Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-506/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə pensiya; dövlət qulluğu vəzifələrinin uyğunlaşdırılması) Hakimlər: Səyyad Kərimov – məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiya sının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 21(103)-2511/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı X5 (AZE ********; FİN kod xxxxxxx) XXX tarixində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçı, 16 sentyabr 1968-ci il tarixində X2 ilə nikah bağlamışdır.
3. X2 9 sentyabr 1961-ci il tarixindən 16 avqust 1966-cı il tarixinədək LKGİ Şahbuz rayon Komsomol Komitəsində təlimatçı, 16 avqust 1966-cı il tarixindən 18 fevral 1969-cu il tarixinədək X4 Komitəsində İ katib, 18 fevral 1969-cu il tarixindən 22 no yabr 1972-ci il tarixinədək İİ katib, 22 noyabr 1972-ci il tarixindən 28 mart 1973-cü il tarixinədək Şahbuz Rayon Partiya Komitəsi Təşkilat Şöbəsində müdir, 28 mart 1973-cü il tarixindən 06 dekabr 1978-ci il tarixinədək katib, 06 dekabr 1978-ci il tarixindən 18 avqust 1980-ci il tarixinədək İİ katib, 18 avqust 1980-ci il tarixindən 23 noyabr 1982-ci il tarixinədək Naxçıvan MSSR-də Sənət-Texniki Təhsil üzrə İdarə rəisi, 23 noyabr 1982-ci il tarixindən 28 avqust 1984-cü il tarixinədək Maliyyə naziri, 30 avqust 1984-cü il tarixindən 25 dekabr 1986-cı il tarixinədək Naxçıvan Partiya Komitəsinin İnzibati və Ticarət-Maliyyə Şöbəsinin müdiri, 25 dekabr 1986-cı il tarixindən 15 avqust 1989-cu il tarixinədək X3 İttifaqı Sovetinin sədri, 15 avqust 1989-cu il tarixindən 13 mart 1991-ci il tarixinədək Culfa Rayon Partiya Komitəsinin İ katibi vəzifələrində işləmişdir.
4. X2 XXX tarixində vəfat etmişdir.
5. İddiaçı 15 may 2020-ci il tarixində cavabdehə müraciət edərək, dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmiş və imtina məktubunda bildirmişdir ki, iddiaçının mərhum həyat yoldaşı Dövlət qulluğu haqqındaQanun qüvvəyə minməmişdən əvvəl 19 sentyabr 1993-cü il tarixində vəfat etdiyi və onun dövlət qulluqçusu statusu olmadığı üçün, iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə pensiya təyin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X5 iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşının 15 ildən çox dövlət qulluqçusu kimi fəaliyyət göstərməsi nəzərə alınmaqla ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun mərhum əri uzun müddət partiya və sovet orqanlarında yüksək vəzifə tutmuşdur. İddiaçının mərhum ərinin əmək fəaliyyəti iddia ərizəsinə əlavə edilmiş arxiv arayışı ilə təsdiqlənir. Dövlət qulluğu haqqında, Dövlət qulluqçularının pensiya təminatı haqqında və Əmək pensiyaları haqqında Qanunların tələbinə əsasən iddiaçının mərhum ərinin pensiyası iddiaçıya ödənilməlidir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabde h əsassız olaraq bundan imtina etmişdir.
8. Cavabdeh iddiaya qarşı imtina məktubu ilə eyni məzmunlu etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(112)-1432/2021 nömrəli qərarı ilə (hakim Fərid Mədətli) iddia təmin edilmiş, məhrum ərinin dövlət qulluğunda 15 ildən artıq qulluq stajına malik olması nəzərə alınmaqla, vəfat etmiş dövlət qulluqçusunun ailə üzvü kimi iddiaçıya müraciət etdiyi 15 may 2020-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının mərhum ərinin Dövlət qulluğu haqqında Qanunun qüvvəyə mindiyi tarixədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əmək pensiyaları haqqındaAzərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısına əsasən dövlət qulluğu vəzifələrinə uyğundur və həmin vəzifələrdə onun qulluq stajı 15 ildən çox təşkil edir.
11. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apelyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2-1(103)-2511/2021 nömrəli qərarı ilə (hakimlər Səadət Bəktaşi-məruzəçi və sədrlik edən, Azər Hüseynov və Aida Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(112)-1432/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2-1(103)-2511/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubu və idd ia ərizəsinə etirazda, eləcə də apelyasiya şikayətində qeyd olunanlar təşkil edir. Şikayətin yeganə dəlili ondan ibarətdir ki, iddiaçının mərhum həyat yoldaşı Dövlət qulluğu haqqında Qanun qüvvəyə minməmişdən əvvəl vəfat etdiyindən onun dövlət qulluqçusu statusu olmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. Əmək pensiyaları haqqındaQanun Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (-) 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və yaİ İ dərəcə əlilliyi olan şəxsdirsə. (-) Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 20.1.Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakıəmək pensiyaçılarınatəyin edilir: (-) 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanu nun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 18. Dövlət qulluğu haqqındaQanun Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvləri nin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlətqulluğu vəzifəsində qulluq stajındanvə dövlət məvacibinin məbləğindən asılıdır.Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il(bu Qanunun 23.2-1-ci maddəsindənəzərdətutulan hal istisna olmaqla)qulluq stajı tələb olunur 19. “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının pensiyasının yenidən hesablanması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 fevr al 2005-ci il tarixli, 194 nömrəli Fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı qəbul edilmişdir. Siyahının 1.5-ci bəndində Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında birinci katib, ikinci kati b, şöbə müdiri, işlər müdiri, partiya nəzarəti komissiyasının sədri vəzifələri müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında Aparatın rəhbəri, Aparatın rəhbərinin müavini, təminedici şöbənin müdiri vəzifələrinə uyğunlaşdırılmışdır. Siyahının 1.15-ci bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında nazir, dövlət komitəsinin sədri vəzifəsi Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında aparatın rəhbəri vəzifəsinə, baş idarə, aparıcı idarə, şöbə rəisi, Azərbaycan SSR Dövlət Plan Komitəsinin işlər müdiri vəzifəsi təminedici şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmışdır.
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kolle giyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşm aq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı, işin hallarından göründüyü kimi, mərhum həyat yoldaşının 15 ildən çox dövlət qulluqçusu kimi fəaliyyət göstərməsinin nəzərə alınması və ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan iddiaçının mərhum həyat yoldaşının Dövlət qulluğu haqqında Qanun qüvvəyə minməmişdən əvvəl vəfat etdiyinə, onun dövlət qulluqçusu statusu olmadığına istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
26. Nəzərə almaq lazımdır ki, Əmək pensiyaları haqqında Qanunun 17.1-ci ma ddəsinə görə, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 14.1-ci maddəsinə görə, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin, o cümlədən atanın, ananın, ərin, arvadın bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatdığı, yaxud İ və yaİİ dərəcə əlilliyi olan şəxs olduğu təqdirdə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.
27. Cavabdeh tərəfindən iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malik olması mübahisə edilmir. Cavabdehin şikayətinin yeganə dəlili ondan ibarətdir ki, iddiaçının mərhum həyat yoldaşı Dövlət qulluğu haqqında Qanun qüvvəyə minənədək vəfat etdiyindən onun dövlət qulluqçusu statusu olmamışdır.
28. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçının mərhum ərinin işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyah ısı”na əsasən qiymətləndirilməli və təsnif edilməlidir.
29. İşin məhkəmələr tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçının mərhum əri “Dövlət qulluğu haqqında” Qanun qüvvəyə mindiyi tarixədək, yəni 1 sentyabr 2001-ci ilədək LKGİ Şahbuz rayon Komsomol Komitəsində təlimatçı, X4 Komitəsində İ katib, İİ katib, Şahbuz Rayon Partiya Komitəsi Təşkilat Şöbəsində müdir, katib, İİ katib, Naxçıvan MSSR Sənət-Texniki Təhsil üzrə İdarəsinin rəisi, Maliyyə naziri, X6 Komitəsi İnzibati və Ticarət Maliyyə Şöbəsinin müdiri, X3 İttifaqı Sovetinin sədri, Culfa Rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mərhum ərinin “Dövlət qulluğu haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək işlədiyi yuxarıda sadalanan vəzifələr is tinad olunan Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğundur (bax: bu qərarın 19-cu bəndi).
31. Eyni zamanda, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinin məzmunundan görünür ki, dövlət qulluğu vəzifəsində 15 ildən artıq qull uq stajı olan dövlət qulluqçularının əmək pensiyasına “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddələrində nəzərdə tutulmuş əlavələr təyin edilir (bax: hazırkı qərarın 17-18-ci bəndləri).
32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum ərinin dövlət qulluğunda iş stajı 15 ildən çox təşkil edir. Başqa sözlə, iddiaçının mərhum ərinin 15 ildən artıq dövlət qulluğu vəzifələrində işləməsi məhkəmə araşdırmaları ilə öz təsdiqini tapmışdır.
33. Beləliklə, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün bu qərarın 17-19-cu bəndində istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtləri hazırkı mübahisə üzrə iddiaçıya münasibətdə ödənilmişdir. Bu baxımdan yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
35. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 21(103)-2511/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.