Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-507/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2198/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərə findən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Biləcəri qəsəbəsi, Binəqədi şosesi 2-ci döngədə yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün cavabdehə müraciət etmişdir.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış elektron imtina məktubundan görünür ki, "xxxx" ASC-yə daxil olmuş xx-xx-2021-ci il tarixli ATS**********4187 saylı müraciəti əsasında ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evi xəttin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005- ci il tarixli 103 nömrəli qərarı ilə təsdiqlənmiş "Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik ş əbəkələrinin mühafizəsi Qaydaları"nın 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bu Qaydaların 12-ci bəndinə uyğun olaraq mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Bu səbəbdən də ünvanda göstərilən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması mümkün deyil. Əlavə olaraq bildirilmişdir ki, 160-İİQ nömrəli 29 iyun 2001-ci il tarixli ''Bələdiyyə torpaqlarının i darə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.4 bəndinin tələblərinə uyğun olaraq elektrik xətlərinin mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikililərin inşası üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.
3. AR Energetika Nazirliyi Enerji X1 Bakı filialı tərəfindən iddiaçıya ünvanlanmış 15 sentyabr 2021-ci il tarixli məktubda bildirilmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 2 ünvanında yerləşən yeni tikili olan fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə (ETŞ) qoşulmasına köməklik göstərilməsi barədə Energetika Nazirliyinə daxil olmuş müraciətinə X2 Agentliyinin (bundan sonra - Agentlik) Bakı filialında araşdırılmışdır. Müraciəti ilə əlaqədar Agentliyin Bakı filialının müfəttişləri tərəfindən xx.xx.2021-ci il tarixində göstərilən ünvana baxış keçirilərək müvafiq akt tərtib edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evindən təxminən 5 metr məsafədə, yəni evin həyətyanı sahəsindən (evin hasarının içərisindən) 0,4 kV-luq ÖİN xətti keçir və ev 0,4 kV-İuq xəttin mühafizə zonasında tikilmişdir. Fərdi yaşayış evinin ETŞ-yə qoşulması üçün "ASAN xidmət" mərkəzinə etdiyi xx.xx.2021-ci il tarixli, ATS**********4187 nömrəli müraciətə cavab olaraq "Azərişıq” ASC-nin “ASAN xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin məktubunda göstərilən evin həyətyanı sahəsinin 0,4 kV-luq xəttin mühafizə zonasında yerləşməsi əsas gətirilərək ETŞ-yə qoşulmasının mümkün ol madığı bildirilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə zonası Qaydalarının (bundan sonra - Qaydalar) 3-cü bəndinə əsasən hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 metr aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsidir. Lakin sözügedən Qaydalarda elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən tikinti obyektlərinin elektrik enerjisi təchizatına dair məhdudiyyətlər qoyulmamışdır. Bu səbəbdən də fərdi yaşayış evinin el ektrik şəbəkəsinin mühafizə zonasında yerləşməsi onun enerji təchizatı şəbəkəsinə qoşulmasından imtina olunmasına əsas ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, yeni tikili olan fərdi yaşayış evinin ETŞ-yə qoşulması məsələsinə yenidən baxılması üçün tərəflərindən xx.xx.2021-ci il tarixli AERA- 20-2855/21 nömrəli məktubla "xxxx" ASC-yə müraciət olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2021- ci il tarixli, xx/xx/4560 nömrəli cavab məktubunda fərdi yaşayış evinin 0,4 kV-luq SİP xəttinin mühafizə zonasında yerləşməsi səbəbindən ETŞ-yə qoşulmasının mümkün olmadığı bildirilmişdir. Lakin cavab məktubunun təhlili zamanı məlum olmuşdur ki, müraciətə aidiyyəti üzrə baxılmamışdır. Odur ki, sözügedən mübahisəli məsələ ilə əlaqədar bilavasitə məhkəməyə müraciət etmək hüququ vardır.
4. Azərbaycan Re spublikasının Energetika Nazirliyi X2 Agentliyi Bakı filialı tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, 2-ci döngədə yerləşən İddiaçı məxsus yeni tikili olan fərdi yaşayış evinə baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evinin həyətyanı sahəsindən (evin hasarının içərisindən) 0,4 kV-luq özüdaşıyıcı izoləedilmiş naqillər (ÖİN) keçir və ev 0,4 kV-luq xəttin mühafizə zonasında tikilmişdir. Fərdi yaşayış evi enerji təchizatı şəbəkəsinə qoşulmamış və elektrik enerjisi ilə təmin edilmir. Həmçinin müəyyən edilmişdir ki, fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə (bundan sonra - ETŞ) qoşulması üçün vətəndaş İddiaçı “ASAN xidmət” mərkəzinə etdiyi xx.xx.2021-ci il tarixli, ATS******** **4187 nömrəli müraciətinə cavab olaraq "xxxx" ASC-nin “ASAN xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin məktubunda qeyd olunan evin həyətyanı sahəsinin 0,4 kV-luq xəttin mühafizə zonasında yerləşməsi əsas gətirilərək ETŞ-yə qoşulmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyin 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə zonası Qaydaları”nın 3-cü hissəsinin “a” bəndinə əsasən hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 metr aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında o lan torpaq sahəsi gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün mühafizə zonaları müəyyən edilir. Bununla belə bildirilir ki, məişət abonentlərinin tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması məsələləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli, 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.1-ci bəndinə görə bu Qayda “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli, 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. Həmin Qaydanın 1.3-cü və 2.6-cı bəndlərinə əsasən, bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüquq vardır. Sifarişçidən bu Qaydada nəzərdə tutulmayan m əlumatlar və sənədlər tələb edilə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, sözügedən Qaydada, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə zonası Qaydaları”nda elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına dair hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, 2-ci döngədə yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi 2-ci döngədə yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi 2-ci döngədə yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün 3 (üç) aydan çox müddətdir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Müraciətlərinə müxtəlif bəhanələrlə imtina cavab verilir. Be lə imtina cavablarından birini sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı “ASAN” Kommunal mərkəzində xidmət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçi qrupundan qəbul etmişdir. Cavabdeh orqan öz imtina məktubunda fərdi yaşayış evinin "hansısa xəttin mühafizə zonasında" yerləşməsi səbəbindən müraciətinə imtina cavab vermişdir və bildirmişdir ki, fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması mümkün deyildir. Buna görə də cavabdeh orqanın üzərinə fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin etməsi vəzifəsinin qoyulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Evin yerləşən ərazi yaşayışın çox və sıxlıq olduğu ərazidə yerləşir. Ərazidəki hər bir ev elektrik enerjisi ilə təmin olunmuşdur. Sadəcə olaraq bir çox vətəndaş evinə işıq xətti çəkdirmə k üçün qanuna uyğun qaydada müraciət edərək müəyyən olunmuş 160 manat məbləği ödəməklə nail olmur bu xidmətə. Belə ki, qanunla müəyyən olunmuş qaydada "xxxx" ASC-nin ərazi üzrə fəaliyyət göstərən əməkdaşları tərəfindən dolayı yollarla çətinliklər yaradıldığı üçün vətəndaş göstərilən 160 manat məbləğin bir necə qatını ödəməyə məcbur edilir. Onun müraciətinin də hazırkı vəziyyətə çatdırılmasının səbəbi onun fərdi qaydada bilavasitə müraciət edərək xidmət üzrə müəyyən olunmuş 160 manat məbləğin əlavə bir neçə qatını ödəməyi təklif etməməyi olmuşdur. Onun fərdi yaşayış evi, oranın elektrik enerjisi ilə təchiz olunmasına maneə törədəcək hansısa yüksək gərginlikli elektrik xəttinin mühafizə ərazisində yerləşmir. Həmçinin nəzərə alınmalıdır ki, yüksək gərginlikli elektrik xəttinin mühafizə ərazis inə "xxxx" ASC tərəfindən nəzarət olunmalıdır və həmin ərazilərdə fərdi yaşayış evlərinin tikintisinə icazə verilməli deyil. O, evini inşa edərkən "xxxx" ASC tərəfindən hansısa müdaxilə olunmamışdır.
7. Bundan başqa cavabdeh orqan imtina məktubunu da fərdi yaşayış evinin hansı xəttin mühafizə zonasında yerləşdiyini də göstərməmişdir. Onun fərdi yaşayış evinin ətrafındakı hər bir ev işıq xətti ilə təmin olunmuşdur. Onun evinin də işıq xətti ilə təmin olunacağına şübhə yoxdur, sadəcə olaraq yuxarıda göstərilən qeyri-qanuni qaydada təkliflər etmədiyi üçün müraciətinə süni qaydada süründürməçilik yaradılır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1602/2022 nömrəli, 4 may 2022-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı tikiliy ə və ya torpaq sahəsinə münasibətdə hüquqlarını təsdiq edən sənədlər olmadığından, həmçinin enerji ilə təmin edilməsi istənilən obyekt elektrik şəbəkəsinin mühafizə zonasında yerləşdiyindən cavabdeh inzibati orqanın iddiaçının iddia etdiyi yaşayış sahəsinin elektrik enerji ilə təchiz edilməsindən imtinası qanuni və əsaslı olmuşdur.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2198/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qəra rı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi 2-ci döngədə yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müvafiq məktubdan göründüyü kimi Qaydalarda elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına dair hər hansı bir məhdudiyyət nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Bakı filialı tərəfindən iddiaçıya ünvanlanmış məktubda da qeyd edilmişdir ki, fərdi yaşayış evinin elektrik şəbəkəsinin mühafizə zonasında yerləşməsi onun enerji təchizatı ş əbəkəsinə qoşulmasından imtina olunmasına əsas ola bilməz. Göründüyü kimi cavabdeh orqanın imtinasının yeganə əsasını müvafiq fərdi yaşayış sahəsinin elektrik şəbəkələrinin mühafizəsi zonasına düşməsi olmuş və bu hal Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Bakı filialının müvafiq məktubları ilə təkzib edilmişdir.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarında elektrik hava xətlərinin mühafizə zon alarında yerləşən tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına dair hər hansı bir məhdudiyyətin nəzərdə tutulmadığı qənaətinə gəlmişdir.
15. Belə ki, qeyd edilən normanın məzmunundan aydın olur ki, Qaydaların məqsədi elektrik şəbəkələrinin qorunmasını təmin etmək, qəzaların və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan ibarətdir və bu məqsədi həyata keçirmək üçün elektrik ötürücü xətlərinin birləşdirici və paylaşdırıcı qurğuların layihələşdirilməsində, quraşdırılmasında, istismarında bu Qaydaların tətbiqi məcburidir.
16. Yəni qeyd edilən norma imperativ norma olmaqla elektrik xətlərinin və ya qurğularının layihələşdirilməsində, quraşdırılmasında bu Qaydaların normalarının tətbiqinin məcburiliyini özündə birbaşa olaraq əks etdirir.
17. Bu səbəbdən də hesab edir k i, iddiaçının elektrik şəbəkəsinə qoşulması barədə müraciətinə "xxxx" ASC-nin "ASAN" xidmətlə İş və elektron İdarəetmə Departamenti tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış imtina cavabı verilmişdir.
18. Hazırkı iş üzrə İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi 2-ci döngədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir.
19. Bu səbəbdən hesab edir ki, apellyasiya məhkəməsi qeyd edilən bu halı nəzərə almamış, işin faktiki hallarını düzgün araşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
20. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 v oltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 2-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli, 326 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın 1.2.3-cü bəndlərinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları: Bənd
3. Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi üçün müəyyən edilir: a) mühafizə zonaları: hava elektrik ötürücü xətləri boyunca (binalara ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətində) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri altında olan torpaq sahəsi; yeraltı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 1 m aralı, kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə isə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi; sualtı elektrik ötürücü kabel xətləri boyunca, kənar kabellərin hər tərəfindən 100 m aralı olan şaquli müstəvilər arasında su səthindən suyun dibinədək su boşluğu sahəsi; b) gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri ilə ən yaxın binalar və qurğular, habelə ağaclar və başqa çoxillik bitkilər arasında Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş “Elektrik qurğularını qurma Qaydaları” ilə müəyyən edilmiş minimum yol verilən məsafələr. Bənd
5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; b) sualtı kabel elektrik ötürücü xətlərinin mü hafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülər düzəltmək, yükvurma-boşaltma, dibdərinləşdirmə və yerqazma işləri aparmaq, lövbər atmaq, suya atılmış lövbərlə və tralla keçmək, balıq ovu sahələrini ayırmaq, sualtı ov alətləri vasitəsilə balıq, habelə su heyvanları və bitkilərini əldə etmək, suvatlar düzəltmək; c) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yüklə birlikdə və yüksüz, yol səthindən ümumi hündürlüyü 4,5 m-dən çox olan maşın və mexanizmlər üçün keçidlər, habelə avtomobil və at-araba nəqliyyatı, maşın və mexanizm dayanacaqları düzəltmək; ç) quruda elektrik ötürücü kabel xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq dərinlikdə buldozerlər, ekskavatorlar və başqa torpaqqazan maşınlar vasitəsilə torpaq işləri görmək və planlaşdırmaq. Gə rginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər. Bənd
7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirlə ri görməlidirlər.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: Bənd 1.6. Dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, istehlakçının yeni və ya yenidən quraşdırılmış elektrik qurğularının şəbəkəyə qoşulması, istifadə olunmasına icazə verilmiş gücün artırılması, enerji təchizatı sxeminin dəyişdirilməsi bu Qaydalara uyğun olaraq, elektrik qurğularının şəbəkəyə qoşulmasına dair verilən texniki şərtlərə və Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin (bundan sonra - X2 Agentliyi) istismara buraxılış aktına əsasən həyata keçirilir. 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2. Dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və sub abonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.3. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemlə ri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. 7.6. Enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərlə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli, 326 nömrəl i qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”: Bənd 1.2.3. Sifarişçi – ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən məişət abonentidir. Bənd 1.2.4. Məişət abonenti – yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır. Bənd 2.5. Ərizəyə ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi ü zərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırm a hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisə ləndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.
29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
30. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarına görə, İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, 2-ci döngə ünvanında fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün cavabdehə müraciət etmiş v ə cavabdeh orqan fərdi yaşayış evinin " elektrik xəttinin mühafizə zonasında" yerləşməsi səbəbindən iddiaçının müraciətini təmin etməmişdir.
31. Hazırkı qərarın 24-cü bəndində qeyd edilmiş normativ hüquqi aktın tələblərindən görünür ki, tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarı ilə təsdiq edilmiş «Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası»nın 2.4 və 2.5-ci bəndlərində səciyyələnmiş sənədləri təqdim etməlidir ki, bu sənədlərdən biri də sifarişçinin tikintiyə və y a torpaq sahəsi üzərində mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd təşkil edir.
32. Tətbiq edilən hüquqda qeyd edilmiş qaydaların bəndlərinə istinadən məhkəmə kollegiyası hesab edir ki, həmin bəndlərdə olan sənədlər iddiaçı tərəfindən təqdim olunmadığından, elektrik enerjisinin xəttini çəkmək istədiyi binanın, həmçinin binanın yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair sənəd təqdim olunmadığından apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd olunması barədə qərar qəbul edilməli, cavabdehin kasasiya şikayəti təmin edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2198/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qə rarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz olunması barədə iddiası rədd edilsin. Qərar qətidir.