Məhkəmə qərarları › İş №2-1(102)-5/2018

Ali Məhkəmə Qərar — İş №2-1(102)-5/2018

04.04.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-5/2018 04.04.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə və Cavabdeh2-yə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-5/2018) Bakı şəhəri 04 aprel 2018-ci il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynova Sevda Əziz qızı, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Cavabdeh2-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2-yə qarşı torpaq sahəsindən istifadə hüququnun pozulması nəticəsində ona dəymiş 880.000 manat məbləğində zərərin ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 2-1(103)-279/2017 saylı iş üzrə 24 yanvar 2017-ci il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən inzibati işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının 22.12.2000-ci il tarixli, 424 nömrəli sərəncamı ilə, İddiaçı xxx küçəsinin Babək prospektinə çıxışdan cizgidə göstərilən sahədə kommunikasiya xətlərinin vətəndaşın vəsaiti hesabına köçürülməsi şərti ilə 0.11 ha torpaq sahəsinin ayrılması və istehsalat tikililəri tikintisinə icazə verilməsi qərara alınmış, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsi ilə bağlı Torpaq sahəsinin Kadastr Planı tərtib edilmişdir. Cavabdeh1 Başçısının 379 saylı, 07.09.2015-ci il tarixli sərəncamı ilə Cavabdeh2-nin 27.08.2015-ci il tarixli, 03/5/1788 saylı müraciəti və “Gərginliyin 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyin 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarının tədqiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli və “Magistral boru kəmərlərinin, körpülərin hidrotexniki qurğuların və yüksək gərginlikli elektrik hava xətlərinin mühafizəsinin gücləndirilməsinə dair bəzi tədbirləri barədə” 20 avqust 2008-ci il tarixli, 191 nömrəli Qərarlarına əsasən hava xəttinin mühafizə zonasında istismar qaydalarının pozulması nəzərə alınaraq, İddiaçı xxx küçəsinin Babək prospektinə çıxışdan yüksək gərginlikli hava xəttinin mühafizə zonasında yerləşən 0.11 ha torpaq sahəsinin ayrılması və həmin sahədə istehsalat tikililərin tikintisinə icazə verilməsi haqqında Xətai rayon İcra Hakimiyyətinin 22.12.2000-ci il tarixli, 424 saylı sərəncamı ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək, Cavabdeh1 Başçısının 379 saylı, 07 sentyabr 2015-ci il tarixli sərəncamının ləğv edilməsinin Cavabdeh1nə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 fevral 2016-cı il tarixli qərarı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli qərarı prosessual hüquq normalarının pozulm asına görə ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, Cavabdeh1 379 saylı, 07 sentyabr 2015-ci il tarixli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh1 Başçısının 390 saylı, 28.09.2016-cı il tarixli sərəncamı ilə Bakı şəhəri, xxx küçəsinin Babək prospektinə çıxışında magistral boru kəmərlərinin və yüksək gərginlikli hava xəttinin mühafizə zonasında vətəndaş İddiaçı istehsalat tikililərinin tikintisi üçün 0.11 ha torpaq sahəsi ayrılması barədə Xətai rayon İcra Hakimiyyətinin 22.12.2000ci il tarixli, 424 saylı sərəncamı ləğv edilmişdir. İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və "xxxx" ASC-yə qarşı - Xətai rayonu İcra Hakimiyyəti Başçısının 22.12.2000-ci il tarixli 424 saylı sərəncamına əsasən xxx küçəsinin Babək prospektinə çıxışında istehsalat tikililəri tikinti si üçün ona ayrılmış 1100 kv.m torpaq sahəsindən istifadə hüququnun pozulması nəticəsində ona dəymiş 880.000 manat məbləğində zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xətai rayonu İcra Hakimiyyəti Başçısının 22.12.2000-ci il tarixli 424 saylı sərəncamına əsasən xxx küçəsinin Babək prospektinə çıxışında istehsalat tikililərinin tikintisi üçün ona ayrılmış 1100 kv.m torpaq sahəsindən istifadə hüququnun pozulması nəticəsində ona dəymiş 880.000 manat məbləğində zərərin ona ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai rayonu İcra Hakimiyyəti Başçısının 22.12.2000-ci i l tarixli 424 saylı sərəncamına əsasən istehsalat tikililəri tikintisi üçün ona 1100 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama əsasən Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən 23.11.2006-cı il tarixdə Torpaq sahəsinin Kadastr planı tərtib edilmişdir. Həmin torpaq sahəsi uzun müddət onun istifadəsində olduğundan, həmin sahəyə mülkiyyət hüququ əldə etmişdir. Bu illər ərzində o, torpaq sahəsinə dair bütün xərcləri ödəmiş və heç bir dövlət qurumu tərəfindən həmin torpaq sahəsi ilə bağlı pretenziyalar olmamışdır. Lakin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsinə olan hüququndan məhrum edilmişdir. Bu səbəbdən ona dəymiş ziyan ödənilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli, 2-1(81)-4093/2016-ci il tarixli qərardadı ilə (hakim M.S.B ayramov)İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və "xxxx" ASC-yə qarşı - Xətai rayonu İcra Hakimiyyəti Başçısının 22.12.2000-ci il tarixli 424 saylı sərəncamına əsasən xxx küçəsinin Babək prospektinə çıxışında istehsalat tikililəri tikintisi üçün ona ayrılmış 1100 kv.m torpaq sahəsindən istifadə hüququnun pozulması nəticəsində ona dəymiş 880.000 manat məbləğində zərərin ödənilməsi barədə iddia tələbi Bakı şəhər İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən edilmiş hərəkətlərə görə digər cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin cavabdehlik daşıması müəyyən edilmədiyindən iddia ona münasibətdə mümkün sayılmamalıdır. Məhkəmənin eyni tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, xxx küçəsinin Babək prospektinə çıxışında yerləşən 1100 kv.m torpaq sahəsindən istifadə hüququnun pozulması nəticəsində vurulmuş 660.000 manat məbləğində zərərin Cavabdeh2-dən alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçının torpaq sahəsinə istifadə hüququ pozulmuş, bunun nəticəsində ona zərər vurulmuşdur. Ona görə də həmin zərər Cavabdeh2-dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmənin həmin qərarından Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-279/2017 saylı iş üzrə 24 yanvar 2017-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: S.Q.Hüseynov və H.Ü.Həmidov) cavabdeh tərəfindən verilm iş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli, 2-1(81)4093/2016 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsindən istifadə hüququnun pozulması nəticəsində ona dəymiş zərərin ödənilməsini, yoxsa torpaq sahəsinin alınması əvəzinə ona kompensasiya ödənilməsini aydınlaşdırmadan, iddiaçının tələbinin konkret olaraq hansı orqana qarşı yönəldiyini araşdırmadan və Cavabdeh2 tərəfindən elektrik xəttinin yeraltı kabel xəttinə keçirilməsi işlərinin məhz Cavabdeh1 iddiaçıya həmin elektrik xəttinin yerləşdiyi torpaq sahəsinin ayrılması barədə sərəncamını ləğv etməs indən sonra aparılıb-aparılmadığını araşdırmadan, eləcə də iddia tələbinin dəqiqləşdirilməsi və formal xətaların aradan qaldırılması üçün iddiaçıya yardım etmə funksiyasını icra etmədən qərar çıxarmaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-279/2017 saylı iş üzrə 24 yanvar 2017-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: S.Q.Hüseynov və H.Ü.Həmidov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli, 2-1(81)-4093/2016 saylı qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını ləğv edərkən eyni hüquqi mövqedən çıxış etmişdir. Həmin qərardadlardan narazı qalan iddiaçı hər iki qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadlarının ləğv edilməsini və işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, Cavabdeh2 əvvəllər mövcud olmuş elektrik xəttini yenidən çəkmiş, bu zaman hava xəttinin sonuncu Anker dayaqları əvvəllər mövcud olmuş yerdən 10-12 metr cənub-qərb istiqamətinə çəkilərək iddiaçıya ayrılmış torpaq sahəsinə tam yaxınlaşdırılmış, nəticədə cavabdeh yeni mühafizə zonası yaradaraq iddiaçının istifadəsində olan torpaq sahəsini yeni çəkilmiş xəttin mühafizə zonasına daxil etmişdir. La kin elektrik xəttinin əvvəllər mövcud olmuş yerdən kənardan çəkilməsinə heç bir hüquqi əsas olmamış, hər hansı orqan tərəfindən, o cümlədən torpaqayırma səlahiyyətinə malik olan orqan tərəfindən bu məqsədlə yeni torpaq sahəsi ayrılmamış, həmçinin buna müvafiq razılıq olmamışdır. Beləliklə də iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə qanunsuz müdaxilə daxil etməsi nəticəsində cavabdeh ona qarşı delikt törətmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin hüquq və vəzifələri müəyyən edilmiş, habelə Cavabdeh2-nin delikt törətməsi və buna görə də vurulmuş ziyanın ödənilməsinə dair iddia tələbinin, bu delikti törətmiş Cavabdeh2-yə münasibətdə əsaslı olmasına dair nəticəyə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarının lə ğv edilməsi əsası kimi yalnız ona istinad olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə “birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsindən istifadə hüququnun pozulması nəticəsində ona dəymiş zərərin ödənilməsini, yoxsa torpaq sahəsinin alınması əvəzinə ona kompensasiya ödənilməsini aydınlaşdırmadan, iddiaçının tələbinin konkret olaraq hansı orqana qarşı yönəldiyini və Cavabdeh2 tərəfindən elektrik xəttinin yeraltı kabel xəttinə keçirilməsi işlərinin yalnız Cavabdeh1 iddiaçıya həmin torpaq sahəsinin ayrılması barədə sərəncamını ləğv etməsindən sonra ayrılıb-ayrılmadığını araşdırmadan, eləcə də iddia tələbinin dəqiqləşdirilməsi və formal xətaların aradan qaldırılması üçün iddiaçıya yardım etmə funksiyasını icra etmədən qərar çıxarmaqla prosessual qanunvericiliyi n tələblərini pozmuşdur”. Apellyasiya instansiyası məhkəməsinin göstərilən hallara əsaslanmaqla iddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair gəldiyi nəticə əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin xarakteri, mübahisənin mahiyyəti, tərəflərin hüquq və vəzifələri düzgün müəyyən edilməmiş, nəticədə əsassız olaraq iddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə dair nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə iş üzrə tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələrini və beynəlxalq aktları tətbiq etməmişdir. Bu da maddi hüquq normalarının po zulması olub, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadlarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdeh2-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onların izahatı dinlənilmədi. Məhkəmə icraatının digər iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşlar. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan R espublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin hər iki qərardadı ləğv edilməlidir. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hər iki qərardadını onunla əsaslandırmışdır ki, birinci instan siya məhkəməsi iddiaçının torpaq sahəsindən istifadə hüququnun pozulması nəticəsində ona dəymiş zərərin ödənilməsini, yoxsa torpaq sahəsinin alınması əvəzinə ona kompensasiya ödənilməsini aydınlaşdırmadan, iddiaçının tələbinin konkret olaraq hansı orqana qarşı yönəldiyini araşdırmadan və Cavabdeh2 tərəfindən elektrik xəttinin yeraltı kabel xəttinə keçirilməsi işlərinin məhz Cavabdeh1 iddiaçıya həmin elektrik xəttinin yerləşdiyi torpaq sahəsinin ayrılması barədə sərəncamını ləğv etməsindən sonra aparılıb-aparılmadığını araşdırmadan, eləcə də iddia tələbinin dəqiqləşdirilməsi və formal xətaların aradan qaldırılması üçün iddiaçıya yardım etmə funksiyasını icra etmədən qərar çıxarmaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Beləliklə də apellyasiya instansiyası məhkəməsi qeyd edilə n halların araşdırılması və iddiaçıya hüquqi yardım göstərilməsi üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.(12.1) Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. M əhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.(12.2) Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Bu Məcəllənin 81.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Göründüyü kimi, Azərbaycan Respublikası İPM-nin 12.1, 58.7, 64.1-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-nin inzibati apellyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-nin 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdi m etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri)və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi şikayət ərizəsində irəli sürülən tələblər həddində, lakin tam hüquqlu məhkəmə kimi işin bütün hallarını araşdırır və işə mahiyyəti üzrə baxır. Bu isə o deməkdir ki, apellyasiya məhkəməsi bi rinci instansiya məhkəməsinin araşdırdığı hallarla bağlı olmur, mübahisə predmetini tam həcmdə yoxlayır və öz qərarını araşdırdığı işin hallarına və formalaşdırdığı daxili inama əsasən qəbul edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki işin birinci instansiya məhkəməsinə göndərilməsi üçün istinad etdiyi hallar həmin məhkəmənin özü tərəfindən araşdırıla və işin müəyyən edilmiş halları əsasında müvafiq qərar qəbul edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda sadalanan prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də iddiaçının kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin hər iki qərardadı ləğv edilməli, iş təkrar baxılması və qeyd edilən hal ların araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-279/2017 saylı iş üzrə 24 yanvar 2017-ci il tarixli hər iki qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir. Sədrlik edən: Kəmaləddin Bədəlov Hakimlər: İlqar Dadaşov Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar