Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-501/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin müəyyən olunması meyarlarına uyğunluğun müəyyən edilməməsi; məhkəmənin hərtərəfli araşdırma aparmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dai r inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2055/2021 nömrəli, 17.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyəti 33 nömrəli Şəhər Poliklinikasının 2767003AACQ8 nömrəli göndərişi əsasında TSEK tərəfindən 01.10.2019-cu il tarixində qiymətləndirilmiş və əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, əlavə müayinəyə ehtiyac var, xəstənin diaqnozuna uyğun stasionar müalicə müddəti azdır. Əsas xəstəliyin ağırlaşması göstərilməmişdir. Uroloqun qeydiyyatı yoxdur. İnstrumental müayinələr və laborator analizlər tam aparılmamışdır.
2. Bundan sonra iddia çının əlillik vəziyyəti 33 nömrəli Şəhər Poliklinikasının 2767003AACSN nömrəli göndərişi əsasında TSEK tərəfindən 27.12.2019-cu il tarixində təkrar qiymətləndirilmiş, əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi göstərilmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xəstəliyinə görə son müraciət etdiyi tarixdən əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələ bini belə əsaslandırmışdır ki, o, 22.10.2017-ci il tarixindən müxtəlif xroniki xəstəliklərdən müalicə olunur. TSEK tərəfindən əlilliyin qiymətləndirilməməsi, dəfələrlə göndəriş verilməsinə baxmayaraq imtina verilməsi isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 16.03.2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında” Əsasnamənin 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət isti qamətlərinə uyğun olaraq Xidmətin vəzifəsidir.
5. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 2767003AACSN nömrəli göndərişi əsasında 26.12.2019-cu il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 2767003AACSN nömrəli göndərişin təhlili göstərdi ki, əsas əvvəlki göndərişdən fərqli olaraq diaqnozun ağırlaşması kimi “sağ tərəfli spastik hemiplegiya” xəstəliyi əlavə olaraq qeyd edilmişdir. Lakin status lokalisdə reflekslər və əzələ gücü barədə qeyd edilən məlumatlar həmin ağırlaşmanı təsdiq etmir, əzələ gücünü göstərən köməkçi diaqnostik müayinə EMQ-nin nəticələri isə qey d edilməyib. Eləcə də, göndərişin “ağırlıq dərəcəsi” və “funksional pozğunluğu” qrafalarında heç bir qeyd aparılmamışdır. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-879/2021 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, işdə olan ekspertiza rəyinə əsasən iddiaçının səhhətində mövcud olan xəstəliklər ona əlilliyin təyin olunmasına əsas verir. İmtinada göstərilən “iddiaçının müayinəsi üzrə tibb müəssisəsinin cavabdehə ünvanlandığı məlumatların tam olmaması” halı isə formal xarakterli olduğundan iddiaçıya əlilliyin təyin olunmasından imtina üçün əsas kimi çıxış edə bilməz.
8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.11.2021-ci il tarixli, 21(103)-2055/2021 nömrəli qərarına əsasən (sədrlik edən Azər Hüseynov, hakimlər Səadət Bəktaşi və Aida Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-879/2021 nömrəli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul olunmuş, iddia rədd edilmişir.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının aidiyyəti sənədləri müvafiq tibbi müəssisə tərəfindən toplanaraq əlillik dərəcəsinin alınması ilə bağlı hər hansı yeni "Forma 88” göndərildiyi aşkar olunmur. İddiaçı qanunvericiliklə müəyyənləşdiri lmiş qaydada müvafiq ambulator və/və ya stasionar müalicə alaraq xəstəliyini (xəstəliklərini) təsdiq edəcək sənədləri topladıqdan sonra tibbi müəssisəsi vasitəsilə göndərişi yenidən göndərməlidir.
11. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.11.2021-ci il tarixli, 2-1(103)-2055/2021 nömrəli qərarının ləğv edilməsini, iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı dəfələrlə TSEK-ə əlilliyin müəyyən edilməsi məqsədilə müraciət etsə də, TSEK tərəfindən hər dəfə geri qaytarılaraq formanın natamam doldurulması b ildirilir. Məqsəd əlillik dərəcəsinin müəyyən edilməməsi üçün iddiaçıya maneələr yaratmaqdır. Məhkəmə isə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38, 71-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 2.0.2, 2.0.6, 17, 19, 24.1 24.2, 24.3-cü maddələrinə, “Tibbi sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3 və 1.4-cü bəndlərinə, “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında” Əsasnamənin 3.1.2-ci bəndinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1-ci bəndinin tələblər i pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.11.2021-ci il tarixli, 2-1(103)-2055/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Cavabdeh bildirmişdir ki, kassasiya şikayəti formal xarakter daşımaqla əsaslandırılmamışdır. Şikayətin verilməsində məqsəd məhkəmə prosesinin uzadılmasıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı aidiyyəti sənədləri toplayaraq əlillik dərəcəsinin alınması ilə bağlı hər hansı yeni “Forma 88” göndərməmişdir. İddiaçının sağlamlıq imkanlarının məhdudluğu əvvəlki tarixlərdə təsdiq edilmədiyinə görə ona əlillik dərəcəsinin verilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hak imiyyəti orqanı təsdiq edir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 16.01.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə
1. Ümumi müddəalar (-) 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. (-)
2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birin ci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-)
17. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-) Maddə
58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkə məsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “İnzibati icraat haqqında” Qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həll i üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-) KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütöv lükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
22. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, səhiyyə müəssisəsi tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün bir neçə dəfə TSEK-ə göndəriş verilsə də, sonuncu hər dəfə iddiaçının əlilliyini qiymətləndirməkdən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu mövqeyini əsaslı hesab edərək i ddianı rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
23. Belə ki, hazırkı qərarın 14-16-cı bəndlərində göstərilən normaların məzmununa əsasən əlilliyin qiymətləndirilməsi əlilliyin müəyyən olunması meyarlarına uyğun həyata keçirilməlidir. Bu meyarlar isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci bəndində öz əksini tapmışdır.
24. İddiaçının tələbi ona əlillik dərəcəsinin təyin edilməsindən ibarət olduğundan mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən hal iddiaçıya qoyulmuş diaqnoz, xəstəliyinin ağırlaşma dərəcəsi və s. bu kimi göstəricilərin yuxarıda istinad olun an meyarlara uyğun olub-olmamasıdır. Bu hal isə nə cavabdeh inzibati orqan, nə də işə baxan məhkəmələr tərəfindən araşdırma predmeti olmamışdır.
25. Halbuki, TSEK özü iddiaçını müayinə edərək onun xəstəliyinin göstərilən meyarlara uyğunluğunu müəyyən edə bilərdi. Cavabdeh orqan tərəfindən inzibati icraatın natamam aparıldığı nəzərə alındıqda qeyd edilməlidir ki, iddiaçının xəstəliyinin əlillik meyarlarına uyğun olub-olmaması məhkəmə tərəfindən də müəyyən edilə, bu məqsədlə komisyon ekspertiza təyin edilə bilərdi. Lakin məhkəmə də göstərilən istiqamətdə araşdırma aparmamış, bununla da hazırkı qərarın 17-ci bəndində göstərilən prosessual normaların tələblərini pozmuşdur.
26. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.11.2021-ci il tarixli, 2-1(103)-2055/2021 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə təkrar baxan məhkəmə iddiaçının xəstəliyinin əlilliyin müəyyən olunması meyarlarına uyğun olub-olmadığını müəyyən etməli, zəruri olarsa bu məqsədlə ekspertiza təyin etməli, nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir.
27. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.11.2021-ci il tarixli, 21(103)-2055/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.