Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-502/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia; mülkiyyətdə olan torpaq sahəsində hasarın tikintisinə müdaxiləyə son qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətin ə qarşı «iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdehin müdaxiləsinə son qoyulması və cavabdehin torpaq sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törətməkdən çəkinməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3202/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur.
2. İddiaçı həmin torpaq sahəsinin hasarlanması ilə bağlı müdaxilələrə son qoyulması barədə ərizə ilə cavabdehə müraciət etmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli F-26/2-151/2 saylı cavab məktubunda bildirmişdir ki, torpaq sahəsinə dair r eyestrdən çıxarışa (xx.xx.2017-ci il tarixli) və torpaq sahəsinin planı və ölçüsünə (xx.xx.2017-ci il tarixli, A 190683 nömrəli) əsasən göstərilən torpaq sahəsindən kommunikasiya xətləri keçdiyindən müraciətin müsbət həlli məqsədəuyğun hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı «iddiaçıya məxsus olan ünvan 2 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsinə cavabdeh tərəfindən qanunsuz müdaxilələrə son qoyulması və cavabdehin üzərinə həmin torpaq sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törətməməsi vəzifəsinin qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, iddia tələbini dəqiqləşdirərək cavabdehin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsinə müdaxiləsinə son qoyulması və cavabdehin iddiaçı tərəfindən həmin torpaq sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törətməkdən çəkinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini tam qanuni əsaslarla, yəni daşınmaz əmlakın alqısatqısı müqaviləsi əsasında 140.000 manata X1 almışdır.
7. Həmin torpaq sahəsi ilə bağlı alqı-satqı sənədləşmələri 4 saylı “ASAN xidmət” mərkəzində aparılmışdır. xx.xx.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən onun adına “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la (seriya RX, nömrə 1155912) qeydiyyata alınaraq rəsmiləşdirilmişdir. Qeyd edilən torpaq sahəsi iddiaçının ailəsinin yaşayış sahəsinə olan ehtiyaclarını qarşılamaq məqsədi ilə uzun illərdən bəri toplanılan vəsait hesabına alınmışdır.
8. Alqı-satqı müqaviləsi bağlandıqdan və mülkiyyətin rəsmiləşdirilməsi ilə bağlı sənədləşmə işlərini apardıqdan sonra 2017-ci ilin oktyabr ayının son günlərində ona məxsus torpaq sahəsində qanuna müvafiq qaydada gələcəkdə təyinatına uyğun tikinti işlərini aparmaq məqsədilə həmin sahəyə taxta, dəmir, şifer, armatur, sement və s. tikinti materialları gətir ilmişdir. Həmin günlərdə torpaq sahəsinə baxış keçirərkən tikinti materiallarının yerində olmadığı aşkar olunmuşdur. Tikinti materiallarının həmin ərazidən yoxa çıxması faktı, eyni zamanda sahəyə zibil atılması, habelə torpaq sahəsinin digər kənar müdaxilələrdən mühafizəsinin vacibliyi sözügedən torpaq sahəsinin hasarlanmasını qaçılmaz zərurətə çevirmişdir.
9. Buna görə də mülki qanunvericiliyə əsaslanaraq (Mülki Məcəllənin 176-cı maddəsi) iddiaçı onun torpaq sahəsi üzərində hüququna daxil olduğundan həmin sahəni hasarlamaq qərarına gəlmişdir. Lakin cavabdeh onun hüquqlarından istifadə istəyinə qarşı çıxmış və bu işləri görməkdə ona maneələr yaratmağa başlamışdır. Cavabdehin bu hərəkətləri yeni deyil, belə ki, yuxanda qeyd edildiyi kimi, 2017-ci ildə tikinti materiallarının iddiaçı ona məx sus torpaq sahəsindən naməlum şəkildə götürülməsi ilə bağlı insident baş verərkən əldə edilən məlumatlara əsaslanıb cavabdehə məktubla müraciət edərək qeyri-qanuni müdaxilələrə son qoyulmasını tələb etmişdir.
10. Həmin vaxt cavabdeh özünəməxsus əsassız mülahizələrlə torpaq sahəsində tikinti işlərinin aparılmasına qarşı olan mövqeyinə haqq qazandırmağa çalışmışdır. Beləliklə, cavabdehin qanunsuz müdaxilələri, xüsusilə torpaq sahəsinin hasarlanmasına yaratdığı maneələr davam etdirdiyindən, xx.xx.2021-ci il tarixdə yenidən müraciət edərək yaranmış maneənin aradan qaldırılmasını xahiş etmişdir.
11. Cavabdehin xx.xx.2021-ci il tarixli F20-151 saylı cavab məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlərin surəti RİH-ə təqd im olunduqdan sonra müraciətə yenidən baxılacaqdır.
12. İddiaçı bu cavabdan sonra xx.xx.2021-ci il tarixdə tələb olunan sənədləri əlavə etməklə yenidən cavabdehə müraciət etmişdir. Lakin cavabdehdən hər hansı cavab daxil olmamışdır.
13. İddiaçı pozulmuş hüquqlarının müdafiəsi məqsədilə müdaxilələrə son qoyulması və maneələrin aradan qaldırılması tələbi üzrə cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir (2(010)-2611/2022 saylı iş).
14. Məhkəmədən bildirilmişdir ki, işə həmin məhkəmədə baxılmayacaq, mübahisə inzibati xarakterli olduğu üçün inzibati məhkəməyə müraciət olunmalıdır. Buna görə də, torpaq sahəsinin hasarlanması ilə bağlı müdaxilələrə son qoyulması tələbi ilə yenidən xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət olunmuşdur.
15. Cavabdeh Bakı şəhəri Suraxanı RİH-nin xx.xx.2022-ci il tarixli F-26/2-151/2 saylı cavab məktubunda ərizəyə baxıldığı qeyd edilir və bildirilir ki, torpaq sahəsinə dair surətini təqdim edilmiş reyestrdən çıxarışa (xx.xx.2017-ci il tarixli) çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə (xx.xx.2017-ci il tarixli, A 190683 nömrəli) əsasən göstərilən torpaq sahəsindən kommunikasiya xətləri keçdiyindən müraciətin müsbət həlli məqsədəuyğun hesab edilmir.
16. İddiaçı cavabdehin imtinasını əsassız və hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Onun torpaq sahəsi üzərində mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən qeydiyyatdan keçmişdir. Başqa sözlə, hüquqları tam təminat altındadır. Torpaq sahəsinin hasarlanması da onun mülkiyyət hüququnun elementlərindən biridir. Bu hüquqa qarşı çıxmaq birmənalı şəkildə əsassız və qanunsuz müdaxilədir. Digər tərəfdən, əgər belə bir hal mövcud idisə, hansı səbəbdən onun icra hakimiyyətinə torpaq sahəsinin hasara alınması ilə bağlı ünvanladığı müraciətlərə verilən cavablarda bu hal göstərilmirdi. Yəni, cavabdehin mövqeyi açıq-aşkar qanunsuz, subyektiv mülahizələrdən ibarətdir. Buna görə də, iddiaçı cavabdehin müdaxiləsini qeyri-qanuni hesab edilərək, həmin müdaxilələrə son qoyulması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, hesab edir ki, cavabdeh Suraxanı RİH-in ona məxsus ünvan 3 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsinə bu və ya digər şəkildə müdaxiləsi (hərəkət və hərəkətsizliklə) məhkəmə qaydasında qanunsuz sayılaraq, cavabdehin üzərinə m ülkiyyətində olan sözügedən torpaq sahəsinin hasarlanmasına yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi qoyulmalıdır. Əks təqdirdə, baş verənlər iddiaçının mülkiyyət hüququ kimi mühüm konstitusion hüququnun pozulması ilə nəticələnir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş hüquq müəyyənedici sənədlər və aşağıda istinad edilən qanunvericilik normaları da təsdiq edir ki, torpaq sahəsi ilə bağlı pozulmuş hüquqları bərpa olunmalı, başqa sözlə, cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin hasarlanmasına yaradılmış maneələr qanunsuz və əsassız olduğundan aradan qaldırılmalıdır. Cavabdehin etirazları:
17. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, 19E saylı sahədə yerləşən 600 kv.m torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən göstərilən torpaq sahəsindən kommunikasiya xətləri keçir. Ona görə də iddia tələbi təmin edilməməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2240/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışla mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 3 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsinə müdaxiləsinə son qoyulması və cavabdehin iddiaçı tərəfindən həmin torpaq sahəsinin hasarlanması işlərinin aparılmasına maneə törətməkdən çəkinməsi qərara alınmışdır.
19. Məhkəmə hesab etmişdir ki, ünvan 3 ünvan da yerləşən 0,06 hektar torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2017-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuş, həmin torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış və bu barədə RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir.
20. Belə olan halda, iddiaçının həmin torpaq sahəsinə hasar çəkilməsi ilə bağlı apardığı işlərə yalnız səlahiyyətli qurum tərəfindən onun hündürlüyü baxımından məhdudiyyət qoyula bilər. Hansı ki, hazırkı tərəflər arasındakı mübahisə hasarın hündürlüyü ilə deyil, onun çəkilişi ilə bağlıdır.
21. Hazırkı mübahisə üzrə iddianın növünə görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan Bakı şəhəri Suraxanı RİH iddiaçının mülkiyyətində olan torpaq sahəsində hasa rlama işlərini aparmasına öz müdaxiləsini həmin torpaq sahəsindən kommunikasiya xətlərinin keçməsi ilə əsaslandırır. Lakin məhkəmənin qənaətinə görə mülkiyyətdə olan torpaq sahəsinin altından və ya kənarından hər hansı kommunikasiya xəttinin keçməsi (hətta bu barədə yetərli sübut olsa belə) mülkiyyətçinin müvafiq hündürlükdə hasarlama işlərini aparmasına maneə yaratmır. Həmin kommunikasiya xətlərinin torpaq sahəsindən keçməsi orada tikinti işlərinin aparılması zamanı nəzərə alına bilən amildir.
22. Cavabdehin nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3202/2023 nömrəli qərarı ilə apellyasiya şikay əti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2240/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv və ya qismən ləğv olunaraq və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlillər
26. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin qənaətinə görə mülkiyyətdə olan torpaq sahəsinin altından və ya kənarından hər hansı kommunikasiya xəttinin keçməsi (hətta bu barədə yetərli sübut ol sa belə) mülkiyyətçinin müvafiq hündürlükdə hasarlama işlərini aparmasına maneə yaratmır. Həmin kommunikasiya xətlərinin torpaq sahəsindən keçməsi orada tikinti işlərinin aparılması zamanı nəzərə alına bilən amil kimi hesab etmişdir.
27. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddət i bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır.
28. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.
29. Dövlət şəhərsalma norma və qa ydalarının 5-ci bəndinin qeyd hissəsinin 2-ci bəndində yaşayış, ictimai və istehsalat binalarının qadağan (təhlükəli) zonaları ərazisində tikilməsinə yol verilmədiyi, həmçinin qadağan zonasında bina, qurğu və digər obyektlərin inşa olunmasına zərurət yaranarsa, hər konkret halda onların yerləşdirilməsi qanunvericiliyə uyğun olaraq müvafiq təşkilatlarla və Dövlət Nəzarəti orqanları ilə müəyyən edilmiş qaydada razılaşdırılmalı olduğu göstərilmişdir. Suraxanı rayon Sukanal idarəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda isə sözügedən mübahisəli torpaq sahəsində "xxxx" ASC-nin balansında 2 ədəd D 300mm su xətti və 1 ədəd D 300mm kanalizasiya xəttinin keçdiyi müəyyən olunsa da hər iki məhkəmə bunu nəzərə almadan qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İ ddiaçı tərəf kassasiya şikayətinə dair etiraz təqdim etmiş və qeyd etmişdir ki, mövcud qanunvericilik normaları mülkiyyətdə olan torpaq sahəsi üzərində hüquqların yaranmasını sahənin sərhədlərinin yerdə müəyyən edilməklə plan və ölçüsü sənədinin tərtib edilməsi, torpaq sahəsi ilə bağlı müvafiq müqavilənin bağlanması və həmin sahəyə hüququn dövlət qeydiyyatından keçirilməsi ilə şərtləndirir və mülkiyyətçi olan şəxslərə hətta qabaqcadan icazə almadan mülkiyyətindəki torpaq sahəsinə müvafiq həddə hasar çəkmək hüququ verir. Hazırkı işin hallarına görə ünvan 3 ünvanda yerləşən 0.06 hektar torpaq sahəsinə dair İddiaçı adına xx.xx.2017-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuş, həmin torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış və bu barədə RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Bu mənada işə baxan hər iki məhkəmə instansiyası haqlı olaraq belə qənaətə gəlmişlər ki, “iddiaçının həmin torpaq sahəsinə hasar çəkilməsi ilə bağlı apardığı işlərə yalnız səlahiyyətli qurum tərəfindən onun hündürlüyü baxımından məhdudiyyət qoyula bilər. Halbuki, hazırkı iş üzrə tərəflər arasındakı mübahisə hasarın hündürlüyü ilə deyil, onun çəkilişi ilə bağlıdır. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti iddiaçının mülkiyyətində olan torpaq sahəsində hasarlama işlərini aparmasına öz müdaxiləsini həmin torpaq sahəsindən kommunikasiya xətlərinin keçməsi ilə əsaslandırır. Lakin, işə baxmış məhkəmələrin qənaətinə görə mülkiyyətdə olan torpaq sahəsinin altından və ya kənarından h ər hansı kommunikasiya xəttinin keçmək (hətta bu barədə yetərli sübut olsa belə) mülkiyyətçinin müvafiq hündürlükdə hasarlama işlərini aparmasına maneə yaratmır. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 73.Hasarların tikintisinə dair tələblər 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. 73.2. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. 73.3. Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir. 73.4. Qonşu to rpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 79.Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:... 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);...
32. İnzibati Prosessual Məcəllə: M addə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərard adının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
37. Cavabdeh şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci və 75.2-ci maddələrinə istinad etsə də, həmin normaların hazırkı mübahisəyə aidiyyətini əsaslandıra bilməmişdir. Belə ki, həmin normalar barəsində icazə tələb olunan tikinti obyektlərinə münasibətdə tətbiq olunur. Hazırkı halda isə, mülkiyyətdə olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu to rpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarın tikintisindən bəhs olunur ki, həmin ölçüdə hasarların tikintisinə icazə tələb olunmur.
38. Cavabdeh şikayətin digər hüquqi əsası kimi “Dövlət şəhərsalma norma və qaydaları”nın (AzDTN 2.6 -1) 5-ci bəndinin qeyd hissəsinin 2-ci bəndinə istinad edərək qeyd edir ki, həmin normada yaşayış, ictimai və istehsalat binalarının qadağan (təhlükəli) zonaları ərazisində tikilməsinə yol verilmədiyi, həmçinin qadağan zonasında bina, qurğu və digər obyektlərin inşa olunmasına zərurət yaranarsa, hər konkret halda onların yerləşdirilməsi qanunvericiliyə uyğun olaraq müvafiq təşkilatlarla və Dövlət Nəzarəti orqanları ilə müəyyən edilmiş qaydada razılaşdırılmalı olduğu göstərilmişdir.
39. Məhkəmə kollegiyası cavabdehin həmin istinadını da əsaslı hesab etmir. Belə ki, həmin bənddə qeyd olunur ki, “Partlayıcı maddələr və onların əsasında material və məmulatlar hazırlayan obyektlər üçün qadağan (təhlükəli) zona və rayonları nəzərdə tutulmuşdur. Bu zona və rayonların ölçüləri və onlarda tikintinin aparılması müəyyən edilmiş qaydada təsdiq olunan xüsusi normativlərlə, dövlət nəzarəti və göstərilən obyektlər tabelikdə olduqları müvafiq mərkəzi icra hakimiyyət orqanları ilə razılaşdırmaqla müəyyənləşdirilir. Yaşayış, ictimai və istehsalat binalarının qadağan (təhlükəli) zonaları ərazisində tikilməsinə yol verilmir. Qadağan zonasında bina, qurğu və digər obyektlərin inşa olunmasına zərurət yaranarsa, hər konkret halda onların yerləşdirilməsi qanunvericiliyə uyğun olaraq müvafiq təşkilatlarla və Dövlət Nəzarəti orqanları ilə müəyyən edilmiş qaydada razılaşdırılmalıdır.”.
40. Göründüyü kimi, cavabdehin istinad etdiyi normanın məzmununa görə, burada, “qadağan (təhlükəli) zonaları” dedikdə, partlayıcı maddələr və onların əsasında material və məmulatlar hazırlayan obyektlər üçün zona və rayonlar nəzərdə tutulur. Hazırkı işdə həmin normanın da tətbiqi üçün əsaslar müəyyən edilməmişdir.
41. Beləliklə, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3202/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.