Məhkəmə qərarları › İş №2-1(102)-504/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-504/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-504/2020 04.02.2020 ALİ MƏHKƏMƏ X İcmasının Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iş üzrə (Açar söz:iddia müddətinin ötürülməsi ilə bağlı iddianın mümkün sayılmaması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili, cavabdehin nümayəndəsi və vəkili iştirakı ilə İddiaçı X İcmasının cavabdeh Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31.10.2019-cu il tarixli 2-1(103)-2613/2019 saylı qərardadından iddiaçı tərəfindən v erilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.02.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 14.05.2010cu il tarixli *** saylı sərəncamı ilə X İcması adı dəyişdirilərək, yeni adla - X İcması dövlət qeydiyyatına alınmışdır. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin “X” nın qeydiyyatdan keçirilməsi haqqında 14.05.2010-cu il tarixli *** nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.09.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadın əsaslarına görə, iddiaçı qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Bakı A pellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31.10.2019-cu il tarixli 2-1(103)-2613/2019 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.09.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31.10.2019-cu il tarixli 2-1(103)-2613/2019 saylı qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı mübahisələndirilən sərəncamdan kütləvi informasiya vasitələrindən məlumat almış,cavabdeh tərəfindən həmin sərəncam rəsmən ona təqdim edilməmişdir. Beləliklə, sərəncam rəsmən ona təqdim edilmədiyindən prosessual müddətin ötürülməsinə dair apellyasiya instansiya məhkəməsinin m övqeyi əsassızdır. Kassator “İnzibati icraat haqqında” Qanunun 67.3, 67.7, 67.12-ci maddələrinə, İPM-nin 90.1, 92.0.6, 96.4, 96.5-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31.10.2019-cu il tarixli 2-1(103)-2613/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiy asının 31.10.2019-cu il tarixli 2-1(103)-2613/2019 saylı qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından görünür ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 14.05.2010-cu il tarixli *** saylı sərəncamı ilə X İcması adı dəyişdirilərək, yeni adla - X İcması dövlət qeydiyyatına alınmışdır. Hazırkı iş üzrə iddiaçı sözügedən 14.05.2010-cu il tarixli *** saylı sərəncamın ləğv edilməsini tələb edir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qayda sında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmam asını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə işə baxan aşağı instansiya məhkəmələri iddianın mümkünlük şərtlərini yoxlayaraq, yəni iddia müddətinə iddiaçı tərəfindən riayət edilməsi məsələsinə düzgün qiymət verərək qərar qəbul etmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi sərəncam 14.05.2010-cu il tarixə aiddir. İddiaçı mübahisələndirilən sərəncamdan kütləvi informasiya vasitələrindən məlumat olduğunu etiraf etmiş, lakin cavabdeh tərəfindən həmin sərəncam ın rəsmən ona təqdim edilməməsinə istinad etmişdir. Halbuki, iddiaçı məlumatlı olduğu halda müvafiq iddia ilə məhkəməyə müraciət etməmişdir. Beləliklə, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı iddia müddəti ötürüldüyündən apellyasiya instansiya məhkəməsinin qərardadı yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə uyğundur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərardad qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsa sən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31.10.2019-cu il tarixli 2-1(103)-2613/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar