Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-501/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fond u publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2689/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus hərbi biletin surətinə əsasən, o, xx.xx.1973-cü il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1975-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur.
2. Əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1975-ci ildə Yevlax rayon Azərbaycan X5nda traktor briqadasına 2-ci dərəcəli traktorçu təyin edilmiş, xx.xx.1980-ci ildə 17 nömrəli əmrlə yenidən yaradılan Rayon kənd təsərrüfatı kimya birliyinə keçirilmişdir. xx.xx.1980-ci ildə Yevlax rayon “Kəndkimya” İstehsalatı Birliyinə 1-ci dərəcəli traktorist təyin edilmiş, xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1995-ci il tarixli 436 saylı və “Azərkəndkimya” RİEB-nin xx.xx.1995-ci il tarixli 82 nömrəli əmrinə əsasən, Birliyin strukturu ləğv edildiyi üçün xx.xx.1996-cı il tarixdən etibarən işdən azad edilmişdir. xx.xx.1996-cı il tarixdə Yevlax rayon Kənd Təsərrüfatı kimya birliyinin strukturu xx.xx.1996-cı il tarixli 510 saylı əmr ilə təsdiq edildiyi üçün xx.xx.1996-cı il tarixdən etibarən 1-ci dərəcəli traktorçu qəbul edilmiş, xx.xx.1999-cu ildə işdən azad edilmişdir.
3. İddiaçıya aid pensiya işinin surətindən görünür ki, DSMF Yevlax şəhər şöbəsinin xx.xx.2011-ci il tarixl i qərarı ilə ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
4. Pensiya alt sistemindən çıxarışa əsasən, iddiaçıya sonuncu dəfə əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə ödənilmişdir.
5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.
6. Cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubla iddiaçıya bildirilmişdir ki,... xx.xx.1977-ci il tarixində tərtib edilmiş ИT-İ № ******* saylı əmək kitabçası, H3 № ******* nömrəli hərbi biletin surətinə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası X7 rayon filialının xx.xx.2021-ci il tarixli 101 nömrəli arayışına əsasən, xx.xx.2006-cı il tarixinə kimi sığorta stajı 21 il 9 ay olmaqla, tələb olunan müddətdən ( 25 ildən) azdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25 ildən artıq bir müddətdə pensiya stajı vardır. Əlil olduğu üçün İİ qrup əlilliyə görə pensiya alırdı. Artıq yaşı 68-in içindədir. Yaşa görə pensiya almaq hüququ yarandığından ərizə ilə cavabdehə müraciət etmişdir. Əmək kitabçasını bu idarəyə təqdim etmişdir. Ona rəsmi olaraq cavab göndərilmişdir ki, təqdim etdiyi xx.xx.1977 -ci il tarixdə tərtib edilmiş ИT-İ № ******* saylı əmək kitabçası, HЗ № ******* nömrəli hərbi biletin surətinə və dövlət arxivinin xx.xx.2021-ci il tarixli 101 nömrəli arayışına əsasən, onun xx.xx.2006-cı il tarixinə kimi sığorta stajı 21 il 9 ay olmuşdur. İş stajının nəzərdə tutulan 25 ildən az olduğu əsas gətirilərək ona yaşa görə pensiya təyin olunmasından imtina edilmişdir. Halbuki, əmək kitabçasında iş stajı 25 ildən artıqdır. Bu səbəbdən də hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.
9. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı öz iddia ərizəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Yevlax rayon X6 Birliyi və Kimya Birliyində işlədiyini, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olduğunu və sosial sığo rta stajının 25 ildən artıq təşkil etdiyini bildirmişdir. 28 yanvar 2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmiş, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan və 25 il sosial sığorta stajı tamam olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, xx.xx.1977-ci il tarixli ******* nömrəli əmək kitabçası, ******* nömrəli hərbi bileti və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin və X7 rayon filialının xx.xx.2021-ci il tari xli 101 nömrəli arayışına əsasən, onun xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajı 21 il 9 ay təşkil edir.
10. Bundan başqa, Azərbaycan Respublikası X7 filialına iddiaçının qeyd olunan müəssisələrdə əmək fəaliyyətini təsdiq edən sənədlərin (əməkhaqqı cədvəllərinin, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrlərinin) təsdiq olunmuş surətlərinin mümkün qədər qısa müddət ərzində təqdim edilməsinə dair sorğu göndərilmiş və həmin sorğuya xx.xx.2021-ci il tarixli, 47/10 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Yevlax rayon X6 Birliyi və Kimya Birliyinin əmr və əmək haqqı sənədləri X8 təhvil verilmədiyindən, İddiaçı həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçının əmək kitabças ında əks olunmuş 2702 saylı X4 işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil.
11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1030/2021 nömrəli, 1 iyul 2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1742/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim A.Ə.Əhədova) iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövr ü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Hazırkı iş üzrə iddiaçıya aid xx.xx.1977-ci il tarixdə açılmış ИT-İ ******* nömrəli əmək kitabçası mövcuddur. Həmin əmək kitabçasındakı əmək fəaliyyəti qeydlərinin mötəbərliyini şübhə altına alan hər hansı hal hazırkı icraat zamanı müəyyən olunmamışdır. Belə olan halda əmək kitabçası ilə təsdiq edilən əmək fəaliyyəti dövrünün əlavə olaraq arxiv arayışı ilə də təsdiq olunmasına zərurət yoxdur. Təqdim edilmiş əmək kitabçası qeydlərindən, eləcə də Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Vergi Xidmətindən məhkə mə sorğuları vasitəsilə əldə edilmiş yuxarıda sadalanan sübutlardan müəyyən olunur ki, iddiaçının işlədiyi müəssisə Yevlax rayon X1muş, həmin müəssisədə iddiaçı xx.xx.1975-xx.xx.1980ci illərdə çalışmışdır. Sonradan xx.xx.1980-ci ildə müəssisə yeni yaradılan Dövlət Aqrar sənaye Komitəsi rayon kənd təsərrüfatı kimya birliyinə keçirilmiş, adıçəkilən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş Yevlax “Kəndkimya” Birliyi Dövlət Əmlak Komitəsinin 11 xx.xx.1998-ci il tarixli, 246 nömrəli sərəncamı ilə özəlləşdirilərək bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Özəlləşmə zamanı müəssisədə yaradılan özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşmə planında (emissiya prospektində) müəssisənin işçilərinin siyahısı tərtib olunmuş və həmin siyahıda traktorçu vəzifəsində iş ləyən İddiaçı adı əmək kollektivinin üzvü kimi qeyd edilmiş, müəssisənin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verildiyi xx.xx.1980-ci il tarixdən müəssisənin özəlləşdirməyə açıq elan edildiyi xx.xx.1998-ci il tarixədək olan dövr nəzərə alındıqda həmin tarixdə İddiaçı müəssisədəki ümumi iş stajı 17 il olaraq emissiya prospektində göstərilmişdir. Qeyd edilməlidir ki, müəssisənin özəlləşməsi xx.xx.1998-ci il tarixli, 246 nömrəli sərəncamı ilə başlamış, özəlləşmə prosesinin təşkili, eləcə də birliyin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar təhvil-təslim işlərinin aparılması ilə bağlı proseslərin ləngiməsinin nəticəsidir ki, iddiaçı Yevlax “Kəndkimya” Birliyində işləməkdə davam etmiş və onun işdən azad edilməsi barədə əmri xx.xx.1999-cu ildə verilmişdir. Başqa sö zlə, iddiaçı məhz xx.xx.1999-cu ilədək həmin birlikdə çalışmışdır. Bunun əksini sübut edən hal müəyyən olunmamışdır. X2 bazasında yaradılmış "xxxx" ASC-nin məlum olan hüquqi ünvanlarına X3 iddiaçının əmək fəaliyyəti ilə bağlı məlumatların əldə edilməsi ilə bağlı müvafiq sorğular göndərilsə də həmin müəssisədən sorğulara cavab əldə edilməsi mümkün olmamışdır. Lakin buna baxmayaraq, İddiaçı Yevlax “Kəndkimya” Birliyində işlədiyi dövr ona aid əmək kitabçası, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətindən həmin müəssisə ilə bağlı əldə edilmiş sorğuya cavab məktubları ilə də öz təsdiqini tapmışdır. Bu halda əlavə olaraq hüquqi varis olan "xxxx" ASC-dən arxiv məlumatlarının əldə edilməsinə zərurət yoxdur. Beləliklə, iddiaçı 25 ildən artıq iş stajına malik olduğundan və pensiya yaşına çatdığından t ələbində haqlıdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) 2-1(103)2689/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi h esabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən as ılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsi: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayış lar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır
23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığ orta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada b ərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin t ələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apelly asiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. X10 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələ lərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri h esab edir.
31. Hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması təşkil edir.
32. Bununla bağlı cavabdeh orqan tərəfindən sığorta stajının 25 ildən az, yəni 21 il 9 ay təşkil etməsi, eyni zamanda xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması əsası ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaq la qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, Yevlax rayon X6 Birliyi və Kimya Birliyinin əmr və əməkhaqqı sənədləri X8 təhvil verilməsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1ci bəndində 2006- cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasındakı əmək fəaliyyəti qeydlərinin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmur. Əmək kitabças ı qeydlərindən, eləcə də Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Vergi Xidmətindən məhkəmə sorğuları vasitəsilə əldə edilmiş sübutlardan məlum olmuşdur ki, iddiaçı xx.xx.1975-xx.xx.1980-ci illərdə Yevlax rayon X5 Birliyində işləmiş, sonradan xx.xx.1980-ci ildə Yevlax rayon X9 Birliyinə keçirilmiş, adıçəkilən Birlik Dövlət Əmlak Komitəsi tərəfindən özəlləşdirilərək, bazasında "xxxx" ASC yaradılmışdır.
35. Beləliklə, iddiaçının hərbi bileti və əmək kitabçasına əsasən, xx.xx.1973-xx.xx.1975-ci ilədək hərbi xidmət dövrü 02 il 01 ay 15 gün, əmək fəaliyyəti dövrü xx.xx.1975-xx.xx.1996cı il tarixədək 20 il 01 ay 25 gün, xx.xx.1996-xx.xx.1999-cu il tarixədək 03 il 01 ay 25 gün olmaqla, ümumilikdə iş stajı 25 il 05 ay 05 gün təşkil edir. Odur ki, məhkəmə kollegiyası iddiaçının yaşa görə əmək pens iyası hüququnu qazanması barədə aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 37.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 21(103)-2689/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.