Məhkəmə qərarları › İş №2-1(102)-500/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-500/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-500/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyanın təyin edilməsi, əmək kitabçasındakı qeydlərin yoxlanılmasının mümkün olmaması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı Məzahir oğlu, vəkili İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1477/2020 saylı, x xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Maştağa Südçülük-tərəvəzçilik sovxozuna müvəqqəti olaraq fəhlə (Əmr № 12 14.08.73-cü il; Əmr № 13 xx.xx.1974-cü il); xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək Maştağa Südçülük-tərəvəzçilik sovxozunda fəhlə (Əmr № 69 19.06.74-cü il; Ə mr № 100 xx.xx.1974-cü il); xx.xx.1975-ci il tarixdə Zavod Bakqazaparatda sahəyə sazlayıcı vəzifəsinə qəbul edilmiş (Əmr № 9k, xx.xx.1975-ci il), xx.xx.1975-ci il tarixdə 1-ci dərəcəli sazlayıcı verilmiş (Əmr № 44k, xx.xx.1975-ci il), xx.xx.1975-ci il tarixdə Sovet Ordusunun sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmiş (Əmr № 81k, xx.xx.1975-ci il), Lenin RHK tərəfindən verilmiş H3 89966 saylı hərbi biletə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər orduda hərbi xidmət çəkmiş, xx.xx.1978-ci il tarixdə Abşeron rayonu X2 Sahə ticarət birliyinə 44 saylı mağazaya kiçik satıcı vəzifəsinə qəbul edilmiş (Əmr № 38, xx.xx.1978-ci il), xx.xx.1979-cu il tarixdə 15 saylı mağazaya keçirilmiş (Əmr № 178, xx.xx.1979-cu il), xx.xx.1980-cı il tarixdə Univermağın ayaqqabı şöbəsi nə müdir vəzifəsinə keçirilmiş (Əmr № k-0094, xx.xx.1980-ci il), xx.xx.1982-ci il tarixdə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir (Əmr № 118, xx.xx.1982-ci il). xx.xx.1982-ci il tarixdə Abşeron rayonu X2 Sahə ticarət birliyinə maddi məsuliyyətli əvəzedici satıcı vəzifəsinə qəbul edilmiş (Əmr № k-164, xx.xx.1982-ci il), xx.xx.1984-cü il tarixdə 35 saylı mağazaya maddi məsuliyyətli satıcı keçirilmiş (Əmr № k-08, xx.xx.1984-cü il), xx.xx.1986-cı il tarixdə Tarif-ixtisas komissiyasının protokoluna əsasən baş satıcı adı verilmiş (Əmr № k-134, xx.xx.1986-cı il), xx.xx.1991-ci il tarixdə 35 saylı mağazanın baş satıcısı – mağaza satıcısı vəzifəsinə keçirilmiş (Əmr № P-132k, xx.xx.1990-cı il), xx.xx.1992-ci il tarixdə 35 saylı mağazaya baş satıcı vəzifəsinə keçirilmiş (Ə mr № 248-k, xx.xx.1992-ci il), xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (Sərəncam № 12-k, xx.xx.2002-ci il).

2. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu, pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa gö rə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək stajının yoxlanılması mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmiş, yoxlanıldıqdan sonra əmək pensiya hüququna yenidən baxılacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən hazıradək ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Bakı şəhərind ə doğulmuşdur. Əmək fəaliyyətinə xx.xx.1973-cü ildə Bakı şəhəri X1 35 saylı mağazada böyük satıcı kimi başlamış, xx.xx.2002-ci il tarixədək həmin vəzifədə çalışmışdır. Onun xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrdə 10 il 20 gün əmək stajına daxil edilməklə əmək kitabçasında qeyd edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.

5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli iddia ərizəsinə dair etirazda göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanır lar. İddiaçı təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək stajını yoxlamaq mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir.

6. Abşeron rayon Dövlət Arxivi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda Abşeron rayonu X2 Sahə ticarət birliyinin sənədlərinin saxlanılması üçün Abşeron rayon X9 verilmədiyi, Abşeron rayon X10 saxlanılan Abşeron rayonu X11 Cəmiyyətinin 1992-2002-ci ilin əmrlər kitabında iddiaçının adının aşkar edilmədiyi göstərilmişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Abşeron rayonu X2 Sahə ticarət birliyi barədə Komitədə hər hansı məlumat aşkar edilməmişdir.

8. Bakı İnzibat i Məhkəməsinin (hakim X7, 2-1(112)-2215/2020 saylı iş) x xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə mübahisəli məsələnin iddiaçının xx.xx.1992-xx.xx.2002-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olması qənaətinə gəlmişdir.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən X13 Kooperativi 35 saylı mağazasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X6-məruzəçi, X5 və X3, 2-1(103)-1477/2020 saylı iş) x xxxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, iddiaçının cavabdehə qarşı yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi apardığı araşdırmanın nəticələrini nəz ərə almadan əsassız olaraq yalnız əmək kitabçasına əsaslanaraq iddiaçının 1992-2002-ci illər üzrə əmək fəaliyyətinin ümumi əmək stajına daxil edilməli olduğu qənaətinə gəlmişdir ki, bu da əmək qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Ona görə də iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının toplanılması iş materialları ilə təsdiq olunmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilərək təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi təmin edilməməlidir.

14. İddiaçı kasasiya ş ikayəti verərək qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

15. Məhkəmə tərəfindən Abşeron rayon Dövlət Arxivinə göndərilən sorğuda sual düzgün qoyulmamışdır. Məhkəmə tərəfindən sorğuda belə sual qoyulmalı idi - “iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Abşeron rayon X2 Sahə Ticarət Birliyinin hansı mağazalarında kiçik satıcıdan böyük satıcı vəzifəsinədək işləməsi barədə arayış verilməsini xahiş edirik”. Məhkəmə tərəfindən sorğuda belə sual qoyulsaydı onda sorğuya da düzgün cavab alınardı. Ona görə də həmin çatışmazlıqlarla bağlı yenidən araşdırılma aparılmalıdır. Bundan başqa 1992-2002-ci ilin əmrlər kitabında iddiaçının adının aşkar edilməməsi iddiaçının günahı deyildir. İddiaçının həmin illərdə işləməsini sübut edən əmək kitabçası və arxiv arayışı vardır. Həmin əmək kitabçası ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır.

16. Sözügedən birliyin sənədləri Abşeron rayon X9 verilməmişdir, ona görə ki, həmin sənədlər hal-hazırda X4 Fəhlə Kooperativində yerləşir. İşə baxan məhkəmə iddiaçının işləməyinə dair sənədlərin arxivdə olmamasını bildikdən sonra həmin sənədlərin hansı orqanda qalmasını heç maraqlanmamışdır. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun sorğusuna əsasən sözügedən kooperativinin xx.xx.2020-ci il tarixli arayışı ilə bildirilmişdir ki, iddiaçı həqiqətən də xx.xx.1978-ci il tarixdən xx.xx.2002-ci il ta rixədək müxtəlif mağazalarda, o cümlədən sonuncu dəfə 35 saylı mağazada işləmişdir. Həmin arayışı təqdim edilir.

17. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış, işi hərtərəfli araşdırmamış, iddiaçının işləməsinə dair arxiv sənədlərinin hal-hazırda hansı orqanda qalmasını yoxlamamış, həmin orqanlara sorğu göndərməmiş və heç bir əsas olmadan Bakı İnzibati Məhkəməsinin qərarını əsassız olaraq ləğv etmişdir. İddia ərizəsi əsassız olaraq təmin edilməmiş, bununla da maddi və prosessual hüquq normaları pozulmuşdur. Beləliklə də iddiaçının pensiya almaq hüququ pozulmuşdur.

18. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları xx.xx.2006-cı ildən “Əmək pensiyaları haqqında” Q anunla tənzimlənir. Qanunun 27-ci maddəsinin 2010-cu ilədək qüvvədə olmuş redaksiyasına əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu qanunun qüvvədə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu qanunun müddəalarına şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına məhdu diyyət tətbiq edilmir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

21. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 23. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qa nunu: Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmə k kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları: 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: (-). İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; və zifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

26. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü i lə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfin dən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı o lduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ap elyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

27. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

30. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən hazıradək ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Cavabdeh iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək stajını yoxlamaq mümkün olmadığına görə həmin dövrü sığorta stajına daxil etməmişdir.

32. İddiaçının əsas dəlili ondan ibarətdir ki, 1995-ci ilin noyabr ayından 2005-ci ilin noyabr ayınadək iş dövrü əmək kitabçasında və iş yerindən verilmiş arayışda təsdiqini tapdığından bu dövr onun iş stajına aid edilməlidir.

33. Apelyasiya məhkəməsi hesab etmişdir ki, Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, H-103 nömrəli cavab məktubunda Abşeron rayonu X2 Sahə ticarət birliyinin sənədlərinin saxlanılması üçün Abşeron rayon X9 verilmədiyi, Abşeron rayon X10 saxlanılan Abşeron rayonu X11 Cəmiyyətinin 1992-2002-ci ilin əmrlər kitabında iddiaçının adı aşkar edilmədiyi üçün 19922002-ci illərin iddiaçının ümumi iş stajına daxil edilməsi əmək qanunvericiliyinin tələblərinə ziddir.

34. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

35. İddiaçı x xxxxx 1955-ci ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun 64 ya şdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya pensiya təyin edilməsi üçün onun həm də azı 25 il sığorta stajı olmalıdır.

36. İddiaçıya məxsus xx xxxxxx 1973-cü il tarixli əmək kitabçasının tərcümə olunmuş və notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, xx.xx.1973-cü ildən müəyyən fasilələrlə 2002-ci ilin dekabr ayınadək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

37. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd edilən xx xxxxxx 1992-ci ilə qədər olan sığorta stajı barədə mübahisə açmamışdır.

38. Cavabdehə görə xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr sığorta stajına daxil edilə bilməz.

39. İlk öncə qeyd edilməlidir ki, əmək kitabçasında olan məlumatlara əsasən iddiaçı xx.xx.1982-ci il tarixdə Abşeron rayonu X2 Sahə ticarət birliyinə maddi məsuliyyətli əvəzedici satıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə 35 saylı mağazaya maddi məsuliyyətli satıcı keçirilmiş, xx.xx.1986-cı il tarixdə Tarif-ixtisas komissiyasının protokoluna əsasən baş satıcı adı verilmiş, xx.xx.1991-ci il tarixdə 35 saylı mağazanın baş satıcısı – mağaza satıcısı vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixdə 35 saylı mağazaya baş satıcı vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir.

40. Əmək kitabçasında olan məlumatlara görə iddiaçı 1984-cü ildən xx xxxxxx 1992-ci ilə qədər 35 saylı mağazada işləmiş, xx xxxxxx 1992-ci ildən 2002-ci ilin dekabr ayına qədər elə həmin mağazada, bu dəfə mağaza satıcısı vəzifəsində deyil, baş satıcı vəzifəsində işləmişdir. Cavabdeh xx xxxxxx 1992-ci ildən 2002-ci ilin dekabr a yında başqa müəssisədə deyil, xx xxxxxx 1992-ci ilə qədər işlədiyi yerdə işləmiş, lakin bu dəfə vəzifəsi dəyişmişdir.

41. Apelyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasında qeyd edilən eyni iş yeri üzrə bir dövrün (1982-oktyabr 1992-ci illər) sığorta stajına sayılması, başqa bir dövrün (noyabr 1992-2002-ci illər) sığorta stajına daxil edilməməsinin səbəbləri barədə cavabdehin mövqeyini öyrənməmiş, özü də bu barədə gəldiyi nəticəni əsaslandırmamışdır.

42. Mübahisə olunan dövrlə bağlı əmək kitabçasında müəssisənin möhürlərində “Azərittifaq” X13 Kooperativi” adı qeyd edilmişdir.

43. Apelyasiya məhkəməsi “Azərittifaq”a və “Azərittifaq” X13 Kooperativi”nə sorğular edərək belə müəssisənin mövcudluğu, iddiaçının həmin müəssisədə işləməsi barədə araşdırma aparmamış, işləmişsə, işə girm ə, iş yerinin dəyişdirilməsi, işdən çıxma barədə əmrləri, əmr kitablarını tələb edib iddiaçının həqiqətən 1992-2002-ci illərdə işləməsini yoxlamamışdır.

44. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.

45. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

46. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edils in. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1477/2020 saylı, x xxxxxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar