Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-500/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin Cavabdehnə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin Cavabdehnə qarşı borcun əmlakın satılması yolu ilə tutulma sı tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2574/2018 saylı 07 noyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24.01.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Cavabdeh 01.05.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış və onun 01.10.2015ci il tarixə onun 6560.63 manat mələğində məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.01.2017-ci il tarixli 2-1(82)-605/2017 saylı qərarı ilə Cavabdehndən 6560.63 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun Cavabdeh əmlakı hesabına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan ında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin xeyrinə tutulması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.01.2017-ci il tarixli 2-1(82)-605/2017 saylı qərarı 19.03.2017-ci il tarixdə qüvvəyə minmiş və icraya yönəlmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi 01.10.2015-ci il tarixədək yaranmış 6560.63 manat mələğində məcburi dövlət sosial sığorta haqları üzrə borca 01.10.2015-ci il tarixdən 01.10.2017-ci il tarixədək 1583.31 manat məbləğində penya hesablamışdır. 25.10.2017-ci il tarixdə iddiaçı məcburi dövlət sosial sığorta haqları və maliyyə sansiyalarının ödənilməsinə dair bildiriş vermiş, 10.11.2017-ci il tarixdə cavabdehin hesabına sərənc am qoyulmuş, 09.02.2018-ci il tarixdə 248 saylı xəbərdarlıqla məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırılaçağı barədə xəbərdarlıq etmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin Cavabdehnə qarşı 01.10.2015-ci il tarixdən 01.10.2017-ci il tarixədək məcburi sosial sığorta haqqları üzrə yaranmış 1583.31 manat məblğində borcun cavabdehin əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması və cavabdehin fəaliyyətinin dayandırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2286/2018 saylı 29.08.2018-ci il tarixli qərarı ilə i ddia rədd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2286/2018 saylı 29.08.2018-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2574/2018 saylı 07 noyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2286/2018 saylı 29.08.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, 01.10.2015-ci il tarixdən 01.10.2017-ci il tarixə qədər olan dövrdə cavabdehin məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmadığı üçün penyanın hesablanması qanunsuzdur. Tələb edilən 1583.31 manat penya borcu 01.10.2017-ci il tarixdən 01.10.2017-ci il tarixədək hesablanmış və 2018-ci ili n aprelin 1dən qüvvəyə minmiş “Məcburi dövlət sosial sığorta haqıarının tənzimlənməsi haqqında” Qanunla silinməsi nəzərdə tutulmuş borcdur. Belə olan halda iddiaçı 1583.31 manat borcun tələb etməkdə haqlı olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2574/2018 saylı 07 noyabr 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə qanunvericiliyə əsasən hesablanmış, lakin ödənilməmiş əmək haqqına görə sosial sığorta haqlarının vaxtında ödənilməməsi zamanı penyanın hesablanması nəzərdə tutulmuşdur. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90, 91, 94, 94 və 96.5-ci maddələrinə isitnad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının 2-1(103)-2574/2018 saylı 07 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2574/2018 saylı 07 noyabr 2018-ci il t arixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2574/2018 saylı 07 noyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Cavabdeh 01.05.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış və onun 01.10.2015-ci il tarixə onun 6560.63 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.01.2017-ci il tar ixli 2-1(82)-605/2017 saylı qərarı ilə Cavabdehndən 6560.63 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun Cavabdeh əmlakı hesabına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin xeyrinə tutulması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi 01.10.2015-ci il tarixədək yaranmış 6560.63 manat mələğində məcburi dövlət sosial sığorta haqları üzrə borca 01.10.2015-ci il tarixdən 01.10.2017-ci il tarixədək 1583.31 manat məbləğində penya hesablamışdır. 25.10.2017-ci il tarixdə iddiaçı məcburi dövlət sosial sığorta haqları və maliyyə sansiyalarının ödənilməsinə dair bildi riş vermiş, 10.11.2017-ci il tarixdə cavabdehin hesabına sərəncam qoyulmuş, 09.02.2018-ci il tarixdə 248 saylı xəbərdarlıqla məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırılaçağı barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi cavabdehin 01.10.2015-ci il tarixdən 01.10.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmamış, 01.10.2015-ci ilədək yaranmış 6560.63 manat mələğində məcburi dövlət sosial sığorta haqları üzrə borca 01.10.2015-ci il tarixdən 01.10.2017-ci il tarixədək 1583.31 manat məbləğində penya hesablamışdır. Halbuki, 01.10.2015-ci ilədək yaranmış 6560.63 manat mələğində məcburi dövlət sosial sığorta haqları üzrə borc 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.01.2017-ci il tarixli 2-1(82)-605/201 7 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin xeyrinə tutulması qərara alınmış, qərar qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 01.01.2019-cu il tarixədək qüvvədə olan 21-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə—gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanır. Hazırkı iş üzrə isə iddiaçı icraya yönəlmiş məhkəmə qərarı ilə tutulmuş borca penya hesablamışdır. Başqa sözlə iddiaçı mahiyyət etibari ilə məhkəmənin qərarının icra olunmaması nəticəsində cavabdehin üzərinə məsuliyyət qoyulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarı icraya yönəldikdən sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci fəsli (məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət) çərçivəsində nəzərdə tutulan məsuliyyət tədbirləri cavabdeh barəsində tətbiq oluna bilər ki, həmin tədbirlər arasında məhkəmə qərarı ilə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə borca penya hesablanması nəzərdə tutulmamışdır. Beləliklə, icraya yönəlmiş məhkəmə qərarı ilə tutulmuş borca penya hesablanması qanunvericilikdə nəzərdə tutulmadığından iddia tələbi əsassızdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasi ya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2574/2018 saylı 07 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2574/2018 saylı 07 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-500/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-500/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver