Məhkəmə qərarları › İş №2-1(102)-503/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-503/2019

05.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-503/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabde h Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2335/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.x-ci ildə anadan olmuşdur. Əmək kitabçasına əsasən o, 16.08.1977-ci ildən 01.02.1978-ci ilə qədər Gədəbəy rayon məlumat hesablama stansiyasında iqtisadçı, 07.02.1978-ci ildən 08.04.1978-ci ilə qədər Mərkəzi Statistika İdarəsində, 01.06.1978-ci ildən 20.04.1990-cı ilə qədər Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin Hesablama Mərkəzində (16.11.1987-ci ildən Baş Hesablama Mərkəzi adlanır) iqtisadçı, böyük iqtisadçı işləmişdir, 24.04.1990-cı ildən 16.02.1995-ci ilə qədər Bakı şəhər Statistika İdarəsində iqtisadçı, İ dərəcəli iqtisadçı işləmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 14 mart 2018-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında”Qanunun 7-ci maddəsinə istinad edərək bildirmişdir ki, iddiaçının 01.06.1978-ci il tarixdən 20.04.1990-cı il tarixədək Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində işlədiyi dövr “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında göstərilməmişdir. Qanunun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə dövlət qulluqçusu kimi pensiya təyin edilə bilər. Bu səbəbdən də, iddiaçının pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması mümkün deyildir. İddiaçının yaşına uyğun olaraq 16.742,9 manat pensiya kapitalı tələb olunur. Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində 11.808,21 manat pensiya kapitalı toplandığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək 16 mart 2018-ci il tarixd ə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, “pensiya hüququnun yarandığı 01.07.2017-ci il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 18 il stajının olmasına və 01.07.2017-ci il tarixində pensiya hüququnun yaranmasına və “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 4.1, 7, 30, 31.1-ci maddələrinə istinad edərək iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının 01.07.1988-ci ildən 16.02.1999-cu ilədək “Baş Hesablama Mərkəzi"ndə işlədiyi dövr “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında göstərilməmişdir. İddia tələbi dövlət qulluqçusu kimi pensiya təyin edilməsi deyil, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2154/2018 saylı iş) 25 iyun 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1 iyul 2017-ci il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki,iddiaçının 60 yaşı 1 iyul 2017-ci ildə tamam olmuşdu r ki, bu da cavabdehə iddiaçıya münasibətdə iddiaçıya pensiya təyin etməkdən imtina etmək imkanı verən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin 01.07.2017-ci ildən qüvvədə olan redaksiyasını tətbiq etməyə əsas vermişdir. Belə vəziyyət iddiaçıya qarşı sosial ədalət mütənasibliyinin pozulmasıdır. Belə ki, o bir gün əvvəl doğulmuş olsa idi ona pensiya qeyd-şərtsiz təyin ediləcəkdi. Çünki iddiaçı 1 iyul 2017-ci il tarixə qədər 18 il işləmiş və 11.808,18 manat pensiya kapitalı toplamışdır. İddiaçının 18 il iş stajı olması, 11.808,18 manat pensiya kapitalı toplaması və pensiya təyin edilməsi üçün tələb edilən 60 yaşının “Əmək pensiyaları haqqında” Qanunda tələb olunan iş stajının 12 ildən 25 ilə qədər artıran dəyişikliyin qüvvəyə mindiyi gün tamam olduğu nəzərə alınaraq ona həmin tari xdən pensiya təyin edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X2məruzəçi, X3 və X5, 2-1(103)-2335/2018 saylı iş) 23 oktyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 12 noyabr 2018-ci il tarixdə qərarın surətini almış, 7 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi işə düzgün mövqedən qiymət verməmiş iddiaçının ərizəsini əsaslı sayaraq, cavabdehin apellyasiya şikayətindəki dəlillərə qiymət verməmiş və iddia tələbini təmin etmişlər. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət verməmiş və maddi hüquq normalarını pozub iddia tələbini təmin edərək qərar qəbul etmişlər. Şikayət əsaslandırılarkən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2, 82, 87.7-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib, şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkün lüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı pensiya hüququnun yarandığı 1 iyul 2017-ci ildən ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, məhkəmələr tərəfindən yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir. İddia mümkünlük şərtlərinə ca vab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı 1 iyul x-ci ildə doğulmuşdur. 57 yaşı 1 iyul 2014-cü ildə tamam olmuşdur. İddiaçının 57 yaşı tamam olan vaxt, yəni “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiyasına görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il y anvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun bəhs edilən müddəaları nəzərə alınaraq, 57 yaşın üzərinə Qeyddə nəzərdə tutulan (1 yanvar 2010-cu ildən iddiaçının 57 yaşı tamam olduğu 1 iyul 2014-cü ilədək olan dövrə görə) 2 il 6 ay yaş əlavə edilərək iddiaçı üçün ümumi pensiya yaşı həddi 59 yaş 6 aydan olacaq, yəni iddiaçının pensiya hüququ 59 yaş 6 aydan-1 yanvar 2017-ci ildən yaranmış olacaqdır. İddiaçı özü iddiasında isə 1 iyul 2017ci ildən pensiyanın təyin edilməsini xahiş etmişdir. Yuxarıda bəhs edilən qanunvericiliyə görə tələb olunan iş stajının 12 il olması nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının əmək kitabçasında olan məlumat larla bağlı mübahisə açmamışdır. Cavabdehin əmək kitabçasında olan məlumatlara görə onun 1 yanvar 2017-ci ilə qədər 12 ildən artıq iş stajı mövcud olmuşdur. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən, iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan pensiya yaşı və sığorta stajı mövcud olmuşdur. İddiaçının pensiya hüququ yaranan zaman “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinin qüvvədə olmuş redaksiyasına görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən ta m və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbinə dair cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, məhkəmənin iddiaçının pensiya hüququ yaranan vaxtdan ona pensiya təyin edilməli olması barədə gəldiyi nəticə əsaslı olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. İPM-in 96.7-ci maddəsində qeyd edilir ki, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu M əcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İddiaçı 18 il stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ildən qüvvədə olan 7-ci maddəsinin redaksiyasına istinad etməklə iddianın əsaslı olması nəticəsinə gəlmişdir. Lakin iddiaçının pensiya hüququ 1 yanvar 2017-ci ildə yarandığından mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ilədək qüvvədə olmuş 7-ci maddəsinin redaksiyasına uyğun baxılmalı idi. İddiaçının 1 iyul 2017-ci ilə qədər pensiya hüququ yarandığına görə iddia əsaslı olduğundan və yuxarıda qeyd edilən digər əsaslara görə qərar düzgün olduğundan şikayət təmin edilməməlidir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya ins tansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2335/2018 saylı, 23 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar