Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-505/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-505/2022) Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair iş ü zrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2-1(105)511/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Ş/V: AZE ********, FİN: xxxxxxx) xx.xx.1955-ci il tarixdə Ermənistan Respublikasının Cermux rayonunda anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. 2. 12 sentyabr 1973-cü il tarixli əmək kitabçasına əsasən, iddiaçı 12 noyabr 1968-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 01 may 1997-ci il tarixədək fasilələrlə müxtəlif müəssisələrdə işləmişdir. 3. НЗ seriyalı ******* nömrəli hərbi biletə əsasən, iddiaçı 30 oktyabr 1973-cü il tarixdən 23 noyabr 1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
4. İddiaçı 28.08.2019-cu il tarixdə ona yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanlandığı 18 noyabr 2020-ci il tarixli, **********6 nömrəli məktubla onun müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və qeyd etmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü olduğuna görə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 23040.00 manat pensiya kapitalına qarşı onun fərdi hesabının sığorta hissəsində 17881.03 manat pensiya kapitalı vardır və bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunması barə də qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 28 ildən çox siğorta stajı vardır və bu onun əmək kitabçası ilə təsdiq olunur. Lakin cavabdeh bunu nəzərə almamış və ona əmək pensiyasının təyin olunmasından imtina etməklə qanunvericiliyin tələbini pozmuşdur.
7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlillərinə görə, iddiaçıya məxsus əmək kitabçasına baxış keçirdikdə 1 nömrəli qeydlərdə işə daxil olma tarixi 12.11.1968-ci il görünür. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur və iddiaçının təvəllüdü ilə işə başlaması arasında 13 il fərq vardır. Əmək kitabçasında aparılmış qeydə əsasən iddiaçı 13 yaşında zavodda işə başlamışdır, halbuki SSRİ-nin əmək qanunvericiliyinə görə bu qadağan idi. Həmçinin, əmək kitabçasının açı lma tarixi 12.09.1973-cü il qeyd edilmişdir. Halbuki, əmək kitabçasında iddiaçının işə daxilolma tarixi 2.11.1968-ci il qeyd edilmişdir. Bu səbəbdən də əmək kitabçasındakı həmin qeydlərin mötəbərliyinə dair əsaslı şübhələr yaranır. Əlavə olaraq, iddiaçının əmək kitabçasındakı bütün qeydlər və hərbi xidmət illəri sosial sığorta stajı illəri kimi hesablansa belə, iddiaçının sosial sığorta stajı 24 il təşkil edir. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən isə 65 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaş 65 yaşına 01.05.2020-ci il də çatdığı üçün pensiya hüququ yaranmışdır. Lakin iddiaçının pensiya hüququ yaransa belə, 25 il sosial sığorta stajı ilə bağlı tələb ödənilmədiyindən ona pensiya təyin olunmasından imtina edilmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 3 may 2021-ci il tarixli, 2-1(118)-596/2021 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilmiş, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, cavabdehin əmək kitabçasının 12 sentyabr 1973-cü il tarixdə açılması, işə qəbul edilmə əmrinin isə 1968-ci il tarixə aid olmasına dair dəlilləri iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh imtina məktubunda iddiaçının tələb olunan 25 il sosial sığorta stajına malik olmadığını qeyd etsə də, iddia ərizəsinə etirazında ümumiyyətlə, iddiaçının əmək kitabçasında aparılan qeydləri şübhə altına almışdır. Bununla bağlı məhkəmə cavabdeh inzibati orqana sorğu ilə müraciət edərək onun hansı d övrü sosial sığorta stajı kimi qəbul etdiyinə, hansı dövrü isə qəbul etmədiyinə aydınlıq gətirilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən həmin sorğuya cavab verilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbinə ümumilikdə qiymət verərək iddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı qənaətinə gəlmişdir.
10. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2-1(105)-511/2021 nömrəli qərarı ilə (hakimlər İlqar Dəmirov-sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Rəşadət Ağayev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 3 may 2021-ci il tarixli qəra rı dəyişdirilmədən saxlanılmişdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək kitabçası araşdırılarkən bəzi pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasına baxış keçirdikdə soyad hissəsində “Kərimov” yazıldığı, lakin şəxsiyyət vəsiqəsinə əsasən iddiaçının soyadının “Kərəmov” olduğu məlum olmuşdur. Bu fakt əmək kitabçasının iddiaçıya məxsus olması faktını şübhə altına qoyur. Həmçinin, iddiaçıya məxsus əmək kitabçasına baxış keçirdikdə, 1 nömrəli qeydlərdə onun işə daxil olma tarixinin 12.11.1968-ci il yazıldığı görünür. İddiaçı isə xx.xx.1955-ci ildə anadan olmuşdur. İddiaçının təvəllüdü ilə onun işə başladığı tarix arasında 13 il fərq vardır. Əmək kitabçasında aparılmış qeydə əsasən, iddiaçı 13 yaşında zavodda işə başlamışdır, halbuki SSRİ-nin əmək qanunvericiliyinə görə bu qadağan idi. Həmçinin, əmək kitabçasının açılma tarixi 12.09.1973-cü il qeyd edilmişdir. Halbuki, əmək kitabçasında iddiaçının işə daxilolma tarixi 2.11.1968-ci il qeyd edilmişdir. Azərbaycan SSR-in 10 dekabr 1971-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Əmək Qanunları Məcəlləsi”nin 29-cu maddəsinə görə, əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bu səbəbdən də əmək kitabçasında kı həmin qeydlərin mötəbərliyinə dair əsaslı şübhələr yaranır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapita lı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqavil əsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 17. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəx slər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
19. X1 SSRİ tərəfindən qəbul olunmuş “Uşaqların sənayedə işə götürülməsi üçün minimum yaş həddi haqqında” 59 nömrəli Konvensiyanın 2-ci maddəsinin 1-ci müddəasına görə “On beş yaşına çatmamış uşaqlar heç bir dövlət və ya özəl sənaye müəssisəsində və ya onun hər hansı bir şöbəsində işə qəbul oluna və ya işləyə bilməzlər”
20. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərə k, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəra rı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
25. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkə məsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Hazırkı mübahisədə cavabdehin şikayətinin əsas dəlili mahiyyət etibarı ilə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi əmək kitabçasında onun soyadının “Kərimov” kimi yazılması, lakin şəxsiyyət vəsiqəsinə əsasən iddiaçının soyadının “Kərəmov” olması, həmçinin, əmək kitabçasının 1 nömrəli qrafasında onun işə daxil olma tarixi kimi 12.11.1968-ci ilin qeyd olunması, iddiaçının isə həmin dövrdə 13 yaşında olması, əmək kitabçasının açılma tarixinin 12.09.1973-cü il kimi qeyd edilməsi ilə bağlıdır. Cavabdeh bu səbəblərdən əmək kitabçasındakı həmin qeydlərin mötəbərliyinə onda əsaslı şübhələr yarandığın ı iddia edir.
27. Bununla bağlı nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Hazırkı mübahisəyə münasibətdə, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından, cavabdehin əmək kitabçasındakı həmin qeydlərin onda şübhə yaratdığını sadəcə olaraq iddia etməsi həmin sənədin mötəbər sayılmaması üçün yetərli sayıla bilməz.
28. Belə ki, mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının əmək kitabçasının istinad edilən qeydlərinin həqiqətə uyğun olmadığına dair hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə tərəfindən də əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilməmişdir. Bu baxımdan hazırkı qərarın 18-ci bəndində istinad olunan normada nəzərdə tutulmuş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mö təbər hesab olunmalı və qəbul edilməlidir.
29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə və bu Qərarın 17-ci bəndində istinad olunan hüquq normasına əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İşçinin əmək fəaliyyəti haqqında əsas sənəd əmək kitabçası hesab edilir.
30. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının müvafiq müəssisələrdə iş fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkə mənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).
31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının məsuliyyət sferasına aid olmadığı və təqsirkar davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması, xüsusən də hazırkı mübahisəyə münasibətdə iddiaçının əmək fəaliyyətinin müəyyən dövrü ilə bağlı müvafiq sənədlərin başqa ölkənin (Ermənistan Respublikasında) səlahiyyətli qurumlarına aid olduğu nəzərə alındıqda, iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
32. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə lazımi inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsə dlərinə xidmət edir.
33. Eyni zamanda həm də nəzərə alınmalıdır ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin tələbinə aid olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
34. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, inzibati orqan, o cümlədən cavabdeh şəxsin tələbinin təmin olunmasından imtina e tdiyi hallarda, imtina haqqında qərarda göstərdiyi əsaslara bağlıdır və həmin əsasları məhkəmə icraatının gedişində hər dəfə dəyişərək yeni əsaslar irəli sürməkdə, o cümlədən də apelyasiya və kassasiya şikayətlərində tamamilə yeni və fərqli əsaslara istinad etməkdə haqlı sayıla bilməz. Belə yanaşma şəxsin müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi tələbləri, habelə məhkəmə icraatının effektivliyi və prosessual qənaət prinsipləri baxımından yolverilməzdir.
35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, iddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbayca n Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.
37. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı, 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2-1(105)-511/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.