Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-502/2019 12.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkiliştirakı ilə, İddiaçınincavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2567/2018 saylı iş üzrə 25 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclas ında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12 mart 2018-ci il tarixli, İQ19/5 saylı qərarına əsasən Əfqanıstan Respublikası vətəndaşı İddiaçıyə və onun ailə üzvlərinə (arvadı – X2, qızları – X3 və X4, qardaşı oğlu – X5) qaçqın statusunun verilməsindən imtina edilmişdir. Həmin qərarla razılaşmayan İddiaçızibati şikayətlə müraciət edərək qərara yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 may 2018-ci il tarixli, 33 saylı qərarı ilə şikayət əsassız olduğuna görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 12 mart 2018-ci il tarixli, İQ-19/5 saylı və 10 may 20 18-ci il tarixli, 33 saylı qərarlarının qanunsuz hesab edilməklə iddiaçı və ailə üzvləri X2, X3, X4 və X5 qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3182/2018 saylı, 29 avqust 2018-ci il tarixli qərarı (hakim – E.Q.Məmmədov) ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2567/2018 saylı, 25 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – C.A.Yusifov, hakimlər – V.M.Ağayev və A.B.Nuriyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3182/2018 saylı, 29 avqust 2018-ci il tarixli qərarıdəyişdi rilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual normalarının pozulması yolu ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, apellyasiya məhkəməsi iddiaçının vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı ilə bağlı yanlış nəticəyə gəlmişdir. İddiaçı Danimarka yardım təşkilatında işlədiyinə görə Taliban döyüşçüləri tərəfindən, onun arvadı isə ingilis dili və kompüter müəlliməsi işlədiyi üçün həmyerliləri tərəfindən təqibə məruz qalır. Bundan b aşqa, iddiaçı Həzaralar etnik qrupuna mənsubdur və onlar hakimiyyət orqanları tərəfindən adekvat müdafiə edilmirlər. Nəticədə onlar vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilmirlər. Odur ki, iddiaçı özünün və ailəsinin həyat və sağlamlığına real təhlükə hiss etdiyi üçün vətəndaşı olduğu ölkəni tərk edərək Azərbaycana gəlmişdir. Bu səbəbdən də iddiaçının izahatı mötəbərdir, çünki həm daxili (müfəssəlik və ardıcıllıq), həm də xarici (mənşə ölkəsi haqqında məlumata uyğunluq) amillərinin tələbatlarını ödəyir. Cavabdeh qaçqın anlayışının maddi hüquqi şərtlərini iddiaçıya münasibətdə düzgün tətbiq etməyib. 1951-ci il Konvensiyası 1967-ci il Protokoluna və “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun 1-ci maddəsində müəyyən edilmiş qaçqın anlayışına əsasən qaçqın stat usunun verilməsi üçün ilkin tələb edilən zəruri maddi-hüquqi element əsaslı təqib qorxusudur. DMX iddiaçının işində düzgün olmayaraq əsaslı təqib qorxusu olmaması nəticəsinə gəlib. İddiaçı öz ölkəsinin himayəsindən istifadə edə bilmir, onun əsaslı təqib qorxusu mövcuddur. Əlavə olaraq Mənşə Ölkəsinin Məlumatları ilə müəyyən olunur ki, mənşə ölkəsinin hakimiyyət orqanları iddiaçını bu təqibə qarşı qorumaq iqtidarında deyillər. Göstərilənlərə əsasən onlara qaçqın statusunun verilməsinin maddi-hüquqi əsasları mövcuddur. Cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə də riayət olunmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqı nda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədə n kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat ve rilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabd eh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki,ərizəçi Əfqanıstanı tərk etməsinin birinci səbəbi kimi xarici şirkətdə işlədiyinə görə taliblər tərəfindən təhdid olunması ilə əlaqələndirməyə çalışsa da, dediklərindən taliblərin onu xarici şirkətdə işlədiyinə görə 2015-ci ildən başlayaraq təhdid etmələrinə baxmayaraq, o, iş yerini tərk etməmiş, ötən müddət ərzində isə həyatı üçün heç bir təhlükə yaranmamışdır. Ərizəçi Əfqanıstanıı tərk etməsinin ikinci səbəbi kimi arvadı X1 kəndində əfqan uşaqlarına ingilis dili və kompüterdən dərs deməsinə görə mollalar tərəfindən təqib və qınaq obyektinə çevrildiyini bildirsə də, müsahibə zamanı dediklərindən kəndin nüfuzlu ağsaqqılının öz qızını (Fatimə) onun yanına dərsə göndərdiyi məlum olmuşdur. Həmçinin X1 ilə aparılmış müsahibə zamanı onun ingilis dili və kompüter proqramlarını bilmə səviyyəsi yoxlanılmış, nəticədə bilik səviyyəsi çox primitiv səviyyədə olduğu aşkar edilmişdir ki, bu da onun dediklərinin inzibati orqan tərəfindən şübhə altına alınmasına səbəb olmuşdur. Beləliklə, cavabdeh inzibati orqan məlumatların həqiqətə uyğunluğu ilə bağlı ortaya çıxan və ərizəçinin sığınacaq tələbinin mahiyyətinə təsir göstərən bu ciddi problemləri nəzərə alaraq hesab etmişdir ki, ərizəçinin Əfqanıstana qaydacağı təqdirdə ciddi təqib təhlükəsi ilə üzləşmək qorxusu inandırıcı qəbul olunmur. Qərarda həmçinin cavabdeh tərəfindən qeyd olunur ki, iddiaçı və onun arvadı ilə ilə aparılan müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onun nə özü, nə də ki ailə üzvləri vətəndaşı olduğu ölkədə heç bir qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyətlərinə və dini etiqadlarına görə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Beləliklə, qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçının vəsatəti üzrə qanunvericiliyin yuxarıda qey d olunan tələbləri qaydasında hərtərəfli araşdırma aparılmış, onun və arvadının izahatları üzrə müəyyən edilən faktlar və arqumentlər təhlil olunaraq aparılan qiymətləndirmənin nəticəsi olaraq iddiaçının və onun ailə üzvlərinin təqib qorxusu ilə bağlı gətirdiyi dəlillər, çoxlu sayda ziddiyyətli və şübhəli məqamlarla əhatə olunduğundan, mötəbərlilik baxımından qaçqın statusunun verilməsi üçün yetərli olmamış, əsaslı olaraq onun vəsatətinin təmin olunmasından imtina olunmuşdur. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının yaşadığı ölkədə real təqibə məruzə qalacağı ilə bağlı nə onun iddia ərizəsindən, nə də ki cavabdeh tərəfindən onunla və arvadı ilə aparılan müsahələrdə verdiyi izahatlarından (sual-cavablarda) inandırıcılıq görünmür. Onlara verilən sualların inamla cavabland ırılmaması, ziddiyyətli halların mövcudluğu isə Azərbaycana gəlmələrini zəruri edən faktiki şərtlərin həqiqliyini şübhə altına alır. Bütün bunlar və yuxarıda qeyd edilən digər şübhəli məqamlar mötəbərlilik baxımından, iddiaçının təsvir etdiyi, mənbəyi bəlli olmayan, ziddiyyətliliyi və uyğunsuzluğu ilə seçilən mülahizələrinin ona və ailə üzvlərinə qaçqın statusunun verilməsini zəruri edən hallar kimi tanınmasını istisna edir. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, cavabdehin gəldiyi bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Onun xaricilərlə işlədiyi, lakin nə ötən müddət ərzində, nə də sonrakı dövrlərdə heç kim tərəfindən təqib və təzyiqə məruz qalmaması əsaslı təqib qorxusunun mövcudluğunu ciddi şəkildə şübh ə altına alır. Bundan başqa, məlum olur ki, iddiaçının özü və ailəsi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının digər məsələlər ilə bağlı təqib qorxusuna istinadı da ümumi qaydada bildirilənləri əks etdirir, konkret onlara münasibətdə belə təqibin real diskriminativ nəticələrinin nələrdə əks olunduğu göstərilmir, həmin hallara dair sübutlar təqdim olunmur. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. Hazırkı iş üzrə cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət olunmadığına dair kassasiya şikayətində bildirilənlər də əsaslı deyildir. Belə ki, işin hallarından müəyyən olunur ki, cavabdeh qaçqın statusunun verilməsi ilə bağlı müraciətə dair inzibati icraatı qanunvericiliklə müəyyən edilmiş qaydada aparmış, müraciətə baxarkən aparılan inzibati icraatda müraciət etmiş şəxsin iştirakını təmin etmiş, onun ətraflı izahatını almış, ona vəsatət və sübut təqdim etmək imkanı yaratmış və nəhayət, toplanmış materiallara istinadla öz qiymətləndirilməsi əsasında müvafiq qərar qəbul etmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2567/2018 saylı iş üzrə 25 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-502/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-502/2019
12.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver