Məhkəmə qərarları › İş №2-1(102)-497/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-497/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-497/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN:OWKTZN7) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3405/2023 nömrəli, 3 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1981-ci ildən xx.xx.1986-cı il tarixədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda sənaye və mülki tikinti ixtisası üzrə təhsil almışdır. O, xx.xx.1986-ci il tarixdən xx.xx.1988-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasına əsasən, xx.xx.1986-2910.1986-cı illərdə SMU-da mülki obyektə sahə ustası, xx.x x.1988-xx.xx.1989-cu illərdə MPMK-24 trestində Aqropromstroy mühəndis, xx.xx.1989-31.0.1990-ci illərdə 2 №-li Selsstroyda usta, xx.xx.1990-xx.xx.1990-cı illərdə Abşeron rayon ƏMXUU-nəzdində “Rahatlıq” kooperativində iş icraçısı, xx.xx.1990-xx.xx.1990-cı illərdə Korlar Cəmiyyətində iş icraçısı, xx.xx.1990-xx.xx.1998-ci illərdə Bakıaqrojinstroyda iş icraçısı, xx.xx.2000-xx.xx.2000-ci illərdə Bakı Mənzil İstismar Sahəsində iqtisadçı, xx.xx.2001-xx.xx.2003-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində usta, xx.xx.2003-xx.xx.2003-ci illərdə Heydər Əliyev məktəbində, xx.xx.2005-xx.xx.2008-ci illərdə "xxxx" MTK-da iş icraçısı, xx.xx.2008-xx.xx.2008-ci illərdə "xxxx" ASC-də iş icraçısı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mülki Tikinti Departamentində iş icraçısı, xx.xx.2010-xx.xx.2010-cu illə rdə "xxxx" MMCdə iş icraçısı, xx.xx.2010-xx.xx.2011-ci illərdə "xxxx" MMC-də sahə rəisi, xx.xx.2011- xx.xx.2014-cü illərdə iş icraçısı, xx.xx.2015-xx.xx.2018-ci illərdə "xxxx" Mənzil Tikinti Kooperativi”ndə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis, xx.xx.2018-xx.xx.2023-cü illərdə iş icraçısı vəzifələrində işləmişdir. 3. "xxxx" MTK tərəfindən verilmiş məktuba görə, iddiaçı xx.xx.2005-ci il xx.xx.2008-ci il tarixinədək olan dövr ərzində "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007ci il tarixli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 29cu bəndin "B" yarımbəndinə əsasən iş icraçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir. 4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin arayışına əsasən, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-nin Sənaye və Mülki Tikinti departamentində iş icraçısı vəzifəsində çalışmışdır. 5. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məktubundan görünür ki, iddiaçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən iş icraçısı (tikintidə) vəzifəsində 1.03.2009-cu il tarixindən xx.xx.2009-cü il tarixədək çalışmışdır. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı: 9 ay 7 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx. 2007-ci il tarixli 12 nömrəli Qərarı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 29-cu bəndinin “B” yarımbəndinə əsasən iş icraçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir.” 6. "xxxx" Mənzil Tikinti Kooperativinin arayışına görə, iddiaçı 21 iyul 2011-ci il tarixdən 01 iyul 2014-cü il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı vəzifəsində işləmişdir.

7. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.

8. Cavab tərəfindən həmin müraciətdən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, güzəştli iş stajı 12 il 6 aydan az (8 il 6 ay 3 gün (xx.xx.2005xx.xx.2008-ci il, xx.xx.2009 - xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər, xx.xx.2011xx.xx.2014-cü il tarixləri arasındakı dövr üzrə cəmi 5 ay və xx.xx.2018-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşının tamam olduğu xx. xx.2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olduğu dövrə 31 il 5 ay ümumi və istehsalatda ağır işlərdə iş icraçısı, usta vəzifələrində çalışdığından 17 il 8 ay güzəştli iş stajları toplanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yarandığından cavabdehə müraciət etmiş, lakin onun 2006-cı il tarixədək iş stajı nəzərə alınmadığından pensiya təyin edilməsindən imtina verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. 1

2. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsinin əsasları kimi onun xx.xx.2022-ci il tarixədək - 60 yaşının tamam olduğu vaxtadək 31 il 05 ay ümumi stajı, 17 il 08 ay güzəştli iş stajı olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğunu qeyd etmişdir. İddiaçı tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin surətinə (AZE № ********; FİN xxxxxxx) əsasən o, xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli 30/11- 2022 № arayışa əsasən onun xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli 24A-22 № arayışa əsasən onun xx.xx.2009-cu il tarixdən xx.xx.200 9-cu il tarixədək "xxxx" ASC-nin Sənaye və Mülki Tikinti Departamentində iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli 72 № arayışa əsasən onun xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “MTK-REAL" Mənzil Tikinti Kooperativində iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli 24 №li arayışa əsasən onun xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində Tikinti sahəsində Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası üzrə mühəndis, xx.xx.2018ci il tarixdən hazırkı tarixədək iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (8 il 6 ay 3 gün (xx.xx.2005-xx.xx.2008-ci il, xx.xx.2009- xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər, xx.xx.2011-xx.xx.2014-cü il tarixləri arasındakı dövr üzrə cəmi 5 ay və xx.xx.2018-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli 24 № arayışa əsasən onun xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində Tikinti sahəsində Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası üzrə mühəndis, xx.xx.2018-ci il tarixdən hazırki tarixədək iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmçinin, sözügedən arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqu qu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.2-ci bəndinin “B” yarımbəndinə istinad edilmişdir. Həmin bənddə aşağıdakılar qeyd edilmişdir: 21.2. Dəniz və çay donanması: b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) duru yanacaqla işləyən gəmi ocaqçıları, bütün adlarda maşinistlər, bütün adlarda motorçular mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri. Hazırkı işin hallarından məlumdur ki, iddiaçının sözügedən arayışla iddia etdiyi işlədiyi vəzifə siyahı üzrə müvafiq vəzifələr üzrə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinin “B” yarımbəndinə əsasən iş icraçısı vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrə aid edilmişdir. Belə ki,

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar, is icraçıları. Həmin bənddə mühəndis və zifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçının "xxxx" Mənzil Tikinti Kooperativində Tikinti sahəsində Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası üzrə mühəndis kimi işlədiyi xx.xx.2015ci il tarixdən xx.xx.2018-ci il tarixədək dövrlər onun güzəştli iş stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5803/2023 saylı, 24 iyun 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə e dilməsi qərara alınmışdır.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçı 19 il 5 ay 12 gün işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş stajını toplamışdır.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3405/2023 nömrəli, 3 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsin in hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı o lmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıs ında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 n oyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”: 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi - 2290000b -24441 kodla iş icraçıları vəzifəsi.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güz əştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”: Bənd 29 "B" yarimbəndi - iş icraçısı.

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qə rardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA B AXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Avrop a İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılm ası təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Eyni zamanda qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də güzəştli əmək stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları q eyd etməyi zəruri hesab edir.

33. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

34. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübu tlarla bağlı deyildir.

35. Hazırkı mübahisəyə münasibətdə cavabdehin bu qərarın 34-35-ci bəndlərində istinad olunan qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən İPMin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

37. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

38. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3405/2023 nömrəli, 3 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar