Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-499/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqəsinin tərtib edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 12.04.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı (üçüncü şəxslər: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) “yeni məlumat vərəqəsinin tərtib edilərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fil ialına göndərmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2-1(103)-1495/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Ş/V: AA******* FİN: xxxxxxx) xx.xx.1959-cu ildə Qax rayonunda anadan olub, Bakı şəh., Xətai ray., Sarayevo küç., ev 38, mənzil 41-də qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçı 8 avqust 2005-ci il tarixdə DİN-in Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən ştat ixtisarına görə tərxis olunmuş və həmin tarixdən ona yaşa görə pensiya təyin edilmişdir.
3. İddiaçı cavabdehə və üçüncü şəxs DİN-ə müraciət edərək barəsində yeni məlumat vərəqəsinin tərtib edilməsi və həmin vərəqədə xidmət illərinə görə faiz əlavəsinin 25% göstərilərək üçüncü şəxs DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir.
4. DİN-in 27 yanvar 2020-ci il tarixli, 027-3eoƏ-3120 nömrəli cavabı ilə iddiaçıya bildirilmişdir ki, 20 aprel 2000-ci il tarixli, 73 nömrəli Qərara əsasən fasiləsiz xidmət illərinə görə verilən haqqın məbləği 10 ildən 15 ilədək müddətə görə 20 faiz müəyyən edilmişdir və iddiaçının da 12 il 06 ay 08 gün xidmət illəri olduğundan xidmət illərinə görə verilən haqq 20 faiz kimi vərəqdə göstərilmişdir.
5. Cavabdeh iddiaçının müraciətinə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilməsi üçün pul təminatının tərkibi kimi xidmət illərinə görə əlavənin 25 faiz kimi göstərilərək pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərmək vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun xidmət illərinin təqvimlə 12 il 06 ay 08 gün olsa da, güzəştli şərtlərlə birgə 15 il 03 ay 13 gündür. Əks halda, iddiaçıya orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası təyin edilərək ödənilməzdi. Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun 1 oktyabr 2012-ci il tarixli redaksiyasının 20.28.3-cü maddəsinə görə, həmin Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 10 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı xidmət stajının hər ili üçün orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilirdi. Belə ki, orta aylıq əmək haqqının 80 faizi miqdarında pen siyaya əlavə təyin edilməsi elə iddiaçının xidmət illərinin, yaxud qulluq stajının 15 ildən artıq olmasını birbaşa sübut edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(112)-1106/2021 nömrəli qərarı ilə (hakim Fərid Mədətli) İddiaçı qulluq stajına görə əmək pensiyasına əlavə təyin edilməsi üçün pul təminatının tərkibi kimi xidmət illərinə görə əlavənin 25 % göstərilməklə pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, Dövlət Yanğından Mühafizə İdarəsi 16 dekabr 2005ci ildən Azərbaycan Respublikası Cavabdeh tabeliyində olan qurum sayıl dığından və qurumla əlaqədar vəzifə və səlahiyyətlər həmin Nazirliyə keçdiyindən pensiya hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi ona həvalə edilməlidir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2-1(103)-1495/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Azər Hüseynov, hakimlər Səadət Bəktaşi və Aidə Hüseyn) Bakı İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(112)-1106/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işdən xaric edildikdən sonra cavabdeh təsis edilmişdir. DİN-in Bakı İnzibati Məhkəməsinə göndərdiyi 06 fevral 2021-ci il tarixli, 022/26-1770/1221 saylı məktubu ilə bildirilmişdir ki, həqiqətən də iddiaçı Sumqayıt Şəhər Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində işləmiş, 08 avqust 2005-ci il tarixdə 90\ş nömrəli əmrə əsasən xidmətdən xaric olunmuşdur və 2006 -cı ildə Cavabdeh yarandıqdan sonra iddiaçı arxiv şəxsi işi cavabdehə təhvil verilmişdir. Lakin DİN tərəfindən iddiaçının arxiv şəxsi işinin və eləcə də cavabdeh yaranmazdan qabaq işdən xaric edilmiş digər şəxslərinin şəxsi arxiv işinin cavabdehə təhvil verilməsi barədə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin cavabdeh indiyə qədər olan dövr ərzində DİN-in Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən pensiyaya çıxmış şəxslərin barəsində məlumat vərəqəsinin verilməsini DİN-nə yönləndirmiş və DİN-də bu məsələ öz həllini müsbət tapmışdır. Cavabdeh isə yalnız DİN-in Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində işləmiş və sonradan idarə Nazirliyin tərkibinə daxil olduqdan sonrada işləmiş şəxslərin barəsində məlumat vərəqəsinin göndərilməsini həyata keçirmişdir. DİN-in Yanğın Təhlükəsizl iyi İdarəsindən pensiya çıxan şəxslər DİN-in pensiyaçısı hesab edilir. Cavabdeh kimi FHN yox, DİN cəlb edilməli idi.
15. Cavabdeh 31 may 2006-cı il tarixli 049/ş saylı əmri ilə DİN-in keçmiş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin və onun bütün struktur hissələrinin xüsusi rütbəsi olan və sıravi şəxsi heyəti Azərbaycan Respublikası Cavabdeh sərəncamına keçdiyi təsdiq edilir. Qeyd olunan əmr təsdiq edir ki, yalnız xidmətini davam etdirən DİN-in keçmiş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin və onun struktur hissələrinin xüsusi rütbəsi olan və sıravi şəxsi heyəti cavabdehin sərəncamına keçib, onların şəxsi işləri rəsmi təqdim edilib. Bütün bunlara aydınlıq gətirilmədən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən əmək pensiyasına əlavə təyin edilməsi üçün pul təminatının t ərkibi kimi xidmət illərinə görə əlavələrin 25 faiz kimi göstərilərək pensiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsini öhdəliyi qanunçuluq prinsipinin pozulmasıdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c. Kassasiya şikayətinə dair mülahizənin dəlilləri
17. Üçünçü şəxs DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kassasiya şikayətinə dair mülahizə təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(103)-1495/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə o laraq qeyd edilmişdir ki, iddiaçı FHN-də xidmət etməmiş və Nazirliyin fəaliyyət istiqaməti üzrə heç bir fəaliyyət həyata keçirməmişdir. İddiaçı haqqında hər hansı məlumatın FHN-də olmaması onun DİN təqaüdçüsü hesab edilməsini bir daha təsdiq edir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi qaydaları» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1 nömrəli əlavəsi) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının xidmət xüsusiyyətlərini nəzərə alaraq, təminat xərcliyi və başqa ödənişlər aşağıdakı qaydada təyin edilir:
1. Fasiləsi z xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq aşağıdakı məbləğdə ödənilir:... 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz;... 19. “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 04 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmişdir): 3.1. Fasiləsiz xidmət illərinə görə verilən əlavə haqq fövqəladə hallar orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə uyğun olaraq vəzifə və xüsusi rütbəyə görə maaşlarından hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir:... 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz;...
20. Azərbaycan Respublikası Nazirlər K abinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23.11.1992-ci il tarixli 631 nömrəli Qərarı: Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1 -ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gü ndən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.8. Şikayət əsassızd ırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
25. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının 16 iyul 1992-ci il tarixdən 1 2 iyun 1996-cı il tarixədək daxili işlər orqanlarında xidmət etməsi, xidmətin 1 ayı 2 ay sayılmaqla, həmin güzəştli şərtlərlə xidmət illəri (3 il 10 ay 20 gün) 12 il, 06 ay, 08 gün təqvimli xidmət illərinə əlavə olunduqda, 16 il, 04 ay, 28 gün stajı olmuşdur. Təhsil illərinə görə stajı (02 il, 05 ay, 05 gün) 16 il, 04 ay, 28 gün xidmət illəri (qulluq stajı) ilə topladıqda qulluq (xidmət) illərinin cəmi 18 il, 10 ay 03 gün olması müəyyən edilmişdir.
26. Bu qərarın 17-ci bəndində göstərilən normaya əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının xidmət xüsusiyyətlərini nəzərə alaraq, təminat xərcliyi və başqa ödənişlər aşağıdakı qaydada təyin edilir:
1. Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq aşağıdakı m əbləğdə ödənilir: 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz
27. Eyni ilə, bu qərarın 18-ci bəndində göstərilən normada qeyd olunur ki, fasiləsiz xidmət illərinə görə verilən əlavə haqq fövqəladə hallar orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə uyğun olaraq vəzifə və xüsusi rütbəyə görə maaşlarından hesablanaraq, 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə 25 faiz məbləğdə ödənilir.
28. Beləliklə, iddiaçının 18 il, 10 ay 03 gün daxili işlər orqanlarında fasiləsiz xidmət illərinin olduğu nəzərə alındıqda, ona xidmət illərinə görə 25 % əlavə verilməli olduğu mübahisələndirilməli deyil.
29. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, DİN-in Yanğın Təhlükəsizliyi İdarəsindən pensiya çıxan şəxslər DİN-in pensiyaçısı hesab edilir və ca vabdeh kimi FHN yox, DİN cəlb edilməli idi.
30. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir. Belə ki, Dövlət Yanğından Mühafizə İdarəsi Azərbaycan Respublikası Cavabdeh tabeliyinə verildiyindən, həmin qurumla bağlı vəzifə və səlahiyyətlər də həmin Nazirliyə keçmişdir.
31. Üçüncü şəxs DİN isə təsdiq edir ki, 2006-cı ildə İddiaçı arxiv şəxs işi aidiyyəti üzrə yeni yaradılmış Cavabdehnə təhvil verilmişdir.
32. Digər tərəfdən, hətta Dövlət Yanğından Mühafizə İdarəsi Azərbaycan Respublikası Cavabdeh tabeliyinə verilməzdən əvvəl işdən (xidmətdən) azad edilmiş keçmiş əməkdaşlara aid sənədlərin Azərbaycan Respublikası Cavabdehnə təhvil verilməməsi şikayətin həmin dəlilinin əsassızlığı ilə bağlı vəziyyəti dəyişmir. Belə ki, cavabdeh hazırkı öhdəliyini icra etmək üçün iddiaçıya dair m əlumatları digər inzibati orqandan hüquqi yardım qaydasında əldə edə bilər (“İnzibati icraat haqqında” Qanunun 57-ci maddələri).
33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2-1(103)-1495/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.