Məhkəmə qərarları › İş №2-1(102)-507/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-507/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-507/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi” tələbinə dair Sumq ayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2021-ci il tarixli, 2-1(105)500/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14.10.1997-ci il tarixli, 73 saylı sərəncam ilə iddiaçının atası X2 250 kv. metr torpaq sahəsi ayrılmış və onun adına rəsmiləşdirilmişdir.

2. İddiaçının atası X3 18 sentyabr 2013-cü ildə vəfat etmişdir Quba Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən 20 iyul 2020-ci il tarixli, 745 nömrəli məktubdan görünür ki, 18 sentyabr 2013-cü ildə atası vəfat etdiyi üçün İddiaçı qanun üzrə vərəsələr sırasına daxil edilmişdir.

3. İddiaçı 250 kv. metr torpaq sahəsin ə vərəsəliyin açılması üçün mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və müvafiq texniki sənədlərin verilməsi ilə bağlı 2.8.2020-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh 13 avqust 2020-ci il tarixli, **********11 nömrəli imtina məktubu ilə bildirmişdir ki, 0,025 ha torpaq sahəsi Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14.10.1997-ci il tarixli, 73 saylı sərəncamı əsasında ayrılmışdır. Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 8 sentyabr 2013-cü ildə vəfat etmiş atası X2 Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14 oktyabr 1997-ci il tarixli, 73 saylı sərəncamı ilə ayrılmış, Quba şəhəri, 12-ci məhəllə, Qələbə küçəsi, 2-ci dalan, 1 saylı evin qarşısında yerləşən 250 kv.metr torpaq sahəsinə mərhumun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) müraciət etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 250 kv.metr torpaq sahəsinə vərəsəliyin açıl ması üçün mərhumun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və müvafiq texniki sənədlərin alınması barədə ərizəyə bütün müvafiq sənədlərin əsil nüsxələrini əlavə etməklə, 2.8.2020-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin sənədlərin verilməsindən imtina olunmuşdur. Cavabdeh imtinanın səbəbi kimi guya Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyətinə malik olmadığına istinad etmiş, lakin bunun hansı qanunvericilik aktına əsaslandığını qeyd etməmişdir.

6. Cavabdehin iddia ərizəsinə dair yazılı etirazı imtina məktubu ilə eyni məzmunludur.

7. Birinci instan siya məhkəməsinin 5 may 2021-ci il tarixli, 2-1(118)-358/2021 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilmiş, Quba rayon İcra hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14 oktyabr 1997-ci il tarixli, 73 saylı sərəncamı ilə ayrılmış Quba şəhəri, 12-ci məhəllə, Qələbə küçəsi, 2-ci dalan, 1 saylı evin qarşısında yerləşən 250 kv m torpaq sahəsi üzərində mərhum X1 mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının atasına torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində hüququn dövlət reyestrində qeydiyyata alınmasını tələb e tməsi qüvvədə olan qanunvericiliyə uyğun olduğundan, cavabdeh tərəfindən onun müraciətinin rədd edilməsini əsaslı hesab etmək olmaz. Odur ki, iddia təmin edilməlidir.

9. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2-1(105)-500/2021 nömrəli (hakimlər Rəşadət Ağayev - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və İlqar Dəmirov ) qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia rədd olunmuşdur.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtinasının “Daşınmaz Əmlakın Dövlət Reyes tri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinin tələbləri baxımından əsassız olmasına dair məhkəmənin arqumenti qəbul edilə bilməz. Qeyd edilən maddənin 15.1.1-ci bəndi məhz dövlət qeydiyyatı barədə müraciət olunan hüququn həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması onu ehtiva edir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün istinad edilən Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin, həmçinin torpaq sahəsinin planı və ölçüsü sənədinin əlavə olunması zəruridir. İddiaçının təqdim etdiyi sənəd yalnız Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14.10.1997-ci il tarixli, 73 saylı sərəncamıdır. Həmin sərəncamın Quba şəhəri üzrə nümayəndə tərəfindən imzalanması barədə hüququn Quba rayon İcra Haki miyyəti Başçısı tərəfindən verilməsini təsdiq edən sübut iş materiallarında mövcud deyildir.

12. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏR Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilmişdir ki, qərarda iddianın rədd olunmasının əsası kimi Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyətinin olmamasına istinad olunmuşdur, lakin bunun hansı qanunvericilik aktına əsaslandığı göstərilməmişdir. Halbuki “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə görə, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir.

14. Məhkəmə qərarında göstərilən Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericili yə əsasən torpaqayırma səlahiyyətinin olmaması halı nəzərə alınsa, onda belə çıxır ki, Quba şəhərində Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəlıiyi tərəfindən Quba şəhərinin sakinlərinə ayrılmış bütün torpaqlar qanunsuz verilmişdir və bu torpaqların heç birinə reyestrdən çıxarış verilməməlidir, verilmiş çıxarışlar ləğv olunmalıdır və ümumiyyətlə, bütün bu torpaqlar vətəndaşlardan geri alınmalıdır.

15. Qeyd edilənlərə əsasən, cavabdeh Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş sərəncam əsasında mövcud olan hüquqları sadəcə olaraq qeydə almalı idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanu n

17. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. M addə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

18. Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməs i, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 19. 9 noyabr 1991-ci ildən 25 iyun 1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən e dilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Maddə

11. Torpağın xüsusi mülkiyyətə verilməsi şərtləri Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. Maddə

23. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alın masına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. Maddə

68. Xidməti pay torpaqları Xidməti pay torpaqları nəqliyyat, rabitə, meşə, su, balıqcılıq, ovçuluq təsərrüfatı, elmi tədqiqat müəssisələri, habelə başqa xalq təsərrüfatı sahələri işçilərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilir. Torpaq mülkiyyətçilərinə, torpaq sahiblərinə, torpaq istifadəçilərinə, habelə rayon, şəhər xalq deputatları Sovetlərindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürən vətəndaşlara xidməti pay torpaqları verilmir. Xidməti pay torpaqları müəssisələrin, idarələrin və təşkilatların sahibliyində və istifadəsində olan torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün torpaq sahələrini bu müəssisələrim, idarələrin və təşkilatların müdiriyyəti ayırır.

20. Azərbay can Respublikası Prezidentinin 16.06.1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə qəbul edilənədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamə Maddə

13. İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri İcra hakimiyyətinin başçısı: (-); q) torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində: (-); təbiəti mühafizə haqqında respublika qanunvericiliyinin pozulduğu hallarda müəssisələrin, təşkilatların və idarələrin təsərrüfat fəaliyyətini və obyektlərin tikintisini saxlayır, qanunla müəyyən edilmiş qaydada onların üzərinə inzibati məsuliyyət qoyur, torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir; Maddə

22. Rayon tabeli şəhərdə, qəsəbədə və kənddə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri: Şəhərin, rayonun İcra Hakimiyyəti başçısının nümayəndəsi: rayon tabeli şəhərin, kəndin, qəsəbənin sosial-iqtisadi inkişafı, rayon tabeli şəhərin, kəndin və qəsəbənin inkişafına dair ayrı-ayrı proqramların maliyyələşdirilməsi, idarəetmə ehtiyacları üçün ayrılan məbləğin müəyyənləşdirilməsi sahəsində İcra Hakimiyyəti başçısına təkliflər verir; vətəndaşları qəbul edir, onların müraciətinə baxır, pasport sistemi qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparır, qəyyumlar və himayədarlar təyin edir; kolxoz (kəndli) həyətlərinin ailə-əmlak bölgüsünü qeydiyyatdan keçirir; Azərbayca n Respublikasının qanunvericiliyinə uyğun olaraq, notariat işlərini görür; vətəndaşlara onların şəxsiyyətini, ailə, əmlak vəziyyətini təsdiq edən arayışlar və qanunvericilikdə nəzərdə tutulmuş başqa arayışlar verir; İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir.

21. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 9 8.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətin i tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə əsasən iddia ərizəsinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Mübahisəyə dair iş üzrə materiallara əlavə edilmiş sənədlərə əsasən, Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin 14.10.1997-ci il tarixli, 73 saylı sərəncamı ilə iddiaçının atası X2 Quba şəhəri, 12-ci məhəllə, Qələbə küçəsi 2-ci dalan, 1 saylı evin qarşısında 250 kv. metr torpaq sahəsi ayrılmışdır. X3 18.09.2013-cü il tarixdə vəfat etmişdir(AZ-İ № 642581 seriyalı ölüm haqqı nda şəhadətnamə). İddiaçı 18.09.2013-cü ildə vəfat etmiş X1 qanun üzrə vərəsələri sırasına daxildir(Quba Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 745 saylı, 20.07.2002ci il tarixli məktubu).

28. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı vərəsəliyin açılması üçün Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsi tərəfindən 14.10.1997-ci il tarixli, 73 saylı sərəncamı ilə mərhum atasına ayrılmış torpaq sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan- ölçü sənədinin verilməsi ilə bağlıdır.

29. Nəzərə almaq lazımdır ki, inzibati akt müvafiq səlahiyyəti olan inzibati orqan tərəfindən qəbul edilməlidir və yalnız bu halda həmin inzibati akt etibarlı sayılır. İnzibati orqanların səlahiyyətləri müvafiq sahəvi qanunvericilik aktları ilə müəyyən olunur. Hazırkı mübahisəyə münasibətdə Quba rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin ümumiyyətlə torpaq sahəsinin ayrılması səlahiyyətinə malik olmasına aydınlıq gətirilməlidir.

30. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 20-ci bəndində istinad edilən normada rayon tabeli şəhərdə, qəsəbədə və kənddə İcra Hakimiyyəti başçısının nümayəndəsinin səlahiyyətləri təsbit edilmişdir. Həmin normaya əsasən şəhərin, rayonun İcra Hakimiyyəti başçısının nümayəndəsi: rayon tabeli şəhərin, kəndin, qəsəbənin sosial-iqtisadi inkişafı, rayon tabeli şəhərin, kəndin və qəsəbənin inkişafına dair ayrı-ayrı proqramların maliyyələşdirilməsi, idarəetmə ehtiyacları üçün ayrılan məbləğin müəyyənləşdirilməsi sahəsində İcra Hakimiyyəti başçısına təklifl ər verir; vətəndaşları qəbul edir, onların müraciətinə baxır, pasport sistemi qaydalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparır, qəyyumlar və himayədarlar təyin edir; kolxoz (kəndli) həyətlərinin ailə-əmlak bölgüsünü qeydiyyatdan keçirir; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, notariat işlərini görür; vətəndaşlara onların şəxsiyyətini, ailə, əmlak vəziyyətini təsdiq edən arayışlar və qanunvericilikdə nəzərdə tutulmuş başqa arayışlar verir; İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək edir, onun tapşırıqlarını yerinə yetirir.

31. Həmin normanın mətnindən də göründüyü kimi, İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi, o cümlədən Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsi torpaq sahəsinin ayırması səlahiyyəti və bu barədə sərəncam qəbul etmək hüququ ilə təchiz olunmamışdır.

32. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Quba rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinə iddiaçının mərhum atasına torpaq sahəsinin ayrılması barədə sərəncam qəbul etmək və həmin sərəncamı imzalamaq hüququ verilməmişdir. İş üzrə materiallarda Quba rayon İcra Hakimiyyəti başçısı tərəfindən Quba şəhəri üzrə nümayəndəyə həmin hüququn ötürülməsini təsdiq edən hər hansı sənəd məhkəmə tərəfindən aşkar olunmamışdır.

33. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsinin sorğusuna(sorğunun məzmunu 14.10.1997 -ci ildə istər əvvəllər mövcud olmuş Quba rayon X5 tərəfindən, istərsə də sonralar təsis edilmiş Quba rayon İcra Hakimiyyəti tərəfindən Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinə Quba şəhərində hər hansı məqsədlər üçün torpaq sahəsinin ayrılmasına dair sərəncam vermək səlahiyyətinin verilməsi barədə adı çəkilən icra orqanları tərəfindən hər hansı sərəncamın qəbul edilməsi ilə bağlıdır) X6 filialı tərəfindən 29.09.2021-ci il tarixdə verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, Quba rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinə hər hansı məqsədlər üçün torpaq sahəsinin ayrılması ilə əlaqədar sərəncam qəbul etmək səlahiyyətinin verilməsi haqqında filial sənədlərində məlumat aşkar edilməmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 17-20-ci bəndlərində istinad edilən normaların tələbləri baxımından, iddiaçının torpaq sahəsinin ayrılmasına dair təqdim etdiyi sərəncam müvafiq səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən, həmin torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mərhum atasının adına qeydiyyata alınmasından və onun adına müvafiq çıxarışın verilməsindən cavabdehin imtinası qanuni və əsaslı sayılmalıdır.

35. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmamalı, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kolleg iyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2021-ci il tarixli, 2-1(105)-500/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar