Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-50/2021 28.01.2021 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdar əsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1155/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1972-ci il tarixində anadan olmuş, xx.xx.1989-cu ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1990-ci ildən xx.xx.1992-ci ilədək müddətli həqiqi hərbi xidmət keçmiş, hərbi xidməti başa vurduqdan sonra əmək fəaliyyətini davam etdirmişdir. O, xx.xx.1995-ci ildən DİN-nin Yanğından Mühafizə orqanlarına xidmətə qəbul edilmiş, xx.xx.2006-cı ildə Fövqəladə Hallar Nazirliyinin sərəncamına qəbul edilmiş, xx.xx.2016-cı ildə yazılı ərizəsinə əsasən öz arzusu ilə xidmətdən aza d olunmuşdur. Sonuncu dəfə o, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə hissəsinin kiçik rəis heyəti vəzifəsində daxili xidmət baş çavuşu xüsusi rütbəsində xidmət etmişdir. DSMF-nin xx.xx.2017-ci il tarixli, 17/1320 nömrəli qərarına əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.12.1-ci maddəsinə müvafiq olaraq yaşa görə 65% miqdarında xx.xx.2016-cı il tarixindən ömürlük 369,59 manat məbləğində pensiya təyin edilmişdir.
2. İddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh orqana müraciət edərək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 il xidmət etməsi nəzərə alınaraq xx.xx.2016-cı ildən ona əmək haqqı məbləğinin 80 faizi məbləğində pensiya təyin edilməsini və xx.xx.2016-cı ildən təyin edilmiş əmək haqqı məbləğinin 65 faizi məbləğində pen siyanın kəsr hissəsinin ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarının tələblərinə uyğun olaraq İdarəyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya dair xx.xx.2017-ci il tarixli, xr80/17- 716 nömrəli məlumat vərəqəsi daxil olmuşdur. Həmin məlumat vərəqəsi əsasında cavabdeh tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixində “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddi açı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona pensiyasının yenidən hesablanması öhdəliyinin cavadehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, FHN-in kiçik rəis heyəti vəzifəsində daxili xidmət baş çavuşu xüsusi rütbəsində xidmət etdiyi halda ona 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, qalan 5 ilin hər ili üçün 3 faiz olmaqla cəmi təminat xərcliyinin 65 faizi miqdarında pensiya təyin edilmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. O, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 il xidmət etdiyi üçün ona 15 il üçün aylıq əmək haqqının 50 faizi miqdarında, 15 ildən yuxarı xidmət stajının hər ili üçün həmin orta aylıq əmək haqqı nın 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əmək pensiyası təyin olunmalı idi. 2015-ci ilin sonunadək də, onunla bir vəzifədə xidmət etmiş şəxslərə əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan heç bir əsas olmadığı halda hərbi qulluçu kimi pensiya təyin edilmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsinə görə fövqəladə hallar orqanlarının əməkdaşı kimi pensiya hüququ əldə etmək üçün həmin orqanlarda 35 il xidmət stajı tələb olunur. İddiaçıya xx.xx.2017-ci il tarixində pensiya təyin edilərkən isə o nun xidmət illərinin cəmi 25 il 03 ay 13 gün olmuşdur. Göründüyü kimi, iddiaçının fövqəladə hallar orqanının əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi pensiyaya hüququ yaranmamışdır. Bu da o deməkdir ki, fövqəladə hallar orqanlarının əməkdaşı olsa da, xidmət illərini (35 il) tamamlamadan pensiyaya çıxmış şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun “xüsusi rütbəli şəxslər”lə bağlı müddəaları tətbiq oluna bilməz. Ona görə də, iddiaçıya münasibətdə qanunvericilikdə bu cür hallar üçün nəzərdə tutulmuş “Əmək pensiyaları haqqında” Qanunun 3.3-cü maddəsi tətbiq ediləcəkdir. Həmin maddənin tələbinə görə isə hərbi qulluqçulara dair pensiya qanunvericiliyinin müddəaları xüsusi rütbəli şəxslərə münasibətdə də tətbiq olunacaqdır. İddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunu n 20.28.2-ci maddəsi xidmət illərinə görə pensiya hüququ əldə etmiş fövqəladə hallar orqanlarının əməkdaşı olan xüsusi rütbəli şəxslərə aiddir. İddiaçı isə xidmət illərinin tamamlanmasını gözləmədən hərbi qulluqçu kimi 20 illik xidmət illərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən pensiyaya çıxdığı üçün həmin 20.28.2-ci maddə artıq ona tətbiq edilə bilməz. 7.Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-435/2020 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbinin təmin edilərək iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyinin cavadehə həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ olan şəxsdir, onun xx.xx.2016-cı il tarixə 25 ildən çox (25 il 03 ay 13 gün) xidmət ili, daxili xidmət baş çavuşu hərbi rütbəsi olduğu üçün fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən çox xidmət ili olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.28.1 və 20.28.2-ci maddələrində nəzərdə tutulmuş pensiya hüququ yaranmışdır. Lakin, cavabdeh tərəfindən ona pensiya təyin edilərkən qanunvericiliyin normaları iddiaçıya münasibətdə düzgün tətbiq edilməmişdir.
9. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1155/2019 saylı, xx.xx.2020-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və A.Ə.Hüseyn) ilə cavabdehin apellyasiya şikayətinin təmin edilmə si, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-435/2020 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya 50 yaşında hərbi qulluqçu kimi pensiya təyin edilmişdir və onun xidmət illərinin cəmi 25 il 03 ay 13 gün olmuşdur. İddiaçının 35 il xidmət illəri olmadığı üçün o ümumiyyətlə fövqəladə hallar orqanlarının əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi pensiyaya çıxarıla bilməzdi. İddiaçı xidmət illərinin tamamlanmasını gözləmədən hərbi qulluqçu kimi 20 illik xidmət illəriə görə “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə əsasən pensiyaya çıxdığı üçün həmin Qanunun xx.xx.2017-ci il tarixindən qüvvədə olan 20.28.2-ci maddəsi ona tətbiq edilə bilməz. 1
2. Məhkəmə qərarı iddiaçıya xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.
13. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1155/2019 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə inzibati orqanın “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən ona 20 təqvim və daha çox hərbi xidmət etmiş hər bi qulluqçu kimi yaşa görə xx.xx.2016-cı ildən pensiya təyin etməsini haqlı hesab etsə də, məhkəmənin bu hissədə gəldiyi nəticə düzgün olmamışdır.
15. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən iddiaçı FHN-in kiçik rəis heyəti vəzifəsində daxili xidmət baş çavuşu xüsusi rütbəsində xidmət etdiyi halda ona 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, qalan 5 ilin hər ili üçün 3 faiz olmaqla, cəmi təminat xərcliyinin 65 faizi miqdarında pensiya təyin edilmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etmişdir və etirazın əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkə mə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 izahat verərək kassasiya şikayətinin rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 9.7-2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır.
20. Həmin maddənin xx.xx.2017-ci il tarixindən qüvvədə olan 9.7-2-ci maddəsinə əsasən fövqəla də hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
21. Həmin Qanunun 20.28-ci maddəsinə görə bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında 20.28.2. fövqəladə hallar orqanla rında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
22. Həmin Qanunun 20.1.20-ci maddəsinə görə xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya İ dərəcə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbə lərdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) olmuş əmək pensiyaçılarının qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir.
23. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
24. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
25. Azərbaycan Respublika sı İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
26. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qa ydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunla tələb edilən 35 il xidmət illəri olmadığından o, fövqəladə hallar orqanlarının əməkdaşı olaraq xüsusi rütbəli şəxs kimi pensiyaya çıxarıla bilməzdi.
31. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 19-20-ci bəndlərində göstərilən normaların məzmunundan görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsində xx.xx.2017-ci il tarixinədək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ olduğu qeyd olunmuş, sonradan maddənin mətninə dəyişiklik edilmiş və xx.xx.2017-ci il tarixindən tələb edilən xidmət illəri artırılaraq 35 il müəyyən olunmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2017-ci ildə qüvvəyə minmiş dəyişikliyi iddiaçıya münasibətdə tətbiq edərək onun 35 il xidmət illəri olmadığı qənaətinə gəlmişdir. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçının xüsusi rütbəli şəxs kimi pensiya hüq uqu xx.xx.2017-ci ilədək yaranmışdır. Belə olan halda, məhkəmə kollegiyası hazırkı qərarın 19-cu bəndində qeyd olunan normaların məzmunu baxımından hesab edir ki, iddiaçıya sözügedən maddənin xx.xx.2017-ci il tarixinədək, yəni iddiaçının pensiya hüququ yarandığı dövrdə qüvvədə olan redaksiyası şamil olunmalıdır.
33. Belə olan halda, iddiaçının 25 il xidmət illəri olması tələb olunur ki, işin mübahisəsiz hallarından da məlum olduğu kimi iddiaçının fövqəladə hallar orqanlarında xüsusi rütbəli şəxs kimi 25 il 03 ay 13 gün xidmət ili mövcuddur.
34. Göründüyü kimi, iddiaçının kassasiya şikayəti əsaslıdır və apellyasiya instansiyası məhkəməsi göstərilən halları nəzərə almadan əsassız qərar qəbul etmişdir.
35. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddi a deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
36. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 2-1(103)-1155/2019 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1155/2019 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı pensiyanın yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərar qətidir.