Məhkəmə qərarları › İş №2-1(102)-506/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-506/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-506/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1956) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “20 sentyabr 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-ci il tarixli, 2-1(103)-2418/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçası və hərbi biletinə əsasən o, 22 avqust 1973-cü il tarixdən 29 aprel 1975-ci il tarixədək Füzuli rayonu, Engels adına üzümçülük sovxozunda fəhlə işləmiş, 06 may 1975-ci il tarixdən 15 may 1977-ci il tarixədək hərbi xidmətdə olmuş, 29 iyul 1977-ci il tarixdən 20 iyun 2006-cı il tarixədək Horadiz təsərrüfat hesablı Avtonəqliyyat müəssisində sürücü işləmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək ona 20 sentyabr 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********4 nömrəli imtina məktubu ilə bildirmişdir ki, təqdim edilən əmək kitabçasının, hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 3 il 8 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Dövlət X3nın xx.xx.2021-ci il tarixli arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Horadiz "xxxx" MMC-nin xx.xx.1977-ci il tarixi ndən xx.xx.2006-cı il tarixinədək olan arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin t ələblərinə əsasən xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2022-ci il tarixindən isə 180 manata çatdırılıb. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 20 sentyabr 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1956-cı il tarixdə anadan olmuş, 1973-cü ildə orta məktəbi bitirdikdən sonra 22 avqust 1973-cü il tarixdən 29 aprel 1975-ci il tarixədək Füzuli rayonu, Engeles adına üzümçülük sovxozunda fəhlə işləmişdir. 06 may 1975-ci il tarixdən 15 may 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 29 iyul 1977-ci il tarixdən 20 iyun 2006-cı il tarixədək Horadiz təsərrüfat hesablı Avtonəqliyyat müəssisində sürücü işləmişdir. Beləliklə onun 01 yanvar 2006-cı il tarixədək 33 ilə yaxın sığorta stajı vardır. Odur ki, 01 yanvar 2006-cı il tarixədək 33 ilə yaxın sığorta stajı olduğuna görə ona 20 sentyabr 2021-ci il tarixdən qanunla nəzərdə tutulmuş qaydada yaşa görə əmək pensiyası təyin edilməlidir. Ona 20 sentyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh müraciətə 04 iyul 2022-ci il tarixli məktubu ilə müxtəlif bəhanələrlə imtina edərək məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdir. Hesab edir ki, cavabdehin ona pensiyanın təyin etməməsi əsassız və qanunsuzdur. Həmin imtina məktubunu 13 iyul 2022-ci il tarixdə poçt vasitəsi ilə almışdır.

6. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki,, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956- cı ildə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2021-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 3 il 8 ay sığorta stajı, 3089.02 manat vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından və 28800 manat pensiya kapitalından azdır. İşin faktiki hallarına əsasən, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi hərbi xidmətdə olmuş, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixə kimi Engels adına üzümçülük sovxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 3 il 8 ay sı ğorta stajı, 3089.02 manat pensiya kapitalı mövcuddur. İddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2006cı il tarixə kimi (28 il 10 ay 22 gün) "xxxx" MMC-də işləməsi faktı aparılan araşdırma nəticəsində öz təsdiqini tapmadığı üçün sosial sığorta stajı kimi nəzərə alına bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət X3 tərəfindən verilən 67 nömrəli xx.xx.2021-ci il tarixli arayışa əsasən müəssisənin sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər kitabı və s.) Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən olunmuşdur. Beləliklə iddiaçının işləməsi faktının düzgünlüyünü yoxlamaq cavabdeh orqan tərəfindən mümkün olmamışdır. Cavabdeh orqan tərəfindən həmin sənədlərin üzləşdirilməsinin həyata keçirilə bilməməsi səbəbindən, iddiaçının işləməsi faktını təsdiq edən işə daxilolma, işdən azad edilmə əmrl ərinin olmaması, həmçinin xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi olan dövrlərə dair əməkhaqqı cədvəllərinin olmaması həmin dövrlərin sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilmir. İş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasındakı qeydlərdə xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olması göstərilmişdir. Bu qeydlərdən də aydın olduğu kimi, iddiaçı xx.xx.2006-cı il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu halda “Sığorta AS”-də onun adına ödənilən məcburi dövlət sığorta haqları göstərilməli, yığılmış pensiya kapitalı əks olunmalı idi. Lakin göstərilən heç bir hal baş verməmiş, iddiaçının adına ödənilən heç bir məcburi dövlət sosial sığorta haqqı qeydə alınmamışdır. Yuxarıda göstərilən halların iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmasına dair əsaslı şübhələr yaratması səbəbindən həmin dövrlər sığorta stajı kimi nəzərə alına bilməz. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.

7. Sonradan cavabdeh iddiaya dair etiraza əlavə verərək bildirmişdir ki, Dövlət Vergi Xidmətinin Füzuli rayon Vergilər Şöbəsinə xx.xx.2022-ci il tarixli **********7 nömrəli sorğu ünvanlanmış və Füzuli rayon Vergilər Şöbəsi xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixində qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi fəaliyyətini dayandırmışdır. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında qeydə alınan pensiya kapitalı barəsində Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə 2022-ci il 13 oktyabr tarixli **********2 nömrəli xidməti məktub ünvanlanmışdır. Fondun **********3 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda həmin məsələ ilə bağlı bildirilmişdir ki, Nazirliyin “Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi”nin Sığorta (Monitorinq) altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedən "xxxx" MMC (SUN:**********9) tərəfindən 2006-cı il üzrə təqdim edilmiş illik “Məcburi dövlət so sial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda İddiaçı adı sığortaolunan kimi qeyd olunmamış, həmçinin hər hansı sığortaedən tərəfindən vətəndaşın xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Həmçinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə mərkəzi filialının **********1 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən "xxxx" MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində **********9 saylı SUN-la və ********** saylı VÖEN-lə (VÖEN alma tarixi xx.xx.2006-cı il) 16 yanvar 2009-cu il tarixdə sığortaedən kimi uçota alınmışdır. MElS-in “Sığorta” (Hesabat) altsistemində sığortaedən tərəfindən 2006-cı il üçün 397,50 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmiş, sözügedən il üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda sığortaolunan İddiaçı (SSN: **********516) dair heç bir məlumat qeyd edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1995/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, iddiaçıya 65 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) xx.xx.1977-xx.xx.2006-cı illərdə işlədiyi iddiaçıya məxsus əmək kitabçası və X1 tərə findən verilən müəssisə arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Belə ki, həmin əmək kitabçasında "xxxx" MMC-də işləməsinə dair qeydlər MMC-nin möhürü ilə təsdiqlənmişdir. Müəssisənin arayışı bunu bir daha təsdiq etmişdir. Digər tərəfdən əmək kitabçasında və əmək fəaliyyətinə dair arayışda mötəbərliyini şübhə altına almaq üçün iş materiallarında hər hansı əsaslar da müəyyən edilməmişdir

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-ci il tarixli, 21(103)-2418/2023 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - səd rlik edən və məruzəçi, M.Tağızadə və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1977-ci ildən xx.xx.2006-cı ilədək) əmək fəaliyyətinə dair müəssisənin arayışında, o cümlədən əmək kitabçasında (işə qəbul olma tarixi, işdən azad olma tarixi) olan məlumatlarla təsdiqlənir.

13. Öz mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün apellyasiya məhkəməsi «İnzibati icraat haqqında» Qanunun 11.1, 11.2, 19.1, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 7, 21.2, 23.2-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh kassas iya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsinin iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması barədə gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, iş üzrə yekun məhkəmə aktının əsaslandırma hissəsində məhkəmə iddiaçının 29.07,1977-ci tarixdən 20,06.2006-cı illərdə işlədiyi dövrün iddiaçıya məxsus əmək kitabçası və X2 tərəfindən verilən müəssisə arayışı ilə təsdiqləndiyini qeyd edərək iddia tələbini təmin etmişdir. Halbuki məhkəmə müəssisə tərəfindən verilən arayışın nəyə əsəsən tərtib olunduğunu araşdırmamış, mötəbərliyinə əsaslı ş übhələr olsa belə mötəbər sübut kimi qiymətləndirmişdir. Həmçinin məhkəmə "xxxx" MMC-nin xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmasına və xx.xx.2006-cı il tarixdən sonra iddiaçının adına hər hansı ödənişin olmamasına hüquqi qiymət verməmişdir. Odur ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələb və göstərişlərinə lazımi qaydada əməl etməmişdir.

16. Kassator “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 25-ci maddələrinə, “Sosial sığorta haqqında" Qanunun 13-cü, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Plenum qərarına isti nad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci i l iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində b axır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbl əri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. Hazırkı işdə iddiaçının hüquqi marağı ona 20 sentyabr 2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək p ensiyası təyin edilməsi ilə bağlıdır. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır.

26. İş materiallarında olan iddiaçıya məxsus hərbi biletə və əmək kitabçasına əsasən iddiaçı, 22 avqust 1973-cü il tarixdən 29 aprel 1975-ci il tarixədək Füzuli rayonu, Engels adına üzümçülük sovxozunda fəhlə işləmiş, 06 may 1975-ci il tarixdən 15 may 1977-ci il tarixədək hərbi xidmətdə olmuş, 29 iyul 1977-ci il tarixdən 20 iyun 2006-cı il tar ixədək Horadiz təsərrüfat hesablı Avtonəqliyyat müəssisində sürücü işləmişdir.

27. Hazırkı işin cavabdeh tərəfindən mübahisələndirilən halı, iddiaçının 29 iyul 1977ci il tarixdən 20 iyun 2006-cı il tarixədək Horadiz təsərrüfat hesablı Avtonəqliyyat müəssisində işlədi dövrdür.

28. Apellyasiya məhkəməsi iddia təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1977-ci ildən xx.xx.2006-cı ilədək) əmək fəaliyyətinə dair müəssisənin arayışında, o cümlədən əmək kitabçasında (işə qəbul olma tarixi, işdən azad olma tarixi) olan məlumatlarla təsdiqlənir.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyy ət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir.

30. Belə ki, iş materiallarında olan Füzuli rayon Vergilər Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixində qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixə kimi fəaliyyətini dayandırmışdır.

31. Həmçinin, Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda 1977-2006-cı illərdə "xxxx" MMC Füzuli rayonunda fəaliyyət göstərib-göstərməməsi barədə məlumat olmaması qeyd olunmuşdur.

32. Belə olan halda, yuxarıda qeyd olunan müəssisənin xx.xx.2006-cı il tarixədək fəaliyyəti barəsində iş materiallarında heç bir məlumat yoxdur.

33. Bundan əlavə, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi filialının xidməti məktubunda bildirilmişdir ki, sığortaedən "xxxx" MMC tərəfindən 2006-cı il üzrə təqdim edilmiş illik məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatda iddiaçı barəsində heç bir məlumat qeyd edilməmişdir.

34. Göründüyü kimi, hazırkı işdə bir sıra ziddiyyətli hallar eləcə də, cavabdehin dəlillərini təsdiq edən bir sıra məlumatlar olduğu halda, apellyasiya məhkəməsi, bu istiqamətdə araşdırma aparmamış, sadəcə iddiaçının əmək kitabçasına istinad edərək qərar qəbul etmişdir.

35. Halbuki, belə araşdırmanın təmin edilməsi iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir.

36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2 və 58.7-ci mad dələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.

37. Odur ki, məhkəmə kollegiyası kassatorun dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, hazırkı mübahisə ilə bağlı ziddiyyətli hallar araşdırılmalı və aradan qaldırılmalı, son nəticədə iddiaçının Qanunla tələb olunan 25 il sığorta stajı təsdiqləndiyi halda iddia tələbi təmin edilməlidir.

38. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.

39. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılaraq müəyyən edilməli və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2418/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar