Məhkəmə qərarları › İş №2-1(102)-497/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-497/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-497/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə-mühasibatlıq ekspertizanın təyin edilməsi səbəbi ilə iş üzrə icraatın dayandırılması barədə qərardadın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3590/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı barəsində xx.xx.2022-ci il tarixli **********154501 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı MMC-yə 5473204,9 manat əlavə mənfəət vergisi hesablanmış, 2736602,46 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhk əməyə müraciət edərək İddiaçı barəsində xx.xx.2022-ci il tarixli **********154501 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7114/2022 saylı iş 6.10.2022-ci il tarixli (hakim M.Qarayeva) qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır.

4. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 2-1(103)-3590/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakimlər A.Oruczadə - sədrlik edən və məruzəçi, M.Tağızadə və X.Cəmilova) Bakı İnzibati Məhkəməsinin 6.10.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

8. Kassasiya şikayətinin dəlillərinə görə, qarşı tərəf cinayət təqibinin aparılması ilə bağlı bu işin dayandırılması məqsədilə vəsatət vermişdir, bu isə Ali Məhkəmənin MXMT(102)-46/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən köklü şəkildə ziddir. Ali Məhkəmə bank hesa blarında olan həbsin götürülməsi, şirkətin fəaliyyətinin bərpa olaraq davamlı işləməsinə şərait yaratmış, qarşı tərəf isə dayandırma ilə bağlı vəsatət vermişdir. Bütün bunlar sübut edir ki, qarşı tərəfin iş üzrə heç bir sübut və əsası yoxdur əlavə vergi hesablamağa. Məhkəmə də öz növbəsində ekspertiza təyin etmiş ki, bu da yoxlamanı əvəz edir, halbuki qarşı tərəf olan cavabdeh ekspertizanın keçirilməsinə etiraz etmişdir.

9. Qərardadda qeyd edilən kimi, iddiaçı və ya nümayəndəsi ekspertizanın keçirilməsini "arzu" etsəydi bu barədə vəsatət təqdim edərdi. Məhkəmə prosedurunda arzu yox, hərəkətlər nəticəsində qərarlar qəbul edilir. Ekspertiza keçirilməsi istər Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsin ə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur və ekspertiza keçirilməsi vergi orqanının səlahiyyətlərinə aiddir. Ekspertizanın keçirilməsi məhkəmə çərçivəsində araşdırılası məsələ deyildir, vergi orqanını səlahiyyətinə aiddir və vergi orqanı, ekspertiza keçirmədən qiymət müəyyən etmişdirsə bu qərar avtomatik, birmənalı ləğv olunmalı idi. Həmçinin yoxlamanın keçirilməsi zamanı prosessual pozuntuların mövcudluğu qərarın ləğv edilməsi üçün əsaslardan biridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə Maddə 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Maddə 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğ u hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə 7.3. Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Maddə 29-1. İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə 39.2. Tələb olunan inzibati aktın, o cümlədən inzibati şikayətə dair qərarın xüsusi səbəblər üzündən qəbul edilmədiyi hallarda, məhkəmə inzibati aktın və ya inzibati şikayətə dair qərarın qəbul edilməsi üçün, qanunvericiliklə digər müddət müəyyən edilməmişdirsə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.3-cü maddəsində nəzərdə tutulmuş müddəti nəzərə almaqla müəyyən müddət təyin edir. Təyin edilmiş müddət bitənədək iş üzrə icraat məhkəmə tərəfindən dayandırılır. Maddə 122.8. Normativ xarakterli aktın etibarlılığının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən baxılan konkret hüquq normasının qanunauyğun sayılmasından asılı olduğu hallarda, məhkəmə tərəfindən işə baxılması Azərbaycan Respublikasının Konstitusiya məhkəməsində icraat başa çatanadək dayandırılır. Maddə

124. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Ko nstitusiyasının 130-cu maddəsində nəzərdə tutulmuş və mübahisə ilə bağlı işin həlli üçün əhəmiyyət kəsb edən normativ hüquqi aktlardan hər hansı birinin Azərbaycan Respublikasının Konstitusiyasına zidd olduğunu güman etdiyi hallarda iş üzrə icraat dayandırılmalı və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinə müvafiq olaraq həmin aktın Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qəra rının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət “iş üzrə icraatın dayandırılması”na münasibətdə mümkün hesab edilmişdir.

13. Mübahisələndirilən qərardadın “iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi” hissəsinə gəldikdə, həmin qərardadların müstəqil mübahisələndirilməsi İPMdə nəzərdə tutulmadığından, şikayət qərardadın həmin hissəsinə münasibətdə mümkünsüzdür.

14. Buna görə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı “iş üzrə icraatın dayandırılması”na münasibətdə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖV QEYİ

15. Şikayət qərardadın “iş üzrə icraatın dayandırılması” hissəsinə münasibətdə əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

16. Qanunverici inzibati məhkəmə icraatında iş üzrə icraatın dayandırılması əsaslarını İPM-in 7, 39.2, 122.8, 124-cü maddələrində təsbit etmişdir. Başqa sözlə, iş üzrə icraatın dayandırılmasına yalnız həmin normalarda nəzərdə tutulmuş əsaslar olduqda yol verilir.

17. İPM-də məhkəmə ekspertizasının keçirilməsi səbəbi ilə iş üzrə icraatın dayandırılması nəzərdə tutulmamışdır.

18. İPM-in 29-1-ci maddəsinin hazırkı işə tətbiqi imkanına gəldikdə, normanın məzmunundan göründüyü kimi, burada söhbət iş üzrə icraatın dayandırılması və ya dayandırılmış icraatın təzələnməsi ilə bağlı məsələlərin deyil (MPM-in 18-ci fəsli), bilavasitə məhkəmə ekspertizasının özü ilə bağlı məsələlərin (ekspert qismində çıxış edən şəxs, ekspertizanın, o cümlədən əlavə və təkrar ekspertizanın təyin edilməsi qaydası və əsasları, ekspertizanın aparılması qaydası, ekspertin hüquq və vəzifələri, ekspert rəyi və s.) tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarının tətbiqindən gedir.

19. Beləliklə, ekspertizanın təyin edilməsi ilə səbəbi ilə iş üzrə icraatın dayandırılması üçün prosessual-hüquqi əsas olmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iş üzrə icraatın dayandırılması hissəsində prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən həmi n hissədə ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilməlidir.

21. Məhkəmə kollegiyası mübahisələndirilən qərardadın iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin qərardadların müstəqil mübahisələndirilməsi İPM-də nəzərdə tutulmadığından şikayət qərardadın həmin hissəsinə münasibətdə mümkünsüzdür.

22. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-3590/2022 nömrəli qərardadı “iş üzrə icraat dayandırılması” hissəsində ləğv edilir və iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qərardadın “iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi hissəsinə münasibətdə” mümkün sayılmır və həmin hissədə şikayətin qəbulundan imtina edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar