Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-502/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxx 1961-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tab eliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3048/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 23.10. 1979 ildən xx.xx.1980-ci il ilədək hərbi xidmətdə olmuşdur. O, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək və xx.xx.1980-cı ildən xx.xx.1992-ci ilədək dərzi atelyesində işləmiş, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək Bakı Metropoliteninin yol xidmətində yol montyoru peşəsində, xx.xx.1994-cü ildən xx.xx.2014-cü ilədək defekt oskop briqadasının operator köməkçisi peşəsində,xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək operator peşəsində, xx.xx.2015-ci il tarixdən ultrasəsli defektoskop aparatının operatoru peşəsində işləyir.
2. İddiaçı 2 avqust 2021-ci il tarixdə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 6 avqust 2021-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının çalışdığı vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın nəğliyyat bölməsinin metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 1 noyabr 2021-c il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 41 ildən artıq ümumi iş stajı, tuneldə xüsusilə, ağır və xüsusilə zərərli əmək şəraitində iş stajı 28 il 6 ay 17 gün təşkil edir. "xxxx" QSC-nin 14 aprel 2021-ci il tarixli A/99 saylı arayışı ilə təsdiqlənir. İddiaçı 20 21-ci ilin mart ayında ərizə ilə aidiyyəti üzrə DSMF-yə müraciət etsə də, onun həmin müraciətə rəsmi cavab verilmədiyindən, avqust ayında yenidən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin ona güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının müraciət ərizəsinə əlavə edilmiş "xxxx" QSC-nin 14 aprel 2021ci il tarixli A/99 nömrəli arayışında onun ümumilikdə tuneldə xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitində iş stajının 28 il 6 ay 17 gün təşkil etdiyi göstərilmişdir. Qeyd olunan arayışda iddiaçının ağır və xüsusilə zərərli əmək şəraitində işlədiyi qeyd olunsa da, həmin arayışda iddiaçının işlədiyini iddia etdiyi vəzifələrin müvafiq icra hakimi yyəti orqanı tərəfindən təsdiq edilmiş siyahının hansına aid olması, həmin vəzifələrin hansı kod altında göstərildiyi qeyd olunmamışdır. Həmin vəzifələr isə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda göstərilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3494/2022 nömrəli, 19 may 2022-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yaranması üzrə bütün şərtlər – 57 yaşın tamam olması, 25 ildən artıq ümumi staj, 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajın toplanması iş materialları ilə sübut olunmuşdur.
9. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər:.K.Həsənov-sədrlik edən, Z.M.Allahyarov və O.N.İsmayılov) 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3048/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)3494/2022 nömrəli, 19 may 2022-ci il nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək məhk əmənin həmin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia ərizəsinə qarşı verilmiş imtinada göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Vətəndaşların pensiya tə minatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;...
17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunverici liyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
24. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
25. İddiaçının 25 ildən artıq ümumi sığorta stajına malik olması və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır.
26. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cİ İl tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr müvafiq olaraq: metropolite n müəssisələrinin briqadirləri; drezinaların sürücüləri; drenajçılar; hidroqaldırıcıların maşinistləri; zumif aqreqatlarının maşinistləri; daxiliyanma mühərhki olan səyyar kompressorların maşinistləri; geodeziyamarkşeyder işləri ilə məşğul olan mühəndislər; dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexaniklər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və arayışda iddiaçının xx.xx.1992- xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Yol xidmətində yol montyoru, xx.xx.1994-xx.xx.2014-cü il tarixləri a rasındakı dövr ərzində defektoskop briqadasının operator köməkçisi, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində operator və xx.xx.2015-ci il tarixindən bugünədək isə ultrasəsli defektoskop aparatının operatoru yol montyoru, defektoskop briqadasının operator köməkçisi, defektoskop aparatının operatoru, ultrasəsli defektoskop aparatının operatoru vəzifələrində işlədiyi müəyyən olunur.
27. Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli A/99 nömrəli arayışa əsasən, iddiaçı 1 oktyabr 1992ci il tarixdən 15 fevral 1994-cü il tarixədək "xxxx"nin Yol xidmətində daim gecə növbəsində 24% xüsusi zərərli əmək şəraitində yol montyoru, 15 fevral 1994-cü il tarixdən 18 iyul 2014-cü il tarixədək 24% xüsusi zərərli əmək şəraitində de fektoskop briqadasının operator köməkçisi, 18 iyul 2014-cü il tarixdən 1 avqust 2015-ci il tarixədək "xxxx" QSC-nin Yol xidmətinin Yolun vəziyyətinə və diaqnostikasına nəzarət hissəsində iş gecə tuneldə 24% xüsusi zərərli əmək şəraitində olmaqla operator peşələrində çalışmışdır. 1 avqust 2015-ci il tarixdən hal-hazıradək Diaqnostika və metroloji təminat mərkəzinin Defektoskopiya qrupunda iş gecə tuneldə 24% xüsusi zərərli əmək şəraitində olmaqla ultrasəsli defektoskop aparatının operatoru peşəsində işləyir. 11 aprel 2022-ci il tarixə iddiaçının xüsusi zərərli əmək şəraitində əmək stajı 29 il 06 ay 14 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iste hsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “21.Nəqliyyat” bölməsinin 21.5.Metropolitenlər bəndi (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23002000
2. Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr koduna aiddir. 28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmə k pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (57 yaş) çatdığından 25 ildə çox ümumi iş stajına o cümlədən işəgötürən tərəfindən 12 il 6 aydan çox əmək şəraiti zərərli olan iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda," nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
30. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər iddiaçı tərəfindən ödənildiyindən o, hazırkı məzmunda tələb irəli sürməkdə haqlı olmuşdur.
31. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı, kasasiya şikayətinin dəlillərini əsassız hesab edir. Odur ki, cavabdehin kasasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 27 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3048/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.