Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-504/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: keçmiş hərbi prokurorluq işçisinə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödəni lməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli 2-1(103)-2549/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 30 sentyabr 1992-ci il tarixdən 2 iyul 2007-ci il tarixədək Azərbaycan Respublikası Prokurorluğu orqanlarında qulluq etmiş və baş prokurorun 2 iyul 2007-ci il tarixli, 10/50-11/161-k saylı əmrinə əsasən qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir. İddiaçının prokurorluq orqanlarında işlədiyi müddət ərzində iş stajı 14 il 9 ay 2 gün təşkil etmişdir.
2. Gəncə qarnizonu hərbi prokurorluğunun 30 sentyabr 1992-ci il tarixli 99 №-li və 29 sentyabr 1992-ci il tarixli əmrinə əsasən müəyyən olunur ki, İddiaçı Gəncə qarnizonu hərbi prokurorluğunun stajçı müstəntiqi və 29 dekabr 1993-cü il tarixli 290 saylı qərarı ilə həmin prokurorluğun müstəntiqi təyin edilmiş, 10 aprel 1993-cü il tarixli 32 nömrəli əmrinə əsasən isə 10 aprel 1993-cü il tarixdən Gədəbəy rayonu döyüş zonasından qayıtmış hesab olunmuşdur.
3. Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 aprel 1993-cü il tarixli 0105 nömrəli əmri ilə iddiaçıya ehtiyatda olan baş leytenant rütbəsi verilmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 8 oktyabr 2019-cu il tarixli, 2-1(82)3398/2019 nömrəli qərarı ilə İddiaçı təyin olunmuş pensiyanın “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinin tələblərinə uyğun olaraq, yenidən hes ablanıb artırılması və istifadə edilmiş məzuniyyətlərə görə ildə 1 dəfə əmək haqqının 2 qat mislində kompensasiyanın birdəfəlik ona ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2019cu il tarixli 2-1(103)-2912/2019 nömrəli və Ali Məhkəmənin İnzibati Kollegiyasının 9 iyun 2020-ci il tarixli 2-1(102)-836/2020 nömrəli qərarları ilə təmin edilməmişdir.
5. İddiaçı 14 yanvar 2021-ci il tarixində onun 17 il 13 gün qulluq stajını nəzərə alaraq pensiyasının yenidən hesablanaraq birdəfəlik ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 5 mart 2021-ci il tarixli məktubla ərizəni təmin etməkdən imtina etmişdir.
6. Cavabdeh imtinasını belə əsa slandırmışdır ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarının 2-ci bəndində xidmət müddətinin (qulluq illərinin) güzəştli şərtlərlə hesablanmasının şamil edildiyi orqanların sırasında prokurorluq orqanları qeyd edilməmişdir. Eyni zamanda, iddiaçının 30 sentyabr 1992-ci il tarixindən 11 yanvar 1995-ci il tarixinədək işlədiyi Gəncə qarnizonu hərbi prokurorluğu döyüş əməliyyatlarında iştirak etməmişdir və döyüş şəraitində yerləşən hərbi qurumlara aid deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı məhkəməyə müraciət edərək əmək pensiyasının prokurorluqda xidmət müddətinin güzəştli şərtlə 17 il 3 ay 11 gün olması nəzərə alınmaqla xidmət ilinə görə 45% əlavə ilə hesablanması və 2010-cu ildən hal-hazıradək yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 29 iyun 2010-cu ildən prokurorluq orqanlarında qulluğa görə xəstəliyi ilə bağlı pensiya alır. Onun prokurorluqda işlədiyi təqvim ili üzrə iş stajı 14 il 9 ay 2 gün təşkil edir. Onun 30 sentyabr 1992-ci ildən 11 yanvar 1995-ci ilədək olan 2 il 3 ay 11 gününü isə döyüş şəraitində olan qərb sərhəd rayonlarının xidməti əraziləri kimi daxil olduğu Gəncə qarnizonu hərbi prokurorluğunda hərbçi olaraq işləmişdir. Onun pensiyanın yenidən hesablanması və istifadə edilmiş məzuniyyətlərə görə ildə 1 dəfə əmək haqqının 2 qat mislində kompensasiyanın birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi Bakı şəhəri, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 8 oktyabr 2019-cu il tarixli 21(82)-3398/2019 saylı və Ali Məhkəmənin 9 iyun 2020-ci il tarixli 2-1(102)-836/2020 nömrəli qərarları ilə təmin edilmiş və cavabdehin üzərinə həmin öhdəlik qoyulmuşdur. Qərar icrası üçün cavabdehə göndərilsə də, cavabdeh qərarın icrasından yayınmışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, müraciətləri təmin olunmamışdır. cavabdehin etirazları:
9. Cavabdeh imtina məktubu ilə eyni məzmunlu etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5214/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı əmək pensiyasının prokurorluqda xidmət müddətinin güzəştli şərtlə 17 il 3 ay 11 gün olması və xidmət ilinə görə 45% əlavə nəzərə alınmaqla yenidən hesablanması və onun pensiya hüququnun yarandığı tarixdən ödənilməmiş pensiya məbləğinin müraciət etdiyi vaxtdan əvvəlki 3 illik dövrə aid hissəsi həmin dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
11. Məhkəmə qeyd etmi şdir ki, iddiaçının müvafiq dövrdə hərbi prokurorluqda xidmətinə görə “müharibə veteranı” statusuna malik olması, onun “döyüş zonasından qayıtmış hesab olunması barədə” xidmət etdiyi orqan tərəfindən əmrin verilməsi, habelə xidmətinin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin əvvəlki redaksiyasında tələbləri üzrə “xidmətin bir ayı iki ay sayılan” şəxslərin əhatə dairəsinə düşməsinə dəlalət edir. İddiaçının xidmət dövrü 17 il 3 ay 13 gün təşkil etdiyindən ona əmək pensiyası həmin dövr və xidmət ilinə görə 45% əlavə nəzərə alınmaqla yenidən hesablanmalıdır. Hesablanmış pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsindəki şərt nəzərə alınmaqla ödənilməlidir.
12. İddiaçı həmin qərardan apel lyasiya şikayəti verərək pensiya təyin olunduğu vaxtdan indiyədək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2549/2021 nömrəli qərarına əsasən apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5214/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiy a şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. iddiaçının kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddianın əsasları barədə bütün sübut və dəlilləri təsviri hissədə ətraflı sadalasa da, əsaslandırma hissəsində onların heç biri nə təkzib olunmamış, nə də onlara hüquqi qiymət verilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin iddiaçıya tətbiqi barədə məhkəmənin gəldiyi nəticə əsassız olmaqla Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərini pozmuşdur. İddiaçının müraciəti pensiya təyinatı ilə bağlı olmadığından həmin norma ona şamil edilə bilməz. b. cavabdehin kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin dəlilləri məzmunludur. imtina məktubu ilə eyni c. cavabdehin kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iş materiallarında olan sübutlarla iddiaçının zabit kimi iş stajının ikiqat hesablanmalı olması öz təsdiqini tapmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun Maddə 2.4. Hərbi prokurorluq orqanları işçilərinin qulluq keçmə qaydaları və şərtləri “Prokurorluq haqqında”, “Hərbi vəzi fə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunları, bu Qanun və “Azərbaycan Respublikası Silahlı X1” ilə tənzimlənir. Maddə 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” AR Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 20.15. Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. 22. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pen siya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabinetinin 23 noyabr 1992ci il tarixli 631 nömrəli qərarı: Bənd
1. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: -... Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən:... Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda xidməti. Bu müddət qurtarandan sonra pensiya qüvvədə olan qanunvericiliyə əsasən yenidən hesablanır. Bənd 2 (1 may 1997-ci il tarixədək qüvvədə olan redaksiyada). Zabit heyətinə mənsub şəxsl ərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri; Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında alınan yaralar, kontuziya, şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti b) xidmətin bir ayı iki ay sayılmaqla: Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələ rdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddəti.
23. Nazirlər Kabinetinin 168 nömrəli 31 oktyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası” Bənd 1.3. Prokurorluq işçilərinə aylıq vəzifə maaşının iş stajının hər beş ilinə görə 15 faizi həcmində 45 faizdən çox olmamaq şərti ilə əlavə haqq verilir.
24. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gü ndən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, hər iki kassasiya şikayəti əsassız olduğundan rədd edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
28. İddiaçının kassasiya şikayətinin əsas dəlili “Ə mək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ona şamil olunmamasıdır. Bu dəlilə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçı əmək pensiyasının yenidən hesabl anması üçün inzibati orqana 1 iyul 2017-ci il tarixindən sonra müraciət etdiyinə görə istinad edilən normanın ona tətbiqi qanunauyğun olmuşdur və bu hal Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin pozuntusu kimi qiymətləndirilə bilməz.
29. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh eyni dəlilləri həm imtina məktubunda, həm də iddia ərizəsinə qarşı etirazda bildirmiş, məhkəmələr tərəfindən də bu dəlillərə qiymət verilmişdir. Həmin dəlilə münasibətdə məhkəmələrin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarında pensiya təyin edilməsi üçün uzun müddət xidmətə Hərbi Prokurorluqda xidmət illərinin əlavə olunmadığını bildirsə də, həmin Qərarın 1- ci bəndində AR Hərbi Prokurorluğunda hərbi xidmətin pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aid edilmişdir (bax: bu qərarın 22-ci bəndi).
30. Bundan başqa, Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin 1 may 1997-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddətinin bir ayı iki ay sayılmaqla zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir.
31. Normanın məzmunundan göründüyü kimi, burada, şəxsin bilavasitə döyüş bölgələrində xidməti və ya döyüş əməliyyatlarında iştirakı məcburi şərt kimi nəzərdə tutulmur. Həmin normanın tətbiqi Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət etmənin özü ilə şərtlənir. Bu səbəbdəndir ki, həmin normanın (a) yarımbəndində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrund a döyüş əməliyyatlarında alınan yaralar, kontuziya, şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti (b) yarımbəndində göstərilənlərdən fərqli olaraq xidmətin bir ayının üç ay sayılması təsbit olunmuşdur.
32. İddiaçının 30 sentyabr 1992-ci il tarixindən 11 yanvar 1995-ci il tarixinədək güzəştli xidmət müddəti nəzərə alındıqda, onun ümumi xidmət müddəti 15 ildən artıq təşkil edir. Belə olan halda, Nazirlər Kabinetinin 168 nömrəli 31 oktyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası”nın 1.3-cü bəndinə uyğun olaraq iddiaçının iş stajının hər beş ilinə görə aylıq vəzifə maaşının 15 faizi həcmində (cəmi 45 faiz) əlavə haqqın hesablanmasını tələb etməkdə haqlı olmuşdur.
33. Apellyasiya instans iyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2549/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.