Məhkəmə qərarları › İş №2-1(102)-505/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-505/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-505/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməs i” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2583/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 22 oktyabr 2021-ci il tarixli, **********6319 qərarına əsasən, iddiaçının fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən “Xəyalə” kafesində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilmişdir.

2. Keçirilmiş yo xlama zamanı həmin obyektdə 8 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli, **********8118 nömrəli qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 29 oktyabr 2021-ci il tarixli, **********8118 saylı qərarın ləğv edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun barəsində qəbul edilmiş qərar həqiqəti əks etdirmir. 2021-ci ilin oktyabr ayının 13-də cavabdehə müraciət edərək yay mövsümünün başa çatması ilə əlaqədar həmin tarixdən fəaliyyəti dayandırdıqlarını bildirmişdir. Bu o, deməkdir ki, həmin obyektdə əmək müqavilələrinə işçilərlə xitam verilmişdir. Bu barədə vergi müfəttişi də məlumatlı olmuşdur. Bundan sonra yeni işçilər götürülməklə payız-qış mövsümü qaydalarına uyğun olaraq işə başlamaq niyyəti olmuşdur. Keçmiş işçilərdən yalnız 2-3 nəfərlə əmək müqaviləsi bağlanılması ni yyəti olmuşdur. Əlavə 3-4 yeni işçi də götürülməsi niyyəti olmuşdur. Bununla əlaqədar yeni işə götürüləcək işçilərlə iş saatları, əmək haqqı və digər şərtlər barədə danışıqlar aparılırdı. Bu zaman obyekt müştəri qəbul etmir, yemək hazırlanmırdı. Lakin, buna baxmayaraq vergi müfəttişləri obyektə hücum edərək hər hansı xidmət göstərilmədiyi halda danışıqlar aparan şəxsləri əmək müqaviləsi bağlamayan işçilər kimi göstərmiş, onlardan məcburi izahatlar almışdır.

5. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ümumi ifadələrə istinad etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddianı əsaslandırmağa çalışmışdır. İddiaçının izahatından da görünür ki, səkkiz nəfər işçi ilə heç bir əmək müqaviləsi və xidməti müqavilə bağlanılmamışdır. Eyni za manda, işçilərin izahatı ilə də iddiaçının onlarla əmək müqaviləsi və xidməti müqavilə bağlanılmadığı təsdiq edilir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3672/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfində n cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından da göründüyü kimi, hazırkı vəziyyətdə iddianın təmin edilib-edilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində fiziki şəxsin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılı olacaqdır. Başqa sözlə, əgər iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə müqavilə mövcud olmadan fiziki şəxs işçi qismində fəaliyyət göstərmişdirsə, deməli vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, işçi qismində fəaliyyəti müəyyən edilməyəcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbində işin faktiki hallarına dair halların, yəni izahat alınarkən məcburetmə, əmək haqqı miqdarı və iş saatları barədə danışıqların aparılması, müştərilərin olmaması mövcud olmadığı öz təsdiqini tapmışdır. İzahatların psixoloji təsir altında alınması ilə bağlı qeyd olunanların həqiqəti əks etdirməyini məhkəmə onunla təsdiq edir ki, qeyd olunan hallar yalnız iddiaçının və faktiki işə cəlb edilmiş şəxslərin izahatında öz əksini tapmış, psixoloji təsirə məruz qalmanı təsdiq edəcək digər sübutlar məhkəməyə təqdim edilməmiş, vergi yoxlamasında iştirak edən şəxslər isə məhkəməyə verdiyi izahatlarında işçilərin izahatı alınarkən heç bir təzyiqin mövcud olmadığını qeyd etmişdir ki, izahatlardan əlavə məcburetmə ilə bağlı halı təsdiq edəcək heç bir ə saslı sübut məhkəməyə təqdim edilmədiyindən həmin halın mövcudluğu öz təsdiqini tapmır. İşçilərin əmək haqqı miqdarı və iş saatları ilə bağlı yoxlama vaxtı danışıqların aparılmasına gəldikdə isə, istər həmin işçilərin vergi orqanına vermiş olduğu izahatında yoxlama vaxtında konkret və dolğun məlumatların təqdim edilməsi, istərsə də məhkəməyə təqdim edilən işçilərin bir qisminin verdiyi izahatlarda qeyd olunanlar həmin şəxslərin iş saatları və əmək haqqı barədə məlumatlı olduğunu, müvafiq razılıqdan sonra isə işə başladığını təsdiq etmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2583/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı iddiası təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********8118 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Belə ki, mübahisələndirilən yoxlamada işt irak edən vergi orqanın əməkdaşları kafedə müştərilərin olması halını qeyd etsələr də, onların müştərilərin sayı harada olmaları barədə izahatları üst-üstə düşmür. Eyni zamanda birinci instansiya məhkəməsi iddiaçı tərəfindən dəvət olunmuş şahidlərin ifadələrinə lazımi diqqətlə yanaşmamış, onları mötəbər hesab etməmişdir, halbuki, bu məsələdə qanun ayrıseçkiliyə yol vermir. Digər tərəfdən iddiaçının təqdim etdiyi videodiskdə kafedə müştərilərin olması görünmür.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, vergi orqanı xx.xx.2021-ci il tarixdə “Xəyalə” kafesində operativ vergi nəzarətini həyata keçirsə də, bu kafenin iddiaçının adı ilə bağlılığı işdən görünmür. İş materiallarında iddiaçının həmin kafedə hansı qanuni əsaslarla sahibkarlıq fəaliyyətinin keçirməsi ilə bağlı hər hansı hüquqi sənəd (mülkiyyət hüququnu təsdiq edən çıxarış, icarə müqaviləsi və s.) yoxdur. Birinci instansiya məhkəməsinin qərarına aid iclas protokolundan görünür ki, həmin məhkəmə də bu məsələ ilə maraqlanmış - iddiaçıya, onun kafedə hansı əsaslarla sahibkarlıq fəaliyyətinin göstərməsi barədə sual vermişdir. İddiaçı cavabında göstərmişdir ki, kafenin sahibi R.Əhmədov adlı şəxs olmuş, işçilərlə bütün əmək müqavilələri həmin şəxs bağlamışdır (hal-hazırda da işçilərlə yeni əmək müqavilələri R.Əhmədovla bağlanmışdır - bax i.v. 30-31), iddiaçı kafedə R.Əhmədovdan aldığı etibarnaməyə (?) əsasən fəaliyyət göstərmişdir. Eyni zamanda işin materiallarında olan, iddiaçıya aid şəxsi hesab vərəqəsindən (bax i.v. - 150154) görünür ki, iddiaçının aktiv sahibkarlıq fəaliyyəti 2006-cı ildən başlansa da, o 2012-ci ildən xx.xx.2021-ci ilədək (iddiaçıya 16.000 manat cərimənin hesablanması ilə əlaqədar vergi borcunun yaranması tarixidir) hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, ona hər hansı vergi məbləği də hesablanmamışdır. Qeyd edilənlərə əsasən, cavabdeh inzibati orqan tərəfindən İddiaçı barədə qəbul olunmuş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********8118 saylı xx.xx.2021-ci il tarixli qərarı əsaslı və qanuni hesab edilə bilməz.

13. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinə əsa sən, məhkəmə qərarına əsasən iddiaçının təqdim etdiyi videodiskdə kafedə müştərilərin olması görünmür. Məhkəmənin həmin əsasına münasibətdə bildirmək istəyirik ki, vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Xəyalə" kafesinin sahəsi 79.9 kv.m qeyd olunmuşdur. İddiaçının məhkəmə baxışına təqdim etdiyi videodiskdəki görüntülərdən görünür ki, çəkiliş yalnız sözügedən obyektin müştərilər üçün nəzərdə tutulmuş əsas zalını, hətta həmin zalın kiçik bir hissəsini əhatə edir. Yəni məhkəmə baxışına obyektin tam görüntüsü təqdim edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında iddiaçının həmin obyektdə hansı əsaslarla fəaliyyət göstərməsini sübut edən heç bir dəlil olmadığını əsas gətirmişdir. Bununla əlaqədar bildirmək istəyirik ki, sözügedən məsələ istər birinci instansiya, istərsə də apellyasiya baxışı zamanı mübahisə predmeti olmamışdır. Hər bir halda uçot-baza məlumatlarından əldə olunmuş iddiaçının icarə münasibətləri əsasında həmin obyektdə sahibkarlıq fəaliyyətini həyata keçirdiyini sübut edən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi kassasiya şikayətinə əlavə olunur. Həmçinin həmin icarə müqaviləsi əsasında vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı aparılmış və obyektə 56292 nömrəli kod (yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi) verilmişdir. Həmçinin apellyasiya məhkəməsi tərəfindən işçilərin verdiyi izahatlara hüquqi qiymət verilməmişdir.

16. Bundan əlavə olaraq iddiaçının həmin obyektdə hansı əsaslarla fəaliyyət göstərməsini sübut edən heç bir dəlil o lmadığını əsas gətirən məhkəmə iddiaçı ilə həmin şəxslərin əlaqəsinin nədən olmasını araşdırmamış, işin hallarına hərtərəfli qiymət verməmişdir. Xüsusilə vurğulamaq istəyirik ki, iddiaçı sonuncu dəfə xx.xx.2018-ci il tarixli ərizə ilə vergi orqanına müraciət edərək 3 il müddətinə fəaliyyətinin dayandırılmasını xahiş etmiş, lakin fəaliyyət göstərmədiyi dövrdə - xx.xx.2020-ci il tarixdə operativ vergi nəzarətinin keçirildiyi obyekti (təsərrüfat subyektini) vergi orqanında uçota qoymaq üçün müvafiq ərizə və mülkiyyət sənədlərini vergi orqanına təqdim etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 21(103)-2583/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul e dilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlu matlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instan siyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

19. Kassasiya şikayəti mümkündür. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məlum olduğu kimi, İddiaçı iddia tələbi cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8118 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsindən ibarətdir.

22. Həmin qərarda göstərilmişdir ki, iddiaçı “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işləri (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilsin”.

23. Beləliklə cavabdehin qənaətinə görə, vergi nəzarəti tədbiri zamanı fərdi sahibkar İddiaçı ünvan 1 ünvanda yerləşən “Xəyalə” iaşə obyektində fəaliyyət göstərdiyindən və bu zaman orada Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyindən Vergi Məcəlləsinin 58.10-cu maddəsinə müvafiq olaraq maddi məsuliyyətə cəlb edilmişdir.

24. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi öz qərarında yazmışdır ki, “məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, ’’Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 2 000 manat, ikinci dəfə yol verildikdə 4000 manat, üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. “İddiaçının fərdi sahibkar kimi işlətdiyi ictimai iaşə müəssisəsi icarə əsasında işlədilmişdir və mülk sahibinin adına olan VÖEN əsasında fəaliyyət göstərmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Vergilər Nazirliyinə rəsmi qaydada müraciət edərək, bütün hesabatları verdikdən və vergiləri artıqlaması ilə ödədikdən sonra yay mövsümünün başa çatması ilə əlaqədar 13 oktyabr 2021-ci il tarixdən fəaliyyətimizi dayandırdıqlarını bildirmişdir. O dövrə kimi obyektdə fəaliyyət göstərən işçilərlə əmək müqavilələrinə xitam verildiyini də göstərilmişdir. Bu barədə Vergilər Nazirliy inin rəsmi portalında məlumat götürən vergi müfəttişi A.S.Əliyev 19 oktyabr 2021-ci il tarixdə, saat 19-20 radələrində bizim obyektdə olub və həqiqətən də fəaliyyət göstərmədiyimizə əmin olmuşdur. Belə ki, biz müştərilərə xidmət göstərilməsini 13 oktyabrdan dayandırmışdıq. Yeni işçilər götürməklə payız-qış mövsümü qaydalarına uyğun olaraq, işə başlamaq fikrində idik. Abbas Əliyev bizdən nə zaman fəaliyyətə başlayacağımızı soruşmuş və mən bir həftə ərzində işə yeni işçilər cəlb etməklə fərqli fəaliyyətə başlamaq niyyətində olduğumu ona bildirmişdim”. Daha sonra apellyasiya instansiyası məhkəməsi iddiaçının izahatına istinadən qərarında göstərmişdir ki, “Vergi əməkdaşları axşam saat 19-20 radələrində restorana gəlmişlər və orada heç bir müştəri olmamışdır. Kafedəki kamera görüntüləri bunun ə yani sübutudur. Kamera görüntüləri məhkəməyə göstərilsə də, məhkəmə işə əlavə etməmişdir. Əgər kafe fəaliyyət göstərsə idi nə üçün axşam saatlarında heç bir müştəri yox idi”. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, “Digər tərəfdən iddiaçının təqdim etdiyi videodiskdə kafedə müştərilərin olması görünmür. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, vergi orqanı xx.xx.2021-ci il tarixdə “Xəyalə” kafesində operativ vergi nəzarətini həyata keçirsə də, bu kafenin iddiaçının adı ilə bağlılığı işdən görünmür. İşin materiallarında iddiaçının həmin kafedə hansı qanuni əsaslarla sahibkarlıq fəaliyyətinin keçirməsi ilə bağlı hər hansı hüquqi sənəd (mülkiyyət hüququnu təsdiq edən çıxarış, icarə müqaviləsi və s.) yoxdur. 1-ci instansiya məhkəməsinin qərarına aid iclas protokolundan görünür ki, həmin məhkəmə də bu məsələ ilə maraqlanmış - iddiaçıya, onun kafedə hansı əsaslarla sahibkarlıq fəaliyyətinin göstərməsi barədə sual vermişdir. İddiaçı cavabında göstərmişdir ki, kafenin sahibi R.Əhmədov adlı şəxs olmuş, işçilərlə bütün əmək müqavilələri həmin şəxs bağlamışdır (hal-hazırda da işçilərlə yeni əmək müqavilələri R.Əhmədovla bağlanmışdır - bax i.v. 3031), iddiaçı kafedə R.Əhmədovdan aldığı etibarnaməyə (?) əsasən fəaliyyət göstərmişdir”.

25. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən İPM-nin 12-ci maddəsində müəyyən edilmiş işin hallarının araşdırılması prinsipinə riayət etməmişdir.

26. Belə ki, yoxlama günü sözügedən “Xəyal ə” kafesinin rəsmi olaraq mülkiyyətçisinin və ya istifadəçisinin kim olması müəyyən edilməmişdir ki, bu da ondan görünür ki, işin 13-cü səhifəsində olan Vergi orqanının arayışının “Vergi ödəyicisi və ya onun filialı, nümayəndəliyi və ya təsərrüfat subyekti (obyekti) haqqında məlumat” adlı hissəsində X1 və adı qeyd edilmişdir.

27. Eyni zamanda işin 14-cü səhifəsində olan “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol”unda və 15-ci səhifəsində olan aktda “Xəyalə” kafesinin İddiaçı məxsus olduğu yazılmışdır.

28. Burada xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçının məhkəməyə verdiyi izahatından görünür ki, iddiaçı “Xəyala” kafesini etibarnamə əsasında R.Əhmədovdan götürmüşdür.

29. Lakin iş materiallarında nə sözügedən etibarnamə, nə də ki, “Xəyalə” kafesinin R.Əhmədova məxs us olmasını təsdiq edən hər hansı bir sənəd (çıxarış) mövcud deyildir.

30. Apellyasiya instansiyası məhkəməsi isə mübahisənin düzgün həll edilməsi üçün xüsusi əhəmiyyət kəsb edən həmin halları araşdırmamışdır.

31. Bundan başqa qeyd edilməlidir ki, X6 Xidmətinin birinci instansiyası məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi siyahıdan görünür ki, R.Əhmədovla 11 nəfər işçi, o cümlədən iddiaçının cərimə aldığı 8 nəfər, əmək müqaviləsi bağlamışdır (iş səhifə 30-31).

32. Lakin apellyasiya instansiyası məhkəməsi həmin faktı qərarında göstərsə də, bu faktı, yəni sözügedən 8 nəfərin niyə, məhz R.Əhmədovla əmək müqavilələrini bağladıqlarını tam və hərtərəfli araşdırmamışdır.

33. Eyni zamanda xüsusi olaraq qeyd edilməlidir ki, işin 222-223-cü səhifələrində olan obyektin icarəyə verilməsinə dai r müqavilədən görünür ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası (“Xəyalə” kafesi məhz həmin ünvanda yerləşir - qeyd Ali Məhkəmənindir) “icarəyə verən” qismində çıxış edən X5, X2 və X3 tərəfindən “icarəçi” qismində çıxış edən İddiaçı ticarət fəaliyyətini həyata keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icarəyə verilmişdir.

34. Göründüyü kimi, sözügedən icarə müqaviləsində R.Əhmədov adı ümumiyyətlə çəkilmir, “İcarəyə verən” qismində tamamilə başqa adamlar çıxış edir ki, həmin adamların “Xəyalə” kafesinə nə kimi aidiyyəti olduqları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırmamışdır.

35. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası hesab edir ki, adıçəkilən qeyriyaşayış sahəsinin mülkiyyətçisinin müəyyən edilməsi üçün müvafiq dövlət orqanına s orğu göndərməli, həmçinin “Xəyalə” kafesindən kimin həqiqi olaraq istifadə etməsinə aydınlıq gətirilməlidir.

36. Bununla yanaşı işin 224-cü səhifəsində olan Dövlət vergi orqanının verdiyi məlumatına əsasən sözügedən kafenin (yeməkxananın) kodu 56292 olmaqla, İddiaçı adına verilmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, “Xəyalə” kafesində yoxlama anında hüquqi cəhətdən həmin kafenin həqiqi olaraq kimin işlədilməsini müəyyən etmək məqsədi ilə, apellyasiya instansiyası məhkəməsi sözügedən obyektdə olan kassa aparatının kimin adında qeydiyyatda olmasına dair Dövlət vergi orqanına sorğu göndərməli, cavab almalı və yalnız bundan sonra yuxarıda qeyd edilmiş 8 nəfərin kiminlə əmək müqaviləsini bağlamalı olması haqqında düzgün nəticəyə gəlməlidir.

38. Həmçinin məhkəmə kollegiyası xatırlatmağı z əruri hesab edir ki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə görə Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur.

39. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər.

40. Bu səbəbdən də məhkəmə kollegiyası he sab edir ki, məlum kafedə baxış keçirildiyi zaman foto və (və ya) video çəkiliş cavabdehdən tələb edilməli və digər sübutlarla yanaşı araşdırılmalıdır.

41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-2583/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

42. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)2583/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya i nstansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar