Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-507/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Cavabdeh qarşı iş üzrə (Açar söz: vəkillər kollegiyasına üzvlükdən çıxarılma) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçının vəkili iştirakı ilə İddiаçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin cavabdeh qarşı “üzvlükdən xaric edilmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli 2-1(103)-2305/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11.02.2020-c i il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 06 sentyabr 2018ci il tarixli ** saylı iclas protokoluna əsasən Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili cavabdeh barəsində Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, yekdilliklə Vəkillərin İntizam Komissiyasının rəylərinin nəzərə alınması, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin III hissəsinin və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 3.1-ci bəndinin tələblərini pozduğuna görə, həmin Qanunun 22-ci maddəsinin VI hissəsinin III bəndinə əsasən Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili cavabdeh vəkillik fəaliyyətinin 06 sentyabr 2018-ci il tarixdən 6 (altı) ay mü ddətinə dayandırılması, müqavilədən kənar pul verilməsi ilə bağlı X1 və X2 müraciətlərində qeyd edilən məlumatlara hüquqi qiymət verilməsinin Rəyasət Heyətinin səlahiyyətinə aid olmaması barədə ərizəçilərə müvafiq cavab verilməsi qərara alınmışdır. X Bakı şəhəri, ** saylı vəkil Bürosunun vəkili cavabdeh barəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciəti ilə əlaqədar aparılmış araşdırmanın nəticəsinə dair Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının 22 noyabr 2018-ci il tarixli rəyinə əsasən Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili X oğlu Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 09 sentyabr 2018-ci il tarixli qərarı ilə vəkillik fəaliyyəti ilə məşğul olmasının altı ay müddətinə dayandırılmasına baxm ayaraq, Rəyasət Heyətinin qərarına zidd olaraq 09 oktyabr 2018-ci il tarixdə X3 hüquqi yardım göstərərək vəkillik fəaliyyəti ilə məşğul olaraq "Vəkillər və vəkillik fəaliyyətı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin II, III hissələrinin, 16-cı maddəsinin I hissəsinin, 18-ci maddəsinin, 22-cı maddəsinin II, VI bəndlərinin "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.4, 2.5-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq və "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin, "Vəkillərin İntizam Komissiyası haqqında” Əsasnamənin 6.12-ci bəndinin tələblərini rəhbər tutaraq Komissiya hesab edir ki, haz ırkı rəy Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilməlidir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 14 yanvar 2019-cu il tarixli ** saylı iclas protokolun əsasən Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili cavabdeh barəsində Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, yekdilliklə Vəkillərin İntizam Komissiyasının rəyinin nəzərə alınması, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16.1 maddəsinin, “Vəkillərin davranış cavbdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti cavabdeh qarşı “vəkil cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ərizə ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edərək Bakı şəhəri, ** saylı vəkil Bürosunun vəkili cavabdeh intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Həmin müraciət, göstərilən xüsusatların araşdırılması üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin intizam Komissiyasına göndərilmişdir. Vəkillərin İntizam Komissiyasının 22 noyabr 2018-ci il tarixli rəyi ilə Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə araşdırma zamanı toplanmış materialları məcmu halın da qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili X oğlu “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin II, III hissələrinin, 16-cı maddəsinin I hissəsinin, 18-ci maddəsinin, 22-ci maddəsinin II, VI bəndlərinin “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.4, 2.5-ci bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur. Belə ki, vətəndaş X3 müraciətini belə əsaslandırılmışdır ki, vəkil cavabdeh özünü X3 borclu olan türk vətəndaşının vəkili kimi təqdim etmiş, 09.10.2018- ci il tarixində X3 adından barışıq ərizəsi yazaraq ona qol çəkdirmiş, 14 gün müddətində yəni 23.10.2018- ci il tarixində X1 X2 olan 980 AZN məblə ğində borcunu alıb verəcəyini öhdəsinə götürmüşdür. Lakin 14 gün keçsə də pulu alıb ona verməmişdir. O hər dəfə zəng edib vəkil X4 danışdıqda, sonuncu ona yalançı vədlər vermişdir. Bundan sonra X3 05.11.2018-ci ildə Vəkillər Kollegiyasına gedərək cavabdeh barəsində şikayət etmiş, bu zaman ona bildirmişlər ki, vəkil cavabdeh vəkillik fəaliyyəti bir il müddətinə dayandırılmışdır. Ərizədə göstərilənlərin araşdırılmasını və tədbir görülməsini xahiş etmişdir. İntizam icraatı üzrə araşdırma aparılması ilə əlaqədar olaraq Bakı şəhər ** saylı Vəkil bürosunun vəkil cavabdeh Vəkillərin İntizam Komissiyasına dəvət edilsə də o gəlməmiş və gəlməməyinin səbəbləri barədə komissiyaya heç bir məlumat verməmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili cavab deh Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 09 sentyabr 2018-ci il tarixli qərarı ilə vəkillik fəaliyyəti ilə məşğul olmasının altı ay müddətinə dayandırılmasına baxmayaraq o Rəyasət Heyətinin qərarına zidd olaraq həmin dörvrdə X3 hüquqi yardım göstərməklə vəkillik fəaliyyəti göstərmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1897/2019 saylı, 18 iyun 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən 07.12.2017 -ci il tarixdə qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin tələbləri pozulduğundan, habelə iddiaçı tərəfindən cavabdeh barəsində aparılan intizam icraatı və bu icraat nəticəsində qəbul edilmiş qərar əsaslı olduğundan iddia təmin edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1897/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli 2-1(103)-2305/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1897/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli 2-1(103)-2305/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə iş materiallarını formal araşdırmış, işin faktiki hallarına müqayisəli hüquqi qiymət verməmiş, iddia ərizəsində qeyd edilmiş əsaslar üzrə şikayətçi kimi adı keçən X vəkil cavabdeh mübahisədən əvvəl müdafiə etdiyi X2 düşmən münasibətdə olduğu nəzərə alınmamışdır. Məhkəmə bu halın obyektiv və tam araşdırılması üçün məhkəmədə tərəflərin iştirakını təmin etməli idi. Kassator İPM-nin 11.1, 90.1, 91.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli 2-1(103)2305/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli 2-1(103)-2305/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, Bakı şəhəri ** saylı Vəkil bürosunun vəkili cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyası R əyasət Heyətinin 09 sentyabr 2018-ci il tarixli qərarı ilə vəkillik fəaliyyəti ilə məşğul olmasının altı ay müddətinə dayandırılmasına baxmayaraq o Rəyasət Heyətinin qərarına zidd olaraq həmin dörvrdə X3 hüquqi yardım göstərməklə vəkillik fəaliyyəti göstərmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin III hissəsinin 7-ci bəndində vəkillər haqqında intizam icraatı başlamaq Vəkillər kollegiyasının Rəyasət Heyətinin səlahiyyətlərindən biri kimi müəyyən edilmişdir. Həmin Qanunun 16-cı maddəsinin I hissəsinə əsasən peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəki l sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır; hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir; mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların məna feləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır; vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir; vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərə əməl etməlidir. Həmin Qanunun 22-ci maddəsinin I hissəsinə əsasən Vəkil peşə borcunu həyata keçirərkən bu Qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Həmin maddənin II hissəsinə əsasən Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. Həmin maddənin III hissəsinə əsasən Vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər. Həmin Qanunun 23-cü maddəsinə əsasən vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə; məhkəm ə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. Həmin maddənin II hissəsinə əsasən vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin I hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən 07.12.2017ci il tarixdə qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin 1.2-ci bəndinə əsasən hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. Həmin Əsasnamənin 2.3-cü bəndinə əsasən peşəkarlıq və fərdi məsuliyyətin artırılması Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. Həmin Əsasnamənin 2.4-cü bəndinə əsasən Loyallıq - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala bilə cək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Göründüyü kimi, qanunvericiliklə üzərinə düşən vəzifələri icra etmədikdə, habelə vəkil tərəfindən vəkillərin davranış qaydalarına əməl olunmadıqda vəkil Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. Cavabdeh tərəfindən vəkillik fəaliyyətinin dayandırıldığı dövrdə qanunazidd olaraq vəkillik fəaliyyəti ilə məşğul olması onun fəaliyyətinə xitam verilməsi üçün əsasdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll e dərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli 2-1(103)-2305/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-507/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-507/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver