Məhkəmə qərarları › İş №2-1(102)-499/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-499/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-499/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: tütünçüyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası GİRİŞ HİSSƏ 18.02.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, Cavabdeh şöbənin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştl i şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dairiş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1988-ci ildə analıq məzuniyyətində olması nəzərə alınmaqla, 1986-1997-ci illəri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası sosial sığorta stajına daxil etməklə, iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlər lə yaşa görə əmək pensiyası şərtlərlə yaşa görə əmək pensiyası görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli qərarı ilə (hаkim V.Qasımov; iş No 2-1(84)-650/2019) iddianın təmin edilməməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən E.Hüseynov, hakimlər A.Mahmudov və V.Məlikov; iş № 21(107)-478/2019) iddiаçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi; Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli qərarının ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi; cavabdeh İdarənin üzərinə iddiаçının 1986-1997-ci ill ərdə işlədiyi müddətin güzəştli sosial sığorta stajına daxil edilməsi, xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin vəkili Vəkil kassasiya şikayəti nin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Al i Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İşin materiallarında olana AT-İİİ seriyalı ******* nömrəli əmək kitabçasının surətinə əsasən O, xx.xx.1984 - xx.xx.1985-ci il tarixlərdə Rusiya Federasiyasıyası Kuşşevo Təsərrüfatlararası iri buynuzlu mal-qara kökəldilməsi və yetişdirilməsi müəssisəsinin uşaq bağçasında gözətçi, xx.xx.1992 - xx.xx.1992-ci il tarixlərdə Şəki rayonu Qumux kənd tam orta məktəbində peçqalayan və xx.xx.1992 - xx.xx.2016-cı il tarixlərdə kitabxanaçı işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X1 filialının xx.xx.2017-ci il tarixli 1516 nömrəli arxiv arayışına müvafiq olaraq iddiaçı 1979-cu ildə Şəki rayonu Aşağı Göynük kəndi “Paris Kommunası adına” kolxozda kolxozçu; 1986 1998-ci illərdə Şəki rayonu Baş Layısqı kəndi "Fəhlə kəndli birliyi" kolxozunda tütünçü peşəsində işləmiş; 1988-ci ildə analıq məzuniyyətində olmuşdur. İddiaçı yuxarıda qeyd edilən iş stajına əsaslanaraq cavabdeh inzibati orqana müraciət etmiş və ona güzəştli şərtlərlə yaşa görə əm ək pensiyasının təyin edilməsini xahiş etmşdir. Lakin həmin inzibat orqanın iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli cavab məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmş və bu zaman göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 27-ci “Yeyinti sənayesi” bölməsinin 27.5.1-ci yarımbəndində tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilsə də, iddiaçının kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün bu peşəyə uyğun gəlmir, çünki, yeyinti sənayesi ilə kənd təsərrüfatı sahəsi fərqli sahələrdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı kolxozda tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalı ilə 1988-ci ildən 1998-ci ilədək məşğul olmuşdur. Həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı norması 170 adam/gün olduğuna görə, iddiaçının 1986, 1987, 1989-1993-cü illərdə (cəmi 7 il) minimum əmək iştirakı normasını doldurmuş, qalan illərdə isə doldurmamışdır. Natamam illər üzrə iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla 3 il (513: 170 = 3) təşkil etmişdir. Deməli, iddiaçının güzəştli sosial sığorta stajı cəmi 10 il təşkil edir. Cavabdeh inzibati orqan ın işin materiallarında olana xx xxx 2019-cu il tarixli məktubuna görə, iddiaçının əmək kitabçasına əsasən, 1984-2016-cı il müddətləri onun ümumi stajına daxil edilir və iddiaçı güşəstli şərtlərlə yaşa görə pensiya yaşına (52 yaşa) xx.xx.2011-ci il tarixdən çatmışdır. Belə olan halda, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ onun 52 yaşa çatdığı xx.xx.2011-ci il tarixdən yaransa da, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövr dəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu baxımdan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası onun müraciət etdiyi tarixdən üç il əvvəldən ödənilməlidir. Belə olan halda cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin ediməsindən imtinası əsassız və qanunsuz olmuşdur, iddiaçının iddia tələbi qismən əsaslı və qanuni olduğundan qsiəmn təmn edilməlidir. Belə ki, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgə r kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh İdarənin kassasiya şikayətində qeyd edlən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Kassasiya şikayətində həmçinin əsassız olaraq qeyd olunmuşdur ki, iddiaçının kolxozda tütünçü işləməsi dövründə analıq məzuniyyətində olduğu müddət həmin iş stajına daxil edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətlə r sosial məzuniyyət hesab olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq q anunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə ba xılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki A pellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar