Məhkəmə qərarları › İş №2-1(102)-501/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-501/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-501/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(106)-460/2024 nömrəli qərarından idd iaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X2 Universiteti tərəfindən verilmiş diplom üzrə kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bərədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2-1(120)-2143/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(106)-460/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

6. İş kassasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və şikayətin müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur. Kassasiya şikayətinin müddət ötürülməklə verildiyi iddiaçının və onun vəkilinin nəzərinə çatdırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıl dıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 g ün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 31.1. İnzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Maddə 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keç irə bilər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

9. Bu qərardadın 7-ci bəndində istinad olunan norma ya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

10. İş üzrə materiallardan görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarı xx.xx.2024-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etdirilməklə iddiaçıya rəsmi qaydada təqdim olunmuşdur.

11. İddiaçı tərəfindən kassasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə, yəni prosessual qanunvericiliklə müəyyən edilmiş bir aylıq müddət keçdikdən sonra verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur.

12. İddiaçıya və onun vəkilinə məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onların diqqətinə çatdırılmış, bildirişdə qeyd edilən tarixədək kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim olunması və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizənin (vəsatətin) verilməsi təklif edilmiş, qeyd olunan çatışmazlığın aradan qaldırılmamasının hüquqi nəticələri izah edilmişdir.

13. İddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, iş materiallarında olan xəbərnaməyə iddiaçı imza etməklə məhkəmə aktını qəbul etməmişdir. Apellyasiya instansiyası məhkəməsindən iddiaçıya cəmi bir dəfə 2024-cü il iyul ayında poçt göndərişi gəlmiş və iddiaçı həmin zərfi qəbul etmişdir. Kassasiya şikayətinin gec verilm əsinə səbəb isə məhz bu olmuşdur. Həmçinin o, apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etməsə də, vəkil kimi xx.xx.2024cü il tarixdə sistemə əlavə edilmişdir. Sistemə əlavə edildikdən sonra məlumatı olmuşdur ki, iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Elektron sistemdə də 2024-cü il sentyabr ayında olan bütün bildirişlərə baxış keçirildikdə apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktının məhz həmin ay elektron sistemə yerləşdirilməsi barədə məlumat aşkar edilmir. xx.xx.2024-cü il tarixli yekun məhkəmə aktının xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən rəsmi qaydada alınması mümkün deyildir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nümayəndəsinin istinad etdiyi hallar iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən ed ilmiş müddətin buraxılmadığına haqq qazandıra, eləcə də müddətin buraxılmamış hesab edilməsi üçün yetərli sayıla bilməz. Belə ki, iş üzrə materiallardan görünür ki, iddiaçı, ünvanına (Cəlilabad rayonu, Astanlı kəndi) sifarişli-xəbərnaməli poçt göndərişi ilə göndərilmiş birinci instansiya məhkəməsinin qərarını almadığını mübahisələndirməmiş, apellyasiya icraatı zamanı 2024-cü ilin iyul ayında sifarişli poçt göndərişi ilə göndərilmiş müvafiq məhkəmə bildirişini aldığını qeyd etmiş, lakin eyni qaydada – sifarişli-xəbərnaməli poçt göndərişi ilə və eyni ünvana – Cəlilabad rayonu, Astanlı kəndinə göndərilmiş hazırda mübahisələndirdiyi məhkəmə qərarını almadığını bildirmişdir. Bu baxımdan, poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etdirilməklə ona rəsmi qaydada təqdim olunmuş apelly asiya instansiyası məhkəməsinin qərarını almaması ilə bağlı iddiaçının dəlili inandırıcı və ağlabatan görünmür.

15. İş üzrə materiallardan həmçinin görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarı elektron imza ilə təsdiq edilməklə xx.xx.2024-cü il tarixdə AZEMİSdə yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə isə iddiaçını prosessual nümayəndə qismində təmsil edən vəkil Nümayəndə iş üzrə sistemə əlavə edilmiş və beləliklə apellyasiya instansiyası məhkəməsinin qərarı ona da rəsmi qaydada təqdim olunmuşdur. Belə ki, bu qərardadın 7-ci bəndində istinad edilən normalara əsasən, inzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraa tı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin axımının başlanması həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixdən qəbul edildiyi təqdirdə belə, iddiaçı tərəf yenə də şikayət vermək üçün prosessual qanunvericiliklə müəyyən edilmiş bir aylıq müddəti ötürmüşdür.

16. Beləliklə, qeyd edilən çatışmazlıq məhkəmənin müəyyən etdiyi müddətdə iddiaçı tərəfindən aradan qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır.

17. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(106)-460/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar