Məhkəmə qərarları › İş №2-1(102)-499/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-499/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-499/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin X1rşı “güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1148/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasına əsasən, onun xx.xx.2006-cı ilədək əmək stajı: xx.xx.1977-xx.xx.1977; xx.xx.1977-31.081978; xx.xx.1978-xx.xx.1981 (təhsil aldığı müddət); xx.xx.1981-xx.xx.1983 (həqiqi həbi xidmətdə olduğu müddət); xx.xx.1983xx.xx.1985; xx.xx.1985-xx.xx.1985; xx.xx.1985-xx.xx.2001; xx.xx.2001-xx.xx.2006. İddiaçının xx.xx.2006-cı il tarixədək sığorta stajı nəzərə alınan əmək stajı ən azı 25 il təşkil edir (28 il 04 ay 08 gün).

2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən, o həqiqətən: xx.xx.1985-ci il tarixindən SSRİ Nazirlər Soveti yanında X2 Baş İdarəsinin 16 saylı müəssisəsinin Bakı Geodeziya İdarəsinə çöl işlərinə 3-cü dərəcəli fəhlə qəbul edilmişdir (Əmr № 42-K, xx.xx.1985-ci il). xx.xx.1987-ci il tarixindən Bakı Geodeziya İdarəsinə çöl işlərinə texnik-topoqraf vəzifəsinə keçirilmişdir (Əmr № 01-K, 09.01 1987-ci il), (Əmr № 07-K, xx.xx.1987-ci il). 01 06.1993-cü il tarixindən çöl dəstəsinə 2-ci dərəcəli texnik-topoqraf vəzifəsinə keçirilib (Əmr № 29-K, 08 06.1993-cü il). 01 03.1996-cı il tarixindən Bakı Aerogeodeziya Müəssisəsinə çöl dəstəsinə 9- cu dərəcəli mühəndis vəzifəsinə keçirilib (Əmr № 14- K, xx.xx.1996-cı il) xx.xx.2001-ci il tarixindən öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 08-K, xx.xx.2001-ci il).

3. İddiaçı ona 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bu səbəbdən qanunvericiliyin tələbləri baxımından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildən xx.xx.2001-ci ilədək olan iş stajını əmək pensiyası hüququ verən zərərli peşə kimi nəzərə alınmaqla 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1978-xx.xx.1981-ci ilədək Bakı Politexnik Texnikumunun Topoqrafıya fakültəsində texnik-topoqraf ixtisası üzrə təhsil almış xx.xx.1981-xx.xx.1983-cü illər ərzində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamış, 01.012006-cı ilədək onun 25 ildən çox ümumi iş stajı vardır ki, bunun da 12 il 6 aydan çoxunu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən geoloq peşəsində işləyib. O, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 9.8-ci maddəsinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üçün sənədlərini təqdim etməklə xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncudan xx.xx.2021-ci il tarixdə aldığı cavab məktubunda onun çöl işlərində texnik topoqraf, mühəndis kimi işlədiyi günlərin güzəştli staj üçün tələb olunan 12 il 6 aydan az (cəmi, 4166 gün (yəni, 4 il 8 gün) təşkil etdiyi əsas gətirilməklə imtina cavabı verilmişdir.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə verilmiş etirazın əsasları imtina məktubunun əsasları ilə eynilik təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7208/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hаkim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.20 17-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulması və iddiaçıya xx.xx.2018-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti iddiaçıya münasibətdə tətbiq edilməməli, eləcə də onun xx.xx.1985-xx.xx.2001 illər ərzində işlədiyi Bakı Geodeziya İdarəsində çöl işlərinə 3-cü dərəcəli fəhlə, texnik-topoqraf, çöl dəstəsinə 9-cu dərəcəli m ühəndis peşələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən peşələrə aid edilmədir. Odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1148/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilmiş, birinci inst ansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması tələbinə dair iddiası rədd edilmişdir.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının güzəştli stajı kimi, yalnız onun çöl işləri (günləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş sözügedən Siyahının

1. Dağ-mədən işləri bölməsinin 1.3-cü bəndində nəzərdə tutulan “çöl topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işləri” kimi təfsir olunmaqla, iddiaçının güzəştli sığorta stajı kimi qəbul edilə bilər. İddiaçının çöl günləri isə 1466 gün (4 il 8 gün) təşkil edir ki, bu da qanunvericiliklə güzəştli staj üçün tələb olunan 1 2 il 6 aydan azdır. Belə olan halda cavabdeh tərəfindən ona 57 yaşından əmək pensiyası təyin edilməsindən imtina olunması əsaslıdır. Əsaslı imtina isə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 57 yaşın tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İddiaçı öz tələbinin hüquqi əsasını “ Əmək pensiyaları haqqında" AR Qanununun 9.8-ci maddəsinə və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqınd a" Qanunun 13-cü maddəsinin "h" bəndinə istinad etmişdir. Həmin normalara əsasən şəxsin 57 yaşdan pensiya təyin olunması üçün iki əsas şərt mövcud olmalıdır. 1. xx.xx.2006-cı il tarixədək şəxsin 25 il ümumi stajının olması: 2. xx.xx.2006-cı ilədək şəxsin 12 il 6 ay zərərli iş stajının olması.

15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etməmişdən öncə cavabdeh inzibati orqana müraciət olunmuş və inzibati orqan onun müraciətini təmin etməmişdir. İmtinaya əsas kimi onun 12 il 6 ay zərərli iş stajının olmaması qeyd edilmişdir. Buna səbəb kimi iddiaçının xx.xx.1985-ci ildən xx.xx.2001-ci ilədək X2 MMC-də işlədiyi çöl işlərində fəhlə, texnik-topoqraf və mühəndis vəzifələri üzrə çöl işlərində ümumilikdə 1466 çöl iş günü yəni 4 il 8 gün işləməsi səbəbindən 12 il 6 aylıq şərtə əməl etməməsi göstərilmişdir.

16. Birinci instansiya məhkəməsi işə baxarkən cavabdeh inzibati orqanın imtina səbəbini əsaslı hesab etməmiş və iddianı təmin etmişdir. Lakin işə baxan apellyasiya məhkəməsi cavabdeh inzibati orqanın imtinadakı mövqeyi ilə razılaşaraq iddianı rədd etmişdir. Apellyasiya Məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki. iddiaçının işlədiyi MMC-yə edilmiş sorğuya cavabdan görünür ki. çöl işlərində çalışan işçilərin güzəştli iş stajı çöl günlərinə əsasən hesablanmış və həmin işçilər sırasında güzəştli şənlərlə pensiyaya çıxan bir çox əməkdaş olmuşdur. Yəni məhkəmə belə qənaətə gəlmişdir ki, çöl işlərində işləyən şəxslər o zaman güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanır ki, onların məhz çöl işlərində işlədiyi müddət 12 il 6 aydan çox ol malıdır.

17. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hu mövqeyi əsassızdır. 18. xx.xx.2007-ci ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuş şəxslərin işlədiyi peşələrin zərərli olub-olmamasına dair A R Nazirlər Kabinetinin 320 №-li, xx.xx.1993-cü il tarixli Qərarı mövcud olmuşdur. Həmin qərar ilə təsdiq olunmuş 1 və 2 nömrəli Siyahılarda konkret sahələr və həmin sahələrdə mövcud olan zərərli peşələrin adlı Siyahısı kodlaşdırılmaqla öz əksini tapmışdır. Lakin bu kodlaşdırılmış siyahıdan da əlavə başqa iki əlavə də mövcud olmuşdur. Həmin əlavələrdə kodlaşdırılma aparılmasa da. aid olduqları sahələr və vəzifələr açıq şəkildə qeyd olunmuşdur. Bunlar aşağıdakılardır.

1. Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ ver ən istehsalatların və peşələrin siyahısı;

2. Hava gəmilərində xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin siyahısı;

19. İkinci bənddə qeyd edilmiş siyahının 7 və 8-ci abzasları sırf iddiaçının işlədiyi sahəyə aiddir. Həmin abzaslar bu şəkildə qeyd olunmuşdur. "Geologiya kəşfiyyat işləri (yerüstü) 20. “Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat- axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər”.

21. Göründüyü kimi iddiaçı həmin sahələrdə 2007-ci ilə qədər işlədiyindən ona münasibətdə AR Nazirlər Kabinetinin 320 №-li, xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş yuxarıda qeyd etdiyi Siyahıdakı 7 və 8-ci abzaslar tətbiq olunmalı idi. Məhkəmənin və cavabdeh inzibati orqanın taktiki görülən çöl işi ilə mövqeyinə dair aşağıdakılar qeyd olunmalıdır.

22. Yuxarıda göstərilən siyahıdan da göründüyü kimi çöl işlərində işləyən işçilərin zəruri iş stajının məhz çöl işlərindəki faktiki günlərinə münasibətdə tənzimlənməli olması adıçəkilən siyahıda qeyd olunmuşdur. Belə bir qeyd şərtin olmadığı halda məhkəmənin və cavabdeh inzibati orqanın absurd əsaslarla iddiaçının pensiya təminatı hüququnu pozması qanunsuzdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, mərkəzi filialın aidiyyəti mütəxəssisləri tərəfindən məlumatların yerində dəqiqləşdirilməsi aparılmış və "xxxx" MMC-nin əməkdaşları ilə t ərtib olunmuş xx.xx.2021ci il tarixli akta tərtib edilmişdir. Həmin akta əsasən iddiaçının 1985-2001-ci illər üzrə cəmi 1466 çöl işi iş günü əmək fəaliyyətinin olduğu müəyyən edilmişdir ki, bu da 4 il 8 gün təşkil edir.

24. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən məhkəmə sorğusuna ünvanladığı 28/45 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Xudafərim oğluna təqdim olunan xx.xx.2020-ci il tarixli 31/A016 nömrəli arxiv arayışına əsasən onun ümumi iş stajı 15 il 5 ay, çöl iş günləri isə 1466 gün təşkil etmişdir. Vətəndaş İddiaçı Xudafərim oğluna əmək kitabçasına əsasən arxiv arayışı, mühasibatlıq sənədlərinə əsasən isə çöl iş günlərinə dair arayış verilmişdir. Çöl işlərində çalısan işçilərin güzəştli is stajı çöl günlərinə əsasən hesablanmış və həmin işçilər sırasından güzəştli şərtlərlə pensiyaya çıxan bir çox əməkdaş olmuşdur.

25. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə iddiaçının çalışdığı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MilliGeoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli güzəştli arayışı əsasında pensiya təyin olunmuş başqa bir ərizəçinin (S.M.B.) sənədləri təqdim edilmişdir. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarı ilə ərizəçiyə 28 il ümumi iş stajı və 6928 günü (18 il 9 ay 11 gün) çöl günləri kimi nəzərə alınmaqla güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir.

26. Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçının çalışdığı müəssisə tərəfindən çöl günlərinin hesabatının aparılması, texniki kimi çalışdığı vəzifə təlimatında göstərilən vəzifəl ərin təkcə çöl işlərindən ibarət olmaması, müəssisə tərəfindən verilmiş güzəştli arayış əsasında digər şəxs(lər)ə münasibətdə də güzəştli şərtlərlə pensiya təyinatının aparılması onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının güzəştli stajı kimi, yalnız onun çöl işləri (günləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş sözügedən Siyahının

1. Dağ-mədən işləri bölməsinin 1.3-cü bəndində nəzərdə tutulan “çöl topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işləri” kimi təfsir olunmaqla, iddiaçının güzəştli sığorta stajı kimi qəbul edilə bilər. İddiaçının çöl günləri isə 1466 gün (4 il 8 gün) təşkil edir ki, bu da qanunvericiliklə güzəştli staj üçün tələb olunan 12 il 6 aydan azdır. Belə olan hal da cavabdeh tərəfindən ona 57 yaşından əmək pensiyası təyin edilməsindən imtina olunması əsaslıdır. TƏTBİQ EDİLƏN HÜQUQ

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) d əyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məlum olduğu kimi, İddiaçı Xudafərim oğlu cavabdeh Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildən xx.xx.2001-ci ilədək olan iş stajını əmək pensiyası hüququ verən zərərli peşə kimi nəzərə alınmaqla 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7208/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Xudafərim oğluna 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının t əyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulması və İddiaçı Xudafərim oğluna xx.xx.2018-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.

32. Lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2-1(103)-1148/2022 nömrəli qərarla, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7208/2021 nömrəli, 23 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddiaçının iddiası təmin edilməmişdir.

33. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçının xx.xx.1985xx.xx.2001 illərdə (15 il 05 ay 01 gün) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC-də topoqrafiya üzrə texnik və mühəndis kimi işlədiyi dövrün Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 1.3.-cü yarımbəndinə (ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər) aid edərək sığorta stajı kimi qəbul etməsi ilə razılaşmamış və qərarında göstərmişdir ki, “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş İddiaçı Xudafərim oğlu 31/A-016 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışında, habelə, Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 28/29 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı Xudafərim oğlunun: xx.xx.1987 - xx.xx.1996-cı (9 il 1 ay) illərdə Bakı Geodeziya İdarəsində çöl işləri ndə və çöl dəstəsində texniki topoqraf kimi, xx.xx.1996 – xx.xx.2001-ci (4 il 11 ay 18 gün) illərdə isə Bakı Aerogeodeziya Müəssisəsində mühəndis kimi işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 1.3-cü yarımbəndinə əsasən pensiya hüququ almaq hüququ vardır. Lakin tərəfinizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş X4 ünvanlanmış 28/35 No-li xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli, 31/A-016 No-li İddiaçı təqdim olunan arxiv arayışına əsasən onu n ümumi iş stajı 15 il 5 ay, çöl iş günləri 1466 gün təşkil edir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş sözügedən Siyahının

1. Dağ-mədən işləri bölməsinin 1.3-cü bəndində “Geologiya kəşfiyyat işləri (yerüstü) bəndində isə “ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” güzəştli pensiya hüququ verən işlər kimi göstərilsə də, həmin işlərin saatlarla ölçülməsinə dair hər hansı bir müddəa nəzərdə tutulmamışdır. İddiaçının əmək kitabçasının qeydlərində də sadəcə olaraq onun çöl işlərində (dəstəsində) işlədiyi qeyd olunmuşdur. Həmçinin apellyasiya məhkəməsinin qərarında göstərilmişdir ki, "xxxx" MMC-nin cavabına görə ”... İddiaçı təqdim olunan xx.xx.2020-ci il tarixli 31/A016 nömrəli arxiv arayışına əsasən onun ümumi iş stajı 15 il 5 ay, çöl iş günləri isə 1466 gün təşkil etmişdir. Vətəndaş İddiaçı əmək kitabçasına əsasən arxiv arayışı, mühasibatlıq sənədlərinə əsasən isə çöl iş günlərinə dair arayış verilmişdir....Çöl işlərində çalışan işçilərin güzəştli iş stajı çöl günlərinə əsasən hesablanmış və həmin işçilər sırasından güzəştli şərtlərlə pensiyaya çıxan bir çox əməkdaş olmuşdur...”

34. Eyni zamanda apellyasiya məhkəməsi qərarında yazmışdır ki, “hazırkı mərhələdə, iddiaçının apellyasiya şikayətinə etirazının dəlilləri nəzərə alınmaqla, cavabdehdən eyni hallar üzrə güzəştli şərtlərlə pensiya təyinatı ilə bağlı məhkəməyə sübutlar təqdim olunması təkl if olunmuş və sonuncu (nümayəndəsi) tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərə (pensiya təyinatı üçün müraciət etmiş şəxsin ərizəsinə, təqdim etdiyi arxiv arayışına, pensiya təyin edən orqanın qərarına) əsasən müəyyən olunmuşdur ki, iddiaçının çalışdığı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli–Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2022-ci il tarixli güzəştli arayışı əsasında başqa bir ərizəçinin (S.M.B.) 28 il ümumi iş stajı və həmin stajın 6928 günü (“18 il 9 ay 11 gün) çöl günləri kimi nəzərə alınmaqla, cavabdeh pensiya təyin edən orqanın (Filialın) xx.xx.2022-ci il tarixli qərarı ilə ərizəçiyə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir.”

35. Buna görə də apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, “Qeyd olunanlar (iddiaçının çalışdığı müəssisə tərəfindən çöl günlərinin hesabatının aparılması, texniki kimi çalışdığı vəzifə təlimatında göstərilən vəzifələrin təkcə çöl işlərindən ibarət olmaması, müəssisə tərəfindən verilmiş güzəştli arayış əsasında digər şəxs(lər)ə münasibətdə də güzəştli şərtlərlə pensiya təyinatının aparılması) onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının güzəştli stajı kimi, yalnız onun çöl işləri (günləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş sözügedən Siyahının

1. Dağ-mədən işləri bölməsinin 1.3-cü bəndində nəzərdə tutulan “çöl topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işləri” kimi təfsir olunmaqla, iddiaçının güzəştli sığorta stajı kimi qəbul edilə bilər. İddiaçının çöl günləri isə 1466 gün (4 il 8 gün) təşkil edir ki, bu da qanunvericiliklə güzəştli staj üçün tələb olunan 12 il 6 aydan azdır. Belə olan halda cavabdeh tərəfindən ona 57 yaşından əmək pensiyası təyin edilməsindən imtina olunması əsaslıdır. Əsaslı imtina isə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.”

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə yanlış olmaqla, qanuna uyğun deyildir və əsassızdır.

37. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, əmək fəaliyyətinə xx.xx.1977-cı il tarixdə başlamışdır və xx.xx.2006-cı il tarixə iddiaçının ümumilikdə 28 il 04 ay 08 gün sığorta stajı mövcuddur.

38. İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabine tinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da Dağ-Mədən Bölməsində 2010100b-20591 və 2010100b-20601 şifrə ilə göstərilmiş peşələr 2010100b—20591 geoloqlar, sahə geoloqları; 2010100b—20601 geofiziklərdir.

39. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi həm əmək kitabçası, həm də iş yerindən arxiv arayışından göründüyü kimi, iddiaçı 1985-2001-ci illərdə Bakı Geodeziya İdarəsində çöl işlərinə 3-cü dərəcəli fəhlə, texnik-topoqraf, çöl dəstəsinə 9-cu dərəcəli mühəndis peşələri üzrə işləyib və iş yeri (“X2” MMC) həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.3-cü yarımbəndinə (ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya. meşə quruluşu və axtarış işlərində çalışan işçilər) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmaqla pensiya almaq hüququnu bildirmişdir. Lakin bununla belə iddiaçının 1985-2001-ci illərdə cəmi 1466 çöl iş günü olduğu qeyd edilir.

40. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, adıçəkilən qərarda sözügedən məsələ ilə bağlı “saat” anlayışının tətbiq edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respu blikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 1.3-cü yarımbəndinə (ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya geodeziya, geofizika, hidroqrafiya. meşə quruluşu və axtarış işlərində çalışan işçilər) uyğundur. Bu səbəbdən normativ sənədlə iddiaçıya əvvəllər verilməmiş hüquqlar verildiyindən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da həmin peşələr nəzərdə tutulmamışdır) “fiz iki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar”ın dairəsinə aid olur. İddiaçının 1985-2001-ci illərdə cəmi 1466 çöl iş günü olmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunverici güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etməklə kifayətlənmiş və işçinin həmin fəaliyyət sahəsi üzrə (konkret halda dağ-mədən işləri) məşğul şəxs kimi çalışdığı ümumi dövrü nəzərə alır. Həmin dövr də xx.xx.1985-xx.xx.2001 olan dövrü əhatə etməklə 15 il 05 ay 01 gün təşkil edir.

42. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).

43. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla və 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

44. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti iddiaçıya münasibətdə tətbiq edilməmə li, eləcə də onun xx.xx.1985-xx.xx.2001 illər ərzində işlədiyi Bakı Geodeziya İdarəsində çöl işlərinə 3-cü dərəcəli fəhlə, texnik-topoqraf, çöl dəstəsinə 9-cu dərəcəli mühəndis peşələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən peşələrə aid edilmədir. Bu səbəbdən, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

45. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçının iddiası təmin edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kolleg iyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1148/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçının hazırkı iddiası təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2018-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar