Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-505/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü, şikayətə vəkilin orderinin əlavə edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, ərizəçi İddiaçı, cavabdehin nümayəndəsi X1 və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi barədə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1906/2020 nömrəli, 17 noyabr 2020-ci il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı döyüş şəraitində döyüş əməliyyatları dövründə, 4 mart 1992-ci il ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor-müstəntiqi vəzifəsində işlədiyi 1 il 2 ay 21 gün müddətin bir ayı üç ay sayılmaqla, bir xidmət günü üç xidmət günü hesablanmaqla əlavə o laraq 2 il 5 ay 12 gün müddətin güzəştli əmək stajı kimi müəyyən edilməklə prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq stajına daxil edilməsi və xidmət illərinə görə prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-250/2019 saylı, 22 fevral 2019-cu il tarixli qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia rədd edilmişdir.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində istinad edilən qərarın pr okurorluq orqanının işçilərinə münasibətdə tətbiq edilməsi nəzərdə tutulmamışdır.
4. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1223/2019 nömrəli iş üzrə 23 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 1(81)-250/2019 saylı, 22 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edi lməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2575/2019 nömrəli iş üzrə 08 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: X.S.Məmmədov və İ.K.Hüseynov) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1223/2019 nömrəli iş üzrə 23 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. ç)Yeni açılmış hallarla bağlı birinci instansiya məhkəməsində icraat
10. Ərizəçi İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzə lənməsinə dair ərizə verərək, icraatın təzələnməsi haqqında qərardad qəbul edilməklə ilkin icraat üzrə araşdırmanın davam etdirilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-250/2019 saylı, 09 sentyabr 2020-ci il tarixli qərardadı ilə (hakim: P.A.Hüseynov) yeni açılmış hallarla bağlı icraatına təzələnməsinə dair ərizə rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizədə göstərilən əsaslar məhkəmə qərarlarının yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi üçün əsaslara aiddir. Həmin əsaslar qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnməsinə əsas olan sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz.
13. Ərizəçi həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilməklə ilkin icraat üzrə araşdırmanın davam etdirilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. d) Yeni açılmış hallarla bağlı apelyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1906/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-250/2019 saylı, 09 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilməklə ilkin icraat üzrə araşdırmanın davam etdirilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
17. Ərizəçinin verdiyi kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayəti vəkil kimi imzalamış xxxxun səlahiyyətini təsdiq edən müvafiq order şikayətə əlavə edilməmişdir. Şikayətə əlavə edilmiş orderin surətində isə vəkilin hazırkı icraatda ərizə çini təmsil etməyə səlahiyyətli olması qeyd edilməmişdir.
18. Bununla əlaqədar ərizəçinin dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması 06 aprel 2021-ci il tarixinə təyin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə kollegiyasının iclasında ərizəçi öz mövqeyini əsaslandırmaq üçün vəsatət təqdim edərək bildirdi ki, işə ilk dəfə mahiyyəti üzrə Ali Məhkəmədə baxılarkən vəkillə müqavilə bağlasa da, vəkil üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməmiş, faktiki olaraq orderdən istifadə edilməmişdir. Ona görə də hazırkı icraatda iştirak etmək üçün vəkillə yeni müqavilə bağlamamışdır. Odur ki, bildirişdə qeyd edilən halları qəbul etməyərək kassasiya şikayətinin mümkün sayılmasını xahiş etdi.
20. Cavabdehi n vəkili və nümayəndəsi ərizəçinin mövqeyini əsassız hesab edərək kassasiya şikayətinin mümkün sayılmamasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səl ahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
22. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.09.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə haqqında” Əsasnamə: Maddə 1.5. Vəkil orderi (bundan sonra - order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir (1 nömrəli Əlavə)
23. Azərbaycan Respublikasının İnziba ti Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
25. Ərizəçinin şikayətinə vəkilin müvafiq orderi əlavə edilmədiyindən onun dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiy a icraatının mümkünlüyü məsələsinə baxılması məhkəmə iclasına təyin edilmiş, bu barədə ona məhkəmə bildirişi göndərilməklə, yuxarıda qeyd olunan çatışmamazlığın aradan qaldırılması, şikayəti vəkil kimi imzalamış şəxsin müvafiq səlahiyyətini təsdiq edən orderin təqdim edilməsi təklif olunsa da, həmin çatışmazlıqlar aradan qaldırılmamışdır.
26. Hazırda ərizəçi bildirir ki, bundan əvvəl işə Ali Məhkəmədə - kassasiya instansiyasında baxılarkən ona hüquqi yardım göstərilməsi üçün vəkil xxxxa order yazılsa da, vəkil məhkəmə iclasında iştirak etməmiş, faktiki olaraq həmin order istifadəsiz qalmışdır. Odur ki, hesab edir ki, vəkil xxxx həmin orderə əsasən hazırkı məhkəmə prosesində ona hüquqi yardım göstərilməsi üçün iştirak etməyə səlahiyyətlidir.
27. Məhkəmə kollegiyası ərizəçinin bu mövqeyi i lə razılaşmır. Belə ki, vətəndaşlara göstərilən hüquqi yardımın daha da təkmilləşdirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.09.2018-ci il tarixli qərarı ilə “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə təsdiq edilmişdir. Ərizəçinin mövqeyi həmin Əsasnamənin mahiyyətinə ziddir. Qeyd olunmalıdır ki, vəkil orderi vəkilə bir məhkəmə instansiyasında, bir dəfə (bir məhkəmə instansiyasındakı icraat başa çatanadək) təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün verilir. Bu tələb istinad edilən Əsasnamənin 1.5-ci maddəsinin mahiyyətindən irəli gəlir.
28. Bundan başqa, ərizəçinin istinad etdiyi order vəkil xxxxa, artıq icraatı başa çatmış inzibati məhkəmə icraatında ona hüquqi yardımın göstərilməsi üçün verilmişdir. Hazırkı icraat isə fərqli olmaqla, yeni açılmış hal larla bağlı əvvəlki icraatın təzələnməsi barədədir.
29. Qeyd edilənlər ərizəçinin şikayətinin vəkil tərəfindən tərtib edilib imzalanmaması və şikayətə vəkilin orderinin əlavə edilməməsi qənaətinə gəlməyə əsas verir.
30. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
31. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1906/2020 nömrəli, 17 noyabr 2020-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.