Məhkəmə qərarları › İş №2-1(102)-503/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-503/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-503/2021 02.03.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, tərəflərin iştirakı olmadan, İddiaçının cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, qərarın ləğv edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2020-ci il tarixli 2-1(103)-18296/2020 nömrəli qərardadından iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin hərəkətinin qanunsuz hesab edilməsi, dərhal xüsusi rejimin ləğv edilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması və ona mənəvi zərərin vurulmasına görə cavabdehdən 20 min manat tutularaq hesabıma köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 23.03.2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iclas keçirilmiş, ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyəti müzakirə edilmiş, xüsusi rejim tətbiq edil məsi barədə qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasının “Sanitariya-epidemioloji sağlamlıq” haqqında Qanunun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24.03.2020-ci il saat 00:00-dan etibarən 20.04.2020-ci il saat 00:00-dək xüsusi karantin rejimi elan edilir. Mövcud qanunlara əsasən Baş Nazir Ə.Əsədovun ölkə üzrə karantin adı ilə insanların evdən çıxmasını qadağan etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bu qanuna zidd qərarı 4 aydan artıqdır ki, onların həyatlarına son dərəcə mənfi təsir göstərmiş, onları ruhi sarsıntılara məruz qoymuş, fiziki və maddi imkanlarını xeyli məhdudlaşdırmışdır. Bundan başqa dünyada ikinci belə bir dövlət olmamışdır ki, bu cür sərt uzun müddətli karantin rejimi, qadağalar tətbiq etsin, i nsanları təmiz havadan, günəş işığından, dənizdən məhrum etsin. Hətta qadağalar başladığı ilk gündən 67 yaşdan yuxarı insanların, o cümlədən, onun evdən çölə çıxmağına belə qadağa qoyulmuşdu. Halbuki, bu təbiətin qanunudur ki, yalnız immun sistemi güclü olan insanlar istənilən xəstəliyə qalib gələ bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsində Baş Nazirin səlahiyyətlərinin çərçivəsi dəqiq göstərilmişdir və onun ölkə üzrə karantin elan etmək səlahiyyəti yoxdur.

3. Bakı İnzibati Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2-1(112)-5756/2020 saylı qərardadı ilə iddiaçının iddiası mümkün sayılmamışdır.

4. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.03.2020-ci il tarixli qərarı inzibati akt olmadığından iddia tələbi mümkün sayıla bilməz.

5. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2020-ci tarixli 21(103)-1829/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Valeh Ağayev, hakimlər – Afaq Nuriyeva və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2-1(112)-5756/2020 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. Məhkəmə qərardadı iddiaçıya 01.12.2020-ci il tarixində təqdim edilmişdir.

9. İddiaçı 09.12.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 03.11.2020-ci tarixli 2-1(103)-1829/2020 nömrəli qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsaən vətəndaşların üzərinə qərarla vəzifələr qoyula bilməz. Nazirlər Kabineti tərəfindən vətəndaşların üzərinə qoyulan vəzifələr nə Konstitusiya, nə də mövcud qanunlarla tənzimlənmir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati-Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışd ırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğ unu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli nömrəli Qərarı: 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. 16. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, forma l baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Belə ki, hazırkı qərarın 13-16-cı bəndlərində göstərilən hü quq normalarını, eləcə də Ali Məhkəmə Plenumunun hüquqi mövqeyini təhlil etdikdə məlum olur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında məhz inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. İnzibati akt dedikdə isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür.

21. Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.03.2020-ci il tarixli qərarı inzibati akt, onunla bağlı yaranmış mübahisə isə inzibati mübahisə hesab e dilə bilməz.

22. İddiaçı kassasiya şikayətinin dəlillərində sözügedən aktın onun konstitusion hüquqlarını pozduğunu bildirsə də, həmin akt inzibat akt olmadığından inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə də bilməz.

23. Odur ki, qeyd edilən əsasla iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2020-ci tarixli 21(103)-1829/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar