Məhkəmə qərarları › İş №2-1(102)-505/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-505/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-505/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyini, əmək haqqı cədvəllərinin aşkar edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-317/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasına, eləcə də hərbi biletə əsasən o, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək “Azərbaycan SSR-nin 50 illiyi” adına sovxozda, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək “Azərbaycan SSR-nin 50 illiyi” adına sovxozda, xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək Astara rayon X6 idarəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Astara rayon sabiq 3 saylı Avtonəqliyyat müəssisəsində işləmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh 24 sentyabr 2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı xx.xx.2006-cı il tarixədək 21 il 1 ay 24 gün, xx.xx.2018-ci il tarixdən sonra 1 il 10 ay sığorta stajı (cəmi 22 il 11 ay 24 gün) mövcud olduğudan onun yaşa görə əmək pensiyası hüququ yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cava bdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. Bundan sonra hərbi xidmət də daxil olmaqla fasiləsiz olaraq 3 oktyabr 1996-cı ilə kimi müxtəlif iş yerlərində işləmiş və 23 il 3 ay sosial sığorta stajı əldə etmişdir. Bundan əlavə iddiaçı 2019-cu ildən başlayaraq 2 il 1 ay müddətində sosial sığorta ödənişi etmişdir. İddiaçının cəmi 25 il 4 ay sosial sığorta stajı mövcuddur. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.

8. Şirvan İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2-1(120)-150/2023 saylı qərarı ilə (hakim X4) iddia təmin edilmiş, İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya yaşa görə pensiya təyin e dilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

10. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-317/2023 nömrəli iş üzrə 29 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X3 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2-1(120)-150/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etm işdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Bundan əlavə kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 21.1, 25-ci maddələrinə istinad edilməklə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.

15. Belə ki, Astara rayon Dövlət Arxivinin müdiri X1 iştirakı ilə xx.xx.2021-ci il tarixdə arxivdə yerində yoxlama keçirilmiş və akt tərtib olunmuşdur. Akta əsasən iddiaçının xx.xx.1973-xx.xx.1974-cü illər üzrə əməkhaqqı cədvəlləri aşkar olunmadığından; xx.xx.1976-xx.xx.1979-cu illər üzrə 1976-cı ildə 9 gün, 1977-ci ildə 4 ay, 1978-ci ildə 1 ay əmək haqqı almadığından; xx.xx.1979-xx.xx.1986-cı illə r üzrə əmr kitabları rayon arxivinə təhvil verilmədiyindən yoxlamaq mümkün olmadığından; xx.xx.1986-xx.xx.1996-cı illər üzrə 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1990-cı ildə 2 ay, 1991-ci ildə 11 ay, 1992-ci ildə 12 ay, 1993-cü ildə 9 ay, 1994-cü ildə 12 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 9 ay əməkhaqqı almadığından qeyd olunan dövrlər (15 il 12 gün) mübahisələndirilir. Astara rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 42 nömrəli məktubunda Astara rayon sabiq 3 saylı Avtonəqliyyat müəssisəsində 1987-ci, 1988-ci, 1992-ci, 1994-cü, 1995-ci və 1996-cı illərin əməkhaqqı kitablarında İddiaçı adının öz əksini tapmadığı, sözügedən müəssisədə işləyən digər işçilərin həmin dövrlərdə əməkhaqqı alıb-almamaları, almışlarsa, bunun səbəbləri barədə sənəd və məlumatların Astara rayon Dövlət Arx ivində saxlanılmadığı göstərilmişdir. Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 245/2 nömrəli məktubu ilə iddiaçının 1987-ci, 1988-ci illər üzrə əməkhaqqı cədvəlləri təqdim olunmuşdur. Astara rayon Dövlət Arxivinin hər iki məktubu arasında ziddiyyət mövcud olmasına baxmayaraq qeyd olunan fakt birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xx.xx.1976-xx.xx.1979-cu iş illəri üzrə bəzi aylar əməkhaqqı almamasının səbəbi də araşdırılmamışdır. İddiaçı 2019-2021-ci il tarixlərdə məcburi dövlət sosial sığorta haqqı ödədiyi müddət (1 il 10 ay sistemdən çıxarış əlavə olunur) sosial sığorta stajına mübahisəsiz olaraq qəbul edilmişdir. Eyni zamanda iş materiallarında olan Fondun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.1974 - xx.xx.1976-cı illərdə hərbi xidmət keçdiyi dövr mübahisəsiz sosial sığorta stajına daxil edilmişdir. Belə ki, iddiaçının ümumilikdə mübahisəsiz sığorta stajı 10 il 3 ay 25 gün təşkil edir (xx.xx.1976xx.xx.1979-cu illər əməkhaqqı aldığı 27 ay + xx.xx.1986-xx.xx.1996-cı illər əməkhaqqı aldığı 50 ay + 01 il 11 ay sosial sığorta haqqı ödənilən dövr xx.xx.1974-xx.xx.1976-cı illər hərbi xidmət). Nəticədə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajı kifayət etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəs in sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçm iş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qan ununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları

3. Sosial sığorta stajının hesablanması proseduru 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş sta jı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şik ayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİ YANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İnsan Hü quqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazı rkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

30. Apelyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatmış dır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2021-ci ildə (65 yaş) yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.

31. Cavabdeh apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də iddiaçının xx.xx.1973-cü ildən xx.xx.1996-cı ilədək olan sığorta stajını mübahisələndirir.

32. Kassator qeyd edir ki, iddiaçının xx.xx.1973-xx.xx.1974-cü illər üzrə əməkhaqqı cədvəlləri aşkar olunmadığından; xx.xx.1976-xx.xx.1979-cu illər üzrə 1976-cı ildə 9 gün, 1977-ci ildə 4 ay, 1 978-ci ildə 1 ay əmək haqqı almadığından; xx.xx.1979-xx.xx.1986-cı illər üzrə əmr kitabları rayon arxivinə təhvil verilmədiyindən yoxlamaq mümkün olmadığından; xx.xx.1986-xx.xx.1996-cı illər üzrə 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1990cı ildə 2 ay, 1991-ci ildə 11 ay, 1992-ci ildə 12 ay, 1993-cü ildə 9 ay, 1994-cü ildə 12 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 9 ay əməkhaqqı almadığından qeyd olunan dövrlər sosial sığorta stajına daxil edilməməlidir.

33. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq bildirir ki, əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin illərlə bağlı təhvil verilməyən əmr kitabları və əmək haqqı cədvəllərinə görə iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir.

34. Əmək haqqı alınmayan dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə gəlincə bu hissədə də məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüqu qlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X12) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

35. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir.

36. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1973-1996-ci illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir.

37. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

38. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əməkhaqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

39. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmaqla, tələb olunan 25 ildən artıq sosial sığorta stajı toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Göründüyü kimi, ƏPQ-nun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə t utulan dispozisiya şərtləri – yaş həddi və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-317/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar