Məhkəmə qərarları › İş №2-1(102)-506/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-506/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-506/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının X10 PHŞ və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının X10 publik hüquqi şəxsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2654/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2021-ci il tarixdə keçirilən vəkilliyə qəbulla bağlı test imtahanında iştirak etmiş və 59 bal toplamışdır. O, müvafiq test tapşırığını mübahisələndirmiş, həmin test tapşırığı ilə bağlı təkrar ekspertiza keçirilmiş və testdə texniki qüsur aşkar olunduğundan, onun balı yenidən hesablanaraq 60 bal müəyyən edilmişdir. Şifahi müsahibə mərhələsində iştirakının təmin edilməsi üçün müvafiq məktub X10 tərəfindən Vəkillər Kollegiyasına göndərilmişdir. Sonra iddiaçı ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılmış, amma müsahibə mərhələsindən uğur qazana bilməmişdir.

2. Bundan sonra iddiaçı mənəvi zərərin ödənilməsi ilə bağlı Vəkillər Kollegiyasına və Azərbaycan Respublikası Dövlət X4 etmişdir.

3. Cavabdeh X7 dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı müraciətə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli PHŞ/3-2-2022-478 nömrəli məktubda bildirmişdir ki, iddiaçının Bakı İnzibati Məhkəməsində mübahisələndirdiyi 70-ci test tapşırığının Mərkəz tərəfindən təkrar ekspertizası keçirilmişdir. Təkrar ekspertiza nəticəsində həmin test tapşırığında texniki qüsur aşkar edildiyi üçün yazılı test imtahanında topladığı bal yenidən hesablanaraq 60 bal müəyyən edilmişdir. İxtisas imtahanının yazılı test imtahanı mərhələsində 60 bal toplamağını nəzərə alaraq, şifahi müsahibə mərhələsində iştirakının təmin edilməsi üçün Mərkəz tərə findən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına xx.xx.2021-ci il tarixli 01/07- 08/2639 nömrəli məktub göndərilmişdir. Beləliklə, Mərkəz Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə bağladığı müqaviləyə əsasən Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar ixtisas imtahanının yazılı test mərhələsinin nəticələrinin Kollegiyaya tələb edilən formada təqdim edilməsinə dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə bağladığı müqaviləyə əsasən Mərkəzin vəzifəsi yazılı test imtahanının keçirilməsi və nəticələrin Kollegiyaya təqdim edilməsi ilə məhdudlaşdığına görə iddiaçının yazılı test imtahanından keçməyinə baxmayaraq ixtisas imtahanının müsahibə mərhələsinə buraxılmamasının yaratdığı nəticələr üçün Mərkəz heç bir öhdəlik daşımır.

4. Cavabdeh Vəkillər Kollegiyasının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 239 nömrəli məktubda bildirmişdir ki, iddiaçının mənəvi ziyanın ödənilməsi ilə bağlı müraciətinə baxılmış, müraciətin təmin edilməsi üçün hüquqi əsas müəyyən edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Vəkillər Kollegiyasından 20.000 manat, X5 100.000 manat olmaqla, cəmi 120.000 manatın tutulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddianın əsaslarına görə, əvvəllər bir neçə dəfə test imtahanlarını müvəffəqiyyətlə verib, şifahi müsahibə mərhələsinə buraxılsa da, Vəkillərin Kollegiya sının ona qarşı qərəzli münasibətindən irəli gəlmiş səbəblərə görə müsahibədən keçməyə imkan verməmişlər. Nəhayət, xx.xx.2021-ci il tarixdə X6 keçirilən vəkilliyə namizədlərin test imtahanında 59 bal toplamış, ona verilmiş balın nəticəsindən narazı qaldığına görə X8 apellyasiya şikayəti təqdim etmişdir. X10 tərəfindən ona 2 dəfə cavabları düz tapmaması barədə rəsmi cavab verilmişdir. Rəsmi şəkildə cavab aldıqdan sonra Bakı İnzibati Məhkəməsinə X9 cavabdeh, Vəkillər Kollegiyasını üçüncü şəxs qismində cəlb etməklə test tapşırıqlarının qismən etibarsız sayılması barədə iddia ərizəsi ilə müraciət etmişdir. X10 tərəfindən Bakı İnzibati Məhkəməsinə göndərilmiş cavablarla əlaqədar rəsmi sənədlərə bir daha diqqət yetirdikdə ən azı bir cavabın düzgün tərtib edilmədiyi tam məlum olmuşdur. Ona dəqiq məlumat çatanda ki, X2 60 bal topladığını əsaslandırmaqla Vəkillər Kollegiyasına xx.xx.2021-ci il tarixdə rəsmi məktub göndərmişdir, o, həmin iddiasından imtina etmişdir. Həmin məktubu Vəkillər Kollegiyası artıq xx.xx.2021-ci il tarixdə almışdır. 2021-ci ilin dekabr ayının sonlarından 2022-ci ilin yanvar ayının əvvəllərindən başlayaraq fevral ayının ortalarına qədər şifahi müsahibəyə buraxılması üçün dəfələrlə müraciət etsə də, müsbət cavab verilməmişdir. Vəkillər Kollegiyasının ona qarşı hüquqazidd hərəkətlərini gördüyünə görə o da xx.xx.2021-ci il tarixdə keçirilən test imtahanı zamanı cavabın düzgün qoyulmaması ucbatından uzun müddət stress, mənəvi sarsıntıları keçirmiş olduğuna görə həm Vəkillər Kollegiyasına, həm də X3rşı vurulan mənəvi ziyana görə iddia qaldırmaq məcburiyyətində qalm ışdır. Məlum olduğu kimi, Vəkillər Kollegiyası vəkilliyə namizədlərin test imtahanından keçmələri üçün sualları və onlara olan cavabları hazırlayır. X7 ekspertləri də həmin cavabların düzgünlüyünü yoxladıqdan sonra imtahanın keçirilməsinə rəylərini verirlər. Vəkillər Kollegiyasının suallara cavabı düzgün qoymaması, X7 ekspertlərinin də həmin cavablarda səhvləri aşkar etməmələri ucbatından o, test imtahanından müvəffəqiyyətlə keçməmiş, X8 etdiyi müraciət isə rədd edilmişdir. O, sarsıntılar keçirmişdir. Məhz məhkəməyə müraciət etdikdən, test imtahanının keçirilməsindən 7 aydan artıq vaxt ötdükdən sonra onun haqlı olduğu etiraf edilərək Vəkillər Kollegiyasına X10 tərəfindən rəsmi məktub göndərilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının iddiaya qarşı yazılı etirazının əsaslarına görə, iddiaçı xx.xx.2021-ci il tarixdə keçirilən vəkilliyə qəbulla bağlı test imtahanında iştirak etmiş və 59 bal toplamışdır. O, müvafiq test tapşırığını mübahisələndirmiş, həmin test tapşırığı ilə bağlı təkrar ekspertiza keçirilmiş və testdə texniki qüsur aşkar olunduğundan, onun balı yenidən hesablanmış və müvafiq məktub X10 X10 tərəfindən Vəkillər Kollegiyasına göndərilmişdir. Sonra iddiaçı ixtisas imtahanının şifahi müsahibə mərhələsinə buraxılmış, amma müsahibə mərhələsindən uğur qazana bilməmişdir. İddiaçı mənəvi zərərlə bağlı Vəkillər Kollegiyasına müraciət etmiş, müraciətinin təmin edilməsi üçün heç bir əsas olmadığına görə müraciəti təmin olunmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 13 iyun 2022- ci il tarixli, 2-1(112)-6990/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, “... işin hallarına uyğun olaraq hər hansı müsabiqədə iştirak edən şəxs həmin müsabiqədən keçməmənin mümkün ola biləcəyini bilir. Qeyd edilən halda şəxsin keçirdiyi fiziki əzab və ağrı hüquqazidd əməl nəticəsində yaranmır. Məhkəmə cavabdeh inzibati orqanların hərəkətində (hərəkətsizliyində) hüquqa zidd əməlin olduğunu müəyyən etmir. Belə ki, mübahisələndirdiyi test tapşırığında texniki qüsur aşkar edildiyi üçün yazılı test imtahanında topladığı bal cavabdeh X10 tərəfindən yenidən hesablanmış, cavabdeh Vəkillər Kollegiyası tərəfindən də iddiaçının ixtisas imtahanının müsahibə mərhələsinə buraxılması və həmin mərhələdə iddiaçının iştira kı təmin edilmişdir. İddiaçı situasiyasına uyğun olaraq cavabdeh inzibati orqanların hərəkət (hərəkətsizliyində) nəticəsində iddiaçının mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunu itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır”.

10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər V.M.Məmmədov /sədrlik edən və məruzəçi/ R.Ə.Qurbanov və V.Ə.Baxışova) 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2654/2022 nömrəli qərarı ilə iddiaçının ape llyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(112)-6990/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Məhkəmənin tərəfindən çıxarılmış qərarda iddiaçı tərəfindən məhkəməyə dəvət edilən şahidlərinin birinci instansiya məhkəməsində dindirilməmələrinə, həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən də dindirilməmələrinə dair hüquqi qiymət verilməmişdir.

15. Apell yasiya instansiyası məhkəməsi çıxarmış olduğu qərarında qeyd edilmiş olması ki, test tapşırığında aşkar edilən texniki qüsur cavabdeh X10 tərəfindən aşkar edilib, aradan qaldırılaraq yenidən hesablanmış, bundan sonra digər cavabdeh vəkillər kollegiyası tərəfindən iddiaçını ixtisas imtahanının şifahi (müsahibə) mərhələsinə buraxılması və iştirakı təmin edilmişdi, səhv nəticəyə gəlməkdir. Çünki iddiaçı onun keçid balının səhv - yəni az hesablandığını 2-ci cavabdeh X7 və 1-ci cavabdeh Vəkillər Kollegiyasının diqqətinə hər iki cavabdehlərə 5 mart 2021 il tarixdə yazdığı ərizələrində və 2-ci cavabdeh X8 5 mart 2021 il tarixdə yazdığı apellyasiya şikayətində dəqiqliyilə dəfələrlə qeyd etmiş, həmçinin 29 mart 2021 il tarixdə, 2021 ilin aprel ayında dəfələrlə X6 Əlişirin adlı şöbə müdiri və digər məsul şəxslərlə görüşüb, test suallarına baxışlar keçirib, suallara cavabların düzgün qoyulmadığını - o cümlədən 70-ci sualın cavabının düzgün olmadığını diqqətlərinə çatdırmasına baxmayaraq onlar cavabların düzgün olduğunu bildirmiş olmaqla iddiaçıya mənfi cavab vermiş olmuşlar. Yalnız iddiaçı X3rşı Bakı İnzibati Məhkəməsinə “test tapşırıqlarının qismən etibarsız sayılmasına və s.” iddia tələbilə 2021ci ilin may ayında müraciət etdikdən sonra növbəti hazırlıq icraatı iclasında - 28 sentyabr 2021-ci il tarixdə test imtahanın sual-cavabları ilə əlaqədar məhkəməyə təqdim olunan sənədlərə baxış keçirilərək aydınlaşdıranda ki, testin suallarına olan bəzi cavablar düzgün deyildir, bu halı görən X7 nümayəndəsi rəhbərliyinə məruzə etdikdən sonra 2021-ci ilin oktyabr ayının əvvəlində X10 iddiaçını n keçid balının 60 olmasını müəyyən etdiyini bildirməsindən, iddiaçının bu halla razılaşmasını tövsiyə etdiklərindən iddiaçı da Bakı İnzibati Məhkəməsinə rəsmi ərizə verərək iddia ərizəsini geri götürdüyünü bildirmişdir. Yəni iddiaçı 7 aydan artıq müddətdə mənəvi sarsıntı və iztirab keçirmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan halların və ya faktların mübahisə edilə bilinməməsi və onların sübuta ehtiyaclarının olmaması müddəasına apellyasiya instansiya məhkəməsi hüquqi qiymət verməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, ə mlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 18. “İnzibati icraat haqqında” Azərbayca n Respublikası Qanunu: Maddə

89. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həm in şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir; Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatları n təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1100. Dövlət or qanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

20. İnzibati Prosessual Məcəllə (İPM): a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılmas ı qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). b) Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Al i Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əməl ə gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mən əvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərə rin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.... Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər.... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsin in Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyy ətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər.”

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il Qərarı: “İnsan hüquqlarının və əsas X1 Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.” KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİ ŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə olunan hissədə işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur.

27. İddia tələbinin mahiyyətindən müəyyən olunur ki, iddiaçı cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərərin ödənilməsini cavabdehlərdən tələb etmişdir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki,..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztir ab verir.

29. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas X1 Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

30. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qal masının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

31. İnzibati orqanların və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş şəxslərin qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. cavabdehin fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. cavabdehin qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. cavabdeh bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətl əri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti cavabdehin öz vəzifələrini pozması nəticəsində pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır).

32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaya baxan məhkəmələr əsaslı olaraq iddiaçının təqdim etdiyi sübutları onun iddiasının təmin olunması üçün əsaslı hesab etməmişlər. Təqdim olunmuş sübutlar tələb olunan zərərin mövcudluğunu, zərər mövcud olduğu halda isə onun cavabdehlərin qanunsuz hərəkəti (hərəkətsizliyi) arasında səbəbli əlaqənin olmasını təsdiqi üçün kifayət etmir.

33. Bundan başqa, Apellyasiya instansiyasi məhkəməsini n araşdırması ilə sabit olunmuşdur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehlər tərəfindən iddiaçının onlardan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehlərin iddiaçıya vurulduğu irəli sürülən mənəvi zərərin əvəzinin ödənilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehlərə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehlərin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehlərin güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə ç atmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri).

34. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə münasibətdə qeyd edir ki, həmin normada işin düzgün həlli üçün əhəmiyyət kəsb edən, lakin sübut edilməyə ehtiyacı olmayan hallar və faktlar sadalanır. Sübut edilməyə ehtiyacı olmayan, yəni hamıya bəlli olan hallar və ya faktlar dedikdə, mövcudluğu insanların əksəriyyətinə, o cümlədən iş üzrə işdə iştirak edən şəxslərə və həmin işə baxan hakimlərə bəlli olan faktlar başa düşülür.

36. Hazırki iş üzrə isə iddiaçı həm apellyasiya, həm də kassasiya şikayətlərində hamıya bəlli olan halların və ya faktların nədən ibarət olmasını göstərməmiş, habelə göstərilən halların iş üzrə mövcud olması müəyyən olunmur. Buna görə də iddiaçının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə istinadlı dəlili əsassızdır.

37. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas deyildir.

38. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2654/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar