Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-506/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinin planı və ölçünün verilməsi GİRİŞ HİSSƏ 16.06.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə İddiaçının vəkili X3 və 3-cü şəxs Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarə sinə və 3cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı torpağın plan və ölçüsünün verilməsi haqqında iddia tələbinə dair dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsidir) və 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyi tərəfindən 17708 saylı, 23.08.1990-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən, sahəsi 0,25 ha olan 19 “c” saylı bağ sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi ilə bağlı barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2012-ci il tarixli qərarı ilə (hakim İ.Bayramova; iş No 2in(82)-2450/2012) iddianın təmin edilməsi; Bakı şəhər İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyinin 17700 saylı, 23.08.1990-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən, sahəsi 0,25 ha olan 19 “c” saylı ba ğ sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alımışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2014-ci il tarixli qərardadı ilə (hakim İ.Bayramova; iş No 2in(82)-2450/2012) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2012-ci il tarixli qərarı icra edildiyinə görə, həmin inzibati iş üzrə icra icraatına xitam veridməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08.06.2017-ci il tarixli qərarı ilə (sədrlik edən Ü.Mayılov, hakimlər V.Ağayev və C.Yusifov; iş № 2-1(103)51/2017) 3-cü şəxs Bakı şəhəri İcra Hakimiyyətinin apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.11.2012-ci il tarixli qərarının ləğv edilməsi; işin 3-cü şəxslərin iştirakı ilə yeni dən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.08.2018-ci il tarixli qərarı ilə (hakim E.Mustafayev; iş No 2-1(82)188/2018) iddia tələbinin təmin edilməməsi qərara alımışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.12.2018-ci il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər V.Sadıqov və K.Abiyeva; iş № 2-1(103)25/2578/18) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 09.08.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.05.2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Dadaşov, hakimlər K.Bədəlov və S.Hüseynova; iş No 2-1(102)-1344/2019) Bakı Apellyasiya Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının 26.12.2018-ci il tarixli qərarının ləğv edilməsi; işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi; iddiaçının kassasiya şikayətinin qismən təmin olunması qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31.10.2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Əhmədov, hakimlər İddiaçı və V.Məmmədov; iş № 2-1(103)-1769/2019) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.08.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın plan-ölçü sənədinin verilməsi hissəsində təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə koll egiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən, maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının AAAAAAAAAAkassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cı il tarixli qərarını ləğv ləğv edilməsi və iddianın plan-ölçü sənədinin verilməsi hissəsində təmin edilməsi barədə qərar qəbul edilməsini xa hiş etmiş və iddiaçının 3-cü şəxs Bakı şəhəri Suraxanı İcra Hakimiyyəti il bağladığı 31.05.2020-cü il tarixli barışıq sazişini təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş 3-cü şəxs Bakı şəhəri Süraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi E.Zahirli Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin, 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPMnin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallar ında olan, 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin müvafiq sorğusuna cavab olaraq verilmiş 7-6167/17 saylı 02.11.2016-cı il tarixli məktuba əsasən, Bağlar Təsərrüfatı Departamenti tərəfindən tərtib olunan protokollar Bakı şəhər İcra Hakimiyyətinin Arxivinə təhvil verilməmişdir. İşin materiallarında olan, həmin 3-cü şəxs İcra Hakimiyyətinin Başçısı tərəfindən məhkəməyə ünvanlanmış 7293/17g saylı 21.07.2016-cı il tarixli məktuba görə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xəzər dənizinin sahili hissəsində (Simurq restoranının yanı) 0,25 ha olan torpaq sahəsinə iddiaçının adına 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.07.2012-ci il tarixli qərarı əsas gətirilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında y anında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 19.01.2013-ci il tarixli (Seriya RX No 0111713) Çıxarış və 19.01.2013-cü il tarixli AA 045884 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Həmin məhkəmə qərarı rəsmi qaydada İcra Hakimiyyətinə daxil olmamış və qeydiyyatdan keçməmişdir. Belə bir qərarların mövcudluğundan İcra Hakimiyyəti təxminən 1 ay bundan qabaq 3-cü şəxs Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən məlumatlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli, 2186 saylı Fərmanı ilə Bakı Şəhər Bağlar Təsərrüfatının İstismarı və İnkşafı Birliyinin ləğv edilmiş, bütün sənədlər və səlahiyyətlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İd arəsinə verilmişdir. Lakin nə Bakı Şəhər Bağlar Təsərrüfatının İstismarı və İnkşafı Birliyində, nə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində iddiaçıya torpaq sahəsi ayrılması barədə heç bir sənəd aşkarlanmamışdır. İşin materiallarında olan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2012ci il tarixli qərarının icrası ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünün surətinə müvafiq olaraq iddiaçının istifadəsində olan Bakı ş.,Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 19 «c» saylı bağın sahəsi 2.500 kv.m təşkil edir, torpaq sahəsi 19 «c» saylı bağ evi tikintisi üç ün nəzərdə tutulmuşdur. İşin materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə uyğun olaraq BBBBBBBBBBBB saylı bağ sahəsi iddiaçının adına qeydiyyata alınmışdır. Hazırki işə baxan Ali Məhkəmənin 15 may 2019-cu il tarixli qərarına görə, Bakı şəhər İcraiyyə Komitəsinin «X2 və İstismarı Birliyi» ilə iddiaçı arasında bağlanmış, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 19 «c» saylı bağ sahəsinin 10 il müddətinə, iddiaçının istifadəsinə verilməsinə dair 17708 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsi ləğv, yaxud etibarsız hesab edilməmiş, bundan əlavə, qüvvədə olan məhkəmə qərarına əsasən iddiaçı BBBBBBBBBBBB saylı bağ sahəsinin icarəçisi hesab edilmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““xxxx” ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 09 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli Qərarında vurğulanmış hüquqi mövqe nəzərə alınmaqla və işdəki mövcud sübutlar düzgün qiymətləndirilməklə, mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir. Ali Məhkəmənin qərarında qeyd edilən məcburi göstərişlərə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən göndərilmiş müvafiq sorğuya cavab vermiş c avabdeh İdarənin məktubuna görə, iddiaçının adına Suraxanı rayonu, Hovsan bağ massivi, 2.500 m2 torpaq sahəsi olan 19 “c” saylı bağ sahəsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.11 2012-ci il tarixli qərarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 25.12.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmçinin Hövsan qəsəbəsi, 0,25 hektar torpaq sahəsi olan 19 “c” saylı bağ sahəsi vətəndaş tərəfindən təqdim edilən 23 avqust 1990-cı il tarixli, 17708 nömrəli müqavilə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 25.12.2012-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.11.2012-ci il tarixli qərarına iddiaçının adına 19.01.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki,iddiaçının mübahisəli bağ sahəsi ilə bağlı istinad etdiyi yeganə hüquqmüəyyənedici sənəd X2 və İstismarı Birliyi ilə iddiaçı (İcarədar) arasında bağlanmış 17708 saylı 23.08.1990-cı il tarixli bağın icarəyə verilməsi haqqında müqavilənin surətidir. Təkrar apellyasiya baxışı zamanı bağın icarəyə verilməsi haqqında 17708 saylı 23.08.1990-cı il tarixli müqavilənin mövcud olub-olamaması məsələsini aydınlaşdırmaq üçün məhkəmə sorğuları verilmiş, lakin işin materilarında olan və təkrar apellyasiya baxışı zamanı məhkəməyə daxil ol an məhkəmə sorğularına verilmiş cavab məktublarına əsasən həmin müqavilənin əslinin mövcud olması öz təsdiqini tapmamışdır. Аzərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə müvafiq olaraq yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş sürəti təqdim edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 mart tarixli 3 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, işlərə baxarkən, obyektivliyi təmin etmək məqsədilə məhkəmələr iş üçün həlledici əhəmiyyətə malik olan sənədlərin əslini və yaxud notariat qaydasında təsdiq edilmiş surətini tələb etsinlər. Sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qərarı quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz. Qeyd edilmiş müqavilə mövcud olsa belə, həmin müqavilənin qüvvədə olma tarixi 23 avqust 2000-ci il təşkil edir. Apellyasiya icraatı zamanı məhkəm ə iclasında çıxış edən iddiaçının vəkili müqavilədə 10 illik müddəti bitsə də müqavilə ləğv edilməmiş və iddiaçı həmin torpaq sahəsində işlər görmüşdür demiş və bu dəlillə münasibətdə qeyd olunmalıdır ki, həmin müqavilənin 9-cu bəndinə görə, müqavilənin bütün maddələrinin icarədar və onun ailə üzvləri yerinə yetirdikdə, müqavilənin yeni müddətə bağlanması hüququ verir. Cümlənin məzmunundan göründüyü kimi, sadəcə olaraq müqavilənin yeni müddətə bağlanmaq hüququ verilir. Yəni müqavilə müddəti bitdikdən sonra icarəyə götürən tərəfindən işlərin görülməsi müqavilənin müddətinin birbaça olaraq yenidən uzadılmasına səbəb olmur. Tərəflər arasında icarə müqavilə münasibətləri 23.08.1990-ci tarixdən yaranmışdır. 01 sentyabr 2000-ci il tarixə qədər Azərbaycan Respublikasının 11.09.1964-cü il tarixli Mülki Məcəlləsi qüvvədə olduğu üçün bu münasibətlər Azərbaycan Respublikasının 11.09.1964cü il tarixli Mülki Məcəlləsinin müddəaları ilə tənzimlənir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, mülki hüquq və vəzifələr: 1) qanunda nəzərdə tutulan əqdlərdən, habelə qanunda nəzərdə tutulmasa da, qanuna zidd olmayan əqdlərdən; 2) inzibati aktlardan, o cümlədən dövlət, kooperativ və sair ictimai təşkilatlar üçün planlaşdırma aktlarından mülki hüquq və vəzifələr əmələ gəlir. Həmin Məcəllənin 68-ci maddəsinə müvafiq olaraq illərlə hesablanan müddət, müddətin axırıncı ilinin müvafiq ay və günündə qurtarır. Həmçinin hazırki işə baxmış Ali Məhkəmənin qərarında qeyd olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““xxxx” ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İ nzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 4 oktyabr 2016-cı il tarixli Qərarında vurğulanmış hüquqi mövqenin nəzərə alınması göstərişi ilə bağlı qeyd olunmalıdır ki, həmin Plenum qərarının qəbul edildiyi iş üzrə işin faktiki halları hazırki işin faktiki hallarından fərqli olmuşdur. Beləki, həmin iş üzrə iddiaçıya Bakı şəhər X7 İcraiyyə Komitəsinin 17 noyabr 1978-ci il tarixli qərarı (inzibati akt) ilə torpaq sahəsi iddiaçının daimi istifadəsinə ayrılmış, lakin torpaq icarə müqaviləsi bağlanmamışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə g əlmişdir ki, torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması üçün icra hakimiyyəti orqanının qərarı ilə yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanan icarə (istifadə) müqaviləsinin olması da əsas şərtdir. Kassasiya instansiyası məhkəməsi belə müqavilənin olmamasını əsas götürərək, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etmiş və iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 oktyabr 2016-cı il tarixli Qərarında isə qeyd edilmişdir ki, hazırki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər X7 İcraiyyə Komitəsinin 17 noyabr 1978-ci il tarixli qərarı ilə torpaq sahəsi iddiaçının daimi istifadəsinə ayrılmışdır. Torpaq Məcəlləsi 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmiş və onun geriyə qüvvəsi yoxdur. 1978 -ci ildə qüvvədə olan qanunvericiliyə əsasən isə torpaqların daimi istifadəyə verilməsi ilə bağlı münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsi tələb olunmurdu, bunun üçün müvafiq icra hakimiyyəti orqanının torpağın daimi istifadəyə verilməsinə dair qərarı kifayət edirdi. Belə münasibətlər isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından deyil, Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Halbuki hazırki iş üzrə müəyyən edilir ki, iddiaçı tərəfindən istinad edilən X2 və İstismarı Birliyi (Birlik) ilə iddiaçı (İcarədar) arasında bağlanmış 17708 saylı 23.08.1990-cı il tarixli bağın icarəyə verilməsi haqqında müqavilədir. Lakin iddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati akt mövcud deyildir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür, ona bağ sahəsi 1970-ci ildə, yəni iddiaçının 2 yaşı olanda ayrılmışdır. Halbuki, adı çəkilən müqavilədə Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının məsələləri üzrə komissiyasının 1970-ci il tarixli 7 saylı protokolu fərdi və ya kollektiv şəxslər barəsində onlara bağ sahələrinin ayrılması ilə bağlı qəbul edilmişdir ki, iddiaçı həmin vaxt azyaşlı olmaqla kollektiv üzvü ola bilməzdi. Azərbaycan Respublikasının 11.09.1964-cü il Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən vətəndaşın öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və özü üçün mülki vəzifələr yaratmaq qabiliyyəti (mülki fəaliyyət qabiliyyəti) tam həcmdə, onun həddi-büluğa çatması ilə, yəni 18 yaşına çatması ilə əmələ gəlir. Həmin Məcəllənin 14- cü maddəsinə müvafiq olaraq həddi-büluğa çatmayan on beş yaşınadək şəxslərin adından əqdləri onların valideynləri, övladlığa götürənlər və ya qəyyumları bağlayır. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyya tı üçün əsaslardan biri hesab olunur. Beləliklə, mübahisəli bağ sahəsinin plan və ölçüsünün verilməsi üşün qanuni əsaslar müəyyən edilmədiyindən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur, və belə olan halda təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı ilə 3-cü şəxs Bakı şəhəri Suraxanı İcra Hakimiyyəti arasında bağlanmış, mövzusu mübahisə predmeti olan və iddiaçıya verilmiş plan və ölçü sənədinin tanınması və 3-cü şəxs İcra Hakimiyyəti tərəfindən gələcəkdə bu sənədlə bağlı həmin predmetlə məhkəməyə bir daha müraciət etməyəcəyi barədə 31.05.2020-cü il tarixli bar ışıq sazişini təqdəm etməklə, mübahisəyə son qoyduqlarını bəyan etsələr də, Azərbaycan Respublikası MPM-nin müvafiq müddəalarına görə, barışıq sazişi yalnıza iş üzrə tərəflər, yəni iddiaçı və cavabdeh arasında bağlana bilər, bağlandıqda isə məcəllədə göstərilmiş prosessual nəticələri lda bilər. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində prose s iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 31 oktyabr 2019-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2019-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-506/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-506/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver