Məhkəmə qərarları › İş №2-1(102)-5/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-5/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-5/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: diplomun tanınması, kredit sistemi, akademik borc Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplom üzrə ali təhsil ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin ca vabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1584/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilən kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2012-ci ildə Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq Universitetinin hüquq fakültəsinə daxil olmuş, 2017-ci ildə ali təhsilini başa vurmuş, ona 10 iyul 2017-ci il tarixli 1-00597-03 qeydiyyat nömrəli bakalavr diplomu verilmişdir.

2. İddiaçı elektron ərizə ilə cavabdehə müraciət edərək, qeyd olunan diplomun ölkə ərazisində tanınmasını və ekvivalentliyin müəyyən edilməsini xahiş etmiş, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin xx xxxx 2018-ci il tarixli, 23-04455/ANİ nömrəli məktubu ilə diplomun tanınmasından imtina edilərək bildirilmişdir ki, Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilmədiyindən diplomun ölkə ərazisində tanınması mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim edilmiş sənədlər üzrə Rusiya Fed erasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq Universitetini bitirməsi ilə əlaqədar xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq Universiteti tərəfindən adına verilmiş 10 iyul 2017-ci il tarixli, 133124 ******* nömrəli (qeydiyyat nömrəsi 100597-03) bakalavr diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edil mişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsim üçün bütün əsaslar olsa da, cavabdeh heç bir hüquqi əsas olmadan diplomun tanınmasından imtina etmişdir. Belə ki, tələb olunan bütün sənədlər onun tərəfindən cavabdehə təqdim edilmişdir. Həmin sənədlərdən də görünür ki, o, yaz-payız semestrlərində iştirak etmiş, imtahanları müvəffəqiyyətlə vermiş və müvafiq qiymətlər almışdır. Cavabdehin imtinası yalnız Rusiya Federasiyası ərazisində onun qaldığı müddətin azlığı ilə bağlıdır. Halbuki, xarici ölkə ərazisində uzun müddət qalmaq böyük məbləğdə maddi xərclərlə nəticələndiyindən qanunvericiliklə müəyyən edilmiş qaydada daha qısaldılmış müddətdə imtahan sessiyalarını başa vurmuşdur.

6. Cavabde h iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Nazirlik tərəfindən iddiaçının sənədləri araşdırılarkən onun təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində bildirilmişdir ki, Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” nın 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Təhsil Nazirliyi tərəfindən verilir. Sözügedən Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, t əhsil məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Qeyd olunanlar əsasında iddiaçının diplom üzrə ixtisasının tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(82)191/2019 saylı qərarı ilə (hakim X.İmanov) iddia təmin edilərək Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq Universiteti tərəfin dən İddiaçı verilmiş 10 iyul 2017-ci il tarixli, 133124 ******* nömrəli (qeydiyyat nömrəsi 1-00597-03) bakalavr diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, mövcud qanunvericilikdə diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən xx.xx.2003-cü il tarixli, 64 saylı Qərar ilə “Xarici dövlətlərin Ali Təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"nın 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üz rə riayət edilmədyindən, cavabdehin imtinası formal tələblərə əsaslandığından, həmçinin iddiaçının təhsil və əmək hüquqlarını pozan hal kimi qiymətləndirildiyindən iddia tələbi əsaslıdır.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət edərək, sənədlərin yenidən araşdırılaraq (dizindən zədə almasına dair 22 nömrəli şəhər xəstəxanasının 027 nömrəli arayışı da nəzərə alınmaqla) qiymət verilməsi üçün cavabdehə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1584/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə cavabdeh tərəfindən iddiaçının ərizəsinə yenidən baxılması üçün 02 ay müddət müəyyən edilmiş, cavabdeh tərəfindən məhkəmə qərardadının icrası məqsədilə İddiaçı Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq Universiteti tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli, **********810 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması məsələsi araşdırılmış və sözügedən diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmaması barədə yekun qərar qəbul edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1584/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı (H.Həmidov-sədrlik edən və məruzəçi hakim, hakimlər- E.Nağıyeva və V.Baxışova) ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqti sadi Məhkəməsinin 2-1(82)-191/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, İddiaçı təhsil müddətində yəni, 2012-ci ildə 24 gün, 2014-cü ildə 6 gün, 2015-ci ildə 11 gün, 2016-cı ildə 35 gün, 2017-ci ildə 45 gün Rusiya Federasiyasının ərazisində olmuşdur. İddiaçı xx xxxxx 2014-cü il tarixdən xx xxx 2014-cü il tarixədək poliklinikada həkim müşahidəsində olması ilə bağlı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış təqdim etmiş və cavabdeh orqan həmin sənədi mötəbər sübut kimi qəbul etməyərək onun ikinci ildə sessiyalara getmədiyi nəticəsinə gəlmiş, buna görə də mənfi rəy vermişdir. Göründüyü kimi, qeyd olunan ali təhsil müəssisəsinin təhsil sənədində göstərilən normativ müddətin t ələbinə faktiki riayət edilməmişdir. İddiaçı Rusiya Federasiyası Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq Universitetində “hüquq” ixtisası üzrə qiyabi formada təhsil almasını bildirsə də, o, qeyd olunan müddət ərzində dərslərdə və imtahanlarda iştirak etmədiyindən, 2013-cü ildə ümumiyyətlə tədris prosesindən kənarda qaldığından, bu cür vəziyyətdə təhsil alan şəxsin özünün tədris prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, semestr imtahanlarını verməsi və sonradan diplom işi yazaraq müdafiə etməklə ali məktəb məzunu olması mümkün deyildir.

13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatla rı a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Saziş”in və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2003-cü il tarixli, 64 saylı Qərar ilə “Xarici dövlətlərin Ali Təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"nın müddəalarına əsasən, iddiaçıya təhsil sənədi verən ölkə ilə Azərbaycan arasında razılaşma olduğundan cavabdeh inzibati orqanın iddiaçının adına verilmiş diplomun ölkə ərazisində tanınması və müvafiq şəhadətnamənin verilməsi üçün ekspertiza keçirmək hüququ olmamışdır. Bunda n əlavə, iddiaçının 2013-cü ildə tədris prosesindən kənarda qalması ilə əlaqədar apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə bağlı kassator qeyd etmişdir ki, iddiaçı səhhətində yaranmış problemlə əlaqədar həmin dövrdə dərslərdə iştirak etməsə də, sonrakı illərdə sessiyalarda iştirak edərək kreditlərini vermişdir. Xəstəlik barədə arayışı təhsil müəssisəsinə təqdim etdikdən sonra onun üçün fərdi tədris planı tutulmuş, yaranmış akademik borclar əsas imtahanlara əlavə edilərək hissə-hissə ödənilmişdir. Qeyd edilən təhsilin bu forması isə “Bakalavr təhsilinin məzmunu və təşkili” Qaydalarında da nəzərdə tutulmuşdur. Diploma əlavədən də göründüyü kimi o, imtahanlarını müvəffəqiyyətlə verdiyindən ona bakalavr dərəcəsi verilmişdir. Həmçinin, məhkəmə iş materiallarına əlavə edilmiş xəstəlik haqq ında arayışları da nəzərə almadan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdilər.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsini n iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydaları: 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi;... 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara ə sasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları: 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının t ədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. 2.17. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (əsas (baza ali) tibb təhsili səviyyəsində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutu lmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali) tibb təhsilində “həkim”)” ali peşə-ixtisas dərəcəsi verilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydaları: 1.3. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 1.3.1. hər bir təhsilala nın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi;... 2.1.17. akademik borcu olan tələbə - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir 3.2.11. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, ali təhsil müəssisəsi və AMEA ona həm fənn, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz t əkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan so nra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müv afiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərə findən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

25. Belə ki, hazırkı iş üzrə iddiaçının diplomunun tanınmasından imtinanın əsasını Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması təşkil edir.

26. İşin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı 2012-2017-ci illərdə Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq Universitetində qiyabi təhsil almış, Rusiya Federasiyas ında 2012/2013 tədris ilində payiz sessiyası dövründə 26 gün olmuş, 2012/2013 tədris ilində yaz sessiyasında və 2013/2014 tədris ilində olmamış, 2014/2015 tədris ilinin payız sessiyasında 6 gün, 2014/2015 tədris ilinin yaz sessiyasında 12 gün olmuş, 2015/2016 tədris ilinin payız sessiyasında iştirak etməmiş, həmin tədris ilinin yaz sessiyasında 11 gün, 2016/2017 tədris ili ərzində sentyabr-oktyabr aylarında 25 gün, yanvar-fevral aylarında 25 gün, may-iyul aylarında isə 22 gün olmuşdur (diplom verilməsinə dair Dövlət İmtahan Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı qəbul edilən zaman həmin ölkədə olmuşdur).

27. İddiaçı qeyd edir ki, tədris prosesində iştirak etmədiyi vaxtlar yaranan akademik borclarını daha sonrakı imtahan sessiyalarında ödəmişdir.

28. İşə baxan apellyasiya məhkəməsi isə hesab etmişdir ki, iddiaçı Rusiya Federasiyası Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq Universitetində “hüquq” ixtisası üzrə qiyabi formada təhsil almasını bildirsə də, o, qeyd olunan müddət ərzində dərslərdə və imtahanlarda iştirak etmədiyindən, 2013-cü ildə ümumiyyətlə tədris prosesindən kənarda qaldığından, bu cür vəziyyətdə təhsil alan şəxsin özünün tədris prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, semestr imtahanlarını verməsi və sonradan diplom işi yazaraq müdafiə etməklə ali məktəb məzunu olması mümkün deyildir.

29. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin imtina dəlili ilə razılaşaraq iddia tələbinin əsassız olması qənaətinə gələrkən işin araşdırılması prinsipini pozmuşdur.

30. B elə ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının” müddəalarının təhlili onu göstərir ki, təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması zamanı xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğu müəyyən edilir və bu məqsədlə ekspertiza keçirilir. Həmin Qaydaların 3.7-ci bəndində qeyd edilmişdir ki, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər.

31. Sözügedən Qaydalara əsasən mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

32. Hazırkı iş üzrə iddiaçının 2012-2017-ci illərdə Rusiya Federasiyasının Belqorod Kooperasiya, İqtisadiyyat və Hüquq Universitetində qiyabi təhsil alması işin mübahisəsiz hallarına aiddir. 33.“Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 1.6-cı bəndində də qeyd edilmişdir ki, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). İddiaçıya məxsus diploma əlavədə iddiaçının yiyələndiyi ixtisas üzrə əyani təhsil formasının 4 il olması qeyd olunmuşdur. Belə olan halda, iddiaçının 5 il ərzində qiyabi təhsil alması Azərbaycan Respublikasındakı dövlət standartlarına uyğundur.

34. Digər tərəfdən, apellyasiya məhkəməsi iddiaçının tədris aldığı dövrdə müəyyən vaxtlarda tədris prosesindən kənar qaldığını qeyd etmiş və bu hal iddiaçı tərəfindən mübahisələndirilməsə də, izah etmişdir ki, yaranmış akademik borc ödənilmişdir.

35. Kollegiya iddiaçının tədris prosesində iştirak etmədiyi dövrlərdə yaranan akademik borclarının yaranmasını, lakin daha sonra həmin borcların iddiaçı üçün təhsil müəssisəsi tərəfindən hazırlanmış fərdi plan əsasında ödənilməsini, nəticədə ona diplom verilməsini nəzərə alır və hesab edir ki, qeyd edilənlər diplomun tanınmasından imtina üçün əsas deyildir və belə halların mümkünlüyü dövlətdaxili qanunvericilikdə də nəzərdə tutulmuşdur, yəni dövlət standartlarına uyğundur.

36. Belə ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydaları ölkə ərazisində kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətlərini müəyyən edir. Həmin xüsusiyyətlərdən biri hər bir təhsilalanın (tələbənin) fərdi tədris planının olmasıdır. Həmçinin, Qaydalarda qeyd edilmişdir ki, hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Həmçinin, sözügedən Qaydalarda “akademik borcu olan tələbə”-terminindən istifadə edilmiş və ona belə bir anlayış verilmişdir ki, “akademik borcu olan tələbə”-fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələ bədir.

37. Göründüyü kimi, istinad olunan Qaydalarda akademik borcların tədris prosesində yaranmasının və onların ləğv edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur.

38. Bundan əlavə, “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 2.17-ci bəndində qeyd edilmişdir ki, ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali) tibb təhsilində “həkim”)” ali peşə-ixtisas dərəcəsi verilir.

39. İstinad olunan müddəaların təhlili onu deməyə əsas verir ki, Azərbaycanda təşkil olunan təhsilin dövlət sta ndartlarına görə bakalavriat təhsili kredit sistemi əsasında təşkil olunur, tədris prosesində tələbəyə fərdi tədris planı hazırlanır, tədris çərçivəsində bu və ya digər səbəbdən akademik borc yarandıqda daha sonra onu ləğv etmək mümkündür, yalnız tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə, yəni ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı ilə “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

40. Qeyd olunan müddəaların işin hallarına tətbiqi zamanı belə nəticəyə gəlmək olur ki, iddiaçı akademik borcu yaransa da, onun üçün tərtib edilmiş fərdi tədris planına uyğun olaraq həmin akademik borclarını ləğv etmişdir. İddiaçıya və Dövlət İmtahan Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə verilmiş diplom və diploma əlavə də bu halı təsdiq edir.

41. Beləliklə, kollegiya hesab edir ki, işə baxan apellyasiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almadan, işin hallarını hərtərəfli araşdırmadan, hüquq normalarını düzgün tətbiq etmədən qərar qəbul etmişdir.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1584/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar