Məhkəmə qərarları › İş №2-1(102)-5/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-5/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-5/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlaka hüququn qeydə alınması, qeydə alınmış hüququn ləğvi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər: X13, X17, Səbail Rayon İcra Hakimiyyəti) “iddiaçının adına çıxarışın və texniki pasportun verilməsi” (birinci iddia) və “daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” (ikinci iddia) tələblərinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-161/2021 saylı, 2 fevral 2021-ci il tarixli qərarından iddiaçının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Səbail Rayon İcra Hakimiyyəti başçısının 18.05.1995-ci il tarixli, 1471 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün Almaz Hüseynovaya 600 kv.m olan torpaq sahəsi ayrılmışdır. Səbail Rayon İcra Hakimiyyətinin başçısının 25.05.1998- ci il tarixli, 809 saylı sərəncamından görünür ki, Almaz Hüseynovanın razılıq ərizəsi nəzərə alınaraq, Səbail rayon İcra Hakimiyyəti başçısının 18.05.1995-ci il tarixli, 1471 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ona ayrılmış 600 kv.m olan torpaq sahəsi iddiaçının adına sənədləşdirilmişdir.

2. Səbail Rayon İcra Hakimiyyətinin başçısının 25.05.1998-ci il tarixli, 809 saylı sərəncamı ilə İddiaçı ayrılmış, 135 ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. Cizgi Səbail Rayon İcra Hakimiyyətinin başçısının İ müavinin möhürü ilə təsdiqlənmişdir.

3. Səbail Rayon İcra Hakimiyyətinin başçısının 02.03.1995-ci il tarixli, 672 saylı sərəncamından görünür ki, Eldar Məmmədova fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m olan torpaq sahəsi ayrılmışdı r. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3819/2014 saylı, 18.08.2014-cü il tarixli qərarı ilə iddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı qeydiyyatın aparılması və müvafiq sənədlərin verilməsi barədə iddiası təmin edilmiş, X34 Rayon İcra Hakimiyyətinin Başçısının 02.03.1995-ci il tarixli, 672 saylı sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və müvafiq sənədlərin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

5. Qərar qanuni qüvvəyə minərək icra edilmiş və Eldar Məmmədova həmin torpaq sahəsi ilə bağlı ******* saylı çıxarış verilmişdir.

6. İşdə olan tor pağın mülkiyyətə verilməsi barədə 10.05.2005-ci il tarixli şəhadətnamədən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 18.05.1995-ci il tarixli, 1471 saylı sərəncamı ilə Almaz Hüseynovaya fərdi evin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1378A saylı, 0,06 ha. torpaq sahəsi onun mülkiyyətinə verilmişdir.

7. Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilən 10 may 2005-ci il tarixli şəhadətnamənin (JN-21096D, KOD ********) surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 18 may 1995ci il tarixli, 1471 nömrəli sərəncamı ilə ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1378a saylı, 0.06 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X10, X7, Hüseynova Mətanət Muxtar qızının, X5 və X6 mül kiyyətlərinə verilib. 8. 24 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ******* nömrəli, 31 may 2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə X10, X7, Hüseynova Mətanət Muxtar qızının, X5 və X6 adından etibarnamə əsasında çıxış edən X33 ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.06 hektar torpaq sahəsini X3 mülkiyyətinə verir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iddia üzrə:

9. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

10. Cavabdeh 31 may 2016-cı il tarixli məktubla bildirmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin 1471 saylı, 18 may 1995-ci il tarixli sərəncamı əsasında X1 Torpaq və Xəritəçəkmə Komitəsindən həmin torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” almış, 2013-cü il tarixində isə dövlət reyestrindən çıxarışla əvəz edərək özgəninkiləşdirmişdir. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi digər fiziki şəxsin, X4 mülkiyyətində olduğundan ərizənin icrası mümkün olmamışdır.

11. İddiaçı 9 iyun 2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq buna dair müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində mübahisəli torpaq sahəsinin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 1995-ci il 18 may tarixli, 1471 saylı sərəncamı ilə X10 adına fərdi ev tikintisi üçün ayrıldığını, daha sonra onun razılıq ərizəsi əsasında Səbail rayon İcra Hakimiyyətinin 1998-ci il 25 may tarixli, 809 saylı Sərəncam ı əsasında adına sənədləşdirildiyini, eyni zamanda, ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi müvafiq qaydada tərtib və təsdiq edilərək, ona verildiyini, müvafiq sənədlərini toplayaraq, həmin torpaq sahəsinə dair çıxarış və texniki pasport verilməsi ilə bağlı 2016cı il 6 may tarixində cavabdehə ərizə ilə müraciət etdiyini, 2016-cı il 31 may tarixli məktubla 1995-ci il 18 may tarixli sərəncam əsasında X10 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə aldığına və 2013-cü ildə Şəhadətnaməni Dövlət reyestrindən çıxarışla əvəz edərək özgəninkiləşdirdiyinə, həmçinin İdarənin baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətində olduğuna istinad etməklə müraciətin təmin olunmasından imt ina etdiyini, halbuki torpaq sahəsinin qanuna müvafiq olaraq ona ayrıldığını, həmin sahə ona naturada təhvil verildiyini, o da öz növbəsində torpaq sahəsini daş hasarla əhatəyə almaqla hal-hazıra kimi faktiki sahiblik hüquqlarını həyata keçirdiyini, 1998-ci ildən etibarən torpaq sahəsinin istifadəsində olduğunu göstərərək tələbinin təmin olunmasını xahiş etmişdir. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 15 iyul və 2016-cı il 2 sentyabr tarixli qərardadları ilə X17 və X13 üçüncü şəxs qismində icraata cəlb edilmişlər. 15. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (X18, 2-1(81)-3023/2016 saylı iş) 4 oktyabr 2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 135 ünvanında yerləşən, sahəsi 600 kv.m olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq buna dair müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

16. Həmin qərardan cavabdeh və üçüncü şəxs X13 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 noyabr 2017-ci il tarixli, 2-1(103)-166/2017 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin 4 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 noyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İkinci iddia üzrə:

20. İddiaçı cavabdehə qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2ci yaşayış massivi, 135 Ç ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair üçüncü şəxs E.Məmmədovun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 2016cı il 22 oktyabr tarixli qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

21. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 1995-ci il 18 may tarixli 1471 saylı sərəncamı ilə X11 adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 ünvanın da yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmış, daha sonra A.Hüseynovanın razılıq ərizəsi əsasında sözügedən torpaq sahəsi Səbail rayon İcra Hakimiyyətinin 1998-ci il 25 may tarixli, 809 saylı sərəncamı əsasında iddiaçının adına sənədləşdirilmişdir. Eyni zamanda, ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi müvafiq qaydada tərtib və təsdiq edilərək ona verilmişdir. Həmin torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi ilə bağlı 2016-cı il 6 may tarixdə cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh 2016-cı il 31 may tarixli, **********82 saylı məktubla cavab verərək ona məxsus torpaq sahəsinin X14 Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamə verildiyini və 2013-cü ildə şəhadətnaməni dövlət reyestri ndən çıxarışla əvəz edərək torpaq sahəsini özgəninkiləşdirdiyini göstərmişdir. Hazırda torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətində olması əsas gətirilərək torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina edilmişdir. Vəzifəli şəxsin hərəkətlərindən şikayətlə bağlı aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2016-cı il 4 oktyabr tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 ünvanında yerləşən torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh təşkilatın üzərinə qoyulmuşdur. Məhkəmənin adı çəkilən qərarından üçüncü şəxs E.Məmmədov apellyasiya şikayəti verərək şikayətinə 2016-cı il 22 oktyabr tarixli, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 135 Ç nömrəsi altında reyestrdən çıxarışın surətini əlavə etmişdir. Eyni zamanda, E.Məmmədov apellyasiya şikayətində işə əlavə edilmiş çıxarışın məhz ona məxsus torpaq sahəsinə aid olmasını və bununla əlaqədar ilkin olaraq 2014-cü il 26 sentyabr tarixdə çıxarış verildiyini və daha sonra həmin çıxarışda texniki səhv olduğundan, yeni çıxarışla əvəz edildiyini qeyd etmişdir. O cümlədən, ona verilmiş çıxarış üçün əsas kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 18 avqust tarixli qərarı göstərilmişdir. Cavabdeh təşkilat üçüncü şəxsin adına iddiaçıya məxsus torpaq sahəsinə dair çıxarış verməkdə haqlı olmamış, həmin çıxarışın verilməsi üçün əsas olmuş məhkəmə qərarının nəticə hissəsində Səbail rayon İcra Hakimiyyəti başçısının 672 saylı sərəncamı əsasında E.Məmmədova ayrılmış torp aq sahəsi üzərinə hüququnun dövlət qeydiyyatına alınması və müvafiq sənədlərin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar cavabdeh tərəfindən icra olunaraq Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində E.Məmmədovun adına 0,06 ha torpaq sahəsinə çıxarış verilmiş, həmin çıxarışa səbəb olmuş məhkəmə qərarından tərəflərindən şikayət verilərkən apellyasiya instansiyasında torpaq sahəsinə dair çıxarışın ona məxsus 2-ci yaşayış massivi 135 sayı sahədə deyil, 3cü yaşayış massivinə aid olması müəyyən edildikdən sonra ərizə əsasında şikayəti geri götürülmüşdür. Bundan sonra, qanuni və faktiki istifadəsində olan torpaq sahəsinə dair çıxarış əldə etmək üçün cavabdeh təşkilata müraciət edərək imtina aldıqdan sonra iş məhkəmənin icraatında olan ərəfədə cavabdeh təşkilatın təşəbbüsü il ə 2014-cü il tarixli çıxarış heç bir qanuni əsas olmadan və torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədən 2-ci yaşayış massivinə dəyişdirilərək 135 Ç saylı sahəyə dair üçüncü şəxsə yeni çıxarış verilmişdir. 22. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (X8, 2-1(81)-28/2019 saylı iş) 23 iyul 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

23. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci 4 sentyabr tarixli, 2-1(103)-2343/18 saylı qərardadı ilə Səbail Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində icraata cəlb olunmuşdur.

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 oktyabr tarixli, 2-1(103 )-2394/19 saylı qərardadına əsasən hər iki iddia tələbləri üzrə işlər bir icraatda birləşdirilmişdir.

26. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər X24məruzəçi, X20 və X36, 2-1(103)-345/2019 saylı iş) 26 noyabr 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/19 saylı, 22 iyul 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-28/19 saylı, 22 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 C ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair üçüncü şəxs X4 adına 2016-cı il 22 oktyabr tarixli daşınmaz əmlakın dövlət reyestrində aparı lmış qeydiyyatın ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilmiş; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/16 saylı, 4 oktyabr 2016-cı il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3023/16 saylı, 2016-cı il 4 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan Səbail rayon İcra Hakimiyyəti Başçısının 1998-ci il 25 may tarixli, 809 saylı sərəncamı ilə İddiaçı ayrılmış və Badamdar qəsəbə Nümayəndəliyi tərəfindən yerləşmə cizgisi tərtib edilmiş, 2-ci yaşayış massivi, 135 saylı torpaq sahəsi üzərində üçüncü şəx s E.Məmmədovun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, həm torpaq qanunvericiliyinin istinad olunan normalarının, həm də «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinin tələblərini pozmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının sözügedən torpaq sahəsinə dair üçüncü şəxs E.Məmmədovun adına 2016-cı il 22 oktyabr tarixli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbini təmin etməməklə göstərilən maddi hüquq normalarının tələblərini pozmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi, həmçinin hesab etmişdir ki, A.Hüseynova tərəfindən Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 18 may 1995-ci il tarixli, 1471 saylı sə rəncamı əsasında Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 1378a saylı torpaq sahəsi özəlləşdirilən zamanı qanunvericiliyin tələblərinə əməl olunmaması, iddiaçının hazırda qanuni əsaslarla əldə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas ola bilməz. Hazırki məhkəmə qərarı ilə iddiaçının sözügedən torpaq sahəsinə dair üçüncü şəxs E.Məmmədovun adına 2016-cı il 22 oktyabr tarixli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi təmin olunmuşdur. Ona görə də, həmin dəlil də, iddiaçının Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 1998-ci il 25 may tarixli, 809 saylı sərəncamı ilə ayrılan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz.

29. Cavabdeh və üçüncü şəxs X13 həmin qərardan kassasiya şikayəti vermiş, cavabdeh qərarın ləğv edilməsi və iddianın rədd olunmasını, üçüncü şəxs E.Məmmədov qərarın ləğv edilməsi, iddianın rədd edilməsini və ya işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. kasasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X21-məruzəçi, X15 və X16, 2-1(102)-1160/2020 saylı iş) 23 iyun 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qə rarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

31. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının məzmunundan göründüyü kimi, mütəxəssis rəyi ekspert rəyi ilə müqayisəli tədqiq olunmamış, həmin rəylər arasında işin nəticəsinə təsir edə bilən əhəmiyyətli fərqlər olsa da, həmin fərqlər nəzərə alınmaqla mütəxəssis rəyinə münasibətdə digər rəyə hansı səbəbdən üstünlük verildiyi, həmin rəyin daha mötəbər olduğunun səbəbləri əsaslandırılmamışdır. Halbuki, ekspert rəyində 2-ci suala dair cavabında ekspertin gəldiyi nəticənin (uyğunluğun) hansı tədqiqat üsulu ilə müəyyən edildiyi göstərilməmişdir. Digər tərəfdən, işin materiallarına görə, tədqiqat aparılan torpaq sahəsinə mütəxəssisin və ekspertin birgə iştirakı ilə b axış keçirildiyi halda, tədqiq olunan (eyni vaxtda baxış keçirilən) obyektlərə münasibətdə rəylərdə fərqli mənzərələrin təsvir olunduğunun səbəbləri də aydın deyil. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPMin 12, 58.7, 81.3 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməlidir. apelyasiya instansiyası məhkəməsindəki sonuncu icraat

32. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X25məruzəçi, X12 və X43, 2-1(107)-161/2021 saylı iş) 2 fevral 2021-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/2016 saylı, 4 oktyabr 2016-cı il tarixli qərarından cavabdeh və üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3023/2016 saylı, 4 oktyabr 2016-cı il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul olunmaqla iddiaçının iddiası təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2-1(81)-28/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 21(81)-28/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmamışdır.

33. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci iddia tələbi üzrə birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıx arılmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilən 10 may 2005-ci il tarixli şəhadətnaməyə əsasən Səbail Rayon İcra Hakimiyyətinin başçısının 18 may 1995ci il tarixli, 1471 nömrəli sərəncamı ilə ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1378a saylı, 0.06 hektar iddiaçının iddia etdiyi torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X10, X7, Hüseynova Mətanət Muxtar qızının, X5 və X6 mülkiyyətlərinə verilib. Daha sonra isə mülkiyyətçilərin razılığına əsasən X3 mülkiyyətinə verilib.

34. İkinci iddia tələbi üzrə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İdd iaçı ona ayrılmış torpaq sahəsinin 2-ci yaşayış massivində yerləşdiyini bildirsə də, faktiki olaraq həm iddiaçı həm də E.Məmmədov naturada eyni torpaq sahəsinə iddia edirlər. Həmin torpaq sahəsi faktiki olaraq E.Məmmədovun xüsusi mülkiyyətindədir. İddiaçı X9 məxsus torpaq sahəsinin əslində 3-cü yaşayış massivində yerləşdiyinə istinad edərək, əsassız olaraq sonradan E.Məmmədova məxsus torpaq sahəsinin ünvanının dəyişdirilməsini bildirsə də, işdə olan Səbail rayon İcra Hakimiyyəti Başçısının 30.07.2018-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 02.03.1995-ci il tarixli, 672 nömrəli sərəncamı hal-hazırda qüvvədədir və həmin sərəncama əsasən X9 Badamdar qəsəbəsində fərdi yaşayış evinin inşası üçün ayrılmış 600 kv.m torpaq sahəsi naturada faktiki o laraq E.Məmmədova təhvil verilmişdir. Həmin sərəncam ilə Badamdar qəsəbəsində fərdi yaşayış evinin inşası üçün ayrılan 600 kv.m torpaq sahəsi Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 135 c ünvanında yerləşir və torpaq sahəsinin koordinatları yerləşmə cizgisi ilə uyğunluq təşkil edir. İddiaçı isə Səbail rayon İcra Hakimiyyəti Başçısının 25.05.1998ci il tarixli, 809 saylı sərəncamına əsasən ona ayrılmış torpaq sahəsinə dair verilmiş sxemdə (cizgidə) isə miqyas, koordinatlar və ya hər hansı tərpənməz nöqtədən ayrılmış torpaq sahəsinin məsafəsi qeyd edilmədiyindən torpaq sahəsinin məhz naturada göstərilən torpaq sahəsi olduğunu sübut edə bilməmişdir. Bu səbəbdən də, hazırki vəziyyətdə iddia təmin edilməməlidir.

35. İddiaçı 24 may 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərar ın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazların dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

36. Bakı Apellyasiya Məhkəməsi iş üzrə heç bir yeni araşdırma aparmadan, ekspertiza təyin etmədən sözügedən əsassız qərar çıxarmışdır.

37. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 18 may 1995-ci il tarixli, 1471 saylı Sərəncamı ilə X10 adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 ünvanda yerləşən sahəsi 600m2 olan torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmış, daha sonra A.Hüseynovanın razılıq ərizəsi əsasında həmin sahə Səbail rayon İcra Hakimiyyətinin 25 may 1998-ci il tarixli, 809 saylı Sərəncamı əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Eyni zamanda ayrılmış torpaq sah əsinin yerləşmə cizgisi müvafiq qaydada tərtib və təsdiq edilərək sonuncuya verilmişdir. Çıxarışla bağlı 06.05.2016-cı il tarixdə cavabdehə müraciət etdikdə 31.05.2016-cı il tarixdə cavabdeh məktubla İddiaçı məxsus torpaq sahəsinin guya X17 tərəfindən artıq ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə alındığını və 2013-cii il tarixdə Şəhadətnaməni Dövlət reyestrindən çıxarışla əvəz edilərək özgəninkiləşdirildiyini bildirmişdir. Həmin torpaq sahəsinin X4 mülkiyyətində olduğunu əsas gətirərək İddiaçı qızma çıxarış verilməsindən imtina etmişdir. Biz arada digər məhkəmə prosesinin də nəticəsinə müvafiq surətdə yenidən çıxarış alınması məqsədilə cavabdehə təqdim etdikdə cavabdeh tərəfindən 7 dekabr 2016-cı il tarixli məktubla imtina verilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bunu nəzərə alaraq biz 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etdik və məhkəmə işə birtərəfli yanaşaraq, bu iş üzrə araşdırma aparmadan hazırda mübahisələndirilən qərarı qəbul etdi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən şəxsin mülkiyyətində bizim torpaq sahəsindən tamamilə fərqli yerdə, yəni Badamdar qəsəbəsi 2-ci yaşayış massivində, 135C saylı 0.06ha ölçüdə torpaq sahəsi vardır. Bunu təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Bununla bağlı təyin edilmiş məhkəmə ekspertizası da eyni nəticəyə gəlmiş və bu faktı bir daha təsdiq etmişdir. Lakin məhkəmə bu fakta əhəmiyyət verməyərək əsassız və qanunsuz qərar çıxarmış, həmin qərar isə haqlı olaraq 25 iyul 2018-ci il tarixdə (iş 2-l(1 02)-926/2018) Bakı Apellyasiya Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qərarını ləğv edərək işə yenidən baxılması üçün onu Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İş üzrə bir daha ekspertiza təyin edilmiş və ekspertiza mübahisəli sahə ilə X9 məxsus sahənin fərqli olduğunu, ayrı-ayrı yerlərdə yerləşdiyini bir daha təsbit etmişdir. Yəni iddiaçıya aid sahə faktiki zəbt edilmiş sayılır.

38. Qeyd edilən torpaq sahəsinə dair cizgidə torpaq sahəsinin bizə məxsusluğu, verilmiş arayışlarda X9 məxsus torpaq sahəsinin tamamilə ayrı yerdə yerləşməsi, sonuncuya məxsus kadastr planının olmaması, torpağın konkret koordinatlarına dair əsaslandıran sənədin olmaması, yeganə cizginin bizdə olması və sahəsinin bizə məxsusluğu orada müəyyən edilməsinə baxmayaraq məhkəmə bu xüsusatlara diqqət ayırmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bu ndan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-). Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tut ulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə

16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

41. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

42. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Ş ikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

43. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Birinci iş üzrə İddiaçı tələbində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmasını xahiş etmişdir.

46. İkinci iş üzrə İddiaçı tələbində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 Ç ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 22 oktyabr 2016-cı il tarixli qeydiyyatın ləğv edilməsini xahiş etmişdir.

47. Hər iki iş üzrə iddia tələbi eyni torpaq sahəsi ilə bağlı olmuşdur.

48. Torpağın mülkiyyətə verilməsi barədə 10.05.2005-ci il tarixli şəhadətnamədən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 18.05.1995-ci il tarixli, 1471 saylı sərəncamı ilə üçüncü şəxs A.Hüse ynovaya fərdi evin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1378A saylı, 0,06 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir.

49. Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilən 10 may 2005-ci il tarixli şəhadətnamənin (JN-21096D, KOD ********) surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 18 may 1995-ci il tarixli, 1471 nömrəli sərəncamı ilə ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1378a saylı, 0.06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün A.Hüseynovaya və onunla birlikdə 5 nəfərin mülkiyyətlərinə verilmişdir.

50. Hər iki şəhadətnamənin eyni torpaq sahəsi ilə bağlı olması işin mübahisə olunmayan halıdır. 51. 24 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 31 may 2013-cü il tarixli alqı-satqı müqavilənin surətindən görünür ki, A.Hüseynova və onunla birlikdə 5 nəfər adından etibarnamə əsasında çıxış edən Q.O. ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsini Ş.Ş.Əliəskərovanın mülkiyyətinə verilmişdir.

52. Bundan başqa, Səbail Rayon İcra Hakimiyyəti başçısının 02.03.1995-ci il tarixli, 672 saylı sərəncamı ilə digər üçüncü şəxs E.Məmmədova Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m olan torpaq sahəsi ayrılmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.08.2014-cü il tarixli qərarı ilə iddiaçı E.Məmmədovun iddiası təmin edilmiş, ona Səbail Rayon İcra Hakimiyyəti başçısının 02.03.1995-ci il tarixli, 672 saylı sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəs i üzərində hüququnun dövlət qeydiyyatına alınması və müvafiq sənədlərin verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, məhkəmə qərarı qanuni qüvvəyə minərək icra edilmiş və E.Məmmədova həmin torpaq sahəsi ilə bağlı 26 sentyabr 2014-cü il tarixdə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanına, 22 oktyabr 2016-cı il tarixdə isə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135C saylı sahəyə çıxarış verilmişdir.

53. Bundan başqa, Səbail Rayon İcra Hakimiyyəti başçısının 18.05.1995-ci il tarixli, 1471 saylı sərəncamı ilə Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün A.Hüseynovaya 600 kv.m olan torpaq sahəsi ayrılmış, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 25.05.1998-ci il tarixli, 809 saylı sərəncamı ilə A.Hüseynovanın razılıq ərizəsi nəzərə alınaraq, Səbail rayon İcra Hakimiyyəti b aşçısının 18.05.1995-ci il tarixli, 1471 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ona ayrılmış 600 kv.m olan torpaq sahəsi iddiaçının adına sənədləşdirilmişdir.

54. Bəhs olunan sənədlər tədqiq olunarkən belə qənaətə gəlinir ki, 0,06 ha torpaq sahəsi ilə bağlı rayon icra hakimiyyəti başçısının ilkin olaraq üç sərəncamı-üçüncü şəxs A.Hüseynovaya torpaq sahəsi ayrılması barədə Səbail Rayon İcra Hakimiyyəti başçısının 18 may 1995-ci il tarixli, 1471 nömrəli (eyni tarixli, eyni nömrəli) iki sərəncamı və E.Məmmədova torpaq sahəsi ayrılması barədə Səbail Rayon İcra Hakimiyyəti başçısının daha əvvəl qəbul etdiyi 02.03.1995-ci il tarixli, 672 saylı sərəncamı.

55. Mübahisə doğurmur ki, üçüncü şəxs A.Hüseynovaya 0,06 ha torpaq sahəsinin ayrılması barədə Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 8 may 1995-ci il tarixli, 1471 nömrəli bir sərəncamı əsasında A.Hüseynova ilə bərabər 5 nəfərə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcud olmuş və torpaq sahəsi Ş.Ş.Əliəskərovaya satılmışdır.

56. İddiaçı izahatlarında bildirmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 18 may 1995-ci il tarixli, 1471 nömrəli digər ikinci sərəncamı əsasında A.Hüseynovaya ayrılmış 0,06 ha torpaq sahəsi ilə bağlı rayon icra hakimiyyəti tərəfindən 25.05.1998-ci il tarixli sərəncam imzalanmış və bu sərəncamla torpaq sahəsinin onun istifadəsinə verilməsi qərara alınmışdır.

57. Məhkəmə kollegiyası qeyd edir ki, aparılan məhkəmə araşdırmalarına görə 0,06 ha torpaq sahəsinin ayrılması barədə Səbail Rayon İcra Hakimiyyəti başçısının 18 may 1995-ci il tarixli, 1471 nömrəli iki sərəncamı olmuşdur. S ərəncamın birindən görünür ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün hər birinə 600 kv.m olmaqla adı, soyadı və ata adı göstərilməklə 15 nəfər şəxsə torpaq sahəsi ayrılmışdır. A.G.Hüseynovanın adı sərəncamda bir dəfə, özü də yalnız 600 kv.m torpaq sahəsi ayrılması qeyd edilmişdir. Adı çəkilən sərəncamda A.G.Hüseynovaya 1.200 kv.m torpaq sahəsi ayrılması qeyd edilməmişdir. Eyni tarixli və nömrəli digər ikinci bir sərəncamda yalnız A.G.Hüseynovanın adı qeyd edilməklə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılması göstərilmişdir.

58. Əslində eyni tarixli, eyni nömrəli sərəncamda bir torpaq sahəsinin ayrılmasından bəhs edilir. 15 nəfərin adı qeyd edilən sərəncam əsl sərəncam olmuş, yalnız A.G.Hüseynovanın adı qeyd edilən sərəncam isə əsl sərəncam əsasında tərtib edilmişdir.

59. Odur ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 18 may 1995-ci il tarixli, 1471 nömrəli digər ikinci sərəncamı əsasında A.Hüseynovaya təkrar olaraq 0,06 ha torpaq sahəsi ayrılması barədə iddiaçının dəlili əsaslı olmamışdır.

60. İddiaçı birinci iddia ərizəsinə 21 iyul 2005-ci il tarixdə verilmiş 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisini əlavə etmişdir. Yerləşmə cizgidə ünvan Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, döngə 135 göstərilmişdir.

61. Cavabdeh apelyasiya məhkəməsinə təqdim etdiyi məktuba A.Hüseynovanın və onunla birlikdə digər şəxslərin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Səbail Rayon İcra Hakimiyyəti başçısının 18 may 1995-ci il tarixli, 1471 nömrəli sərəncamı və rayon icra hakimiyyəti tərəfindən 28 mart 2005-ci il tarixdə təsdiq edilmiş 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisini əlavə etmişdir. Yerləşmə cizgidə ünvan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1378a göstərilmişdir.

62. Cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında 600 kv.m torpaq sahəsinə hüquq üçüncü şəxs E.Məmmədovun adına 26 sentyabr 2014-cü il tarixdə qeydə alınarkən ünvan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi göstərilmiş, E.Məmmədovun ərizəsi nəzərə alınaraq hüquqların dövlət qeydiyyatı zamanı torpaq sahəsinin 3-cü massiv deyil, 2-ci massivdə yerləşməsi ilə bağlı texniki səhv aradan qaldırılaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən düzəliş edilmiş və 22 oktyabr 2016-cı il tarixdə 2-ci yaşayış massivi 135C sahəyə çıxarış verilmişdir.

63. Təsadüfi deyil ki, Səbail rayon İcra Hakimiyyətinin 30.07.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 02.03.1995-ci il tarixli, 672 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi yaşayış evinin inşası üçün ayrılan 600 kv.m torpaq sahəsi Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 135 c ünvanında yerləşir və cavabdeh tərəfindən tərtib edilmiş 22 oktyabr 2016-cı il tarixli torpaq sahəsinin planından məlum olur ki, 02.03.1995-ci il tarixli, 672 nömrəli sərəncam əsas götürülərək E.Məmmədovun adına torpaq sahəsinə 22 oktyabr 2016-cı il tarixli çıxarış verilmişdir.

64. İddiaçı iddiasının əsası kimi Səbail rayon İcra Hakimiyyəti başçısının 18 may 1995-ci il tarixli 1471 saylı sərəncamına, 25 may 1998-ci il tarixli 809 saylı sərəncamına, 21 iyul 2005-ci il tarixli torpaq sahəsinin yerləşmə cizgisinə istinad etmişdir.

65. Qeyd edilməlidir ki, həm Səbail rayon İcra Hakimiyyəti başçısının 18 may 1995-ci il tarixli 1471 saylı sərəncamı, həm də 25 may 1998-ci il tarixli 809 saylı sərəncamı imzalanarkən ayrılmış torpaq sahəsinin Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, döngə 135-də yerləşməsi barədə hər hansı ilkin sxem-cizgi tərtib edilməsinə dair sübut təqdim edilməmişdir. 21 iyul 2005-ci ildə tərtib edilmiş sxemdə 600 kv.m torpaq sahəsinin əvvəlcə A.Hüseynovaya, sonra isə İddiaçı 2-ci yaşayış massivi, döngə 135-də ayrılması işdə olan hər hansı ilkin sənədlərlə təsdiq olunmamışdır.

66. Birinci tələb üzrə iddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 ünvanında yerləşə n sahəsi 600 kv.m olan torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, cavabdeh 2016-cı il 31 may tarixli bildirişlə müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin 1471 saylı, 1995-ci il 18 may tarixli sərəncamı əsasında A.G.X32 və Xəritəçəkmə Komitəsindən həmin torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” almış, 2013-cü il tarixdə isə dövlət reyestrindən çıxarışla əvəz edərək özgəninkiləşdirmişdir. Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan (iddiaçının mübahisə açdığı) torpaq sahəsi E.Q.Məmmədovun mülkiyyətində olduğundan ərizənin icrası mümkün olmamışdır.

67. O da qeyd edilməlidir ki, İddiaçı ikinci iş üzrə üçüncü şəxs E.Q.Məmmədovun adına daşınmaz ə mlakın dövlət reyestrində aparılmış 22 oktyabr 2016-cı il tarixli qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Cavabdehin dəlillərindən, habelə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 30.07.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində E.Q.Məmmədovun adına Səbail rayon İcra Hakimiyyəti başçısının 02.03.1995-ci il tarixli, 672 nömrəli sərəncamı və qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında qeydə alınmışdır.

68. İşin apelyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın nəticəsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2017-ci il tarixli, 21522 nömrəli ekspert rəyində gös tərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavıni tərəfindən göndərilmiş 12 oktyabr 2017-ci il tarixli məktubdan görünür ki, mübahisələndirilən (naturada göstərilən) 0,06 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla E.Q.Məmmədovun xüsusi mülkiyyətinə rəsmiləşdirildiyi müəyyən edilmişdir.

69. Təkrar apelyasiya baxışı zamanı təyin olunmuş təkrar ekspert rəyinə əsasən torpaq sahələrinin koordinatlarının müəyyən olunması ilə əlaqədar "xxxx" MMC-nin mütəxəssisi tərəfindən “GPS” sistemli ölçmə aparatı vasitəsilə yerində ölçmə işləri aparılmış və ölçmə işlərinin nəticəsi kameral şəraitdə Google Planet proq ramının ortofotogörüntülərinə əsasən araşdırılaraq, bu barədə 04 yanvar 2019-cu il tarixli, 01 saylı mütəxəssis rəyi tərtib olunmuşdur. Mütəxəssis rəyində göstərilənlər tədqiqat zamanı araşdırılarkən, rəydə qeyd olunan faktların məhkəmə qərardadı ilə ekspertiza qarşısında qoyulmuş sualları tam əhatə etmədiyi müəyyən olunmuş və bununla əlaqədar ekspertizaya təqdim olunmuş mülki iş materialları əsasında qərardadın 1-ci sualı ilə aparılmış tədqiqat nəticəsində - Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti başçısının 18 may 1995-ci il tarixli, 1471 saylı sərəncamı ilə A.G.Hüseynovaya ayrılmış Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsi barədə” 10 may 2005-ci il tarixli şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi ilə Ba kı şəhəri, Səbail rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş ilkin cizgidə göstərilən torpaq sahəsinin ayrı-ayrı ünvanlarda yerləşməklə, eyni torpaq sahəsi olmadığı müəyyən olunmuşdur. Belə ki, həmin sərəncamda və şəhadətnamədə A.Hüseynovaya ayrılmış torpaq sahəsinin Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşdiyi və 1378a nömrə ilə qeydə alındığı, cizgidə göstərilən torpaq sahəsinin isə Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşməklə 135 nömrə ilə qeydə alındığı göstərilmişdir; 2-ci sual üzrə- mülki işin materiallarındakı sənədlərə və baxış zamanı müəyyən edilmiş məlumatlara əsasən aparılmış araşdırmalar nəticəsində, tədqiq olunan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən mübahisəli torpaq sahəsinin naturada (yerində) müəyyən edilmiş koordinatlarının Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti başçısının 18 may 1995-ci il tarixli, 1471 saylı sərəncamı ilə A.G.Hüseynovaya ayrılmış torpaq sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsinin İddiaçı ayrılmış torpaq sahəsinə dair Səbail rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş cizgidə göstərilən sahəyə uyğun olduğu, eləcə də Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 2 mart 1995-ci il tarixli, 672 saylı sərəncamı ilə və RX seriyalı, 22 oktyabr 2016-cı il tarixli, ******* saylı Çıxarış ilə E.Q.Məmmədova verilmiş torpaq sahəsinin koordinatlarının tədqiq olunan torpaq sahəsinin üzərinə düşdüyü müəyyən edilmişdir; 3-cü sual üzrə-məhkəmənin 21.02.2019-cu il tarixli məktubu ilə ekspertizaya təqdim olunmuş Səbail RİH başçısının Badamdar qəsəbəsi üzrə nümayə ndəsinin müavini E.Əliyev tərəfindən verilmiş 197 saylı, 06.02.2019-cu il tarixli arayışa əsasən İddiaçı ayrılmış Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135 saylı torpaq sahəsi ilə Badamdar qəsəbəsi 3-cü yaşayış massivinin ayrı-ayrı istiqamətlərdə yerləşdiyi və aralarındakı məsafənin 1,3 km təşkil etdiyi göstərilmişdir.

70. İddiaçı ona ayrılmış torpaq sahəsinin Badamdar qəsəbəsində 2-ci yaşayış massivində yerləşdiyini bildirsə də, faktiki olaraq həm o, həm də E.Məmmədov naturada eyni torpaq sahəsinə iddia edirlər. Həmin torpaq sahəsi faktiki olaraq E.Məmmədovun xüsusi mülkiyyətindədir. İddiaçı E.Q.Məmmədova məxsus torpaq sahəsinin əslində 3-cü yaşayış massivində yerləşdiyinə istinad edərək, əsassız olaraq sonradan E.Məmmədova məxsus torpaq sahəsinin ünvanının dəyişdirilməsini bildirsə də, işdə olan Səbail rayon İcra Hakimiyyəti başçısının 30.07.2018-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 02.03.1995-ci il tarixli, 672 nömrəli sərəncamı halhazırda qüvvədədir və həmin sərəncama əsasən E.Q.Məmmədova Badamdar qəsəbəsində fərdi yaşayış evinin inşası üçün ayrılmış 600 kv.m torpaq sahəsi naturada faktiki olaraq E.Məmmədova təhvil verilmişdir. Həmin sərəncam ilə Badamdar qəsəbəsində fərdi yaşayış evinin inşası üçün ayrılan 600 kv.m torpaq sahəsi Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 135 c ünvanında yerləşir və torpaq sahəsinin koordinatları yerləşmə cizgisi ilə uyğunluq təşkil edir. İddiaçı isə Səbail rayon İcra Hakimiyyəti başçısının 25.05.1998-ci il tarixli, 809 saylı sərəncamına əsasən ona ayrılmış torpaq sah əsinə dair verilmiş sxemdə (cizgidə) isə miqyas, koordinatlar və ya hər hansı tərpənməz nöqtədən ayrılmış torpaq sahəsinin məsafəsi qeyd edilmədiyindən torpaq sahəsinin məhz naturada göstərilən torpaq sahəsi olduğunu sübut edə bilməmişdir.

71. Apelyasiya məhkəməsi mübahisə ilə bağlı qərar qəbul edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda sadalanan normalarına əməl etmiş, üçüncü şəxs E.Q.Məmmədovun adına torpaq sahəsinə hüquq inzibati orqanın qəbul etdiyi inzibati akt və qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında qeydə alınmış, cavabdeh hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvi-E.Q.Məmmədova ayrılmış torpaq sahəsinin ünvanındakı qeyri-dəqiqliyi E.Q.Məmmədovun ərizəsi əsasında aradan qaldırmış, İddiaçı ayrılmış torpaq sahəsinin E.Q.Məmmədova ayrı lmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmiş, işə baxılarkən İPM-in 12, 48 və 58-ci maddələrinin tələblərinə riayət edilmişdir.

72. Odur ki, apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

73. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-161/2021 saylı, 2 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar