Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-503/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi ) 01.03.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə qərar icra edilən dövrə qədər orta aylıq əmək haqqının hesablanıb ödənilməsi.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)- 2318/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2009-cu il aprel ayından etibarən Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin X3 Xidmətində xidmət etməyə başlamışdır.
2. Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin 07 iyun 2021-ci il tarixli 0725/ş saylı əmrinə əsasən İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir.
3. İddiaçı barəsində fövqəladə hallar orqanlarından xaric edilməsi ilə bağlı qəbul edilmiş əmrin əsasında şəxsin “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 10.0.3 və 10.0.10-cu maddələrində nəzərdə tutulmuş tələblərinin pozması dayanır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək fövqəladə hallar orqanlarından xaric edilməyi barədə Azərbaycan Respublikası Cavabdeh 07 iyun 2021-ci il tarixli 0725/ş saylı əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə qərar icra edilən dövrə qədər orta aylıq əmək haqqının hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o barəsində qəbul edilmiş əmri əsassız hesab edir və qanunvericiliyin tələblərinə zidd olaraq qəbul etdiyini bildirir. İddiaçının qənaətinə görə o, qanun pozuntularına, habelə xidməti təhqiqat prosesində qeyri-səmimiliyə yol verməmiş, fövqəladə hallar orqanlarının digər işçəlirinin işini çətinləşdirən, yaxud fövqəl adə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermədiyini və etik davranış, intizam qaydalarına əməl etdiyini bildirmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2-1(112)-1376/2022 nömrəli qərarı (hakim – O.Həsənov) ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, fövqəladə hallar orqanının əməkdaşları tərəfindən etik davranış qaydalarının pozulması intizam məsuliyyətinə cəlb edilmə üçün əsas olduğundan, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmr əsaslı olmuşdur.
8. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 19 oktyabr 2022-ci il tarixli, 21(103)-2318/2022 saylı, (hakimlər A.Hüseynov -sədr/məruzəçi, S.Bəktaşi və A.Hüseyn) qərarla apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2-1(112)-1376/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır..
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı, 2009-cu ilin aprel ayından Fövqəladə hallar orqanlarında işə qəbul olunmuşdur. 07 iyun 2021-ci il tarixədək F övqəladə hallar orqanlarında çalışmışdır. Sonuncu iş yeri Cavabdeh X3 Xidmətinin Sumqayıt regional X3 idarəsinin X3 şöbəsinin inspektoru vəzifəsində işləmiş, daxili xidmət mayoru olmuşdur. Daхili Təhlükəsizlik Baş İdarəsində toplanmış materiallar üzrə Tibb İdarəsinin ümumi şöbəsinin rəisi Hacıyeva Sevərlə aralarında baş vermiş münaqişə üzrə təqsirli sayılaraq, həmin idarə tərəfindən təqrir verilmiş və təqririn əsasında Föqəladə hallar orqanlarından xaric olunmuşdur. Hesab edir ki, araşdırma bir tərəfli aparıldığından və həqiqəti əks etdirmədiyindən, əmr ləğv olunmalı və o işə bərpa olunmalıdır. Halbuki, bu məlumatların əksəriyyəti düzgün qeyd olunmamış, əsassız olaraq o cəzalandırılmışdır. Belə ki, 2021-ci ilin aprel ayının son günlərində Föqəladə Hallar Nazirliyinin Xətai rayonu, Nəcəfqul u Rəfiyev 25 ünvanında yerləşən binasının qarşısında Tibb Xidməti ümumi şöbəsinin rəisi Hacıyeva Sevər onu görüb, nalayiq söyüşlərlə söyərək, ünvanına cəmiyyət arasında qəbul olunmaz sözlər deməklə onu təhqir etmişdir. Bu barədə Nazirliyin 112 xidmətinə 30 aprel 2021-ci il tarixdə zəng edərək məlumat vermişdir. Təkrar olaraq 08 iyun 2021-ci il tarixdə müraciət etmişdir. Bununla əlaqədar araşdırma aparılmamış, bundan 5 gün sonra isə Hacıyeva Sevərin ərizəsi əsasında aparılan birtərəfli araşdırma nəticəsində işdən azad olunmuşdur. Cavabdeh 07 iyun 2021-ci il tariхli 0725/ş saylı əmrdən görünür ki, guya o etik davranış və intizam qaydalarını pozduğuna görə əvəllər verilmiş cəzadan nəticə çıxarmayaraq, Tibb Xidmətinin qadın əməkdaşını dəfələrlə nalayiq söyüşlərlə təhqir etmiş və onun işini çət inləşdirən hərəkətlərə yol verməklə “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.3 və 10.0.10-cu maddələrində nəzərdə tutulmuş tələbləri kobud şəkildə pozmuşdur.O, qanun pozuntularına, habelə хidməti təhqiqat prossesində qeyri-səmimiliyə yol verməmişdir. Fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmiş, etik davranış və intizam qaydalarına həmişə əməl etmişdir. Cavadehin məhkəməyə təqdim etdiyi video, qanuverciliyin tələbləri kobud qanun pozuntuları ilə əldə edildiyindən sübut kimi istifadə oluna və sübut kimi qiymətləndirilə bilməz. Belə ki iddiaçının onun video çəkilişdən məlumatı olmamış, çəkiliş gizlin aparılmışdır. İddianın rədd o lunmasında istinad olunan bu iş üzrə maraqlı şəxs Sevər Hacıyevanın araşdırma zamanı verdiyi izahatı bir daha iddiaçının işdən azad olunmasında maraqlı olmasını sübut edir. İzahatın yalanlardan ibarət olması barədə məhkəmə zamanı deyilənlər nəzərə alınmamış və Sevər Hacıyevanın məhkəmədə dindirliməsi təmin olunmamışdır.Əvvəllər cəzalandırma ilə əlaqədar kollegiyanın diqqətinə çatdırılmalıdır ki, bundan əvvəl verilən cəzadan 2 ildən çox müddət keçib, həmin cəzanın adı çəkilən qadınla heç bir əlaqəsi yoxdur. Həmin qadının onu ictimaiyyət arasında söyüb təhqir etməsi ilə əlaqədar iddiaçı cəzalandırılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2318/2022 saylı qərarının ləğv edilməsi və iddian ın, yəni fövqəladə hallar orqanlarından iddiaçının хaric edilməsi barədə Azərbaycan Respublikası Cavabdeh 07 iyun 2021-ci il tariхli 0725/ş saylı əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraхmaya görə qərar icra edilən dövrə qədər orta aylıq əmək haqqının hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
14. TƏTBİQ EDİLƏN HÜQUQ “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Fövqə ladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. 10.0.3. Fövqəladə hallar orqanları əməkdaşları fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə borcludurlar. 10.0.10.Fövqəladə hallar orqanları əməkdaşları etik davranış və intizam qaydalarına əməl etməyə borcludurlar. 26.1. Fövqəladə hallar orqanlarının əməkdaşları təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş geyim forması və fərqləndirmə nişanları ilə təmin olunurlar. 26.3. Geyim forması nın daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: -töhmət;(31.1.2) -fövqəladə hallar orqanlarından xaric etmə (31.1.8) 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11- ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: -fövqəladə hallar orqanlarından xaric edildikdə. (31.1.12) “Media haqqında” Azərbaycan Respublikasının Qanunun: 21.1. Gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yalnız aşağıdakı hallarda yol verilir: 21.1.1. barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa, habelə digər şəxsin (şəxslərin) Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə; 21.1.2. məhkəmənin qərarı i lə nümayiş etdirilirsə. 36 21.2. Bu Qanunun 21.1-ci maddəsinin tələblərini pozaraq gizli audio-video yazılardan, film və foto çəkilişlərindən istifadə olunması və onların yayılması qadağandır.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxı lmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə ic raat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiy yətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə d air iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək fövqəladə hallar orqanlarından xaric edilməyi barədə Azərbaycan Respublikası Cavabdeh 07 iyun 2021-ci il tarixli 0725/ş saylı əmr inin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə qərar icra edilən dövrə qədər orta aylıq əmək haqqının hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində yazdığı yuxarıda göstərilmiş dəlillərlə əlaqədar olaraq qeyd edir ki, həmin dəlillər əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
20. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qul luğunun xüsusi növüdür. 1.2. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. 10.0.3. Fövqəladə hallar orqanları əməkdaşları fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə borcludurlar. 10.0.10.Fövqəladə hallar orqanları əməkdaşları etik davranış və intizam qaydalarına əməl etməyə borcludurlar. 26.1. Fövqəladə hallar orqanlarının əməkdaşları təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş geyim forması və fərqləndirmə nişanları ilə tə min olunurlar. 26.3. Geyim formasının daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: -töhmət;(31.1.2) -fövqəladə hallar orqanlarından xaric etmə (31.1.8) 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobu d pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: -fövqəladə hallar orqanlarından xaric edildikdə. (31.1.12)
21. Apellyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, şərh olunan qanunvericiliyin müddəalarına əsasən fövqəladə hallar orqanlarında əməkdaşlar üç kateqoriyaya ayrılır: hərbi qulluqçular, xüsusi rütbəsi olan əməkdaşlar və dövlət qulluqçuları. Hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan xüsusi rütbəli əməkdaşdan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, onların xüsusi xarakter daşıyır. Bu bilavasitə onunla bağlıdır k i, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə fövqəladə hallar orqanlarının işçisi öz vəzifə borcunu layiqincə yerinə yetirməli, xidməti fəaliyyətində yüksək peşəkarlığı, insani keyfiyyətləri və işdən kənar davranış mədəniyyəti ilə fövqəladə hallar orqanının nüfuzunu daim artırmalıdır. Bu müstəvidən çıxış edərək belə bir nəticəvi qənaətə gəlmək olar ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda nümayiş etdirdiyi hərəkətlər qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini özündə ehtiva etməlidir. Nəzərə alanda ki, iddiaçı rütbəsinə (daxili xidmət mayoru) və tutmuş olduğu vəzifəsinə (Dövlət yanğın nəzarti şöbəsinin inspektoru) görə intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə, A zərbaycan Respublikasının Konstitusiyası və qanunlarına, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyana, əsas hüquq və vəzifə standartlarına, Azərbaycan Respublikası Cavabdeh müvafiq əmrlərinin tələblərini rəhbər tutmalı, həmçinin cəmiyyətdə qəbul edilmiş etik qaydalara dönmədən əməl etməlidir.
22. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı barəsində fövqəladə hallar orqanlarından xaric edilməsi ilə bağlı qəbul edilmiş əmrin əsasında şəxsin “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 10.0.3 və 10.0.10-cu maddələrində nəzərdə tutulmuş tələblərinin pozması dayanır. Belə ki, X3 şöbəsinin inspektoru, daxili xidmət mayoru İddiaçı barəsində toplanmış materiallarda göstərilmişdir ki, Fövqəladə hallar ın xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin rəisi general mayor tərəfindən verilmiş təqrirdə, daxili xidmət mayoru İddiaçı idarə etdiyi avtomobil ilə Nazirliyin Tibb Xidmətinin ümumi şöbəsinin rəisi, kapitan X1 yaşadığı binanın həyətinə gələrək sonuncunun idarə etdiyi avtomobilinin qarşısını kəsdiyi, ona hədə-qorxu gələrək təhqir etdiyi, bundan başqa, daxili xidmət mayoru İddiaçı eyni hərəkətlərini bir daha təkrarlayaraq kapitan S.Hacıyevanın idarə etdiyi avtomobilinin arxasında gələrək onun xidmət etdiyi binanın həyətində bilərəkdən avtomobili ilə qəza şəraiti yaradaraq, kapitan S.Hacıyevanın sağlamğlığına xələl yetirməyə çalışdığı, yaxınlıqda olan digər nəqliyyat vasitəsi ilə qəza törədərək hadisə yerindən qaçdığı, dəfələrlə kapitan S.Hacıyevanı nalayiq sözlərlə təhqir et diyi göstərilmişdir. Bundan başqa təqrirdə həmçinin, daxili xidmət mayoru İddiaçı xüsusi geyim formasında kapitan Sevər Hacıyevanı nalayiq sözlərlə dəfələrlə təhqir etməsi ilə bağlı video görüntülərin araşdırma zamanı təsdiqi tapdığı da göstərilmişdir.
23. Eyni zamanda apellyasiya məhkəməsi doğru olaraq göstərmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının fövqəladə hallar orqanlarından xaric edilməsi ilə bağlı əmrin qəbul olunmasında əsas Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin rəisi general mayor Valeh Abdullayev tərəfindən verilmiş təqrir və Nazirliyin Tibb Xidmətinin ümumi şöbəsinin rəisi, kapitan X2 tərəfindən verilmiş izahat ilə yanaşı, həmçinin iddiaçının etik davranış qaydalarına riayət etməməsini təsdiq edən video görüntülər təşkil edir.
24. İddiaçı kassasiya şikayətində yazmışdır ki, iddiaçının onun video çəkilməsindən məlumatı olmamış, çəkiliş gizlin aparılmışdır, buna görə də sübüt kimi istifadə oluna və qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil əsassızdır.
25. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Media haqqında Azərbaycan Res publikasının Qanunun: 21.1. Gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yalnız aşağıdakı hallarda yol verilir: 21.1.1. barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa, habelə digər şəxsin (şəxslərin) Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə; 21.1.2. məhkəmənin qərarı ilə nümayiş etdirilirsə. 36 21.2. Bu Qanunun 21.1-ci maddəsinin tələblərini pozaraq gizli audio-video yazılardan, film və foto çəkilişlərindən istifadə olunması və onların yayılması qadağandır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Bundan başqa həmin Qərarda göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında o lan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanmaqla düzgün olaraq belə qənaətə gəlmişdir ki, hazırki mübahisənin əsasında duran yeganə dəlil şəxsin (iddiaçının) etik davranış qaydalarına riayət etməməklə inzibati orqanın nüfuzuna xələl gətirməsi təşkil edir ki, bu zaman şəxsin həqiqətən də etik davranış qaydalarına riayət edib-etməməsi bu növ sübutlar (video, audo və s.) əsasında müəyyən edilə bildiyindən, məhkəmə icraatı zamanı təqdim olunmuş video yazılar iddiaçının şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymət ləndirilməməli və sübut qismində dəyərləndirilməlidir. Bu aspektdən irəli çıxdıqda məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı X3 şöbəsinin inspektoru, daxili xidmət mayoru İddiaçı geyim formasında nalayiq sözlərdən istifadə etməsi halı aşkar olunmuşdur.
27. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əvvəlki işlədiyi dövrlərdə də etik davranış qaydalarına riayət etməyərək şiddətli töhmət almışdır. İnzibati orqan iddiaçı tərəfindən birinci dəfə etik davranış qaydalarına riayət etməməsinə görə onu xidmətdən xaric etməmiş, əksinə ona şiddətli töhmət vermiş, bununla da əməkdaşlarda gələcəkdə bu növ hərəkətlərə yol verilməməsi üçün imkan yaratmışdır.Buna baxmayaraq, iddiaçı “Töhmət” intizam tənbehindən nəticə çıxarmadığına görə fövqəladə hallar orq anından xaric edilmişdir.
28. Həmçinin apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, qanunda Məzəmmət (irad), töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olması qeyd edilsə də, həmin töhmət əmrinin qüvvədə olmaması ilə bağlı hal özü özlüyündə iddiaçının xidmətdən xaric edilməsi ilə bağlı məsələyə qiymət verilərkən birbaşa məcburi qüvvəyə malik olmasa da nəzərə alınmamalı olan hal kimi dəyərləndirilməməlidir. Belə ki, iddiaçının xidmətdən xaric edilməyə səbəb olan hərəkətlərə yol verməsi töhmət intizam tənbeh tədbirindən nəticə hasil etməməyinin göstəricisi qismində çıxış edir.
29. Belə olan halda məhkəmə hesab edir ki, düzgün olaraq belə qənaətə gəlmişdir ki, fövqəladə hallar orqanının əməkdaşları tərəfindən etik davranış qaydalarının pozulma sı intizam məsuliyyətinə cəlb edilmə üçün əsas olduğundan, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmr əsaslı olmuşdur.
30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı apellyasiya məhkəməsinin inzibati kollegiyasının 19 oktyabr 2022-ci il tarixli,2-1(103)-2318/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 21(103)-2318/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.