Məhkəmə qərarları › İş №2-1(102)-504/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-504/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-504/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (sabiq hakim kimi aldığı əlavələr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazi rliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləği fərqinin ödənməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2311/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 18 may 1993-cü ildən 1 yanvar 2014-cü il tarixinədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir.

2. İddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixində sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddi açı pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciat etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli maktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a.birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “iddiaçıya pensiya hesablanması zamanı elmlər namizədi alimlik dərəcəsinə görə ödənilən əlavə, “Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli 866 saylı qərarına əsasən ona verilmiş 2-ci ixtisas dərəcəsi üzrə ödənilən əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması, yaranmış pensiya məbləği fərqinin ödənilməs i vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona pensiya hesablanarkən elmlər namizədi alimlik dərəcəsinə görə və 2-ci ixtisas dərəcəsi üzrə ödənilən əlavələr nəzərə alınmamışdır.

6. Cavabdehin iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay ərzində əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındkaı sonrakı artımlarda nəzərə alınmaqla müəyəyn edilir.

7. Bakı İnz ibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 6 may 2022-ci il tarixli, 21(112)-2001/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı elmlər namizədi alimlik dərəcəsinə görə ödənilən əlavə və “Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994cü il tarixli 866 saylı qərarına əsasən verilmiş 2-ci ixtisas dərəcəsi üzrə ödənilən əlavə nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında “ Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli 866 saylı qərarı ilə İddiaçı 2- ci ixtisas dərəcəsi verilmişdir. Həmçinin, iddiaçıya elmlər namizədi alimlik dərəcəsinə görə, Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 29 iyul 1992-ci il 250 saylı Azərbaycan Respublikasının Qanunu və bu qanun ilə təsdiq edilən "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında Əsasnamə”yə uyğun olaraq verilən ixtisas dərəcəsinə görə əlavələr ödənilmiş və həmin gəlirlər dövlət sosial sığorta haqqına cəlb edilmişdir. Odur ki, sözügedən əlavələr pensiyanın hesablanması zamanı nəzərə alınmalıdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b.apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.İ.Bəktaşisədrlik edən və məruzəçi, A.S.Hüseynov və Bəktaşi və A.Ə.Hüseyn) 18 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2311/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 6 may 2022-ci il tarixli, 2-1(112)-2001/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti iddia tələbinə etirazın məzmunu ilə eynilik təşkil edir. b.kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli 866 saylı qərarı 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla,... müəyyən edilir.

17. Azərbaycan Respublikası İnzibati Pros essual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qə rarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

21. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi iki hissədən ibarətdir: - elmlər namizədi alimlik dərəcəsinə görə ödənilən əlavəni nəzərə almaqla pensiyanın yenidən hesablanması; - “Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli 866 saylı qərarına əsasən iddiaçıya verilmiş 2-ci ixtisas dərəcəsi üzrə ödənilən əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması.

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddanın ilk hissəsi ilə bağlı (elmlər namizədi alimlik dərəcəsinə görə ödənilən əlavəni nəzərə almaqla pensiyanın yenidən hesablanması) işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzi mləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının bu hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddia tələbinin əsassızlığı ilə hər hansı dəlil irəli sürülməmişdir.

23. Digər tərəfdən, məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi ilə bağlı “Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli 866 saylı qərarına əsasən iddiaçıya verilmiş 2-ci ixtisas dərəcəsi üzrə ödənilən əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması- apellyasiya instansiyası məhkəməsinin nəticəsi və mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

24. Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.”

25. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən, əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğinə əsasən müəyyən edilir.

26. Hazırkı iş üzrə iddiaçıya pensiya onun 2008-2013-cü illərdəki əməkhaqqının orta aylıq məbləğ inə əsasən müəyyən edilmişdir.

27. İş materiallarında olan arayışdan (iş yerindən verilən) isə müəyyən olunur ki, iddiaçıya 2000-ci ildən sonra 2-ci ixtisas dərəcəsi üzrə verilən əlavə ödənilməmişdir.

28. Qeyd edilənlərə əsasən iddiaçının 2-ci ixtisas dərəcəsi üzrə ödənilən əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbi, eyni zamanda həmin tələbin əsaslılığı ilə bağlı apellyasiya instansiya məhkəməsinin nəticəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyə ziddir. Başqa sözlə, iddiaçı 20082013-cü illərdə sözügedən əlavələri almadığından həmin məbləğlər onun pensiyasının hesbalanmas ında nəzərə alına bilməz.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 21(103)-2311/2022 nömrəli qərarı qismən, “Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli 866 saylı qərarına əsasən verilmiş 2-ci ixtisas dərəcəsi üzrə ödənilən əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 21(103)-2311/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar