Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-501/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 04.06.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Cavabdeh Departamentin nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı vergi borcunun ümidsiz hesab edilərək silinməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh Departamenttərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı MMC-nin şəxsi hesab vərəqində qeyd olunmuş 70.227,11 manat verg borcu və ona hesablanmış 595,06 manat maliyyə sanksiyası məbləğinin ümüdsüz borc hesab edilərək silinməsini cavabdeh Departamentin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli qərarı ilə (hakim E.Mustafayev, iş № 2-1(82)-409/2018) iddianın təmin edilməsi; iddiaçı MMC-nin şəxsi hesab vrəqsində qeyd olunmuş 70.277,11 manat vergi borcu və ona hesablanmış 595,06 manat maliyyə sanksiyası məbləğinin ümüdsiz borc hesab edilərək, silinməsi vəzifəsinin cavabdeh Departamentin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)2062/2018) cavabdeh Departamentin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh Departament kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələb inin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Departamentinin kassasiya şikayətində qeyd edilənlyrə görə, işə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir, nəticədə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məh kəmə kollegiyası iclasında çıxış edən cavabdeh Departamentin nümayəndəsi K.Bədəlova vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı MMC-nin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, işin mübahisələndirən halları ondan ibarətdir ki, iddiaçı MMC onun şəxsi hesab vərəqində qeyd olunmuş vergi borcunun 5 illik tələb etmə müddəti keçdiini iddia edərək silinmsəini, qarşı tərəf isə onunla razılaşmayaraq, müddətin keçmədiyinə və iş üzrə dayandırılmış cinayət işinin mövcudluğuna istinadən hesab edir ki, iddia rədd olunmalıdır. Lakin i şin materiallarına və qanunvericilyin tələbəlrinə əsasən, iddiaçı MMC-in tələbində haqlı oduğu müəyən olunur. Belə ki, iş üzrə müəyyən edilir ki, tərəflər arasında baş vermiş başqa məhkəmə işində iddiaçı olan Bakı şəhəri Vergilər Departamenti tərəfindən cavabdeh “xxxx” MMC-yə qarşı 20.02.2014-cü il tarixinə qalıq borcun cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulması barədə iddia tələbi qıldırılmış və son nəticədə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəmsinin 24.06.2016-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən (iş məhkəmədə baxılmalı olmadığından) iş üzrə icraata xitam verilmişdir. Lakin bundan sonra vergi orqanı tərəfindən həmin vergi borcunun tutulması ilə bağlı hərəkətləri mülki mühakimə icraatı çərçivəsində mübahisəli vergi borcunun tutulması üçün vergi qanunvericiliyinin 89-90-cı maddələrinin müəyyən etdiyi qaydalar çərçivəsində öz davamını tapmamış, beləliklə də, hazırki iş üzrə iddiaçı MMC tərəfindən iddia irəli sürülənədək 2010-cu ildə başlanmış tələb etmə müddəti Azərbaycan Respublikası Vergi Məcəlləsinn qeyd edilən 85.4-cü maddəsi ilə müəyən edilən 5 illik müddətinin axımı ümumi qaydada davam etmişdir. Həmçinin qeyd olunmalıdır ki, nə mülki icraat qaydasında baxılan həmin isin, nə də ki, inzibati icraat qaydasında baxılan hazırkı iş cavabdeh vergi orqanın istinad etdiyi cinayət işinin icraatından və ya həmin iş üzrə icraatın dayandırılmasından asılılığından prosessual baxımdan söhbət gedə bilməz. Beləliklə də, iddia olunan vergi borcu üç il ərzində hesablansa da, vergi orqanı tərəfindən 5 il ərzində tutulmamış, bununla da qanunla müəyyən edilən tələbetmə müddəti ötürülməklə, ümidsiz borc xarakterini almışdır. Belə ki,Azərbaycan Respublikası Vergi Məcəlləsinin85.4-cü maddəsinə uyğun olaraq vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasın ı, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 93.1-ci maddəsinə müvafiq olaraq vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: -93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; -93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1 və 93.1.2-ci maddələrinin tələblərindən isə görünür ki, bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir Bundan əlavə “Vergi ödəyicisilərinin 2017-ci i lin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azəbaycan Respublikasının 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanununa 1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyy əti orqanı tərəfindən silinir. Göründüyü kimi, iddiaçı MMC-nin şəxsi hesab vərəqsinə hesablanmış vergi borcu vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardığından, habelə bu günədək cavabdeh vergi orqanı vergi borcunun tələb edilməsi ilə bağlı məhkəmə qaydasında tələb irəli sürmədiyindən, ümidsiz borc hesab edilməlidir. Belə olan halda, iddiaçı MMC-nin iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh Departamentin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.1-ci maddəsinə əsasən hər bir vergiyə dair ödənilmə mü ddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Həmin Məcəllənin 85.2-ci maddəsinə müvafiq olaraq vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. Həmin Məcəllənin 85.3-cü maddəsinə görə, vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1 -ci maddələrinin şərh edilməsinə dair” 12 ya nvar 2011 -ci il tarixli qərarına əsasən, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir...Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VMdə vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Vergi orqanları Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən verği öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Baqşqa sözlə, qanunverici yalnız bir halda - vergi orqanı 5 illik müddət ərzində ona verilmiş hüquqlardan istifadə edərək borcun ödənilməsi istiqamətində tədbir görmədikdə, həmin borcun ümidsiz borc kimi silinməsini nəzərdə tutur. Kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarında ümidsiz borc kimi silinməli olan ver gi borcu məbləğinin 70.227,11 manat əvəzində 21.277 manat göstərilməsi həlbəttə texniki səhv ucbatından baş verdiyindən apellyasiya instansiya məhkəməsinin mahiyyətcə düzgün nəticə gəlmiş və 1-ci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamış məhkəmənin qərarının ləğv edilməsi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barəl ərində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmirlər. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-501/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-501/2019
04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver