Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-506/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ölmüş şəxsin adına çıxarış verilməsi tələbinin mümkün hesab edilməməsi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızı nın katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 2-1(103)-1875/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının “mövcud bağ sahəsinin sənədləşdirilməsi barədə” 23 sentyabr 1998-ci il tarixli 1484 №-li sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsində 1-ci Badamdar küçəsində 1 sayl ı evlərin qarşısında 3,0 x 5.0 kv.m ölçüdə bağ sahəsinin X2 adına sənədləşdirilməsi qərara alınmışdır.
2. X4 12.01.2017-ci il tarixdə ölmüş və onun qızı İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdehə müraciət etmişdir.
3. Cavabdeh müraciətin təmin olunmasından imtina etmiş və 14.09.2017-ci il tarixli **********93 №-li məktubla cavab verərək bildirmişdir ki, araşdırma zamanı sözügedən torpaq sahəsinin şosse yolunun kənarındakı yaşıllıq ərazisində (uşaq meydançasında) yerləşdiyi və torpaq sahəsinin sərhədlərinin şərti olduğu qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 10 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 13 sentyabr 1998-ci il tarixli sərəncamına əsasən ayrılmış 3,0 x 5,0 kv.m ölçüdə mövcud bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X2 adına Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısının 1484 №-li, 23.09.1998-ci il tarixli sərəncamına əsasən 3,0 x 5,0 kv.m ölçüdə ayrılmış mövcud bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmidir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 14 84 №-li, 23.09.1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Badamdar qəsəbəsi, 1ci Badamdar küçəsində 1 saylı evin qarşısında (3,0x 5,0) kv.m ölçüdə bağ sahəsi atası X1 adına sənələşdirilmiş və sonuncu tərəfindən bağ sahəsi abadlaşdırılaraq, həyatının sonuna qədər həmin bağ sahəsindən qanuni qaydada istifadə edilmişdir. X7 12.01.2017-ci il tarixdə ölmüşdür. Sözügedən bağ sahəsi hal-hazırda onun istifadəsindədir.
7. Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2-1(112)-378/2020 saylı qərarı (N.Abıyev) ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqanın imtinası əsaslıdır.
9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apel yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1875/2020 saylı, 10.11.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev (sədrlik edən və məruzəçi), A.Hüseyn və A.Nuriyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq bildirmişdir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə al ınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolağına düşdüyü müəyyən edilmişdir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində deyilir ki, cavabdehin torpaq sahəsi üzərində hüququn qeydə alınmasından imtina etməsi üçün gətirdiyi dəlillərin əsassızlığı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məlikəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04.08.2020-ci il tarixli 10/718 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin rəydə qeyd edilir: "Badamdar küçəsi, 1 saylı evin qarşısında 3.0 x 5.0 metr ölçüdə ayrılmış bağ sahəsinin iş materaillarında olan yerləşmə cizgisinə uyğun olduğu müəyyən edilmişdir. Səbail rayon İcra Hakimiyyəti başçısının 23 sentyabr 1998-ci il tarixli 1484 №li sərəncamı ilə X3 Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsi, 1 saylı evin qarşısında 3.0 x 5.0 metr ölçüdə ayrılmış bağ sahəsi ilə şosse yolun ara məsafəsi 3.3 metr, həmin torpaq sahəsi ilə 1 saylı yaşayış evinin ara məsafəsi isə 16.7 metr təşkil etdiyi müəyyən olunmuşdur. Tədqiq olunan torpaq sahəsinin faktiki yeri olaraq "Badamdar qəsəbəsində, Badamdar şossesinin (küçəsinin) kənarında, 1 saylı yaşayış binasının qarşısındakı sahədə (yaşayış binasından 16,7 metr aralı) yerləşdiyi müəyyən olunmuşdur. Lakin B adamdar şossesinin yaxınlığında ümumi istifadə olunan yaşıllıq ərazisinin planlı yerləşməsinə dair hər hansı sənəd, o cümlədən ayrıc aktı, plan-sxem və s. iş materiallarına əlavə edilmədiyindən, X3 ayrılmış torpaq sahəsinin yaşıllıq ərazisi ilə üstüstə düşməsi müəyyən edilmədi". Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyinin məzmunundan və açıq mənasında da göründüyü kimi həmin bağ sahəsinin iddiaçının atasının adına dövlət qeydiyyatına alınmasından imtinaya əsas kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən göstərilən hal mövcud deyildir və ümumiyyətlə belə bir hal müəyyən edilməmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı məhkəmə iclasında vəkillə iştirak etmədiyinə görə onun izahatı dinlənilmədi.
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Mə cəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 16. “İnzibati icraat haqqında” Qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməy ə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan m araqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitə si ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olun duğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. İddiaçı məhkəmənin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (İPM-in 91-ci maddəsi). KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə akt ının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, işə baxmış apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmədiyinə görə kassasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxışa göndərilməlidir.
19. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cav ab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsasl ılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
21. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı atası tərəfindən əldə edilmiş torpaq sahəsinin mərhum atasının adına daşınmaz əmlakın dövlət re yestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini tələb edir. Apelyasiya instansiyası iddianın maddi hüquqi əsasını düzgün müəyyən etməmişdir. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edən normativ akt “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanundur. Həmin Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsi iddianın həlli üçün bu normaya istinad etməmiş, işin hallarını həmin norma əsasında təhlil etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 1.2-ci bəndinə əsasən, bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formad a hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Adı çəkilən Təlimatın 2.4-cü bəndinə görə daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir. Təlimatın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında hüquqmüəyyənedici sənəd olaraq çıxarış və ya qeydiyyat vəsiqəsi verilməsi barədə fərqli tənzimləmə mövcuddur. Başqa sözlə, eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktlar ziddiyyətli olmaqla, normativ hüquqi aktların kolliziyası vardır və bu kolliziya, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.6-cı maddəsinə əsasən, təlimata nisbətdə qanuna üstünlük verilməsi yolu ilə həll edilməlidir. Yəni iddia tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinin müddəaları əsasında həll olunmalıdır. Bu mövqedən yanaşıldıqda iş materiallarından görünür ki, iddiaçı Qanunu n 2.2-ci maddəsinin şərtləri baxımından uğurlu iddia tələbi irəli sürməmişdir. Həmin norma vərəsəyə daşınmaz əmlakın ölmüş valideynin adına qeydiyyata alınması barədə çıxarışın deyil, əmlakın ölmüş valideynə məxsus olması haqqında arayışın verilməsini nəzərdə tutur. Bu halda məhkəmə iddiaçı ilə işin hallarını bu baxımdan da müzakirə etməli, iddiaçıya uğurlu predmetli iddianı seçməkdə yardım etməlidir. Çünki Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb e dən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin işə baxmış məhkəmələr işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, iddiaçı ilə bu cür müzakirə aparıb, ona iddianın hüquqi əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtlərinə uyğunlaşdırılmış iddianın verilməsi üçün hüquqi yardım göstərməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən kassasiya şikayəti qəsmən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərar ı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə iddiaçı ilə işin hallarını ilk növbədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin dispozisiya şərtləri baxımından müzakirə etməli, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi üçün hüququ yardım göstərməli və bundan asılı olaraq iddianın həlli uçun sonrakı hüquqi dəyərləndirməni həyata keçirməlidir.
32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 2-1(103)-1875/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.