Məhkəmə qərarları › İş №2-1(102)-502/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-502/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-502/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “h üququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-103/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus xx.xx.1978-ci il tarixli əmək kitabçasının surətində, 1974-cü ilin əvvəlində Kürdəmir rayonunun keçmiş H.Aslanov adına kolxoza kolxoz üzvlüyünə qəbul edilməsi və xx.xx.1974-cü il tarixədək kombayn yedəkçisi kimi işləməsi, peşə məktəbini bitirəndən sonra xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixə kimi Bakı Gəmiqayırma zavodunda, xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X5 İstehsalat Birliyində sürücü, x x.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir Avtonəqliyyat ATSC-də sürücü işləməsi qeyd edilmişdir.

2. Kürdəmir 115 nömrəli kənd Texniki Peşə məktəbinin 1230 nömrəli attestatından görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi həmin məktəbdə təhsil almışdır. 3. 14 nömrəli Texniki Peşə məktəbinin 7344 nömrəli attestatından görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi həmin məktəbdə təhsil almışdır.

4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində q eydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun o laraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim edilən əmək kitabçasının, hərbi biletinin və attestatlarının surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977ci il tarixədək hərbi xidmətdə olduğu, 01,09.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil aldığı dövrlər nəzərə alınmaqla) 17 il 2 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapit alı qeydə alınmayıb. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Mərkəzi Aran filialının monitorinqinin nəticəsinə əsasən əmək kitabçasının surətində xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək qeyd olunmuş “X5” ATSC-nin və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-nin sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, eyni zamanda sözügedən müəssisələr fəaliyyət göstərmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, məktəbli kimi bir neçə il Kürdəmir rayonunun keçmiş H.Aslanov adına kolxozda işlədikdən sonra 1974-cü ilin əvvəlində həmin kolxozda kolxoz üzvlüyünə qəbul edilib xx.xx.1974-cü ilədək kombayn yedəkçisi kimi işləməyə başlamışdır. xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi Kürdəmir 115 nömrəli kənd Texniki Peşə məktəbində oxumuşdur. Bundan sonra xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixə kimi keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə kimi Bakı şəhərindəki 14 nömrəli Texniki Peşə məktəbində oxuyub avtomobil çilingəri peşəsinə yiyələnmişdir. xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə kimi Bakı Gəmiqayırma zavodunda işləmişdir. Bundan sonra xx.xx.1978-ci ildə X5 İstehsalat Birliyinə sürücü işinə qəbul olunub xx.xx.1998-ci il tarixə kimi orada sürücü işləmişdir. xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilə kimi Kürdəmir Avtonəqliyyat ATSC-də sürücü işləmişdir. Təhsil müəssisələrində oxumağı, hərbi xidmətdə olduğu illər və kolxoz və təşkilatlarda işləməyi ona məxsus olan attestat, hərbi bilet və əmək kitabçasında qeyd edilmişdir. Buna baxmayaraq ona xx.xx.2022-ci il tarixdə 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 2022-ci ilin may ayında DSMF-nə müraciət etmiş, lakin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmiş və X5 ATSC ilə Kürdəmir Avtonəqliyyat ATSC-nin sənədlərinin Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyini əsas götürmüşdür.

8. Azərbaycan Respublikası 9 saylı Ərazi Vergilər İdarəsininxx.xx.2022-ci il tarixli, **********657500 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" X7 Cəmiyyəti xx.xx.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş və "xxxx" X7 Cəmiyyətinin bazasında xx.xx.2004 -cü il tarixdə ********** nömrəli VÖEN-lə təkrar “X2 Səhmdar Cəmiyyəti 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılıb. "Kürdəmir Kəndkimya” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2016-cı il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Baza məlumatlarına əsasən vergi ödəyicisinin rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2096-cı il tarixədək dayandırılıb.

9. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 09 dekabr 2022-ci il tarixli 01/3-4666 nömrəli məktubunda göstərilmişdir ki, “X5” ATSC və "xxxx" ATSC 17 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik va hidlərin Dövlət reyestrində qeydiyyatdadırlar.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********98 nömrəli məktubunda göstərilmişdir ki,“Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 399 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Kürdəmir "Kəndtəsərrüfatıkimya" Birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti və xx.xx.1998-ci il tarixli, 1059 nömrəli sərəncamı ilə "xxxx" X3 Avtonəqliyyat Müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2021-ci il tarixində, "xxxx" Açıq Səhmdar Cəmiyyət inin səhmlərinin özəlləşdirilməsi xx.xx.2006-cı il tarixində tam başa çatdırılmışdır.Məktubunuzda qeyd olunan məsələlərlə bağlı əlavə məlumat almaq üçün aidiyyəti üzrə "xxxx" və "xxxx" Açıq Səhmdar Cəmiyyətlərinin idarəetmə orqanlarına və ya Dövlət Vergi Xidmətinə müraciət etmək məqsədəuyğun hesab edilmişdir.

11. Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(120)-819/2023 nömrəli qərarı ilə (hakim A.Hüseynova) iddianın təmin edilməsi, İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2022-ci il tarixdən), yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi “X5” ATSC və "xxxx" ATSC-də işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Məhkəmə iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X5” ATSC-də sürücü və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-də sürücü vəzifəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Həmin müəssisələrin mövcudluğu, iddiaçının müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin idarə tərəfindən müəyyən dövr üçün ATSC-yə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-103/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: F.Hüseynov - sədrlik edən və məruzəçi, P.Hacıyev və S.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instans iya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətlərinin dəlilləri

17. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçıya münasibətdə pensiya kapitalı tələbi ödənilmədiyinə görə pensiyanın təyin edilməsi üçün iş stajı tələbi ilə bağlı məsələ araşdırılmalıdır. 18. “X5” ATSC-dəki iş stajı tələbi üzrə əsaslandırma İddiaçı məxsus əmək kitabçasına əsasən, onunxx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X5” ATSC-də işlədiyi qeyd olunmuşdur. Həmin məxsus əmək kitabçasında iddiaçının xx.xx.1978-ci il tarixdə “X5” İstehsalat Birliyinə işə qəbul edilməsi ilə bağlı qeyd latın qrafikası ilə hazırlanmış möhür vasitəsilə təsdiq edilmiş, həmçinin xx.xx.1998-ci il tarixli işdən çıxma ilə bağlı qeydlərdə qaralamanın aşkar edilmişdir. Nəticədə sözügedən hallar həmin qeydin mötəbərliyini şübhə altına almışdır. 19. "xxxx" ATSC-dəki iş stajı tələbi üzrə əsaslandırma İddiaçı məxsus əmək kitabçasına əsasən, onunxx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-də işlədiyi qeyd olunmuşdur. İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-də işlədiyi iddia edilən dövrlərə münasibətdə isə bildiririk ki, 9 saylı Ərazi Vergilər İdarəsinin sözügedən məktubuna əsasən qeyd edilən müəssisənin fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Fondun 1 saylı Mərkəzi Aran regional filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-31861/2023 nömrəli məktubuna əsasən, həmin müəssisənin hazırda fəaliyyəti olmadığına və əvvəllər fəaliyyət göstərdiyi inzibati binada müəssisəyə aid heç bir sənəd aşkar edilmədiyinə görə qarşılıqlı yoxlama aktının tərtib edilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən sözügedən müəssisənin qanuni nümayəndəsinin yaşayış ünvanına sorğu göndərilmiş, lakin ünvanda olmadığına görə poçt göndərişinin çatdırılması mümkün olmamışdır. Həmçinin müəssisənin fəaliyyətini bərpa etdiyi xx.xx.2024-cü il tarixdən sonra hüquqi və faktiki ünvanına sorğu göndərilsə də, hələ də cavablandırılmamışdır. Əlavə olaraq bildiririk ki, qeyd edilən dövrlər ə münasibətdə işə daxilolma ilə bağlı qeydlərdə qaralama aşkar edilmişdir. Bu səbəbdən iddiaçının "xxxx" ATSC-də iş dövrü onun sığorta stajına daxil edilə bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ v ardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri baş qa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları: 1.1. əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.1. əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tab eliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.2. işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllə nin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tə rəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəl illər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qi ymətləndirmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasının əsasında iddiaçının ümumi sosial sığorta stajının tələb olunan müddətdən (25 ildən) az olması (17 il 2 gün) dayanır. Cavabdeh öz dəlillərində iddiaçıya məxsus əmək kitabçasının surətində xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək qeyd olunmuş “X5” ATSC-nin və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-nin sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, eyni zamanda sözügedən müəssisələr fəaliyyət göstərmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

31. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırmalara əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisad iyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 399 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin Kürdəmir "Kəndtəsərrüfatıkimya" Birliyinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti və xx.xx.1998-ci il tarixli, 1059 nömrəli sərəncamı ilə "xxxx" X3 Avtonəqliyyat Müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2021-ci il tarixində, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin özəlləşdirilməsi xx.xx.2006-cı il tarixində tam başa çatdırılmışdır.

32. Eyni zamanda apel lyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının 30 mart 2023-cü il tarixli aktda, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi Aran regional filialının mütəxəssisləri və Kürdəmir rayon Dövlət Arxivinin müdiri İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X5 “ ATSC-də və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, Kürdəmir Avtonəqliyyat ATSC-də işləməsi faktını qarşılıqlı qaydada yoxlamaq üçün Kürdəmir rayon Dövlət Arxivində olmuşlar. “X5” ATSC-nin və Kürdəmir Avtonəqliyyat ATSC-nin əmr və əmək haqqı sənədləri Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilmədiyindən yoxlamaq mümkün olmamışdır.

33. Bununla da məhkəmə koll egiyası bildirir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “X5” ATSC-də sürücü və xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Kürdəmir Avtonəqliyyat ATSC-də sürücü vəzifəsində işləməsi halı müəyyən edilmişdir.

34. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin cəmiyyətdə işləməsi və əmək haqqı alması, o cümlədən idarənin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə “X5” ATSC və "xxxx" ATSC mövcud olmuş, iddiaçı “X5” ATSC və "xxxx" ATSC-də sürücü işləmiş və əmək haqqı almış, sadəcə olaraq “X5” ATSC və "xxxx" ATSC-nin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir.

35. Cavabdehin əsas arqumentlərindən biri mübahisəli müəssisələrin sənədlərinin arxivdə olmaması olmuşdur. Bu hal isə əmək kitabçası ilə təsdiqlənmiş iş stajının tanınmasından imtina üçün hüquqi əsas ola bilməz. İşəgötürən tərəfindən sənədlərin arxivə verilməməsi işçinin pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.

36. Bundan əlavə cavabdeh kassasiya şikayətində əmək kitabçasında latın qrafikalı möhür və bəzi qeydlərdə qaralama olması ilə bağlı iddia irəli sürülmüşdü r. Apellyasiya instansiyası məhkəməsi həmin iddiaya haqlı olaraq cavab vermiş və qeyd etmişdir ki, latın qrafikasına keçid 1992-ci ildən başlanılmışdır. Odur ki, iddiaçının xx.xx.1998-ci il tarixdə işdən azad edilərkən həm işə qəbul, həm də işdən azad edilməsi barədə qeydlərin latın qrafikalı möhürlə təsdiq edilməsi həmin sənədin mötəbərliyini şübhə altına almağa əsas vermir. Həmçinin qaralama hallarının qeydin mötəbərliyini şübhə altına almağa əsas vermədiyi, iş materiallarındakı digər sübutlarla təsdiq edilmişdir.

37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından, ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası əsassız olmuşdur.

38. Nəticə etibarı ilə məhk əmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-103/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar