Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-504/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ədliyyə işçilərinə verilən əlavə haqq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 15 may 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurədd in oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 saylı qərarının ona şamil olunması, iddiaçıya əlavə haqqın həmin qərarın qüvvəyə mindiyi tarixdən, yəni 29 may 2008-ci il tarixdən hesablanaraq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1557/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qərarın dan cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiаçı 24.01.2007-ci il tarixdən 24 il təqvim, 30 il güzəştli xidmət illərinə görə pensiyaya çıxmaqla xidmətinə xitam verilmişdir. Xidmət müddətində Penitensiar Xidmətin 28 saylı, 7 saylı və 1 saylı cəzaçəkmə müəssisələrində xüsusi rütbəli kiçik rəis heyəti qismində nəzarətçi və baş nəzarətçi vəzifələrində qulluq etmişdir. Ədliyyə nazirinin 01 iyul 1997-ci il tarixli, 217 ş/h saylı əmrinə əsasən, Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcra Baş İdarəsinin 6500 saylı Mühafizə Alayının tərkibində fəaliyyət göstərən nəzarətçilər heyəti İslah Əmək Müəssisələrinin tərkibinə verilmişdir.
2. İddiaçı qulluq illərinə görə əlavə haqqın hesablanaraq ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 21.11.2018-ci il tarixli, **********5 nömrəli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 1-ci bəndində yalnız ədliyyə orqanları işçilərinin (xüsusi rütbəsi olan əməkdaşların və mülki işçilərin) qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələsi tənzimləndiyindən, sözügedən Qaydanın əmək pensiyasının hesablanması zamanı tətbiq edilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqında verilməsi Qaydası” qüvvəyə mindiyi tarixdən əlavə haqqın hesablanaraq ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 24.01.2007-ci il tarixdən 24 il təqvim, 30 il güzəştli xidmət illərinə görə pensiyaya çıxmaqla xidmətinə xitam verilmişdir. Xidmət müddətində Penitensiar Xidmətin 28 saylı, 7 saylı və 1 saylı cəzaçəkmə müəssisələrində xüsusi rütbəli kiçik rəis heyəti qismində nəzarətçi və baş nəzarətçi vəzifələrində qulluq etmişdir. Ədliyyə nazirin in 01 iyul 1997-ci il tarixli 217 ş/h saylı əmrinə əsasən Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcra Baş İdarəsinin 6500 saylı Mühafizə Alayının tərkibində fəaliyyət göstərən nəzarətçilər heyəti İslah Əmək Müəssisələrinin tərkibinə verilmişdir. Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 saylı Qərarının ona şamil edilməsi xahişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə müraciətinə 186305/227 saylı, 21.11.2018-ci il tarixli məktubla imtina cavabı verilmişdir.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xidmət keçən hərbi qulluqçu statusuna malik olan şəxslərin əmək pensiyalarına «Əmək pensiyaları haqqında» Az ərbaycan Respublikasının Qanununun 9.5-ci, 12.2-ci, 17.2-ci və 20.14 - 20.18-ci maddələrinə əsasən müvafiq təminat xərcliyinin 35 faizindən 100 faizinədək olan miqdarda əlavə hesablanır. Ədliyyə Nazirliyində qulluq keçmiş digər şəxslərin əmək pensiyalarına isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.7-ci, 20.19-cu və 20.20-ci maddələrinə əsasən əmək haqqının orta aylıq məbləğinin 45 faizindən 80 faizinədək miqdarda əlavə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın (bundan sonra - Qayda) 1-ci bəndinə əsasən, bu Qaydanın ədliyyə orqanları işçilərinin qulluq illərinin h esablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimlədiyini və Ədliyyə Nazirliyində xidmət keçən hərbi qulluqçuların ədliyyə orqanlarının işçiləri hesab olunmadığını nəzərə alaraq qaydanın iddiaçılara şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsində ədliyyə orqanlarının işçilərinə bu orqanlarda qulluq stajına görə Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğlərinə və hesablanması qaydasına uyğun olaraq əlavə haqq verilməsi göstərilmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-839/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbay can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-839/2019 saylı, 22.10.2019-cu il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5011/19 saylı, 25 dekabr 2019cu il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia tələbi təmin edilmiş, iddiaçıya «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqq ın verilməsi Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 saylı qərarı şamil olunmuş, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 saylı qərarının qüvvəyə mindiyi tarixdən (29 may 2008-ci ildən) iddiaçıya əlavə haqqın hesablanaraq verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ədliyyə orqanlarında xidmət etmiş hərbi qulluqçu hesab olunmadığına, ədliyyə orqanlarında xidmət etmiş xüsusi rütbəli işçi olduğuna görə, «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqəda r onlara əlavə haqqın verilməsi Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 saylı qərarı qüvvəyə mindiyi tarixdən əvvəl pensiyaya çıxmasına baxmayaraq, əlavə haqqın həmin «Qayda»lara uyğun hesablanaraq ona verilməsi tələbi təmin olunmalıdır.
10. Qərardan narazı qalan cavabdeh şikayət verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-821/2020 saylı, 18 mart 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 2-1(81)-5011/19 saylı, 25 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)1442/2020 saylı, 14 iyul 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: R.S.Nəbizadə və İ.K.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-821/2020 saylı, 18 mart 2020-ci il tarixli qər arı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisənin həlli üçün iddiaçının hansı statusla pensiyaya çıxması müəyyən edilməlidir. Çünki, iddiaçı ədliyyə işçisi kimi pensiyaya çıxdığını iddia etsə də, cavabdeh onun hərbi qulluqçu kimi pensiyaya çıxmasına istinad edərək müvafiq pensiya təyin edildiyini qeyd edir. Belə olan halda, iddiaçıya pensiya məbləğinin hansı qaydada hesablanmalı olduğunu müəyyən etmək üçün ilk növbədə iddiaçının hansı statusla pensiyaya çıxdığı müəyyənləşdirilməli, bunun üçün də müvafiq pensiya işi məhkəmə tərəfindən tələb edilməli idi. ç) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1557/2020 saylı, 18 n oyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-5011/19 saylı, 25 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ədliyyə giziri rütbəsi ilə pensiyaya çıxmışdır və müvafiq olaraq pensiya məbləği hesablananda iddiaçı ədliyyə işçisi statusunda pensiyaya çıxması nəzərə alınmaqla əlavələr almaq hüququna malikdir.
18. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İ CRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, hərbi qulluqçulara pensiya təminat xərcliyi əsasında təyin edilir. Qeyd edilən təminat xərcliyi isə şəxsin xidmətdən xaric olunduğu idarə tərəfindən təqdim edilmiş məlumat vərəqəsində göstərilir. Pensiya işindən də göründüyü kimi, iddiaçının rütbəsi hərbi rütbələrə aid edildiyindən ona haqlı olaraq təminat xərcliyinin 85 faizi miqdarında pensiya təyin edilmişdir. Xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışmış ədliyyə işçisi kimi pensiyaya çıxan şəxslər isə ƏPQ-na əsasın təminat xərcliyindən deyil, ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən (ƏPQ-nin 20.19) pensiya alırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
21. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
22. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ. İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdi yinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə
1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığotraolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hə rbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlav ələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin ə mək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əm əkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 nömrəli, 29.05.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” Bu Qayda “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimləyir. 3.1. Qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir:... - 10 ildən 15 ilə qədər qulluq illərinə görə – 20 faiz; - 15 ildən 20 ilə qədər qulluq illərinə görə – 25 faiz;... 3.4. Əlavə haqq ədliyyə orqanı işçisi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınır. 4.2. Əlavə haqq verilməsi üçün qulluq illərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən səlahiyyət verilən struktur qurumlarda yaradılan ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyalar müəyyən edir. 4.3. Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların tərkibi Azərbaycan Respublikasının ədliyyə naziri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri və mü vafiq struktur qurumların rəhbərləri tərəfindən müəyyən edilir. 4.4. Əlavə haqq ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması üzrə komissiyaların qərarlarına əsasən verilir. Qulluq illərinin müəyyən edilməsi haqqında qərarlar göstərilən komissiyalar tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli müvafiq ədliyyə orqanında saxlanılır, surəti isə işçinin şəxsi işinə əlavə edilir. 26. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu 37.1. Penitensiar xidmətin əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifəyə görə vəzifə maaşı, xüsusi rütbəyə və qulluq illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. 37.2. Penitensiar xidmə tin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və xüsusi rütbəyə görə maaşların məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları isə qanunvericiliklə müəyyən edilir. 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları
2. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciətlərə baxılması 2.4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə əmək pensiyası təyin edilməsi barədə İdarəyə müraciət olunur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hər bi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur. 28. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - … Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, … x idmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, … orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir.
4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bə nddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 15 may 2020-ci il tarixli Qərarı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
34. Qeyd edilməlidir ki, iddia ərizəsində iddiaçının tələbi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqında verilməsi Qaydası” qüvvəyə mindiyi tarixdən əlavə haqqın hesablanaraq ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” məzmununda qeyd edilsə də, işin hallarından görünür ki, əslində iddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqında verilməsi Qaydası” qüvvəyə mindiyi tarixdən ədliyyə işçilərinə verilən əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını arzulayır. İddiaçının bu məzmunda ilkin olaraq Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə müraciət etməsi, cavabdeh qismində həmin inzibati orqanı qeyd etməsi və işin digər halları onu deməyə əsas verir ki, iddiaçının niyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqında verilməsi Qaydası” qüvvəyə mindiyi tarixdən ədliyyə işçilərinə verilən əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasınna nail olmaqdır. Nəzərə alınsa ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyil, iddiaçının tələbinin bu məzmunda qəbul edilməsi İPM-in 52-ci maddəsinin tələbinə uyğundur.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərb aycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" 15 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar ” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin o lunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan məsələyə yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və y a təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.
36. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya on lara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.
37. Qeyd olunmalıdır ki, iddiаçıya 24.01.2007-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. Onun istinad etdiyi “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqında verilməsi Qaydası” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmişdir. Odur ki, istinad edilən Qərarda ədliyyə işçilərinə verilməsi nəzərdə tutulan əlavə haqqı iddiaçının almaması işin mübahisəsiz halıdır.
38. Məhkəmə kollegiyası yuxarıdakılara əsaslanmaqla qeyd edir ki, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadığı və ya məcburi dövlət sosial sığortasına c əlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından, hazırkı işdə iddia olunan, iddiaçının almadığı əlavə haqq onun pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz.
39. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti təmin edilməli, yeni qərar çıxarılmaqla iddia rədd edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli 21(103)-1557/2020 saylı qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qət