Məhkəmə qərarları › İş №2-1(102)-50/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-50/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-50/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; doker-mexanizator) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə ə mək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 sentyabr tarixli, 2-1(103)-2038/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1979-cu il 31 iyul tarixdə Bakı Dəniz Ticarət Limanında liman emalatxanaların çilingər şagirdi kimi işə qəbul edilmiş, 1979-cu il 7 dekabr tarixdən 1980-ci il 08 oktyabr tarixə kimi liman emalatxananın 1-ci dərəcəli çilingər-təmirçisi vəzifəsində işləmiş, 1980-ci il 23 noyabr tarixdən 1982-ci il 22 dekabr tarixədək Sovet Ordusunda xidmət etmiş, 1983-cü il 10 fevral tarixdə imtahanları verdikdən sonra Bakı Dəniz Ticarət Limanında 1 saylı yük rayonunun doker-mexan izatorunun şagirdi qəbul edilmiş, 1983-cü il 11 mart tarixdə 4-cü dərəcəli doker-mexanizator hesab edilmiş, 1986-cı il 1 aprel tarixdə 1 saylı istehsalat-yüklənmə kompleksinin 4-cü dərəcəli doker-mexanizator təyin edilmiş, 1988-ci il 5 avqust tarixdə həmin yerdə talman (qəbuledici-təhvil verən) şagirdi keçirilmiş, 1988-ci il 7 oktyabr tarixdə talman (qəbuledici-təhvil verən) vəzifəsində işləmiş, 1989-cu il 19 oktyabr tarixdən 2016-cı il 26 yanvar tarixədək 1 saylı yük rayonunda dokermexanizator vəzifəsində işləmiş, 2016-cı il 26 yanvar tarixdə “X1” MMC-yə dokermexanizator vəzifəsinə qəbul edilmişdir. 2. 2020-ci il 18 avqust tarixdə “X1” MMC 2020-ci il tarixdən "xxxx" MMC adlandırılmışdır. Stevedoring” MMC-nin 2020-ci il 27 avqust tarixli, TCS-M-018/20 nömrəli arayışına əsasən İddiaçı həqiq ətən “doker mexanizator” vəzifəsində 1983-cü il 10 fevral tarixdən bu günədək işləməkdədir. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2-ci bəndinin «c» yarımbəndinə əlavə edilən «yükvurmayükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (dokermexanizatorları)» qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verməkdədir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh 2020-ci il 23 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 2006-cı il 1 yanvar tarixdən əvvəlki qanunvericiliyə görə doker mexanizator vəzifəsi güzəştli şərtlərlə təminat verən vəzifələr sırasına daxil edilmədiyi üçün həmin tarixədək İddiaçı güzəştli iş stajı tamamlanmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2021-ci il 19 yanvar tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 57 yaşı tamam olduğu yəni 2019-cu il 9 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddianın əsaslarına görə, iddiaçı 1962-ci il 9 avqust tarixdə doğulmuş, 1979-cu il 31 iyul tarixdən 1979-cu il 7 dekabr ta rixədək Bakı Dəniz Limanında Liman emalatxanalarının çilingəri, 1979-cu il 7 dekabr tarixdən 1980-ci il 8 oktyabr tarixə qədər Liman emalatxanalarının 1-ci dərəcəli çilingər təmirçisi vəzifəsində işləmişdir. 1980-ci il 23 noyabr tarixdən 1982-ci il 22 dekabr tarixə qədər hərbi xidmətdə olmuşdur. Bundan sonra 1983-cü il 10 fevral tarixdən 1983-cü il 11 mart tarixə qədər Bakı Beynəlxalq Dəniz Ticarət Limanında doker-mexanizator şagirdi, 1983-cü il 11 mart tarixdən 1986-cı il 1 aprel tarixə qədər doker-mexanizator, 1988-ci il 5 avqust tarixdən 1989-cu il 19 oktyabr tarixə qədər talman, 1989-cu il 19 oktyabr tarixdən 2016-cı il 26 yanvar tarixə qədər isə dokermexanizator vəzifəsində işləmişdir. 2016-cı il 26 yanvar tarixdən hal-hazıradək "xxxx" MMC-də doker mexanizator vəzifəsində işləyir. İ ddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh müraciət edərək ona güzəştli şərtlərlə 57 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinə 2020-ci il 23 dekabr tarixli, **********1 nömrəli məktubla imtina etmişdir. İmtinanın əsası kimi “doker-mexanizator” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıya sonradan əlavə edildiyi göstərilmişdir. Cavabdehin imtinası əsaslı olmamışdır. İddiaçının işlədiyi "doker mexanizatorları” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı»da qeyd olunmasa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 6 oktyabr tarixli, 236 №-li qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli, 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «C» yarımbəndinə əlavə edilmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələ rin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “c” yarımbəndinə Nazirlər Kabinetinin 2008-ci il 06 oktyabr tarixli, 236 nömrəli Qərarı ilə aşağıdakı məzmunda beşinci abzas əlavə edilmişdir: “Limanlarda yükvurma-yükboşaltma işlərində çalışma kompleks mexanizatorları (doker- mexanizatorlar)”. Mərkəzi Filiala təqdim etdiyi 1979-cu il 6 avqust tarixli əmək kitabçasında və "xxxx" MMC-nin iddiaçıya dair 2020-ci il 27 avqust tarixli, TCS-M018/20 nömrəli arayışda 1983-cü il 10 fevral tarixdən bugünədək doker-mexanizator vəzifəsində işlədiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq iddiaçının hazırda 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pens iyası təminatına baxılarkən yuxarıda qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, 2006-cı il 1 yanvar tarixdən əvvəlki qanunvericiliyə görə doker mexanizator vəzifəsi güzəştli şərtlərlə təminat verən vəzifələr sırasına daxil edilmədiyi üçün həmin tarixədək güzəştli iş stajı tamamlanmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 5 may tarixli, 2-1(112)-3677/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qanunsuz hesab edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu 2019-cu il 9 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzi fəsi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında, o cümlədən 2-1(102)644/2020 nömrəli, 2020-ci il 10 mart tarixli, 2-1(102)-572/2020 nömrəli, 2020-ci il 25 fevral tarixli, 2-1(102)-680/2020 nömrəli, 2020-ci il 1 iyul tarixli, 2-1(102)-799/2020 nömrəli, 2020ci il 22 may tarixli qərarlarında göstərilmişdir ki, qanunvericiliyin iradəsini həyata keçirən səlahiyyətli dövlət orqanı (“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı) 2008-ci il 6 oktyabr tarixli Qərarı ilə həmin vaxtadək mövcud olmuş “doker-mexanizator” peşəsinin əmək şəraiti xüsusilə zərərli və ağır iş olduğunu tanımış və təsdiq etmişdir. Odur ki, bu peşə güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə kimi qəbul edilmişdir. Beləliklə, iddiaçı 2006-ci il 1 yanvar tarixə 25 ildən artıq sığorta stajına malik olmuş və bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə(istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmış, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2008-ci ildə qüvvədə olan redaksiyasında təsbit olunmuş sığorta stajlarına dair şərtləri ödəməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazanmışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 sentyabr tarixli, 2-1(103)-2038/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 5 may tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİL ƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaş a görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və gös təricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qəra rı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün h esab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 2006-cı il 1 yanvar tarixədək 25 ildən artıq ümumi iş stajına malik olmuşdur. İddiaçı, həmçinin 1983-cü ildən “doker-mexanizator” vəzifəsində işləyir.

23. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının çalışdığı “doker-mexanizator” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən siyahılarda nəzərdə tutulmamışdı r, lakin həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na 2008-ci il 6 oktyabr tarixli, 12 nömrəli qərara əsasən daxil edilmişdir.

24. Göründüyü kimi, qanunvericinin iradəsini həyata keçirən səlahiyyətli dövlət orqanı (“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı) 2008-ci il 6 oktyabr tarixli Qərarı ilə həmin vaxtadək də mövcud olmuş “doker-mexanizator” peşəsinin əmək şəraiti xüsusilə zərərli və ağır iş olduğunu tanımış və təsdiq etmişdir. İddiaçı da həmin qəraradək “doker-mexanizator” peşəsində 12 il 6 aydan artıq işləmişdir.

25. Həmin peşənin «Güzəştli şə rtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na daxil edildiyi 2008-ci ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

26. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı həmin tar ixə azı 25 il sığorta stajına malik olmuş və bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmış, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2008-ci ildə qüvvədə olan redaksiyasında təsbit olunmuş sığorta stajlarına dair şərtləri ödəməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazanmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən haqlı olaraq Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə istinad etmişdir. Əsas Qanunun həmin normasına görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

28. Həmçinin «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 87.2ci maddəsinin tələbinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir.

29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 8 senty abr tarixli, 21(103)-2038/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar