Məhkəmə qərarları › İş №2-1(102)-499/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-499/2019

27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-499/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-499/2019) Bakı şəhəri 27 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı1, onun vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mü dafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin vəkili Vəkil1 iştirakı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə qarşı pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2210/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 (bundan sonra mətndə - iddiaçı) xx.xx.1963-cü ildə Biləsuvar rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2002 nömrəli Hərbi Hissə Komandirinin 04 iyul 2017-ci il tarixli 0159 saylı əmri ilə 14 avqust 2017-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılaraq ehtiyata göndərilmişdir. İddiaçının 1 il 10 ay 27 gün təhsil, 21 il 11 ay 7 gün xidmət ili vardır, güzəştli xidmət illəri 6 il 4 ay 9 gün təşkil edir, cəmi xidmət illəri və iş stajı 30 il 2 ay 13 gündür, 14.08.2017ci ildə yaşa görə xidmətdən ehtiyata buraxılmışdır, cəmi təminatı 1112,90 manat, o cümlədən 420 manat vəzifə maaşı, 130 manat rütbə maaşı, 165 manat xidmət illərinə görə ə lavə, 64,0 manat ərzaq payı əvəzinə kompensasiya, 105 manat məharət dərəcəsinə, 63 manat İİR ilə həmsərhəddə xidmətə görə, 105 manat xüsusi şəraitə görə əlavə təşkil etmişdir. (001545 nömrəli “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi) İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş idarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, pensiyasının yenidən hesablanmasını xahiş etmiş, 19.02.2018-ci il tarixli, cavabdeh 03/89/02-151 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia əri zəsi ilə məhkəməyə müraciət edərək, 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50% məbləğinə hər sonrakı il üçün 3% miqdarında əlavə məbləğ hesablanmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 20 ildən çox müddət ərzində xidmət etdikdən sonra 04 iyul 2017-ci il tarixli, şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılması haqqında əmrlə həmin xidmətdən Silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxılarkən ona ödəniləcək pensiya məbləği cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Belə ki, iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edil məsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdən əvvəl, yəni 01 iyul 2017-ci il tarixdən əvvəl yarandığına baxmayaraq, onun pensiyası hesablanarkən 20 təqvim ilindən yuxarı xidmətinin hər ili üçün müvafiq təminat xərcliyinin 3% miqdarında deyil, 2% miqdarında əlavə olunmaqla təyin edilmişdir. İddiaçı hüquqların yarandığından sonra qəbul edilmiş normativ hüquqi aktların geriyə qüvvəsi olmadığını bildirmiş və göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən pensiya təyin edilməsi üçün göndərilmiş “məlumat vərəqi”nə və həmçinin 14.08.2017-ci il tarixli iddiaçının ərizəsinə əsasən, “məlumat vərəqi”nd ə pensiya təyin edildiyi 13.08.2017-ci ildən müvafiq təminat xərcliyinin 75,34 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavəyə əsasən “3%” dərəcəsi - “2%”-lə əvəz edilmişdir. Həmin dəyişikliklər 01.07.2017-ci ildən qüvvədədir. İddiaçının pensiya hüququ iddiaçının ərizə ilə müraciəti qanunda edilmiş dəyişiklikdən sonrakı vaxtları əhatə etdiyinə görə iddia tələbi qanunvericiliyin tələblərinə ziddir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2-1(81)2037/2018 saylı qərarı ilə (sədrlik edən: M.T.Hacıbəyva) iddia təmin edilmiş, iddiaçıya 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50% məbləğinə hər sonrakı il üçün 3% miqda rında əlavə məbləğ hesablanmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ olan şəxsdir, 14.08.2017-ci il tarixə 26 ildən çox (26 il 16 gün) xidmət ili mövcud olduğu üçün onun hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiya hüququ 01.07.2017-ci ilə qədər yaranmışdır. Belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən ona pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 01.07.2017-ci ilə qədər qüvvədə olan normaları tətbiq edilərək müvafiq təminat xərcliyi ilə bağlı əlavə 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natam am ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında hesablanmalıdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2210/2018 saylı qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2-1(81)-2037/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 24 oktyabr 2018-c i il tarixli, 2-1(103)-2210/2018 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, vətəndaşların pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Məhkəmələr qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabin etinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarını” nəzərə almamışdır. Belə ki, həmin qərarda qeyd edildiyi kimi, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. İddiaçıya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən pensiya təyin edilməsi üçün göndərilmiş “məlumat vərəqi”nə və həmçinin 14.08.2017-ci il tarixli iddiaçının ərizəsinə əsasən “məlumat vərəqi”ndə tərxis edildiyi 13.08.2017-ci il tarixdən müvafiq təminat xərcliyinin 75,34 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavəyə əsasən 3 faiz - 2 faizlə əvəz edilmişdir. Bildiririk ki, Qanunda edilmiş dəyişikliklər 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ, iddiaçının ərizə ilə müraciəti qanunda edilmiş tarixdən sonrakı vaxtları əhatə etdiyindən, iddia tələbi birbaşa qanunvericiliyin tələblərinə ziddir. Daha sonra qeyd edilir ki, vətəndaşın pensiya hüququ onun qulluq etdiyi orqandan tərxis edildiyi tarixdən yaranır. Belə ki, iddiaçının qulluq etdiyi Dövlət Sərhəd Xidmətində tərxis edildiyi tarix “məlumat vərəqi”ndə 13.08.2017-ci il qeyd edilmişdir. Və həmin tarixd ən etibarən ehtiyata buraxılmış və son haqq-hesab həmin tarixdə daxil olmaqla cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2210/2018 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi qərar qəbul olunmasını xahiş etdi. İddiaçı1 və onun vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdirlər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübah isə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixdən qüvvədə olan redaksiyada) 9.5-ci maddəsinə əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Həmin Qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (...) 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;... Həmin Qanunun 20.14-cü maddəsinə əsasən, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təmi nat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;... Normaların məzmunundan göründüyü kimi, 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular pensiya hüququ əldə edir lər. İddiaçı həmin şərti ödəyərək əmək pensiyası hüququnu, həm də 2017-ci il 1 iyul tarixdən əvvəl - “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavə və dəyişikliklər qüvvəyə minənədək qazanmışdır. İddiaçının pensiya hüququnun yaranmasından sonra şərtlərin dəyişdirilməsi və ya qanunda yeni şərtlərin nəzərdə tutulması onun hüququna təsir etmir. Başqa sözlə, ona bir dəfə məxsus olan tələb hüququ mövcud olaraq qalmaqda davam edir. Cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin məzmunu da azı 20 təqvim ili xidmət etmiş iddiaçının bu hüququnu aradan qaldırmır. Həmin norma yalnız bu hüququn reallaşması imkanını hərbi xidmətdən buraxılma məqamı ilə şərtləndirir. Həm də normanın məzmunundan göründüyü kimi (“...təyin olunur.”), burada, iddiaçın ın hər hansı öhdəliyindən deyil, səlahiyyətli dövlət orqanının (hazırkı halda, cavabdehin) hərbi xidmətdən buraxılmış şəxsə “pensiya təyin etmək” (iddiaçının qazanılmış hüququnu reallaşdırmaq) öhdəliyindən bəhs olunur. Beləliklə, azı 20 təqvim ili xidmət etmiş iddiaçının pensiya hüququnun 2017-ci il 1 iyul tarixdən əvvəl yarandığına dair apellyasiya instansiya məhkəməsinin qənaəti əsaslıdır. Həmçinin, iddiaçının 2017-ci il 1 iyul tarixədək 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə hesablanmalı olduğuna dair nəticə də əsaslıdır. Belə ki, iddiaçı 2017-ci il 1 iyul tarixədək 20 ildən artıq hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavəni “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin həmin tari xədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq qazanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin həmin tarixədək qüvvədə olmuş redaksiyasında 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə nəzərdə tutulmuşdur. 2017-ci il 1 iyul tarixdən sonrakı müddətə gəldikdə, iddiaçı həmin müddət üçün müəyyən edilən əlavəni almaq hüququnu məhz həmin tarixdən sonrakı xidmət müddətinə görə (2017-ci il iyulun 1-dən avqustun 14-dək) qazandığından, iddiaçının əmək pensiyasına 2017-ci il 1 iyul tarixdən sonrakı müddət üçün əlavəni “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyasına uyğun (20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında) təyin etməkdə cavabdeh inzibati orqan haqlı olmuşdur. Beləliklə, şikayət qismən təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qərarı iddia tələbinin 2017-ci il 1 iyul tarixdən sonrakı müddətə aid hissəsinin təmin olunması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin olunmamalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2210/18 nömrəli qərarı qismən - iddia tələbinin 2017-ci il 1 iyul tarixdən sonrakı müddətə aid hissəsinin təmin olunması hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin olu nmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Şikayət qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar