Məhkəmə qərarları › İş №2-1(102)-502/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-502/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-502/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Araz Hamlet oğlu Əsgərovun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmrlərin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi) Giriş hissə: Hakimlər: Rahib Nəbizadə - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı Araz Hamlet oğlu Əsgərovun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı qeydiyyata alınma tələbinə dаir iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1770/202 1 nömrəli iş üzrə 3 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 28 fevral 2008-ci ildən 20 may 2011-ci ilə qədər Vergilər Nazirliyinin Bakı şəhəri, Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyirdi. Cavabdeh 28 yanvar 2020-ci il tarixli, **********098100 saylı əmri ilə onun əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilərək 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Araz Hamlet oğlu Əsgərov cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirl iyi yanında Dövlət Vergi Xidmətinə qarşı Azərbaycan Respublikası Vergilər Nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanovun imzaladığı 28 yanvar 2020-ci il tarixli, **********098100 saylı əmrin ona münasibətdə ləğv edilməsi və onun əvvəlki Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Vergi Auditi İdarəsinin Təmir-Tikinti Sahəsi üzrə Şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə bərpa edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 15 may 2020-ci il tarixli, **********477300 saylı əmrinin ləğv olunması, işə bərpa olunması və məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanı b ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3704/2020 nömrəli qərardadla icraata qəbul edilmişdir.

4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, tutduğu vəzifədən azad edilərək 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Əmrin verilməsinə əsas kimi Vergilər Nazirliyinin “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında” 24 yanvar 2020-ci il tarixli, **********066100 nömrəli əmri göstərilmişdir. Cavabdehin 28 yanvar 2020-ci il tarixli, **********098100 saylı əmri ondan başqa 21 nəfər vergi əməkdaşı barədə olsa da, o, həmin əmrin özünə münasibətdə ola n hissəsini mübahisələndirir və aşağıdakı əsaslara görə qanunsuz hesab edir. Belə ki, cavabdehin əmrdə istinad etdiyi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. Həmin Əsasnamənin 75-ci maddəsinin 3- cü hissəsinə əsasən işə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Qeyd edilən normaların dizpozisiyasına əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi nəzərdə tutulmuşdur. Bu xitamın əsasları isə konkret olaraq vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkünlüyü və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etməsi ilə şərtləndirilmişdir. Cavabdeh isə həmin normalara zidd olaraq onunla əmək müqaviləsinə xitam verərək tutduğu vəzifədən azad etmişdir. Halbuki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin qeyd edilən normalarında əmək müqaviləsinə xitam ve rilməsi nəzərdə tutulmamışdır. Bu hal əmək qanunvericiliyinin müvafiq müddəaları ilə tənzimlənir. Bundan əlavə, cavabdeh əmrində vergi orqanlarında digər vəzifəyə keçirilməsinin qeyri-mümkünlüyünü əsaslandırmamışdır. Həmçinin ona heç bir vəzifəyə keçirilmə təklifi də olunmamışdır ki, o, da ondan imtina etsin. Məlumat üçün bildirir ki, nə işlədiyi vəzifə, nə şöbə, nə də idarə ləğv olunmayıb ki, onun digər vəzifəyə keçirilməsi qeyri-mümkün və ya ümumiyyətlə labüd olsun. Əksinə, “Vergirlər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında” 24 yanvar 2020-ci il tarixli, **********066100 nömrəli əmrlə işlədiyi şöbə üzrə işçi ştatı artırılmışdır. O, qeyd edilən əmrin ona münasibətdə olan hissəsinin tam əsassız o lmasına dair 12.02.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Vergilər Nazirliyinə rəsmi ərizə ilə müraciət edərək, özü haqqında müəyyən məlumatları diqqətə çatdırmışdır. O, Azərbaycan Dövlət İqtisad Universitetinin həm bakalavr, həm də, magistr pilləsini (“Vergi və vergiqoyma” ixtisasının ilk məzunu olmaqla) fərqlənmə diplomları ilə bitirməklə 21 oktyabr 2004-cü il tarixdən vergi orqanlarında çalışmışdır. İşlədiyi müddətdə heç bir inzibati tənbeh almamışdır. Qeyd edilən ərizədə onun hansı əsasla işdən azad edilməsi barədə məlumat verilməsinə və işə bərpa olunmasına köməklik göstərilməsinə göstəriş verilməsini xahiş etsə də, hazırkı vaxta kimi ona heç bir cavab verilməmişdir. 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülməsinin göstərilməsini mücərrəd bir hal hesab edir. Belə ki, heç kim təminat verə bilməz ki, 3 ay sərəncam müddətindən sonra vergi orqanlarında təhsilinə, ixtisasına, elmi dərəcəsinə və təcrübəsinə uyğun işlə təmin ediləcək. Həm də, bu 3 ay müddəti gözləməməklə hazırda barəsində olan əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilməsinə dair əmri mübahisələndirmək üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin dispozisiya şərtlərini pozmuş olur.

5. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinin həcminin artırılması barədə ərizəsində göstərmişdir ki, 28 yanvar 2020-ci il tarixdən 3 ay müddətə Dövlət Vergi Xidmətinin sərəncamında olmasına baxmayaraq həmin müddət bitdikdən sonra cavabdehin 29 aprel 2020-ci il tarixli, **********467600 saylı əmirlə 29 yanvar 2020-ci il tarixdən tutduğu vəzifədən kənar edilmiş hesa b edilmişdir. Buna görə də, iddia ərizəsinə əlavə verərək, 29 aprel 2020-ci il tarixli, **********467600 saylı əmrin də, ləğv edilməsini və əvvəlki iş yerinə bərpa olunmasını xahiş etmişdir. Bundan əlavə, cavabdeh 15 may 2020ci il tarixli, **********477300 saylı əmrlə onun vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən 15 may 2020-ci il tarixdən xitam verib. Cavabdehin 15 may 2020-ci il tarixli, **********477300 saylı əmri də, əsassız və qanunsuzdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilib ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin, o, Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan hallardan heç birinə yol verməmişdir. Cavabdehin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 13 aprel 2020-ci il tarixli məktubu preyudisial əhəmiyyət kəsb etmir və onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması üçün əsas ola bilməz. Buna görə də, cavabdehin 15 may 2020-ci il tarixli, **********477300 saylı əmri ləğv olunmalıdır.

6. Cavabdeh etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı 21.10.2004cü il tarixdən 15.05.2020-ci il tarixədək vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış və 15.05.2020-ci il tarixli əmrlə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Audit i İdarəsinin Təmir-Tikinti Sahəsi üzrə Şöbəsində tutduğu böyük dövlət vergi müfəttişi vəzifəsindən azad edilmişdir. İddiaçı Dövlət Vergi Xidmətinə qarşı olan iddiasına əsas olaraq Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərini pozmadığını və həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu gətirmişdir. Bununla bağlı bildirirlər ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 06.12.2019-cu il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən “X5 Tax and Consulting” MMC-də (VÖEN: **********) vergi nəzarəti tədbiri keçirilmişdir. Vergi nəzarəti tədbiri zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-Tikinti Sahəsi üz rə Şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon və digər üsullarla cəmiyyətin direktoru X1 göndərdiyi müəyyən edilmişdir. Belə ki, "xxxx" QSC-nin (VÖEN: **********) AxtarışHesabat sistemindən əldə edilmiş, əvəzləşdirilmiş VHF barədə excell fayllarının 2018-ci ilin may ayında, "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" ASC-nin (VÖEN: **********), fiziki şəxs X3 (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VPEN:**********), "xxxx" MMC-nin (VÖEN: **********) bəyannamə məlumatlarının, o cümlədən hüquqi şəxslərin kommersiya sirrini təşkil edən məlumatların (onların bank hesabları, təsisçilərinin adları barədə məlumat ların) 2019-cu ilin fevral-may aylarında Whatsapp proqramı vasitəsilə R.Əlizadəyə göndərdiyi müəyyən edilmişdir. Bundan başqa, R.Əlizadə tərəfindən "xxxx" MMC (VÖEN: 2********) və "xxxx" MMC (VÖEN: **********) ilə bağlı İddiaçı etdiyi xahişləri onun yerinə yetirdiyi məlum olmuşdur. Belə ki, “Vergi borcunun olmaması barədə” arayışın "xxxx" MTK-ya (VÖEN: **********) təqdim edilməsinə dair cəmiyyətin 11.05.2018-ci il tarixli, **********7277500 nömrəli eyni məzmunlu təkrar müraciətini icra etməmək üçün İddiaçı R.Əlizadədən 15.05.2018-ci il tarixli, **********919700 nömrəli məktubu vergi orqanına göndərməsi məqsədli xahiş etdiyi və R.Əlizadə tərəfindən bu xahişin yerinə yetirildiyi müəyyən edilmişdir. Yazışmalar zamanı eyvan və lift şaxtalarının sahələrini vergi orqanına bəyan etməməklə "xxxx" MTK-nın (VÖEN:**********) bina tikintisi üzrə sadələşdirilmiş vergilərinin azaldılması üçün R.Əlizadənin İddiaçıla müzakirələr apardığı aşkarlanmışdır. İddiaçı 14.01.2020-ci il tarixli izahatında R.Əlizadəyə məlumatlar ötürməsi ilə bağlı faktları etiraf etmiş, lakin, həmin məlumatların hansı məqsədlə göndərilməsinə dair suallara qeyri-səmimi cavab verərək, R.Əlizadənin audit xidmətləri göstərdiyi üçün həmin məlumatların hesabatların təqdim edilməsi və vergilərin düzgün hesablanması üçün istədiyini düşündüyü üçün həmin məlumatları təqdim etdiyini bildirmişdir. Bununla bağlı ilk növbədə qeyd edirlər ki, kommersiya (vergi) sirri təşkil edən məlumatlar hər hansı formada üçüncü şəxslərə ötürülməməlidir. Əlavə olaraq qeyd olunmuşdur ki, konsaltinq və ya audit xidməti ilə məşğul olan hüquqi və ya fiziki şəxslərin iş prinsipi etibarı ilə müştərilərinin bütün müvafiq məlumatlarına çıxış imkanı mövcuddur. Hər hansı əlavə məlumatların əldə olunmasına zərurət yarandığı hallarda isə onların müvafiq orqanlara rəsmi qaydada müraciət etmək səlahiyyəti vardır. Həmçinin, İddiaçı vergi ödəyicisinin vergidən yayınmasına şərait yaratmaq üçün R.Əlizadəyə məsləhət vermiş, həmçinin məlumat bazasına olan giriş hüquqlarından xidməti fəaliyyətlə bağlı deyil, öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Başqa sözlərlə ifadə edilsə, İddiaçı öz hərəkətləri ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları üçüncü şəxslərə məqsədyönlü şəkildə ötürməklə ciddi qanun və intizam pozuntusuna yol vermişdir. Bununla da, İddiaçı Azərbaycan Respublikasının Ə mək Məcəlləsinin 10-cu maddəsinin “d” bəndinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 31.0.1-ci, 30.3-cü və 31.0.1-ci maddələrinin, Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 10-cu bəndinin 3-cü hissəsinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 09.12.2015-ci il tarixli, **********840800 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.12.1-ci yarımbəndinin, 01.08.2014-cü il tarixli, **********035000 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi Qaydaları”nın 5.9-cu bəndinin və 04.07.2006-cı il tarixli, **********7376 00 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydalar”ının 4.10-cu bəndinin tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 10-cu maddəsinin “d” bəndinə əsasən dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Vergi Məcəlləsinin 30.1-ci maddəsinə əsasən vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən vergi ödəyicisinin kommersiy a sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. Kommersiya və (və ya) vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrin yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya və (və ya) vergi sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. Məcəllənin 30.5-ci maddəsinə əsasən kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmçinin Vergi Məcəlləsinin 31.01.1-ci maddəsinə əsasən bu Məcəlləyə və Azərbaycan Respublikası nın digər qanunlarına ciddi riayət etmək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəsidir. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 10-cu bəndinin 3-cü hissəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin üçüncü şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı bir yardım göstərməyə ixtiyarı yoxdur. “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 3.12.1-ci yarımbəndinə əsasən əməkdaş xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları vəzifə funksiyalarının icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməli, istifadəsində olan Nazirlik tərəfindən ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış xidməti elektron informasiya vasitələrindəki məlumatları oxumalı, xidməti istifadəsindəki şifrələri digər şəxslərə verməməli və digər şəxslərin xi dməti istifadəsindəki şifrələrdən istifadə etməməlidir. “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhlükəsiz istifadənin təmin edilməsi Qaydaları”nın 5.9-cu bəndinə əsasən vergi orqanlarının əməkdaşları nazirlik üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatları qorumağa, öz şəxsi maraqları naminə, habelə öz vəzifə öhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməyə borcludurlar. “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.10-cu bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) vəzifələrinin icrası ilə əlaqədar vergi ödəyicilərinə dair onlara məlum olan kommersiya sirrinin məxfiliyini təmin etməlidirlər. Kommersiya sirrinin yayılması, şəxsi maraq üçün istifadə edilməsi yolverilməzdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi, İddiaçı iddia ərizəsində gətirdiyi dəlillər əsassızdır. Bu isə öz növbəsində onun işə bərpa olunmasına dair iddia tələbinin rədd edilməsi üçün kifayət qədər əsasın olduğuna dəlalət edir.

7. B irinci instansiya məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)751/2021 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilmiş, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli əmrin qanuni və əsaslı olması işin halları ilə sübuta yetirildiyindən, hüquqi müqəddəratı əmrin ləğv edilməsi ilə bağlı olan digər törəmə tələb (məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanıb ödənilməsi) də müzakirə olunmadan “əmrin ləğv edilməsi tələbi” ilə birlikdə təmin edilməməlidir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 03 noyabr 2021-ci il tarixli, 2-1(103)1770/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova- sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Cahangir Yusifov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, birinci instansiya məhkəməsini n hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən müəssisələr Orbita MTK, Gold Construction MMC, Autouniversal MMC, X4, Azros-PL MMC, R.N. Account Consulting and Biznes MMC, Autouniversalfirması MMC, Taina-VX MMC, Abşeron -Al MTK, NEFTMAŞTƏMİR ASC, Ressan MTK tərəfindən X2 Vergilər Nazirliyinin və digər dövlət qurumlarının strukturlarında, məhkəmələrdə onları təmsil etmək, zəruri sənədlərin qəbulu və təqdim edilməsi, imzalanması, müəssisəyə vergi, mühasibat və consaltinq xidmətlərinin göstərilməsi, zəruri arayış və izahatların təqdim edilməsi, izahat və ifadə verilməsi barədə səlahiyyətli nümayəndə kimi etibarnamələr təqdim edilmişdir. Buradan görünür ki, R.Əlizadəyə həmin adı çəkilən müəssisələr tərəfindən verilən etibarnamələr mövcud olduğundan sözü gedən sənədlərin tələb olunması qanuna müvafiqdir. Həmçinin nəzərinizə çatdırılır ki, tərəfindən həmin müəssisələr haqqında heç bir kommersiya sirri yayılmamış və cavabdeh orqanın həmin məlumatların yayılması ilə bağlı əlində heç bir tutarlı sübut mövcud olmamışdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən verilmiş etirazlarda da qeyd edilmişdir ki, "xxxx" QSC-yə aid olan excell fayllarının 2018-ci ilin may ayında, Autouniversal MMC, X4, Azros-PL MMC, NEFTMAŞTƏMİR ASC, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC, "xxxx" M MC-nin barəsində olan məlumatlarının 2019-cu ilin fevral-may aylarında təqdim edildiyi göstərilmişdir.

14. Nəzərinizə çatdırılır ki, “Azərbaycan Respublikası Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanununun 50-ci maddəsinə əsasən intizam tənbehi, intizam xətası törətmiş vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Göstərilənlərdən də aydın olur ki, adı çəkilən müəssisələr barəsində hər hansı məlumatların başqa bir şəxsə verilməsindən 6 aydan artıq müddət keçməsinə baxmayaraq intizam tənbehi tətbiq edilməmişdir. Yəni həmin zamandan uzun bir müddət ötməsinə baxmayaraq cavabdeh orqan tərəfindən intizam tədbiri tətbiq edilməsi prosessual normaların pozulmasına səbəb olmuşdur.

15. Bir digər hal isə onun əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin maddənin 3-cü bəndində isə işəgötürə n intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə biləcəyi barədə müddəa qeyd olunmuşdur. Lakin vergi orqanı tərəfindən ona hər hansı bir xəbərdarlıq edilməmiş və əmək müqaviləsinə xitam verilmişdir.

16. Həmiçinin bildirilir ki, 28 yanvar 2020-ci il tarixli, **********098100 saylı əmrdə istinad etdiyi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. Həmin Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən işə təşkil-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etməsi ilə şərtləndirilmişdir. Cavabdeh isə həmin normalara zidd olaraq onunla əmək müqaviləsinə xitam verərək tutduğu vəzifədən azad edilmişdir. Məlumat üçün bildirmək istəyir ki, nə işlədiyi vəzifə, nə şöbə, nə də idarə ləğv olunmayıb ki, onun digər vəzifəyə keçirilməsi qeyri-mümkün və ya ümumiyyətlə labüd olsun. Əksinə “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında” 24.01.2020-ci il tarixli, **********066100 nömrəli əmrlə işlədiyi şöbə üzrə işçi ştatı artırılmışdır. Kassasiya şikayətinə etiraxın dəlilləri

17. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Vergi Məcəlləsi: Maddə 30.1. Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qor umağa borcludurlar. Maddə 30.2. Aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur: Maddə 30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; 30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında. 30.2.5. vergi ödənişləri üzrə borclar. 30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla). 30.2.7. vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeyd iyyatda olubolmaması haqqında; 30.2.8. bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıbdayandırılmaması haqqında; 30.2.9. vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında. Maddə 30.5. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 19. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”: Maddə

10. Vergi orqanlarının vəzifəli şəxslərinin: 1) vergi məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa; 2) vergi işi ilə əlaqədar mülki-hüquqi xarakterli işləri müqavilə ilə yerinə yetirməyə; 3) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsilə işti rak etməyə; 4) tətillərdə və dövlət orqanlarının işin pozan digər hərəkətlərdə iştirak etməyə; 5) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa, üçüncü şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı bir yardım göstərməyə və bunun müqabilində haqq almağa, imtiyazlar və xidmətlər əldə etməyə, əvəzçilik qaydasında istənilən haqqı ödənilən işi görməyə (elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur.

38. Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilə dək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. Maddə

46. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə.

75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: (-); vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə;

20. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə

10. Əmək müqaviləsi üzrə işçin in əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;

21. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə

58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gün dən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qə bul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə ak tının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələləri n təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. İddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir-Tikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləmişdir.

28. Cavabdehin 29 yanv ar 2020-ci il tarixli əmri ilə 29 yanvar 2020-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən iddiaçı tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür.

29. Cavabdeh 29 aprel 2020-ci il tarixli əmri ilə 29 yanvar 2020-ci il tarixli əmrinin iddiaçıya aid olan 11-ci bəndini ləğv etmiş, iddiaçını “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən 29 yanvar 2020-ci il tarixdən müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılmışdır.

30. Cavabdeh 15 may 2020-ci il tarixli əmri ilə isə vergi orqanlarında iddiaçının xidmətinə xitam vermişdir.

31. İddiaçı cavabdehin əmrinin ləğv edilməsini xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda bəhs edilən məh kəmə qərarları qəbul edilmişdir.

32. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqavilələrinin “Kommersiya (vergi) sirri üzrə” adlanan 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, işçi (vergi orqanlarında işlədiyi dövrdə və ya işdən çıxdıqdan sonra) xidməti vəzifələrini yerinə yetirərkən vergi ödəyiciləri haqqında əldə etdiyi və ya ona etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludur; İşçi kommersiya (vergi) sirrini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30-cu maddəsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, açmamağı öhdəsinə götürür; İşçi kommersiya (vergi) sirrini təşkil edən məlumatların yayılmasına və ya belə məlumatları təşkil edən sənədlərin və əşyaların itirilməsinə, həmçinin vergi orqanlarına daxil olmuş və kommersiya (verg i) sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejiminin pozulmasına görə qüvvədə olan cinayət, mülki və əmək qanunvericiliyinin müvafiq maddələrinə əsasən cinayət, maddi və intizam məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmişdir.

33. Cavabdehin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 06.12.2019-cu il tarixli qərarının icrası zamanı müəyyən edilmişdir ki, “X5 Tax and Consulting” MMC barəsində aparılan vergi nəzarəti tədbiri zamanı əldə olunan sənədlərdən bir sıra vergi orqanı əməkdaşlarının, o cümlədən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər baş idarəsinin Vergi Auditi İdarəsinin TəmirTikinti sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi olan iddiaçının müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məl umatları smartfon və digər üsullarla cəmiyyətin direktoru X1 göndərdiyi müəyyən edilmişdir. Qeyd olunan hallar Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəisi tərəfindən Vergilər Nazirliyinin rəhbərliyinə ünvanlanmış 13.04.2020-ci il tarixli xidməti məruzədə ətraflı şəkildə öz əksini tapmışdır.

34. Bununla bağlı 14 yanvar 2020-ci il tarixdə iddiaçının izahatı alınmış və bu zaman ona məlumatların hansı məqsədlə göndərilməsinə dair suallar verilmiş, o, R.Əlizadənin həmin məlumatların hesabatların təqdim edilməsi və vergilərin düzgün hesablanması üçün istədiyini düşündüyü üçün həmin məlumatları təqdim etdiyini bildirmiş, ümumiyyətlə Rahim Əlizadəyə sənədləri göndərməyinin səhv addım olduğunu etiraf etmiş, lakin bir daha bildirmişdir ki, bu məlumatların ya lnız vergilərin hesablanması və ödənilməsində istifadə olunacağını düşünmüş və uzun müddət tanıdığı bir dost kimi onun işində kömək olacağını fikirləşmişdir. Vergidən yayınma ilə bağlı ona heç bir köməklik göstərməmiş və belə niyyəti olmamışdır. İşlədiyi vergi orqanında çalışdığı müddətdə həmişə orqanın adını yüksək tutmuş və vəzifəsinə hörmətsizlik etməmişdir. Vergi orqanının hərəkətlərinə xələl gətirən hərəkətləri olmamışdır. Vergi orqanında uzun müddət (15 ildən artıq) işlədiyini, habelə bu sahədə elmi dərəcə almış (elmlər namizədi) şəxs olduğunun nəzərə alınmasını xahiş edərək, səhvinin bağışlanmasını xahiş etmişdir.

35. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş DWDRW formatlı diskə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı “Whatsapp” proqramı vasitəsi ilə "xxxx" MMC-yə məxsus dövlət reyestrindən çıxarışı, həmçinin müxtəlif vergi ödəyicilərinə dair kommersiya sirri təşkil edən məlumatları smartfon və digər üsullarla cəmiyyətin direktoru X1 göndərmişdir. Belə ki, "xxxx" QSC-nin (VÖEN: **********) Axtarış-Hesabat sistemindən əldə edilmiş, əvəzləşdirilmiş VHF-lar barədə excell fayllarının 2018-ci ilin may ayında, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" ASC-nin, fiziki şəxs X3, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin bəyannamə məlumatlarının, o cümlədən hüquqi şəxslərin kommersiya sirrini təşkil edən məlumatların (onların bank hesabları, təsisçilərinin adları barədə məlumatların) 2019cu ilin fevral-may aylarında Whatsapp proqramı vasitəsilə R.Əlizadəyə göndərdiyi məlum olmuşdur.

36. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən R.Ə.Əlizadəyə "xxxx" MTK, "xxxx" MMC, "xxxx" MMC, X4, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" ASC, "xxxx" MTK tərəfindən Vergilər Nazirliyinin və digər dövlət qurumlarının strukturlarında, məhkəmələrdə onları təmsil etmək, zəruri sənədlərin qəbulu və təqdim edilməsi, imzalanması, müəssisəyə vergi, mühasibat və konsaltinq xidmətlərinin göstərilməsi, zəruri arayış və izahatların təqdim edilməsi, izahat və ifadə verilməsi barədə səlahiyyətli nümayəndə kimi etibarnamələr təqdim edilmişdir. Lakin həmin vergi ödəyicilərinin onlara məxsus kommersiya sirlərinin vergi orqanının vəzifəli şəxsləri tərəfindən istifadə edilməsinə dair razılıq verdikləri iş üzrə müəyyən olunmur.

37. R.Ə.Əlizadə adları sadal anan şəxslərin hər birinin səlahiyyətli nümayəndəsi olub, vergi orqanları, onun vəzifəli şəxsləri qarşısında həmin şəxsləri təmsil etməsinə baxmayaraq iddiaçının vergi orqanının işçisi kimi həmin şəxslərə aid, xüsusilə də Vergi Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulmayan istənilən məlumatı R.Ə.Əlizadəyə verməyə ixtiyarı olmamışdır. Vəzifəli şəxsin xidməti fəaliyyəti ilə bağlı çıxış imkanının olduğu nəinki kommersiya və ya vergi sirri təşkil edən məlumatları, hətta ümumi xarakterli məlumatların da qeyri-rəsmi qaydada tələb edildiyi halda onları təqdim etməyə ixtiyarı olmamışdır. Bu, qanunvericiliyin tələbi olmaqla yanaşı, iddiaçı ilə bağlanmış həm əmək müqaviləsində, həm də “Məlumatların təhlükəsizliyinin qorunması haqqında” müqavilədə nəzərdə tutulmuş və iddiaçı bu barədə xəbərdar olunmuşdur.

38. Vergi Məcəlləsinin müddəalarına görə vergi orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar; vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. (30.1, 30.3-cü maddə). 39. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 10-cu bəndinin 3-cü hissəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin üçüncü şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı bir yardım göstərməyə ixtiyarı yoxdur. 40. “Vergi orqanlarında məlumatların təhlükəsizliyinin qorunması və iş yerlərindən təhl ükəsiz istifadənin təmin edilməsi Qaydaları”nın 5.9-cu bəndinə əsasən vergi orqanlarının əməkdaşları nazirlik üzrə ümumi şəbəkəyə qoşulmuş və ya qoşulmamış kompüterlərdəki məlumatları qorumağa, öz şəxsi maraqları naminə, habelə öz vəzifə öhdəliklərinin icra edilməsi ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməyə borcludurlar. 41. “Dövlət vergi orqanlarında daxili xidməti intizam Qaydaları”nın 4.10-cu bəndinə əsasən, vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) vəzifələrinin icrası ilə əlaqədar vergi ödəyicilərinə dair onlara məlum olan kommersiya sirrinin məxfiliyini təmin etməlidirlər. Kommersiya sirrinin yayılması, şəxsi maraq üçün istifadə edilməsi yolverilməzdir.

42. İddiaçının vergi orqanının əməkdaşı olaraq işlədiyi dövrdə və işdən çıxdıqdan sonra kommersiya (vergi) sirri hesab edilən məlumatların məxfiliyini qorumaqla bağlı öhdəliklərinin mövcudluğu və bu öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyəti iddiaçı ilə cavabdeh inzibati orqan arasında bağlanmış “Məlumatların təhlükəsizliyinin qorunması haqqında” müqavilə (saziş) də öz əksini tapmışdır.

43. İddiaçı qanunvericiliklə, həmçinin cavabdehlə bağladığı müqavilələrlə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, vergi ödəyiciləri haqqında əldə etdiyi və ona etibar edilən hər məlumatın məxfiliyini qorumamış, vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatları və vergi sirri təşkil edən məlumatları açıqlamışdır.

44. Cavabdehin istinad etdiyi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən kommersiya sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerin ə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir, belə hallarda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

45. İddiaçı şikayətində “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə istinad edərək hesab edir ki, intizam tənbehi törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Adı çəkilən müəssisələr barəsində hər hansı məlumatların başqa şəxsə verilməsindən 6 aydan artıq müddət keçməsinə baxmayaraq intizam tənbehi tətbiq edilməmişdir. 46. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 49-cu maddəsinə əsasən, intizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının müvafiq vəzifə li şəxsinə xidməti intizam pozulduğu məlum olduğu andan 20 gün müddətində, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay müddətində tətbiq edilə bilər.

47. Əsasnamənin 50-ci maddəsinə əsasən, intizam tənbehi, intizam xətası törətmiş vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Vergi orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraat vaxtı bu müddətə daxil edilmir.

48. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 2018-ci ilin may və 2019-cu ilin fevral-may aylarında əmək müqaviləsinin və vergi qanunvericiliyinin tələblərini pozmuş, bu 2019-cu ilin dekabr ayında cavabdehə məlum olmuş, bununla bağlı yoxlama aparılmış, 13 aprel 2020-ci il tarixdə cavabdeh orqanın rəhbərliyinə xidməti məruzə edilmiş, yoxlamanın nəticəsi barədə yekun akt 15 may 2020-ci il tarixdə qəbul edilmişdir.

49. Odur ki, iddiaçıya intizam tənbehi tətbiq edilərkən “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin qeyd edilən tələbləri pozulmamışdır.

50. İddiaçı şikayətində barəsində intizam tənbehi tətbiq edilərkən cavabdehin Əmək Məcəlləsinin 186-cı madd əsinin tələbinə əməl etməyərək intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan yazılı və ya şifahi qaydada ona xəbərdarlıq etmədiyini bildirmişdir.

51. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndində ikinci və üçüncü cümlədə qeyd edilmişdir ki, bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

52. Qanunverici intizam tənbehi tətbiq olunmadan işəgötürənin işçini yazılı və ya şifahi qaydada xəbərdarlıq etməsini işəgötürənin vəzifəsi kimi deyil, hüququ kimi müəyyən etmişdir, bu səbəbdən cavabdehin iddiaçıya intizam tənbehi tətbiq edilməzdən əvvəl ona yazılı və ya şifahi qaydada xəbərdarlıq etməməsi qanun pozuntusu sayıla bilməz.

53. Apellyas iya instansiyası mübahisəyə baxarkən işdə olan sübutları tam və hərtərəfli araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermişdir.

54. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

55. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq: Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 noyabr 2021-ci il tarixli, 2-1(103)-1770/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar