -nin rəyini nəzərə almışıdır. Halbuki, hər dörd rəyi müqayisə edəndə görünür ki, məhkəmələr tərəfindən nəzərə alınmayan “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC-nin 2020-cı il 23 sentyabr tarixli, QXN 321/M saylı rəyi digər rəylərdən fərqli olaraq icarə qiymətini daha çox müəyyən etmişdir. “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC-nin müəyyən etdiyi 1 aylıq icarə haqqının məbləği 423.034,0 manat ƏDV-İi olduğunu nəzərə alsaq belə ƏDV-siz 1 aylıq icarə haqqı 358.503,39 manat edir ki, bu halda məhkəmənin “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC-nin rəyinə istinad etməməsi sual doğurur. Bunlarla yanaşı yoxlama zamanı istinad olunan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertriza" Birliyi tərəfindən verilmiş rəyin məzmununa nəzər saldıqda icarə haqqı məbləğinin necə müəyyən edildiyinin tam ətraflı izah edildiyi, analoji obyektlərlə müqayisəli təhlilin aparıldığı aşkar görünsə də, digər qiymətləndiricilər tərəfindən verilmiş rəylərin bu əlamətlərə malik olmadığı, keyfiyyət və məzmun baxımından Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertriza" Birliyi tərəfindən verilmiş rəydən dəfələrlə geri qaldığı müəyyən olunur. Beləliklə, məhkəmə tərəfindən istinad olunan rəyin nəticəsi kifayət qədər nöqsanlı və şübhə yaradan faktlarla zəngin olduğundan məhkəmənin qərarı əsassızdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Kassasiya şikayətinə etirazın dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə etirazda göstərilmişdir ki, cavabdeh vergi orqanı tər əfindən tərtib edilmiş 3 dekabr 2019-cu il Səyyar vergi yoxlaması Aktının 6-cı səhifəsində həqiqətən də Vergi Məcəlləsinin 14-cü maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, gəldiyi nəticəni əsaslandırmaq üçün cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 14.3.2. maddəsinə istinad etmişdir. Halbuki, həmin maddəyə görə təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Məlum olduğu kimi iddiaçı öz mülkiyyətində olana obyektlərə dair “İcarə müqavilə’lərini heç bir özü ilə münasibətdə qarşılıqlı surətdə asılı olan şəxslərlə bağlamamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdeh vergi orqanının qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulm asına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının Vergilər Məcəlləsinin 14-cü maddəsinin tələblərini pozulmaqla qəbul etdiyini göstərmişdir.
24. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, "xxxx" MMC-nin ekspert rəyi üzrə müəyyən olunmuş dövr 1 mart 2017-ci il 31 fevral 2018-ci illəri əhatə etmişdir ki, bu da yoxlama ilə əhatə olunan tam dövrü əhatə etmir. Digər tərəfdən isə fevral ayı 28 və ya 29 gündən ibarətdir. Bu fikirlə əlaqədar olaraq bildirilməlidir ki, qiymətləndirmə üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərardadda mexaniki səhv olaraq “dövr 1 mart 2017-ci il 31 fevral 2018-ci illər” kimi qeyd edildiyi üçün "xxxx" MMC də öz “Ekspert rəyi”-nin giriş hissəsində onu təkrarlamışdır. Əslində həmin dövr 1 mart 2017ci və 31 oktyabr 2018-ci illər i əhatə etmişdir. Bu da öz növbəsində səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ilə üst-üstə düşür. Digər tərəfdən qeyd edilməlidir ki, qiymətləndirmə üzrə ekspert qarşısında 1 (bir) ay üzrə iddiaçı öz mülkiyyətində olana obyektlərin icarə haqlarının müəyyən edilməsi sualı qoyulmuşdur ki, ekspert də həmin sualı dolğun əsaslandırma və riyazi hesablamalar yolu ilə müəyyən etmişdir. 25. "xxxx" MMC-nin eksperti X7 adına Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “COO Evrazii” X2 tərəfindən verilmiş sertifikatın surəti 22 iyul 2021-ci il tarixli, A-07/2021015 saylı ekspert rəyinin 35-ci səhifəsində yerləşdirilmişdir. Bundan əlavə, cavabdeh vergi orqanının yenidən vergilərin hesablanması məqsədi ilə istinad etdiyi Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 2 1 noyabr 2019-cu il tarixli “Ekspert rəyi”-ni vermiş X6 ilə "xxxx" MMC tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli, A-07/2021-015 saylı ekspert rəyini tərtib etmiş X11 eyni vaxtda, eyni kursları müvəffəqiyyətlə başa vurub ixtisaslaşma imtahanlarını müvəffəqiyyətlə verdikləri üçün onlara eyni hüquqa malik “sertifikat verilmişdir. Əgər cavabdeh vergi orqanında X7 təhsilinə, ixtisasına və iş təcrübəsinə şübhə yaranmışsa, onda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 21 noyabr 2019-cu il tarixli ekspert rəyini vermiş X4 qarşı da həmin şübhələr yaranmamalıdır. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 21 noyabr 2019-cu il tarixli “Ekspert rəyi”-ndə onu vermiş X3 təhsili, ixtisası və iş təcrübəsi barədə “Azərbaycan Qiy mətləndiricilər Cəmiyyətinin “COO Evrazii” X1 “Qiymətləndiricilər Şurası” Birliyi ilə birgə təşkil etdiyi imtahanları mütəxəssislərin sertifikatlaşdırma sistemi haqqında əsasnamənin tələblərinə uyğun olaraq müvəffəqiyyətlə verərək Beynəlxalq Sertifikat almışdır.” kimi göstərilmişdir. Belə ki, hər iki ekspert - X6 və X11 eyni səviyyəli qiymətləndirici statusuna malikdirlər. Digər tərəfdən, "xxxx" MMC tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli, A07/2021-015 saylı ekspert rəyinin 4-cü səhifəsində həmin rəyi tərtib etmiş X11 tərəfindən yalan rəy verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsinə əsasən cinayət məsuliyyəti daşımasına dair “İltizam məktubu” yer almışdır. Beləliklə hesab edilməlidir ki, cavabdehin kassasiya şikayətində "xxxx" MMC-nin eksperti X11 ba rədə yanlış məlumatlar verməklə məhkəmənin diqqətini səhv istiqamətə yönəltməyə çalışmışdır.
26. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, səyyar vergi yoxlaması zamanı 2017-ci ilin mənfəət vergisi üzrə 1.694.571,74 manat xərc öz təsdiqini tapmasına baxmayaraq Məhkəmə Ekspertiza Mərkəzinin eksperti müvafiq dövr üçün vergi ödəyicisinin özünün bəyan etdiyi 2.521.466,18 xərci qəbul etmiş və bu barədə öz rəyində heç bir əsaslandırma aparmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 9/5405 saylı, 7 sentyabr 2021-ci il tarixli ekspert rəyinin “Tədqiqat prosesinin təsviri” hissəsinin “Mənfəət vergisi üzrə” bölməsində qeyd edilir: “2017-ci ildə ümumi gəlir 3.106.440,0 manat, müəssisə tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 5 oktyabr 2020-ci il tarixli vəsatətlə 260 vərəqd ən ibarət iddiaçının 2017-ci il üzrə xərclərini təsdiq edən sənədlərə əsasən xərclər 2.521.466,18 manat, vergiyə cəlb olunan mənfəət 584 973,2 manat, mənfəət vergisi 116 994,64 manat hesablanır.” Göründüyü kimi, müəssisədə səyyar vergi yoxlaması həyata keçirilən zaman iddiaçı tərəfindən xərclərə dair bütün sənədlər yoxlayıcıya təqdim edilsə də, o həmin sənədlərin bir hissəsini nəzərə almamışdır. Bu səbəbə görə də nəzərə alınmayan müəssisənin xərclərinə dair bütün sənədlər işə əlavə olunması üçün vəsatətlə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İddiaçı tərəfindən xərclərə dair təqdim edilmiş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5405 saylı, 7 sentyabr 2021-ci il tarixli ekspert rəyində əks etdirilmişdir.
27. Cavabdeh vergi orqanı özü nün təqdim etdiyi cədvəlin "xxxx" MMC (Gloriya Jeans) sətrinin qarşısında 21.000,0 manat qədər olan dövriyyə 11%+ƏDV 21.000,0 manatdan yuxarı olan dövriyyə 15%+ƏDV göstərməsinin mənası aydın deyil. “İcarə müqavilə’-lərində razılaşdırılmış icarə haqları "xxxx" MMC ilə - 828,00 manat və Göldağı Arif ilə - 600,00 manat məbləğində olduğu halda, cavabdeh vergi orqanı öz cədvəlində yanlış olaraq həmin icarə haqlarını müvafiq olaraq 1.650,00 manat və 1.250,00 manat göstərmişdir. Hesab edilməlidir ki, bununla cavabdeh vergi orqanı "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyini şübhə altına almaqla məhkəmədə səhv təsəvvür yaratmaq niyyəti daşımışdır. Əgər "xxxx" MMC tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli, A-07/2021-015 saylı ekspert rəyi ilə müəyyən edilmiş icarə haqları ilə bütün icarəçilər lə bağlanmış “İcarə müqavilə’-lərində razılaşdırılmış icarə haqlarının iddiaçı tərəfindən tərtib edilmiş müqayisəli cədvəlinə diqqət yetirsək, onda Cavabdehin yuxarıda qeyd edilən mülahizəsinin əsassız olduğu sübut olunar. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (vergi hesablanan dövrdə qüvvədə olan redaksiyası): Maddə 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Maddə 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Maddə 14.3. bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda (14.3.1), təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə (14.3.2), 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə (14.3.3), müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda (14.3.4), bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda (14.3.5). Maddə 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarın da heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: Maddə 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. Maddə 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. Maddə 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyy ənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Maddə 14.9. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. 29. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araş dırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Maddə 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks ha lın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür.... Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Belə ki, Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4-cü maddəsinin, eləcə də qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyata aid 14.5-ci maddəsinin müddəalarının tətbiqi mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini bu maddənin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Hə min maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1-ci maddə); dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xid mətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (14.6.3.3-cü maddə). Ekspertin cəlb edilməsinə gəldikdə, Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində ekspertizanın keçirilməsi qaydası və bununla bağlı bir sıra təminatlar, o cümlədən ekspertin müqavilə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətinin nəzərdə tutulmasının mümkünlüyü, ekspertizanın maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə vergi yoxlamasını bilavasi tə həyata keçirən vergi orqanının qərarı əsasında təyin edilməsi təsbit edilmiş, habelə ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanının həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini tanış etməyə və həmin şəxsin ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək və ekspertin rəyi ilə tanış olmaq daxil olmaqla Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borclu olduğu nəzərdə tutulmuşdur. Sözügedən Məcəllənin yuxarıda şərh olunan prosesin bütün mərhələlərinə şamil edilən və tutulmalı olan verginin müəyyən e dilməsində vergi ödəyicisinin fəal iştirakının təzahürlərindən biri olan 14.8-ci maddəsinə əsasən isə vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır.
31. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının mübahisələndirilən hissədə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişd irilməsi üçün əsaslar müəyyən edilməmişdir.
35. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
36. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyas ı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
37. İşin halları ilə müəyyən olunur ki, səyyar vergi yoxlaması zamanı cavabdeh Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən 6 mart 2019-cu il tarixli, **********178204 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" Qərar qəbul etmişdir. 1 mart 2017-ci il tarixdən 31 oktyabr 2018-ci il tarixədək real icarə haqqının müəyyən edilməsi barədə Ticarət və Sənaye Palatası "Azərekspertriza" Birliyinin ekspert rəyi ilə müəssisə tərəfindən 638.028,17 manat əlavə dəyər vergisinin azaldıldığı və 426.052,7 manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. 38. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli qərarı ilə 1 mart 2017-ci ildən 31 oktyabr 2018-ci il tarix ədək olan dövrdə 638.028,14 manat məbləğində ƏDV-nin, 2017-ci il üzrə 426.052,70 manat məbləğində mənfəət vergisinin az hesablandığı, 1600 manat məbləğində ödəmə mənbəyində tutulan verginin artıq hesablandığı müəyyən edilmiş, cəmi 1.064.080,84 manat məbləğində vergilərin azaldılmasına görə 532.040,43 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə vergi orqanı tərəfindən iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən obyektin vergitutma məqsədləri üçün aylıq icarə haqqının bazar qiymətinə uyğun olaraq vergi müəyyən edilməsi barədədir.
40. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin təqdim etdiyi ekspert rəyinə əsaslanaraq iddia qismən təmin etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş həmin qərardan verilmiş kassasiy a şikayətinin dəlillərinin əsası ekspert rəyinin mötəbərliliyidir. Lakin ilk öncə cavabdehin inzibati icraat zamanı vergi məcəlləsinin 14cü maddəsində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarında nəzərdə tutulmuş bazar qiymətinin müəyyən olunması üçün ardıcıl proseslərin riayət olunubolunmamasını yoxlanılmalıdır.
41. Belə ki, Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, 30 gün ərzində vergi ödəyicilərinin eyn i xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə, müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda, daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) ver gitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda həyata keçirilir.
42. İş materiallarından göründüyü kimi, vergi orqanı 24 dekabr 2018-ci il tarixdə səyyar vergi yoxlamasına başlamış, 6 mart 2019-cu il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək daşınmaz əmlakın icarəsi üçün bazar qiymətinin müəyyənləşdirilməsinə ehtiyac olmasının müəyyən olunması istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası V ergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. - Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açı q məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. - Belə ki, Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4-cü maddəsinin, eləcə də qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyata aid 14.5-ci maddəsinin müddəalarının tətbiqi mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini bu maddənin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. - Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: - so nrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1-ci maddə); - dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); - malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.
44. Beləliklə, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Vergi Məcəl ləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə mənzillərin bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Cavabdeh tərəfindən aparılan inzibati icraatda və iş materiallarında iddiaçı kimi fəaliyyət göstərən və iddiaçının əmlakına uyğun əmlakın icarəsi barədə heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir.
45. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, bazar qiymətinin müəyyən olunması Vergi Məcəlləsinin 14-cü maddəsinə nəzərdə tutulmuş mərhələlərə riayət edilməklə, həmçinin ekspertiza təyin edilməklə mümkündür. Sözügedən normada mütləq şəkildə öncə qeyd olunan mərhələlərə riayət olunmalı, daha son ra ekspertiza təyin edilməlidir kimi hər hansı hüquqi tənzimləmə müəyyən olunmamışdır.
46. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin 13 mart 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növb əti mərhələyə də keçə bilər. Beləliklə, cavabdeh inzibati orqan həmin qanunvericiliyin və konstitusiya məhkəməsinin qərarında göstərilən tələblərə riayət etmədən birbaşa ekspert rəyi təyin etməklə həmin norma və qərarın müddəalarını pozmuşdur.
47. Kollegiya hesab edir ki, hazırkı iş üzrə bazar qiymətinin müəyyənləşdirilməsi zamanı Konstitusiya Məhkəməsinin qərarında şərh olunmuş tələblərə və mərhələlərə vergi orqanı tərəfindən riayət edilməsi müəyyən edilmir. Ona görə də, apellyasiya məhkəməsinin qərarında cavabdehin mübahisələndirdiyi hissədə gəlinmiş iddianın təmin edilməli olduğuna dair nəticə qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2-1(103)-1603/2021 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Hakimlər: R.Nəbizadə Z.Quliyev S.Kərimov