Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-50/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş verginin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (xx.xx.2004-cü ildə qeydiyyata alınmış; VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “artıq ödənilmiş verginin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-121 /2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şəxsi hesab vərəqəsinə görə, İddiaçı MMC tərəfindən 475.086,08 manat məbləğində artıq ödəniş edilmişdir.
2. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı MMCyə artıq ödənilmiş məbləğin geri qaytarılması barədə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli məktublarına cavab olaraq ünvanlandığı məktubda qeyd edilmişdir ki, Sizin artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə müraciətlərinizə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılmışdır. Bildirilir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əs asən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Bildirilir ki, xx.xx.2019-cu il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qa ytarılması barədə” ərizə ilə müraciət edilərək 475086,08 manat vəsaitin geri qaytarılması xahiş edilmişdir. Müraciətinizə baxılarkən tərəfinizdən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixinin və yaranma səbəbinin düzgün əks etdirilmədiyi, ödənilmə tarixinin qeyd edilmədiyi aşkar edilmişdir. Eyni zamanda bildiririk ki, müvafiq ərizədə bank məlumatlarının tam göstərilmədiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət ediləcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilə rsiniz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş verginin qaytarılması üçün rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 4. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2448/19 nömrəli, 30 avqust 2019-cu il tarixli qərardadı ilə iş üzrə ilk cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, şəxsi hesab vərəqəsinə əsasən onun 475 086,08 manat artıq ödəməsi mövcuddur.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 48 nömrəli, 23 fevral 2001-ci il tarixli qərarına əsasən, vergi ödəyicisi artıq ödəmənin qaytarılması üçün vergi orqanına ərizə ilə müraciət etməlidir. Ərizə vergi orqanına daxil olduqdan sonra vergi orqanı Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər, vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər, büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər. Bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisin in yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Bundan sonra vergi orqanı tərəfindən rəy tərtib edilir və maliyyə orqanına göndərilir.
7. Bununla əlaqədar olaraq vergi orqanına artıq ödəmənin qaytarılması ilə əlaqədar müraciət edildi. Müraciət zamanı təsdiq edilmiş forma ilə müraciət edilmişdi. Lakin vergi orqanı həmişəki kimi əsassız cavablarla artıq ödənilmiş vergini qaytarmaqdan imtina etdi. Halbuki, müraciət Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən edilmişdir. Lakin vergi orqanı heç bir əsas olmadan formal sözlərlə bu artıq ödəmənin qaytarılmasından imtina etdi. Nəticədə Vergi Məcəlləsinin 85-ci maddəsinin tələbləri pozulmuşdur. Halbuki, qaydalarda məktubda göstərilən əsaslarla ərizədən imtina edilməsi nəzərdə tutulmamışdır..
8. Cavabdeh tərəfindən v erilmiş iddiaya dair yazılı etirazın dəlilləri imtina ilə eynilik təşkil edir. Bundan əlavə qeyd edilmişdir ki, artıq ödəmə məbləğləri vergi ödəyicisinin ərizəsində qeyd etdiyi tarixlərdə deyil, müxtəlif vaxtlarda yaranmışdır. Vergi ödəyicisi tərəfindən 2015-ci il 08 dekabr tarixdə 2014-cü ilin oktyabr ayı üzrə 302094,72 manat azalma verilməklə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. 2016-cı il 19 aprel tarixdə 2015-ci il üzrə cari mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi nəticəsində şəxsi hesab vərəqəsində 12803,18 manat (2014-cu il Vergi Məcəlləsinin 151.1-ci maddəyə əsasən hesablanmış avans məbləğləri 156.1-ci maddəyə əsasən haqq-hesab edilməsinə görə) azalma getmişdir. 2016-cı il 18 avqust tarixdə təqdim edilmiş 2014-cü ilin noyabr ayı üzrə 247258,44 manat azalma veri lməklə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. 2016-cı il 20 dekabr tarixdə təqdim edilmiş 2015-ci ilin noyabr ayı üzrə 162299.88 manat azalma verilməklə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. 2017-ci il 30 may tarixdə 2016- cı il üzrə cari mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi nəticəsinə şəxsi hesab vərəqəsində 35438,6 manat (2015-ci il Vergi Məcəlləsinin 151.1-ci maddəyə əsasən hesablanmış avans məbləğləri 156.1-ci maddəyə əsasən haqqhesab edilməsinə görə) azalma getmişdir. 2018-ci il 13 noyabr tarixdə 2015-ci ilin noyabr ayı üzrə 234000,00 manat azalma verilməklə yenidən dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. 2019-cu il 24 yanvar tarixdə 2016-cı, 2017-ci illər üzrə təqdim edilmiş müvafiq olaraq dəqiqləşdirilmiş və cari mənfəət vergisi bəyan namələri təqdim edilməklə şəxsi hesab vərəqəsində 6699,0 manat azalma verilmişdir. 2019-cu il 24 yanvar tarixdə 2016-cı ilin mart və sentyabr ayları üzrə ümumilikdə 15334,74 manat azalma verilməklə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edilmişdir.
9. Belə ki, artıq ödəmə məbləğləri sadəcə ƏDV mükəlləfiyyəti üzrə yaranmamışdır. Ödəyici tərəfindən qeyd olunan məlumat ərizədə göstərilməmişdir. Göstərilən səbəblərdən ərizənin icrasından imtina olunmuş və bu barədə vergi ödəyicisinə məktub göndərilmişdir. 10. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2448/19 nömrəli, 30 avqust 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmişdir. 11. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2448/19 nömrəli, 25 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim E.M.Mustafayev) iddia təmin edilmiş, iddiaçı tərəfindən 475.086,08 manat məbləğində artıq ödənilmiş verginin qaytarılması üçün rəyin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müraciət etmiş, cavabdeh orqan isə müraciətə baxılarkən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixinin və yaranma səbəbinin düzgün əks etdirilmədiyini, ödənilmə tarixinin qeyd edilmədiyini əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respub likası Qanununun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
13. Cavabdeh və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayətləri verilmiş, birinci instansiya məhkəməsinin 30 avqust 2019-cu il tarixli qərardadın ləğv edilməsini və Vergilər Nazirliyinin əsl cavabdeh olan Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişlər. qərardadla bağlı apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2570/2019 nömrəli, 24 oktyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər: V.Ə.Baxışova /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və H.Ü.Həmidov) apellyasiya şikayətləri mümkün sayılmamışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin qərardadın müstəqil qaydada mübahisələndirilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır.
16. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və Vergilər Nazirliyinin əsl cavabdeh olan Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. qərardadla bağlı kassasiya instansiyası məhkəməsindəki icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)295/2020 nömrəli, 29 yanvar 2020-ci il tarixli qərardadı ilə (hakimlər: K.N.Bədəlov /sədrlik edən və məruzəçi /, İ.A.Dadaşov və S.Ə.Hüseynova) apellyasiya məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qərarından verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətinin qəbulundan imtina edilmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisə üzrə işə aşağı instansiya məhkəmələrində baxılarkən ilk cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmişdir. Hazırda qərardaddan şikayət verən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə icraatına cəlb olunmamış, inzibati məhkəmə icraatının iştirakçısı olmamışdır. Kassasiya şikayətini isə yalnız inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatın a cəlb olunmuş üçüncü şəxslər) verə bilər.
19. Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2448/2019 saylı, 2019-cu il 25 sentyabr tarixli qərarından və onunla birgə 2-1(82)-2448/19 saylı, 2019-cu il 30 avqust tarixli qərardadından apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək qərarın və qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmamasını xahiş etmişdir. qərarla bağlı apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1259/2020 nömrəli, 20 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: V.M.Ağayev /sədrlik edən və məruzəçi/, A.B.Nuriyeva və R.M.Həsənov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 sentyabr tarixli qərarı dəyişdi rilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti və şikayətə əlavə verərək qərarın ləğv edilməsini, iddianın mümkün sayılmamasını və Azərbaycan Respublikası Vergilər Nazirliyinin əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. qərarla bağlı kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)342/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 20 oktyabr tarix li qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən birinci instansiya məhkəməsinin cavabdeh kimi tanıdığı inzibati orqan yenidən təşkil olunmuş, yenidən təşkil olunan qurum əvvəlkinin hüquqi varisi müəyyən edilmiş, onun hüquq və öhdəlikləri yeni quruma keçmişdir. Məhz qeyd olunanları nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi prosessual hüquq varisliyinə dair məsələni ilk növbədə həll etməli idi.
42. Bilavasitə iddia tələbinə gəldikdə, apellyasiya instansiyası məhkəməsi, burada da iddianın mümkünlük şərtləri ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir (İPM-in 87.8-ci maddəsi). Cavabdehin iddiaçı tərəfindən artıq ödəməsinin old uğunu aşkar təkzib edən etirazlarının olmadığı, lakin istinad edilən həmin norma ilə tələb etmək hüququna dair dəqiq müddətlərin müəyyən edildiyi, cavabdehin isə, digər əsaslarla yanaşı, həm də qanunun müddətlə bağlı şərtinə istinad etdiyi nəzərə alındıqda, məhkəmə həmin müddətlərin axımının başlanğıcını iddia olunan ümumi məbləğin tərkib hissələrinin hər birinə münasibətdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada müəyyən etməli, qiymətləndirməli idi. Hazırkı işdə bu, baş verməmişdir. qərarla bağlı apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-121/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) birinci instansiya məhkəməs inin 25 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi rədd edilmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasında əks olunan azalma əməliyyatlarının iddiaçı tərəfindən həyata keçirilmiş əvəzləşmələrlə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin dövr çərçivəsində olan 2014-cü ilin oktyabr ayında şəxsi hesab vərəqəsində azalma əməliyyatının əks olunmasının səbəbi iddiaçı tərəfindən əvvəlcə ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyəni 1.822.170,0 manat göstərməklə büdcəyə 327.990,6 manat ƏDV hesablaması, daha sonra isə xx.xx.2015-ci il tarixdə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilməklə vergiyə cəlb olunan dövriyyənin 43.866,0 müəyyən olunaraq 25.895,88 manat ƏDV-nin hesablanması ilə bağlı olmuş dur. Göründüyü kimi şəxsi hesab vərəqəsində “azalma” əməliyyatı (xx.xx.2015) adı altında 302.094,72 manat (327.990,60 — 25.895,88) əks olunmuşdur. Eyni zamanda, şəxsi hesab vərəqəsində xx.xx.2016, xx.xx.2016, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə azalma əməliyyatlarının əks olunmasının səbəbləri də eynidir. Yəni əvvəlcə iddiaçı ƏDV bəyannaməsi təqdim edərək vergi tutulan dövriyyəni yüksək göstərmiş daha sonra dəqiqləşmiş bəyannamə təqdim edərək dövriyyəni azaltmışdır. Qeyd olunan əməliyyatların ƏDV əvəzləşməsi, yaxud 2012- ci ilin yanvar ayından əvvəlki tarixlərdə ödənilmiş ƏDV məbləğləri ilə heç bir əlaqəsi olmamışdır.
27. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən heç bir maddi və prosessual hüquq normalarına uyğun olmayan və hətta açıq aşkar qanunvericiliyin tələbinə zidd olan qərar qəbul edilmişdir.
29. Belə ki, məhkəmə tərəfindən qərar əsaslandırılarkən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində artıq ödənilmiş məbləğ kimi qeyd edilən məbləğlərin ödənişlərinin aparılmasını iddiaçı tərəf təqdim etmədiyi üçün iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməli olmasını bildirmişdir.
30. Belə ki, ilk növbədə qeyd etmək lazımdır ki, vergi orqanı artıq ödənilmiş vergilərin geri qaytarılmasından imtina edərkən bu məbləğlərin ödənilmədiyi əsası ilə hərəkət etməmişdir. Bu əsası qeyd edə də bilməzdi. Çünki məhkəmədən fərqli olaraq cavabdeh orqan dəqiq bilir ki, bu artıq ödəmə Vergi Məcəlləsinin müddəalarına əsasən idxalda ödənilmiş və sonra əvəzləşdirilmiş məbləğlərdən formalaşmışdır ki, bu da Vergi Məcəlləsinə tam uyğundur. Məhkəmə isə özündən yeni mövqe yeni qanun yazır və bütünlüklə Vergi Məcəlləsinin müddəaların yanlış izah verir və belə hesab edir ki, gömrükdə ödənilmiş məbləğ vergi ödəyicisinin deyil və o bunu əvəzləşdirməklə artıq ödəmə yarada bilməz. Halbuki bu yanaşma bütünlüklə ciddi yanlış hərəkətdir. Məhkəmənin mövqeyinə əsasən onun artıq ödəməsi yoxdur və şəxsi hesab vərəqində olan və vergi orqanı tərəfindən dəfələrlə məktubları ilə təsdiq edilmiş məbləğlər yalandır. Məhkəmə tam olaraq özünü cavabdeh orqan kimi hiss edərək 2-ci cavabdeh kimi özünəməx sus əsaslar qoymaqla onun qanuni artıq ödəməsini rədd edir.
31. Məhkəmə çox yanlış olaraq qeyd edir ki, o, ödəməni təsdiq edən sənədi gətirməlidir. Bu da çox yanlış, qanunsuz və əsassız tələbdir. Birincisi ona görə ki, heç kim onun artıq ödəməsinin olmadığını bildirməmişdir. Sonradan cavabdehin sadəcə yalandan əsasını məhkəmə ciddi hesab etmişdir. İkincisi biz iddiaçı orqan olaraq mübahisələndirilməyən halı yəni artıq ödəmənin olması ilə bağlı hər hansı sübut etməyə ehtiyac yoxdur. Üçüncüsü cavabdeh orqan bu hissədə şübhəsi olsa idi, ona bu artıq ödəmənin qanunsuz olmasını bildirməli və sübut etməli idi ki, bu artıq ödəmə yanlışdır.
32. Bundan başqa məhkəmənin vergi qanunvericiliyindən xəbərsiz olmasına görə bu cür qərarın qəbul edilməsi sadəcə təhlükəlidir. Çünki məhkəmə Vergi Məcəlləsini n 87, 175-ei maddələrini oxumadan onun şəxsi hesab vərəqədə əvəzləşmə ilə artıq ödəmənin yaranmasının əsassız olmasını bildirmişdir. Bu fikrin Özü tam qanunsuzdur. İddiaçı bu məbləği gömrükdə ödəmiş, hal hazırda isə onun ödənilməsi ilə bağlı sənədlərin saxlanılması kimi öhdəliyi yoxdur. Bu səbəbdən də vergi orqanlarında şəxsi hesab vərəqə, bəyannamə, uçot yaradılmışdır ki, bu da iddiaçıya həmin artıq ödəmənin əsaslı olmasını deməyə kifayət edir.
33. Ümumilikdə artıq ödəmə bir neçə hərəkətlə yaranır ki, onlarında biri əvəzləşmə nəticəsində yaranır ki, bunu da heç bir halda vergi orqanı inkar edə bilməz. Həmçinin Ali Məhkəmə tərəfindən yalnız bir hissənin müddət məsələsinin araşdırılması tapşırılmışdır. Bu məsələ də araşdırıldı və heç bir müddətin keçmədiyi bildirildi.
34. Vergi ödəyicisi tə rəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasının təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir.
35. Göründüyü kimi qaydalarda ümumiyyətlə təqdim edilmiş rəyin imtina edilməsi barədə qərar çıxarılması nəzərdə tutulmamışdır. Lakin vergi orqanı tam qanunsuzluğa getmiş və iddiaçının artıq ödədiyi vergiləri geri qaytarmamışlar.
36. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Vergi Məcəlləsinin 10.0.6, 20.4, 25, 87, 175.10 və İPM-in 12.1, 87.6-cı maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
37. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.. TƏTBİQ EDİLƏN HÜQUQ
38. Vergi Məcəlləsi: Maddə
15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.1. vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrə qüvvədə olan vergilər və onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ hüquqi aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri haqqında əvəzsiz olaraq yazılı məlumat almaq; 15.1.2. vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq; 15.1.2-1. vergi öhdəliyi nin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi məqsədilə vergi orqanlarına ərizə ilə müraciət etmək; 15.1.3. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək. 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. Maddə 87.1. Vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artı q ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
39. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərar ının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
44. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillər indən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
45. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
46. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı tələb artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlıdır.
47. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən qeyd edilmişdir ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə əsasən, iddiaçı tərəfindən sonuncu dəfə xx.xx.2015-ci il tarixdə 20.028,12 manat ödəniş olunmuş, xx.xx.2015-ci il tarixdə 302.094,72 manat, xx.xx.2016-cı il tarixdə 247.258,44 manat, xx.xx.2016-cı il tarixdə 162.299,88 manat, xx.xx.2018-ci il tarixdə 234.000,00 manat, xx.xx.2019-cu il tarixdə 11,889,54 manat azalma göstərilmiş, xx.xx.2019-cu il üçün 475.086,08 manat artıq ödəmə əks olunmuşdur.
48. Nəzərə alınmalıdır ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir.
49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda “vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar” dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur
50. Həmçinin apellyasiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, iddiaçı vergi orqanına artıq ödənilmiş verginin qaytarılması ilə bağlı dürüstləşmiş ərizə təqdim edərək 2019-cu il 26 sentyabr tarixli ərizədə göstərdiyindən daha az 445.000,0 manat artıq ödənilmiş məbləğin qaytarılmasını istəmişdir. İddiaçı 2014-cü il 22 dekabr tarixdə 60.000,0, 2015-ci il 21 dek abr tarixdə 375.000,0 manat və 2016-cı il 20 aprel tarixdə 10.000,0 manat ödənilmiş ƏDV-nin əvəzləşdirməsindən yaranan, cəmi 445.000,0 manat artıq ödənilmiş verginin qaytarılmasını istəmişdir.
51. Eyni zamanda şəxsi hesab vərəqəsində xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə azalma əməliyyatlarının əks olunmasının səbəbi vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələr olmuş, vergi orqanı tərəfindən heç bir azalma aparılmamışdır.
52. Beləliklə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaq hesab edir ki, xx.xx.2014-xx.xx.2019-cu il tarixləri arasında əks olunan azalma əməliyyatlarının iddiaçı tərəfindən həyata keçirilmiş əvəzləşmələrlə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin dövr çərçivəsində olan 2014-cü il in oktyabr ayında şəxsi hesab vərəqəsində azalma əməliyyatının əks olunmasının səbəbi iddiaçı tərəfindən əvvəlcə ƏDV bəyannaməsində vergiyə cəlb olunan dövriyyəni 1.822.170,0 manat göstərməklə büdcəyə 327.990,6 manat ƏDV hesablaması, daha sonra isə xx.xx.2015-ci il tarixdə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilməklə vergiyə cəlb olunan dövriyyənin 43.866,0 müəyyən olunaraq 25.895,88 manat ƏDV-nin hesablanması ilə bağlı olmuşdur. Göründüyü kimi şəxsi hesab vərəqəsində “azalma” əməliyyatı (xx.xx.2015) adı altında 302.094,72 manat (327.990,60 — 25.895,88) əks olunmuşdur. Eyni zamanda, şəxsi hesab vərəqəsində xx.xx.2016, xx.xx.2016, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə azalma əməliyyatlarının əks olunmasının səbəbləri də eynidir. Yəni əvvəlcə iddiaçı ƏDV bəyannaməsi təqd im edərək vergitutulan dövriyyəni yüksək göstərmiş daha sonra dəqiqləşmiş bəyannamə təqdim edərək dövriyyəni azaltmışdır. Qeyd olunan əməliyyatların ƏDV əvəzləşməsi, yaxud 2012- ci ilin yanvar ayından əvvəlki tarixlərdə ödənilmiş ƏDV məbləğləri ilə heç bir əlaqəsi olmamışdır.
53. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
54. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-121/2022 nömrəli, 12 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.