Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-498/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 21(103)-2703/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* №-li, xx.xx.1978-ci ildə verilmiş əmək kitabçasına əsasən İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər peşə məktəbində təhsil almış, (03 ay 02 gün), xx.xx.1978 - xx.xx.1997-ci ilə qədər “Bakıtuneltikinti” idarəsində qazmaçı və izoləedici (19 il 03 ay 23 gün), xx.xx.1997-xx.xx.1998-ci il tarixə qədər “Bakıtuneltikinti” idarəsində tunel fəhləsi (09 ay 26 gün) vəzifələrində işləmişdir.
2. NZ ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər (2 il 9 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.
3. Azərbaycan Respublikası "xxxx" QSC-nin A/70 №-li, xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.1978-ci il tarixindən “Bakıtuneltikinti” idarəsinin 2 №-li Tikinti İdarəsinə yeraltı şəraiti üzrə qazmaçı peşəsinə qəbul edilmişdir, xx.xx.1987-ci il tarixdən izoləedici (yeraltı şəraiti) peşəsinə keçirilmişdir, xx.xx.1988-ci il tarixdən qazmaçı (yeraltı şəraiti) peşəsinə keçirilmişdir, xx.xx.1997-ci il tarixdən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.1997-ci iİ tarixindən Bakı Metropoliteninin Tunel qurğuları xidmətinə 4-cü dərəc ə ilə tunel fəhləsi (tuneldə yalnız gecə işi) peşəsinə qəbul edilmişdir, xx.xx.1998-ci il tarixdə işdən azad edilmişdir. İşlədiyi müddət ərzində İddiaçı: 1978-ci ilin may ayından 1994-cü ilin sentyabr ayınadək əmək haqqı təşkil edirdi: Yekun: 1978-1991-ci illər üzrə 42 124,84 rubl (məzənnə - rubl), 1992-1998-ci illər üzrə 1 877 917,60 manat (məzənnə - AZM). 1993-cü ilin mart ayı, 1994-cü ilin sentyabr ayından 1998-ci ilin sentyabr ayına kimi, 1998-ci ilin oktyabr ayından sonra əmək haqqı ödənilməmişdir. Bütün məbləğlərdən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sığorta haqları ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında ” xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının müvafiq maddələrinə uyğun olaraq İddiaçı əmək stajına və yaşına görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir və onun yeraltı və zərərli iş şəraitində işlədiyi peşələr üzrə əmək stajı 20 il 01 ay 21 gün (iyirmi il bir ay iyirmi bir gün) təşkil edir. 4. "xxxx" QSC tərəfindən verilmiş A/293 N-li, xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən iddiaçı “Bakıtuneltikinti” idarəsinin 2 №-li Tikinti-Quraşdırma İdarəsinə xx.xx.1978ci il tarixindən yeraltı şəraitində qazmaçı peşəsinə qəbul edilmişdir xx.xx.1988-ci il tarixindən yeraltı şəraitində qazmaçı peşəsinə keçirilmişdir, xx.xx.1997-ci il tarixindən (öz xahişi ilə) işdən azad edilmişdir, xx.xx.1997-ci il tarixindən Bakı metropoliteninin Tunel qurğuları xidmətinə tunel fəhləsi peşəsin ə (tuneldə yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə) qəbul edilmişdir, xx.xx.1998-ci il tarixindən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçının xüsusi zərərli əmək şəraitində (yeraltı) əmək stajı 20 il 01 ay 21 gün (iyirmi il bir ay iyirmi bir gün) təşkil edir, işlədiyi qazmaçı və izoləedici peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarına əsasən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının İ. Dağ-mədən işləri bölməsinin 1.1.1. hissəsinin "a" bəndi (yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr) tənzimlənir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 10100000 İ. Dağ-mədən işləri bölməsinin 1010100a (yeralt ı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr) koduna aiddir. İddiaçının işlədiyi tunel fəhləsi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000 2.Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr koduna aiddir. Qeyd: Tunel fəhləsi peşəsi fəhlə hesab edilir. Gecə saatlarına görə tunel fə hləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xahiş etmişdir.
6. Cavabdeh 17 noyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (18 il 1 ay 5 gün (xx.xx.1974-xx.xx.1976-cı il, xx.xx.1978-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə a lınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 28800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16970,40 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 7 dekabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək 52 yaşının tamam olduğu xx.xx.2007-ci il tarixdən, pensiyanın ödənilməsinin ilk dəfə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 ildən yəni, xx.xx.2017-ci ildən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 01 avqust 1997-ci il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə və Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısına müvafiq olaraq 10 ildən çox zərərli əmək sahəsi ndə əmək stajı, 20 ildən çox ümumi stajı olduğu üçün və 50 yaşının tamam olduğu xx.xx.2005-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olduğundan cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, qeyd olunan tarixdən etibarən ona yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsini, əvvəlki illər üçün hesablanacaq əmək pensiyası məbləğinin birdəfəlik ona ödənilməsini xahiş etmişdir. Lakin həmin cavabdeh təşkilatdan ona verilmiş xx.xx.2021-ci il tarixli **********0 saylı cavabla qanuni və haqlı tələbinin yerinə yetirilməsindən imtina edilmişdir. Verilmiş imtina məktubunda əsassız olaraq qeyd edilmişdir ki, guya onun 01 yanvar 2006-cı il tarixədək 25 ildən az yəni 18 il 1 ay 5 gün ümumi əmək stajı vardır. Halbuki həmin idarəyə tə qdim etdiyi işlədiyi idarənin arxiv arayışından görünür ki, o, xx.xx.1978-ci il tarixdən “Bakıtuneltikinti” idarəsinin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsinə 4-cü dərəcəli qazmaçı peşəsinə qəbul edilmişdir və 21 ildən çox ümumi əmək stajı və 10 ildən çox (19) il güzəştli əmək stajı mövcuddur, fasiləsiz olaraq orada əmək fəaliyyətini davam etdirərək, xx.xx.1998-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. Təqdim edilmiş rəsmi sənədlərdən də açıq-aşkar görünür ki, onun həmin idarədəki xüsusilə zərərli əmək şəraitindəki iş stajı 20 il 1 ay 26 gün təşkil edir. xx.xx.1974xx.xx.1976-cı illərdə həqiqi hərbi xidmətdə olduğu müddət də ümumi əmək stajına hesablanmaqla onun işdən çıxdıqda, yəni xx.xx.1998-ci il tarixdə ümumi əmək stajı 22 il 1 ay 26 gün təşkil edir. Buradan da görünür k i, cavabdehin onun qanuni tələbinin yerinə yetirilməsindən imtinası tamamilə əsassızdır. Bundan başqa ona verilmiş imtina məktubunda eyni zamanda qeyd edilir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir və bu əsasla da ona yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsinin mümkün olmadığı qeyd edilir. Ona verilmiş imtinanın bu hissəsi də tamamilə əsassızdır.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin onun 1 yanvar 2006-cı il tarixinədək ü mumi iş stajı tələb olunan müddətdən az (18 il 1 ay 5 gün (xx.xx.1974-xx.xx.1976-cı il, xx.xx.1978-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) olduğundan müraciəti müsbət həll etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensi yaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Eyni zamanda, əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Bakmetrostroy” da qazmaçı və izoləedici, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Bakmetrostroy” da tunel fəhləsi vəzifələrində işlədiyini iddia etmişdir. Lakin "xxxx" QSC-nin A/70 saylı, 18 aprel 2020-ci il tarixli arayışından aydın olur ki, İddiaçı xx.xx.1994-cü il tarixdən əmək haqqı almamışdır, bu səbəbdən həmin dövrlərin sosial sığort a stajına daxil edilməsi qanuna müvafiq hesab edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə, İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahısına müvafiq olaraq 10 ildən çox zərərli əmək sahəsində stajı olduğunu iddia etsə də, bunu sübut edən hər hansı sənəd təqdim etməmişdir. İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2005-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab edilmir.
7. Bakı İnzibati Məhkəməsinin 4 may 2022-ci il tarixli, 2-1(112)-4400 /2022 nömrəli qərarı (hakim: X2) ilə iddia təmin edilmiş, xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2007-ci il tarixdən, pensiyanın ödənilməsinin ilk dəfə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 (üç) ildən yəni, xx.xx.2017-ci ildən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Həmçinin keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 16 aprel 2020-ci il tarixli **********3 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 27 fevral 2020-ci il tarixində müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya ona pensiya təyin olunmalı olan xx.xx.2017-ci il tarixdən hesablanaraq, ödənilməlidir
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2703/2022 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X1 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 4 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 52 yaşı tamam olduğu tarixdən p ensiya təyini ilə bağlı Mərkəzi Filiala müraciəti olmamışdır. Bundan başqa, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci İl tarixədək “Bakmetrostroy” da qazmaçı və izoləedici, xx.xx.1997-ci it tarixdən xx.xx.1998-ci il tarixədək “Bakmetrostroy” da tunel fəhləsi vəzifələrində işlədiyini iddia etmişdir. Lakin "xxxx" QSC-nin A/70 saylı, 18 aprel 2020-ci il tarixli arayışından aydın olur ki, İddiaçı xx.xx.1994-cü il tarixdən əmək haqqı almamışdır, bu səbəbdən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanuna müvafiq hesab edilməmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 1 ay 5 gün (xx.xx.1974-xx.xx.1976-cı il, xx.xx.1978-xx.xx.1994-cü il tarixlər arasındakı dövrlər)) dövrləri təşkil edir.
14. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeyd ə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 28800,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16970,40 manat təşkil edir.
15. Eyni zamanda məhkəmə İddiaçı ilk dəfə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 (üç) ildən yəni, xx.xx.2017-ci ildən hesablanmaqla, güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsini qərara almışdır. Lakin iddiaçının ilkin müraciət tələbi indiki iddia tələbindən fərqli olmuş və ilkin müraciəti ilə əlaqəli iddi a tələbinin təmin edilməməsi ilə bağlı məhkəmə qərarı qəbul edilmiş və həmin qərar qanuni qüvvədə qalmışdır.
16. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 9.1, 9.8, 25-ci maddələrinə və Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfin dən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət e dilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı Dağ-mədən işləri - Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədən lərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması – Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər - a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr (1010100a)
2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər – izolyasiyaçılar (1010300a—12520)
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əs assızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasi ya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçı ya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Həmçinin cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd ed ir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci bəndində 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.
29. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* №-li, xx.xx.1978-ci ildə verilmiş əmək kitabçasına və NZ ******* nömrəli hərbi biletə əsasən xx.xx.1974-cü ildən xx.xx.1976cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmiş, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər peşə məktəbində təhsil almış,, xx.xx.1978- xx.xx.1997-ci ilə qədər “Bakıtuneltikinti” idarəsində qazmaçı və izoləedici, xx.xx.1997-xx.xx.1998-ci il tarixə qədər “Bakıtuneltikinti” idarəsində tunel fəhləsi (09 ay 26 gün) vəzifələrində işləmişdir. Beləliklə, iddiaçının 20 il ümumi stajı tamamlanmış olur.
30. Əlavə olaraq qeyd edilir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının 1994-1998-ci illərə aid işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir.
31. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi barədə dəlilə gəldikdə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş s tajlarla bağlı şərtləri 2006-cı il 1 yanvar tarixədək tam ödədiyindən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müəyyən edilən digər şərtin – 57 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla bağlı şərtdən əlavə digər şərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır.
33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və 20 ildən çox ümumi iş stajının və 10 ildən çox xüsusi iş stajının mövcud olmasına görə iddiaçının 52 yaşda güzəştli şərtlərlə yaşa görə əmək almaq hüququ yaranmış və İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edi lməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
34. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2703/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.