Məhkəmə qərarları › İş №2-1(102)-500/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-500/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-500/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Binəqədi Rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2-1(103)-1304/2021 nömrəli iş üzrə 27.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 02 mart 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1952-ci il təvəllüdlü iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 01.01.2020-ci il tarixindən 332,26 manat (SH256,97+PSK-75,29) müəyyən edilmişdir. İddiaçıya pensiya təyin edilərkən fərdi hesabın sığorta hissəsində qeydə alınan kapital yığımının 50%-i nəzərə alınmışdır.

2. İddiaçı pensiyanın kapital yığımının 50%-dən hesablanmaqla təyin olunması ilə razılaşmayaraq pensiyasının düzgün hesablanması, yəni kapitalın tam nəzərə alınmaqla hesablanması barədə cavabdeh inzibata orqana müraciət etmişdir.

3. Cavabdeh 27.02.2020- ci il tarixli, **********5 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, fərdi hesabın sığorta hissəsində qeydə alınan kapital yığımının 50% hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli, 377 saylı fərmanına uyğun aparılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə hesablanması və pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

5. İddiaçının iddia tələbi onunla ə saslandırmışdır ki, dövlət sosial sığorta haqqının 50%-nin pensiyaçının fərdi hesabının sığorta hissəsində nəzərə alınması yalnız hərbi qulluqçulara münasibətdə nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçının pensiyası hesablanarkən yuxarıda qeyd edilən fərman əsas gətirilərək, dövlət sosial sığorta haqqının 50%-nin nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də iddiaçının hüquqları pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubu ilə eyni məzmunlu etiraz təqdim etmişdir.

7. Birinci instansiya məhkəməsinin 10.06.2020-ci il tarixli, 2-1(112)-3938/2020 nömrəli qərarı ilə (sədrlik edən hakim Miminat Hacıbəyova) iddia tələbinin təmin edilməsi, iddiaçının məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 1.1.8-ci və 10-cu maddələrinə əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun tələblərində pensiya təyin edilərkən fərdi hesabın sığorta hissəsində qeydə alınan kapital yığımının tam nəzərə alınması əks olunmuşdur. Cavabdehin istinad etdiyi normaya əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizinin onların fərdi hesablarının sığorta hissəsində qeydə alınması müddəası hərbi qulluqçulara aid olduğu halda iddiaçıya tətbiq edilmişdir ki, bununla da iddiaçının sosial təminat hüquqları pozulm uşdur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 10.06.2020-ci il tarixli, 2-1(112)-3938/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.10.2020-ci il tarixli, 2-1(103)-1535/2020 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Mirzəli Abbasov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasi ya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 13.10.2020-ci il tarixli, 2-1(103)-1535/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 2-1(102)-345/2021 nömrəli qərarı ilə (hakimlər Nigar Rəsulbəyova sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov və İlqar Hüseynov) cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 13.10.2020-ci il tarixli, 2-1(103)-1535/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

14. Ali M əhkəmənin İnzibati Kollegiyası hesab etmişdir ki, iş materiallarından iddiaçıya ilk dəfə pensiya təyin edilərkən və daha sonrakı dövrlərdə pensiya məbləğinin hansı qaydada hesablanması, məcburi sosial sığorta haqlarının hansı həcmdə nəzərə alınması aydın olmadığından iddiaçıya hal-hazırda ödənilən pensiya məbləğinin düzgünlüyünə qiymət vermək mümkün deyildir. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli, 2-1(103)-1304/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Həmid Həmidov) qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin olunmaması qərara alınmışdır.

16. Apellyasiya insta nsiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 27.10.2021-ci il tarixli, 2-1(103)-1304/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqdları miqdarda (sonrakə artımlar da nəzərə alınmaqla) a ylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzində verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir.

19. Göründüyü kimi cavabdehin istinad etdiyi normaya əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%nin onların fərdi hesablarının sığorta hissəsində qeydə alınması müddəası hərbi qulluqçulara aid olduğu halda iddiaçıya tətbiq edilmişdir ki, bununla iddiaçının sosial təminat hüquqları pozulmuşdur. 20. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablan ması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-nin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 saylı 6 mart 2006-cı il tarixli Fərmanının 2.9-cu bəndinə əsasən həmin Q anunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilmiş və Azərbaycan Respublikası Prezidentinin 1352 saylı 01.05.2017-ci il tarixli Fərmanına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respu blikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi qərara alınmışdır. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1352 saylı 01 may 2017-ci il tarixli Fərmanı ilə Qanunun “2.9-cu bəndinə əsasən, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır” bəndi ləğv edilmişdir. 25. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən (hazırda) qüvvədə olan redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hes ablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır;

26. Həmin Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır.

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya i nstansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 21.11.2005-ci ildə İİ dərəcə əlilliyə görə əmək pensiyası (25 manat olmaqla) təyin edilmiş, sonradan, yəni 01.06.2015-ci il tarixdən yaşa görə əmək pe nsiyası hüququnun yarandığı (63 yaş) tarixdən etibarən əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Ona pensiya təyin olunarkən hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliyin müddəaları tətbiq olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 nömrəli fərmanına əsasən Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Adı çəkilən bənd Azərbaycan Respublikası Prezidentinin 01.05.2017-ci il tarixli 1352 saylı Fərmanı ilə ləğv edilmişdir. Odur ki, iddiaçıya təyin edilmiş pensiyanın məbləği so nrakı artımlar nəzərə alınmaqla dəyişmiş və 01.01.2020-ci il tarixdən pensiyanın məbləği 284.96 manatdan 332.26 manat, 01.01.2021-ci il tarixdən 389.18 manata çatdırılmışdır. Hazırda iddiaçıya ödənilən pensiya məbləği 394.40 manat təşkil edir. Cavabdeh tərəfindən pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin 01 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyası nəzərə alınmış, sonradan cavabdeh pensiyanın yenidən hesablanması qərarına gəlmiş və bu zaman həmin Qanunun 1.0.8-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasını tətbiq etmişdir.

32. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə ona pensiya təyin edilən zaman “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin yeni redaksiyası qüvvədə olduğundan, yeni redaksiya əsasında pensiya təyinatı həyata keçirilməlidir. Cavabdehin istinad etdiyi normaya əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-nin onların fərdi hesablarının sığorta hissəsində qeydə alınması müddəası hərbi qulluqçulara aid olduğu halda iddiaçıya tətbiq edilmişdir ki, bununla iddiaçının sosial təminat hüquqları pozulmuşdur.

33. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 34. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən (hazırda) qüvvədə olan redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizini n və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.

35. Həmin Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır.

36. Qeyd olunmalıdır ki, 8 noyabr 2006-cı il tarixli 184-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1019) ilə 1-ci maddəyə yeni məzmunda 1.0.3-cü—1.0.5-ci maddələr əlavə edilmişdir, 1.0.3-cü—1.0.12-ci maddələr 1.0.6-cı—1.0.15-ci maddələr hesab edilmişdir.

37. Nəticədə “Əmə k pensiyaları haqqında” Qanun qüvvəyə minən vaxt hazırkı 1.0.8-ci maddə 8 noyabr 2006-cı il tarixə qədər 1.0.5-ci maddə adlanırdı. 38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndində qeyd edilirdi ki, həmin Qanunun 1.0.5-ci maddəsinə (yəni 8 noyabr 2006-cı ilə qədər Qanunun 1.0.5-ci maddəsinə) uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 39. 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplus u, 2017-ci il, № 5, maddə 756) ilə 2.8-ci, 2.9-cu, 2.10-cu bəndlər və 3-cü hissə ləğv edilmişdir.

40. Bəhs olunan normativ sənədlərə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin 8 noyabr 2006-cı ilə qədər olan redaksiyası həmin Qanunun 8 noyabr 2006-cı ildən edilən dəyişikliyə görə hazırkı 1.0.8-ci maddəsi ilə əvəz edildiyindən, Prezidentin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndi də Qanunun 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş 1.0.8-ci maddəsinin tətbiqi ilə bağlı olmuşdur.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edərkən haqlı olmuşdur.

42. Bütün yuxarıda göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 27.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

43. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.10.2021-ci il tarixli, 1(103)-1304/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir. 2-

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar