Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-506/2019 12.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili oğlunun, cavabdehin vəkili oğlunun, üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs qızına qarşı torpaq sahəsinə dair plan və ölçüdə düzəliş edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2518/2018 saylı iş üzrə 30 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 12 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-128/2018 saylı, 29 may 2018-ci il tarixli qərarı (hakim - R.L.Kərimli) ilə iddia tələbi təmin edilərək İddiaçı məxsus ünvan bağ sahəsinin 29 may 2008-cin il tarixli plan-cizgisinə uyğun gediş-gəliş yolunun açılması ilə bağlı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsininin Bakı şəhər şöbəsi tərəfindən üçüncü şəxs qızının adına 14 aprel 2009-cu il tarixdə verilmiş A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarda və sxemdə düzəl iş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2518/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər - A.B.Nuriyeva və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Cavabdehin şikayətində apellyasiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qərar çıxarılması xahiş edi lmişdir. Üçüncü şəxsin şikayətində isə apellyasiya məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması istənilmişdir. Kassasiya şikayətlərinin dəlilləri Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki,ərizəyə əlavə edilmiş sənədlər surətdir və sözügedən sənədlərin əsilləri idarəyə təqdim olunmamışdır. Bundan əlavə, **** saylı bağın ərazisinə giriş **** saylı bağın ərazisindəndir. Bundan başqa, idarənin elektron baza məlumatlarına əsasən **** saylı bağ sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununu n tələblərinə uyğun olaraq müvafiq hüquq müəyyənedici sənədlər əsasında qeydiyyatdan keçmişdir. Belə ki, sxematik xəritədə bağ sahəsinə keçid yolu nəzərə alınmamışdır və cizgidə göstərilən keçid yolu **** saylı bağ sahəsinin keçid yolu kimi hüquqi qeydiyyatdan keçmişdir. Bundan əlavə, İdarəyə müvafiq daşınmaz əmlakla bağlı Xəzər Rayon Məhkəməsində 2(003)2645/2016 saylı mülki iş üzrə bildiriş daxil olmuşdur. Lakin müvafiq mülki iş üzrə yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Qeyd olunan səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Üçüncü şəxsin kassasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, üçüncü şəxs qızına məxsus hüquq müəyyənedici sənədlərdə, texniki pasport və eləcə də cizgi planında hər hansı y ol qeyd olunmamışdır. Belə ki, ilk olaraq 1991-ci ildə Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki **** saylı bağ sahəsinin va x2 İbrahim qızına icarəyə verilməsi barədə Bakı Şəhər icra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismar Birliyi ilə onun arasında müqavilə bağlanmışdır. Həmin bağ evi ilə bağlı tərtib olunmuş texniki pasportda nəinki **** saylı bağ evinə, eləcə də digər qonşu evlərə hər hansı bir yolun olması göstərilməmişdir. İddiaçı həmin ünvanda yerləşən **** saylı bağ evi ilə bağlı 1998-ci ildə müqavilə bağlamış, sonradan texniki pasport tərtib olunmuşdur. Əgər yolun qeyd olunmasına zərurət olardısa həmin məsələ ilə bağlı Nazirlər Kabinetinin qərarı mövcud olar və **** saylı bağ sahəsindən **** saylı bağ evinə yol xəttinin olması texniki pasportda və eləcə də digər hüquq müəy yənedici sənədlərdə öz əksini tapardı. Lakin hazırda X1 oğluna məxsus torpaq sahəsinin 29 may 2008-ci il tarixli cizgi planından başqa, həmçinin həmin plan əsasında iş üzrə mövcud olan məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən başqa bu halı təsdiq edən sübut yoxdur ki, qeyd olunan cizgi planının səhv tərtib olunmasını isə yuxarıda qeyd edilmişdir. Bundan başqa, Xəzər rayon Məhkəməsinin qərardadı əsasında təyin olunmuş məhkəmə mühəndis-texniki eskpertizasının 27 dekabr 2016-cı il tarixli rəyinə əsasən mülkiyyət hüququna toxunulmadan **** nömrəli bağ sahəsinə verilmiş “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlarda və sxemdə müvafiq düzəlişlər edilərsə **** nömrəli bağ sahəsinə olan gediş-gəliş yolunun açılmasının mümkün olduğu qeyd olunmuşdur. Buna münasibətd ə nəzərə alınmalıdır ki, əvvəla, mövcud ekspert rəyi mütləq sübut olmayıb işdə olan digər sübutlarla əlaqəli şəkildə tədqiq olunmalıdır. Ekspert rəyi mötəbər olduğu təqdirdə digər sübutlarla məcmu şəkildə qiymətləndirilməli, mötəbər olmadığı təqdirdə isə sübut kimi nəzərə alınmamalıdır. İnzibati orqanın iddiaçıya məxsus torpaq sahəsinin cizgi planın səhv tərtib olunmasını etiraf etməsi, iddiaçı ona məxsus torpaq sahəsini qanuni əsaslarla əldə etməsindən 7 il öncə yəni 1991-ci ildə üçüncü şəxs üçüncü şəxsin ona məxsus torpaq sahəsini qanuni əsaslarla əldə etməsi və həmin torpaq sahəsində iddiaçıya məxsus torpaq sahəsinə yolun nəzərdə tutulmaması qeyd olunan ekspert rəyinin işin faktiki hallarına əsaslanmadığı qənaətinə gəlməyə əsas verir ki, belə vəziyyətdə də həmin rəy məhkəmə tərəfindən sübut kimi qəbul olunmamalı idi. Digər tərəfdən, sözügedən ekspert rəyi özü-özlüyündə ziddiyyət təşkil edir. Belə ki, rəyin tədqiq hissəsində ikinci suala cavab verən ekspert qeyd etmişdir ki, mülkiyyət hüququna toxunulmadan **** bağ sahəsinə verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş koordinatlarda və sxemdə müvafiq düzəlişlər edilərsə **** nömrəli bağ sahəsinə gediş-gəliş yolunun açılması mümkündür. Ziddiyyətli məqam ondan ibarətdir ki, hüquqi əsas olmadığı halda üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsindən gedişgəliş yolunun açılması onun mülkiyyət hüququna birbaşa müdaxilə nəticəsində mümkün olacaqdır ki, bu da ekspertin yazdığı kimi üçüncü şəxsin mülkiyyət hüququna toxunmadan həyata keçirilməsi qeyri-mümkündür. Tərəflərin izahatları Məhkəmə iclasında cavabd ehin və üçüncü şəxsin vəkilləri hər biri özlərinin kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətlərin təmin edilməsini xahiş etdilər. İddiaçı və vəkili isə kassasiya şikayətlərinin təmin edilmədən, apellyasiya məhkəməsinin qərarının isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya he sab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin faktiki halları ilə bağlı olaraq aşağıdakılar müəyyən edilmişdir: - Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki 0,25 ha ölçüdə olan **** saylı bağ sahəsinin X1 oğluna icarəyə verilməsi barədə onunla Bakı ŞİH Bağlar Təsərrüfatının İstismarı və İnkişafı Birliyi arasında 02 iyun 1998-ci il tarixdə *** saylı müqavilə bağlanmışdır; - Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki **** saylı bağ sahəsinin X2 qızına icarəyə verilməsi barədə Bakı ŞİH Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə onun arasında 29 may 1991-ci il və 04 mart 2004-cü il tarixlərdə **** saylı müqavilələr bağlanmışdır; - DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfi ndən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən **** saylı bağ sahəsinə dair X1 oğlunun adına 29 may 2008-ci il tarixdə "Torpaq sahəsinin planı" tərtib olunmuşdur; - Bakı ŞİH Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 29 may 1991-ci il tarixli ** saylı protokolu əsasında üçüncü şəxs qızına ayrılmış Bakı şəhəri, Mərdəkan bağ massivindəki **** saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 14 aprel 2009-cu il tarixdə A seriyalı ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib olunmuşdur; - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, **** saylı bağ evinə (torpaq sahəsi 0,25 ha olmaqla) üçüncü şəxsin İbrahim qızının mülkiyyət hüquqları 29 sentyabr 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən müvafiq reyestrdən çıxarış verilmişdir; - ünvan ünvanlanmış 14 dekabr 2015-ci il tarixli məktubunda bildirilmişdir ki, 20 yanvar 2008-ci il tarixdə vəfat etmiş X1 oğlundan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 saylı Notariat Kontoruna müraciət daxil olmuşdur. 01 may 2008-ci il tarixdə V-45/2008 nömrəli vərəsəliyin uçot kitabında qeydiyyata alınaraq miras qoyanın adına vərəsəlik işi açılmış və 02 oktyabr 2008-ci il tarixdə 2V/1-_146 və 2V1-147_ reyestr nömrəsi ilə qeydə alınaraq İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daınmaz Əmlakın Kad astrı və Ünvan Reyestri Xidmətinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə 19 dekabr 2016-cı il tarixli məktubla təqdim olunmuş həmin qurumun Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyində bildirilmişdir ki, DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş cizgi plana əsasən **** saylı bağ sahəsinin layihəsində gediş-gəliş yolu mövcuddur; - Mərdəkan qəsəbəsindəki **** saylı bağ sahəsinə dair üçüncü şəxsin İbrahim qızının adına verilmiş "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlara və sxemə əsasən **** saylı bağ sahəsinin cizgi-planında göstərilmiş gediş-gəliş yolu naturada bağlanmışdır. **** nömrəli bağ sahəsinə olan gediş-gəliş yolunun (bağlanmış) ölçüsü qədər torpaq sahəsi əks tərəfdə naturada "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən kənarda qalmışdır. Odur ki, mülkiyyət hüququna toxunmadan **** nömrəli bağ sahəsinə verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilmiş koordinatlarda və sxemdə müvafiq düzəlişlər edilərsə (**** saylı bağ sahəsinin cizgi planına uyğun), **** saylı bağ sahəsinə olan gediş-gəliş yolunun açılması mümkündür; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin eksperti tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatındakı 2(003)-2645/2016 saylı mülki iş üzrə 27 dekabr 2016-cı il tarixdə verilmiş 18129 saylı ekspert rəyində ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin 19 dekabr 2016-cı il tarixli mütəxəssis rəyində qeyd olunanlara əsaslanara q bildirilmişdir ki, DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş cizgi plana əsasən **** saylı bağ sahəsinin layihəsində gediş-gəliş yolu mövcuddur; - Mərdəkan qəsəbəsindəki **** saylı bağ sahəsinə dair üçüncü şəxs qızının adına verilmiş "Torpaq sahəsinin planı və ölçüsü"ndəki koordinatlara və sxemə əsasən **** saylı bağ sahəsinin cizgi-planında göstərilmiş gediş-gəliş yolu naturada bağlanmışdır. **** nömrəli bağ sahəsinə olan gediş-gəliş yolunun (bağlanmış) ölçüsü qədər torpaq sahəsi əks tərəfdə naturada "Torpaq sahəsinin planı və ölçüsü" sənədindən kənarda qalmışdır. Odur ki, mülkiyyət hüququna toxunmadan **** nömrəli bağ sahəsinə verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilmiş koordinatlarda və sxemdə müvafiq düzəlişlər edilərsə (**** saylı bağ sahəsinin cizgi planına uyğun), **** saylı bağ sahəsinə olan gediş-gəliş yolunun açılması mümkündür; - DƏDRX Bakı şəhər Ərazi İdarəsinin ərizəçi İddiaçı ünvanlanmış 09 iyun 2017-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu Mərdəkan bağ massivindəki **** saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı poçt vasitəsilə daxil olmuş ərizəyə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, təqdim olunmuş sənədlər surətdir. Aparılan zaaraşdırma zamanı müəyyən edilmişdir ki, bir neçə bağ sahəsi bir hasar daxilindədir, notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməmişdir. Bundan əlavə bağ sahəsi mübahisəlidir. Belə ki, sxematik xəritədə bağ sahəsinə keçid yolu nəzərə alınmamış, cizgidə göstərilən keçid yolu digər bağ sahə sinin ərazisi kimi hüquqi qeydiyyatdan keçmişdir. Sözügedən məsələ ilə əlaqədar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2645/2016 saylı işi üzrə mübahisə davam edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə görə torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ö lçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 18-ci maddəsinə görə şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anba r tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədə niyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri. Həmin Məcəllənin 65-ci maddəsinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitk i örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və y erdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhə dlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaql ara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin malqarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya müvəqqəti (qısamüddətli və uzunmüddətli) istifadəsində, eləcə də idarəsində istifadəsində olan bələdiyyə torpaqları daxildir. Həmin Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı s ahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsus i mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mübahisənin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, işdə olan sənədlərə, o cümlədən plan-cizgiyə əsasən Mərdəkan qəsəbəsindəki **** saylı bağ sahəsinin **** saylı bağ sahəsi tərəfdən keçid yolunun olduğu, lakin hazırkı durumda həmin keçid yolunun bağlandığı müəyyən edilir. Hazırkı iş üzrə cavabdeh qurum daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamışdan əvvəlki vaxtda üçüncü şəxsin adına tərtib olunmuş hər hansı cizgi plan, hansı ki, mübahisəli keçid yolunun olm amasını və ya həmin ərazinin üçüncü şəxsin qanuni istifadəsində olmasını təsdiq edir, təqdim etməmişdir. Eyni zamanda, müvafiq mülki iş üzrə alınmış mütəxəssis və ekspert rəylərində mülkiyyət hüquqlarına toxunmadan həmin keçid yolunun açılmasının mümkünlüyü bildirilmişdir. Həm də qeyd olunmalıdır ki, torpaq qanunvericiliyi bağlararası keçid (gedişgəliş) yollarını ümumi istifadədə olan ərazi kimi bələdiyyə mülkiyyəti qismində tanıyır və vətəndaşların mülkiyyətinə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verməyi nəzərdə tutmur. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən plan və ölçünü verən qurum ləğv edildiyindən və hazırda belə sənədlərin verilməsi DƏDRX-in səlahiyyətlərində olduğundan, DƏD RX 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs üçüncü şəxs qızının adına keçmiş DTXK Bakı şəhər şöbəsi tərəfindən 14 aprel 2009-cu il tarixdə verilmiş A ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində İddiaçı məxsus ünvan bağ sahəsinin 29 may 2008-cin il tarixli plan-cizgisinə uyğun gediş-gəliş yolunun açılması ilə bağlı müvafiq düzəliş etməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin və üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2518/2018 saylı iş üzrə 30 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-506/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-506/2019
12.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver