Məhkəmə qərarları › İş №2-1(102)-498/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-498/2019

23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-498/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-498/19) Bakı şəhəri 23 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Aidə Tağıyevanın iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı onun 10.11.1980-cı ildən - 27.05.1992-ci ilədək keçmiş Azərbaycan SSR-i Nazirlər Soveti Dövlət X1 Komitəsinin “Azərmetaltəchizat” idarəsində mühəndis və şöbə müdiri vəzifələrində işlədiyi müddətin dövlət qulluğu təsnifatı toplusuna aid edilərək onun əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2385/2018 saylı iş üzrə 23.10.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 23 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1956-cı ildə il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 10 noyabr 1980-ci ildən 27 may 1992ci ilədək olan müddət ərzində Azərbaycan SSR-i Nazirlər Sovetinin Dövlət X1 Komitəsinin mərkəzi aparatının “Azərmetaltəchizat” idarəsində müxtəlif vəzifələrdə işləmişdir. Həmin dövrdə bu Komitə və onun mərkəzi aparatının idarələrində işləyən işçilər dövlət qulluqçusu hesab olunurdu. Ona 2017-ci ilin dekabr ayından birinci qrup əlil olması ilə əlaqədar əmək pensiyası hesablanarkən Dövlət X1 Komitəsində işlədiyi dövrdəki əmək stajı dövlət qulluqçusu kimi nəzərə alınmamışdır. Qeyd olunanlarla bağlı ərizə i lə DSMF-nin Sabunçu rayon şöbəsinə müraciət etmiş, cavabdeh tərəfindən ərizəsi təmin edilməmiş, 20.02.2018-ci il tarixli 16/01-996 saylı cavab məktubunda mövqeyini onunla əsaslandırmışlar ki, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, 1991-ci il oktyabr ayının 18-dək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında Dövlət X1 Komitəsinin “Azərmetaltəchizat” idarəsi nəzərdə tutulmadığından qeyd, olunan təşkilatdakı əmək stajı dövlət qulluğu stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı cavabdehin Sabunçu rayon şöbəsinin 20.02.2018-ci il tarixli 16/01-996 saylı məktubunun qanunsuz hesab edilməsi və onun Dövlət X1 Komitəsində işlədiyi iş stajının dövlət qulluğu kimi nəzərə alınmaqla, ona hesablanmış əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun 10.11.1980-cı ildən - 27.05.1992-ci ilədək keçmiş Azərbaycan SSR-i Nazirlər Soveti Dövlət X1 Komitəsinin “Azərmetaltəchizat” idarəsində mühəndis və şöbə müdiri vəzifələrində işlədiyi müddətin dövlət qulluğu təsnifatı toplusuna aid edilərək onun əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 01.05.2018-ci il tarixli iş № 2-1(82)-1701/2018, (sədrlik edən hakim Xaliq İmanov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 01.05.2018-ci il tarixli qərarının ləğv edilməsibarədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23.10.2018-ci il tarixl i iş № 2-1(103)-2385/2018 (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin2-1 (82)-1701/2018 saylı 01 may 2018-ci il tarixli qərarı qismən-iddiaçının 03.10.1988-27.05.1992-ci ilədək keçmiş Azərbaycan SSR-i Dövlət Maddi-Texniki Təchizat Komitəsinin “Azərmetal” Birliyində işlədiyi müddətin dövlət qulluğu təsnifatı toplusuna aid edilərək, həmin dövr nəzərə alınmaqla onun dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabd ehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya cavabdeh tərəfindən verilmiş imtina əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabr ayının 18-nədək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında Dövlət X1 Komitəsinin “Azərmetaltəchizat” idarəsi nəzərdə tutulmadığından iddiaçı Q.Ə. Əhmədovun qeyd olunan təşkilatdakı əmək stajı dövlət qulluğu stajına daxil etməklə əmək pensiyasının yenidən hesablanması qanuna ziddir. Buna baxmayaraq həm birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etmiş və cavabdehin birinci instansi ya məhkəməsinin qərarından verilmiş apelyasiya şikayəti qismən təmin olunmuşdur. Qalan hissədə isə apelyasiya birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsi xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili A.Tağıyeva kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəb dən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsiAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasıdan xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməmə li, apelyasiya instansiyası məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiy a instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən verilmiş imtina əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabr ayının 18-nədək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında Dövlət X1 Komitəsinin “Azərmetaltəchizat” idarəsi nəzərdə tutulmadığından iddiaçı Q.Ə. Əhmədovun qeyd olunan təşkilatdakı əmək stajı dövlət qulluğu stajına daxil etməklə əmək pensiyasının yenidən hesablanması qanuna ziddir. Bun a baxmayaraq həm birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etmiş və cavabdehin birinci instansiya məhkəməsinin qərarından verilmiş apelyasiya şikayəti qismən təmin olunmuşdur. Qalan hissədə isə apelyasiya birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya artıq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmiş, iddiaçı hazırkı iddiasında 1980-1992-ci illər üzrə iş stajının da dövlət qulluğuna aid olunmaqla, pensiyasının yenidən hesablanmasını xahiş edir. İddiaçının 10.11.1 980-cı ildən 27.05.1992-ci ilədək dövlət qulluqçusu kimi işləməsi ona məxsus əmək kitabçası ilə, işlədiyi vəzifələrin dövlət qulluğu təsnifatına uyğun gəlməsi isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” ilə təsdiq olunur ki, qeyd olunan hal iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası “Dövlət qulluqçularının pensiya təminatı haqqı nda” Qanununun 5.2-ci maddəsinə əsasən pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır. Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edil miş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.1ci bəndinə əsasən Mərkəz dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəmənin sorğusuna 08/04-08/3014 saylı, 16 oktyabr 2018-ci il tarixli cavab məktubuna əsasən “İddiaçı 1980-1988-ci illərdə Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin “Azərmetaltəchizats atış” İdarəsində İşlədiyi müddətə dair bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” 1.15-ci bəndində Azərbaycan SSR-i dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması apar ılmışdır. Qeyd edilənlərə əsasən “Azərmetaltəchizatsatış” İdarəsi Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin aparatında fəaliyyət göstərmişdirsə, İddiaçı 1980-1988-ci illərdə Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin “Azərmetaltəchizatsatış” İdarəsində işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxil edilə bilər”. Azərbaycan SSR-i Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Ali Sovetinin 22 may 1991-ci il tarixli 106-Xİİ saylı Qərarı ilə təsdiq olunmuş ilk strukturuna daxil edilmişdir. İş materiallarından görünür ki, İddiaçı “Azərmetaltəchizatsatış” İdarəsində şöbə müdiri vəzifəsində işləməsinə dair 281 saylı vəsiqə işlədiyi İdarə tərəfindən deyil, Azərbaycan SSR-i Dövlət Maddi-Tex niki Təchizat Komitəsi tərəfindən (Komitənin möhürü və sədrinin imzası və Komitənin ilə) verilmişdir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının 19801988-ci illərdə Azərbaycan SSR-i Dövlət Maddi-Texniki Təchizat Komitəsinin “Azərmetaltəchizatsatış” İdarəsində işlədiyi müddətin dövlət qulluğunda qulluq stajına daxil edilməsi və həmin dövr nəzərə alınmaqla, iddiaçının pensiyasının yenidən hesablanmasına dair iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 16 oktyabr 2018-ci il tarixli 08/0408/3014 saylı cavab məktubunda həmçinin göstərilmişdir ki, “İddiaçı 1988-1991-ci illərdə Azərbaycan SSR-i Dövlət Maddi-Texniki Təchizat Komitəsinin “Azərmetal” Birliyində işlədiyi müddətə dair bildiririk ki, “Azərbaycan SSR Dövlət Maddi-T exniki Təchizat Komitəsinin təşkilati strukturunun və fəaliyyətinin yenidən qurulması haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 03 oktyabr 1988-ci il tarixli, 347 saylı Qərarına əsasən “Azərmetal” Birliyi Azərbaycan SSR-i Dövlət Maddi-Texniki Təchizat Komitəsinin tabeliyində fəaliyyət göstərmişdir. Yuxarıda adı çəkilən Siyahıda dövlət komitələrinin tabeliyində fəaliyyət göstərən birliklərdə mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmadığından İddiaçı 1988-1991-ci illərdə Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin “Azərmetal” Birliyində işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxil edilmir”. Göründüyü kimi, iddiaçının 1988-1992-ci illərdə Azərbaycan SSR-i Dövlət Madd i-Texniki Təchizat Komitəsinin “Azərmetal” Birliyində işlədiyi dövrün dövlət qulluqçusu kimi iş stajına daxil edilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərinə ziddir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 23.10.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin kas asiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.10.2018-ci il tarixli 21(103)-2385/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar