Məhkəmə qərarları › İş №2-1(102)-507/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-507/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-507/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti) «ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya manealər yaradılmasının cavabdehə qadağan edilməsi və bu hərəkətlər nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyanın ö dənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2541/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində istifadədə olan 0,123 ha torpaq sahəsində yerləşən 1a nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 880,54 kv.m ümumi, 717,67 kvm əsas, 162,82 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olub. 2. "xxxx" X2 19 noyabr 1998-ci il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır, əvvəlki hüquqi ünvanı – ünvan 1 rayonu, Xəqani küçəsi, ev 23, mənzil 35a-dır, quruma vergi orqanı tərəfindən ********** VÖEN verilmişdir, təsisçisi (100% pay) və qanuni təmsilçisi İddiaçıdur. 3. ünvan 3 ünvanlnda yerləşən 880,54 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı icarəyə verən İddiaçı ilə icarəçi "xxxx" MMM arasında 2 mart 2005-ci il tarixdə “əvəzsiz istifadə müqaviləsi” bağlanmışdır.

4. Bakı ŞİH başçısının 278 nömrəli 02 noyabr 2021-ci il tarixli sərəncamı ilə Xətai RİHin Bakı şəhərinin Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi üzrə vahid sifarişçi təşkilat təyin olunması, "xxxx" MMC-nin ayrılmış 29.219.000 manat vəsaiti Xətai RİH-in təqdim etdiyi bank hesabına köçürülməsini təmin etməsi qərar alınmışdır.

5. Bakı şəhəri Xətai RİH başçısının 373 nömrəli 12 noyabr 2021-ci il tarixli sərəncamı il ə Bakı ŞİH başçısının 2 noyabr 2021-ci il tarixli 278 nömrəli sərəncamı və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə rəhbər tutularaq, Xətai rayonu ərazisində abadlaşdırma işləri ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi məqsədilə müvafiq tərkibdə komissiya yaradılmışdır. 6. 12 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ona məxsus Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində istifadədə olan 0,123 ha torpaq sahəsində yerləşən 1a nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 880,54 kv.m ümumi, 717,67 kvm əsas, 162,82 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini cavabdehə satmış və 2.244.936,73 manat onun bank hesabına köçürülmüşdür.

7. İddi açı cavabdehə müraciət edərək «ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya maneələr yaradılmasının cavabdehə qadağan edilməsi və bu hərəkətlər nəticəsində iddiaçıya dəymiş 160.000 manat maddi ziyanın (əldən çıxmış faydanın) və 20.000 manat mənəvi ziyanın ödənilməsini tələb etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə «ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya manealər yaradılmasının cavabdehə qadağan edilməsi və bu hərəkətlər nəticəsində iddiaçıya dəymiş 160.000 manat maddi ziyanın (əldən çıxmış faydanın) və 20.000 manat mənəvi ziyanın ödənilməsi» vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onu nla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində istifadədə olan 0,123 ha torpaq sahəsində yerləşən 1a nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 880,54 kv.m ümumi, 717,67 kv.m əsas, 162,82 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin qeyriyaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 26 sentyabr 2007ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış və qeyri-yaşayış binasının 30 may 2005-ci il tarixli texniki pasportu mövcuddur. İddiaçı həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətimi həyata keçirir, orada onun təsisçisi və direktoru olduğu "xxxx" МММ ofisi və satış mağazası ilə fəaliyyət göstərir və oranın məişət cihazlarının satış mağazası kimi fəaliyyət göstərməsi üçün 02 mart 2015-ci il tarixində qeydə alınmış və **********-20001 nömrəli kod verilmişdir. Cavabdehlər 2021-ci il noyabr 20 – 21 tarixlərində qeyri iş günü olmasından istifadə edərək həmin şirkətə giriş-çıxış qapısını metal-büzməli vərəqələrlə tam bağlamışlar. Bununla da, həmin sahəyə giriş və ondan istifadə mümkünsüz vəziyyətə düşmüşdür. Həmin sahənin bağlanması ilə satışlar və malların anbara giriş-çıxışı dayandırılmışdır. İddiaçının fəaliyyətinin dayandırılması həmin sahədə işləyən 100-dən çox işçinin iş yerlərindən məhrum olması ilə nəticələnmişdir. Şirkətə giriş-çıxış qapısının bağlanması onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi məqsədilə həyata keçirildiyi müəyyən olunmuşdur. Beləliklə, Bakı şəhəri Xətai RİH tərəfindən nümayiş etdirilən bu özbaşınalıq halları mülkiyyət və əmək hüquqlarının kobud pozuntusu və sahibkarlıq fəaliyyətinə ciddi zərbə vurulması ilə nəticələnmişdir. Belə ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneə yaradan bu hal ona xeyli miqdarda maddi ziyan vurmuş, fəaliyyət göstərəcəyi təqdirdə əldə edəcəyi gəlirlərdən məhrum olmasına səbəb olmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMM-nin maliyyə göstəricilərinə dair arayışdan da göründüyü kimi, şirkətin orta 1 günlük mənfəəti 10.428,42 manat təşkil edir. Nəzərə alınsa ki, şirkətin noyabr ayının 20 – 21-i tarixlərində giriş-çıxış qapısı bağlanılmışdır, bu vaxtdan etibarən yəni, noyabr ayının 22-dən başlayaraq bu günədək fəaliyyət göstərmir. Bir gün fəaliyyət göstərməməsi ilə bağlı şirkətə dəymiş ziyan təqribən 10.000 manat edir. Daha dəqiq deyilsə, bir gün üçün 10.428 ma nat edir, lakin iddiaçı bir gün üçün bu ziyanı əldən çıxmış fayda şəklində 10.000 manat hesabından tələb edir. Bu hesabla bu günədək, yəni 16 gün ərzində şirkətə əldən çıxmış fayda şəklində təqribən 160.000 manat məbləğində ziyan dəymişdir. İddiaçı cavabdehlərdən mülkiyyətində olan sahədə sahibkarlıq fəaliyyətinə həyata keçirməsinə mane olan və onu mülkiyyət hüquqlarından məhrum edən hərəkətlərinə son qoymağı dəfələrlə tələb etmişdir. Lakin ona bildirilir ki, onun qeyri-yaşayış sahəsi söküləcək və bunun üçün onun razılığının heç bir əhəmiyyəti yoxdur. Göründüyü kimi, onun (iddiaçının) hüquqlarına kobudcasına, özbaşınalıqla müdaxilə olunur. Məlum olduğu kimi, torpaqların dövlət ehtiyacları üçün alınması bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri «Torpaqların dövlət ehtiyacları üçün alınması» haqqında Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyin i daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Göründüyü kimi, cavabdehlər qanunvericiliyin tələbinə əhəmiyyət vermədən, onunla (iddiaçı ilə) heç bir razılaşma əldə etmədən və buna səy belə göstərmədən özbaşına olaraq onun mülkiyyətində olan əmlakından istifadəni mümkünsüz edib, bu qeyri-yaşayış sahəsini sökmək istəyirlər. İddiaçının bu qadağan olunmuş özbaşınalıqdan müdafiə hüququ var və hesab edir ki, bu hüquq təmin olunmalıdır. Yuxarıda göstərilən Qanunun 13.1-ci maddəsinə əsasən alan orqan rəsmi elanın mahiyyətini alınmanın təsirinə məruz qalan torpaqda yaşayan bütün şəxslərin, alınmanın təsirinə məruz qalan torpaqda mülkiyyət, istifadə və icarə kimi hüquqları olan şəxslərin, alınmanın təsirinə mər uz qalan torpağın alınması ilə bağlı kompensasiya hüququna malik olan şəxslər kimi alan orqan tərəfindən tanınan şəxslərin diqqətinə çatdırmaq üçün bütün müvafiq zəruri tədbirləri görməlidir. Cavabdehlər bu normada göstərilən zəruri tədbirlərdən heç birini görməmişlər. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə so n qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cıı maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Cavabdehlər öz qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqlarına qəsd edir, sahibkarlıq fəaliyyətini mümkünsüz edirlər. Cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində iddia çıya bu günədək 20.000 manat məbləğində mənəvi, 160.000 manat məbləğində əldən çıxmış fayda şəklində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMM-nin maliyyə göstəricilərinə dair arayışdan da göründüyü kimi, şirkətin orta 1 günlük mənfəəti 10.428,42 manat təşkil edir. Bu günədək 16 gündən çoxdur ki, fəaliyyətdən və mənfəətdən məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. «İnzibati icraat haqqında» Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

10. Cavabdeh iddia dair etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Bakı şəhərinin Xətai rayonu ərazisində abadlaşdırma işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında 21 oktyabr 2021-ci il tarixli 2973 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə Bakı ŞİH başçısının 278 saylı 2 noyabr 2021-ci il tarixli sərəncamı əsasında Xətai RİH başçısının 373 saylı 12 noyabr 2021-ci il tarixli sərəncamı ilə Xətai rayonu. Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi məqsədi ilə 9 nəfər tərkibdən ibarət komissiya yaradılmışdır. Hal-hazırda köçürülmə ilə əlaqədar sakinlərlə müvafiq danışıqlar aparılır. Göstərilə n sərəncamlara əsasən köçürülmə ilə əlaqədar qiymətləndirmə müəyyən edilərək yaşayış evlərinin 1 kv.mnə 2.200 manat, qeyri-yaşayış sahələrinin 1 kv.m-nə isə 2.500 manat müəyyən edilmişdir. Hazırda iddiaçının tələb etdiyi köçürülmə ərazisinə düşən və mülkiyyətində olan qeyriyaşayış sahəsinə maneəsiz giriş və çıxış yolu təmin edilmiş, lakin qaz və elektrikin verilməsi RİH-in səlahiyyəti xaricindədir. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarında işin ədalətli həllini şübhə altına alan və ziddiyyətlər yaradan müddəalar olmamalıdır.

11. Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(112)-568/2023 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia tələbi rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iş məhkəmə icraatında olduğu dövrdə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfə rov küçəsi, 1a saylı binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən müvafiq qeyri-yaşayış sahəsinin dəyəri xx.xx.2022-ci il tarixdə İddiaçı müvafiq alqı-satqı müqaviləsi əsasında ödənilmişdir. İşdə olan ödəniş sənədinə əsasən müvafiq pul vəsaiti Xətai RİH tərəfindən ödənilmişdir. Ödənişin ərazidə söküntü işləri ilə əlaqədar aparıldığı da nəzərə alındıqda, belə nəticə yaranır ki, istər iddiaçıya, istərsə də "xxxx" MMM-ə münasibətdə maneələr mövcud olmuşsa, artıq aradan qalxmışdır.

13. İddiaçının ikinci – dəymiş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi tələbinə gəldikdə məhkəmə qeyd etmişdir ki, bu tələb həm birinci tələbdən asılı və törəmədir, həm də dəymiş ziyan məbləğinin iddiaçıya münasibətdə nədə ifadə olunmasına dair hər hansı sübut məhkəmə icraatında təqdim edilməmişdir. İddi açının birinci tələbi əsassız sayıldığı halda, bu tələb də təmin oluna bilməz. Bundan başqa, iddiaçıya mənəvi zərərin vurulması, yəni iztirab və sarsıntı keçirilməsi ilə bağlı hər hansı sübut da təqdim edilməmişdir

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2541/2023 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, K.Əkbərov və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəm əsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi Mülki Məcəllənin 21, 146.1, 152.1, 169.1, 1096, 1097.1-ci maddələrinə «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarına istinad etmişdir.

18. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, tələb olunmuş maddi zərərin əvəzi əldən çıxmış fayda formasında vurulmuş zərərin əvəzi olmuşdur. Bu isə o deməkdir ki, məhkəmə birinci iddia t ələbini əsassız hesab etməsini əsas götürməklə əldən çıxmış fayda formasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbini də əsassız hesab edə bilməz. Məhkəmə birinci tələbiə sassız hesab edərkən ən əsasarqument kimi12 sentyabr 2022-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən pul məbləğinin ödənilməsini nəzərə almışdır. Lakin həmin məbləğ ərazinin dövlət ehtiyacları üçün alınmasına görə verilmişdir və bu fakt nə birinci iddia tələbinin, nə də ikinci iddia tələbinin əsassız hesab olunmasına gətirib çıxara bilməz. Çünki cavabdeh inzibati orqan sözügedən ərazidə söküntü işlərini hər hansı bir məlumat vermədən və mülkiyyətçi kimi iddiaçının razılığını almadan aparılmış və bununla da “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozm uşdur. Üstəlik, cavabdehin qanunun tələblərini pozmaqla apardığı bu söküntü işləri ilə əlaqədar şirkətin binasına giriş məhdudlaşırılmış, nəticədə şirkət əldə etməli olduğu gəlirdən məhrum olmuşdur.

20. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün iddiaçı Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 157.1-ci və 157.2- ci maddələrinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci, 4.2- ci, 7.1-ci, 7.2-ci və 31.1-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Mülki Məcəllə Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzin in tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsi n öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir;

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgü n həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməl i və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 24. “İnsan hüquqlarının və Konvensiyanın 1 saylı Protokolu əsas azadlıqların müdafiəsi

25. Avropa İnsan hüquqları Məhkəməsinin “Saghinadze Gürcüstana qarşı” işi üzrə 27 may 2010-cu il tarixli qərarı. haqqında” və başqaları

26. Avropa İnsan hüquqları Məhkəməsin in “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetə rli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından kompensasiyanın ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olara q aşağıdakıları qeyd etməyi zəruri sayır.

35. İş materiallarında müəyyən olunur ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya maneələr yaradılmasının cavabdehə qadağan edilməsi; 2) həmin hərəkətlər (maneələr) nəticəsində iddiaçıya dəymiş maddi (əldən çıxmış fayda) və mənəvi ziyanın ödənilməsi.

36. Bu qərarın 22-ci bəndində istinad olunan normalara görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Bundan başqa, mülki qanunvericiliyin yuxarıda sadalan mış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

38. Həmçinin qeyd edilməlidir ki, “İnsan hüquqlarının və əsas azadlıqda rın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. 39. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Sag hinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar).

40. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

41. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Bakı şəhəri Xətai RİH başçısının 373 nömrəli 12 noyabr 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin Xətai rayonu ərazisində abadlaşdırma işləri ilə əlaqədar tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli 2973 nömrəli Sərəncamını, Bakı ŞİH başçısının 2 noyabr 2021-ci il tarixli 278 nömrəli sərəncamı və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə rəhbər tutularaq, Xətai rayonu ərazisində abadlaşdırma işləri ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin kö çürülməsi işlərinin həyata keçirilməsi məqsədilə müvafiq tərkibdə komissiya yaradılmış və Xətai rayonu, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinə başlanılmışdır. Sərəncamın icrası ilə əlaqədar 5 gün müddətində hüquqi sənədlərlə komissiyaya müraciət edilməsi tövsiyə olunmuşdur.

42. Göstərilən sərəncamın icrası ilə bağlı Xətai rayonu, A.Cəlilov və Y.Səfərov küçələrinin kəsişməsində yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işləri ünvan 4 ünvanda söküntü işləri həyata keçirilməsi başlanılmış və qeyd edilən ünvanda mövcud yüksəkmərtəbəli yaşayış binasının ətrafında piyadalar üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun açıq vəziyyətdə saxlanılması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Xətai RİH rəhb ərliyinə FHN-nin X1 Mərkəzi tərəfindən tövsiyə edilmişdir.

43. Göstərilənlər ilə bağlı Xətai rayonu ərazisində abadlaşdırma işləri ilə əlaqədar Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi istiqamətində həmin binanın giriş-çıxışında yüngül (metal büzməli) konstruksiya ilə hasarlama aparmışdır.

44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ünvan 5 ünvanındakı binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsi hazırkı iddia qaldırılan dövrdə İddiaçı mülkiyyətində olsa da, həmin əmlakdan istifadə edən "xxxx" MMM olmuşdur. İddiaçı həmin müəssisənin təsisçisi və qanuni təmsilçisi olduğundan, cavabdeh inzibati orqan Bakı şəhəri Xətai RİH-in istifadədə olan obyektin ye rləşdiyi binanın ətraf ərazisini yüngül (metal büzməli) konstruksiya ilə hasarlamaqla oraya giriş-çıxışa maneələr yaratmış olsa belə, dolayısı ilə iddiaçının maraqları toxuna bilər. lakin birbaşa onun hüquqlarının həyata keçirilməsinə, fəaliyyətinə maneə yaratmır. Dövlətin insanların təhlükəsiz yaşamaq hüququnu təmin etməyə yönəlmiş ligitim marağa sahib olmasından çıxış edərək, onların həyat və sağlamlığının qorunması kimi ictimai marağın tələbləri nəzərə alındıqda fərdi hüquqların həyata keçirilməsinə qanuni məhdudiyyətlər gətirilə bilər. Bu baxımdan da hazırkı işin hallarına görə inzibati orqan Bakı şəhəri Xətai RİH-in müvafiq ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması hərəkətləri qoyulan məqsədə mütənasib qiymətləndirilir. Həmçinin nəzərə alınmalıdır ki, iş məhkəmə icraatında olduğu dövrdə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 1a saylı binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən müvafiq qeyri-yaşayış sahəsinin dəyəri xx.xx.2022-ci il tarixdə İddiaçı müvafiq alqı-satqı müqaviləsi əsasında ödənilmişdir. İşdə olan ödəniş sənədinə əsasən müvafiq pul vəsaiti Xətai RİH tərəfindən ödənilmişdir.

45. Qeyd olunanlar belə qənaətə əsas verir ki, iddiaçının “ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması ilə əlaqədar iddiaçıya maneələr yaradılmasının cavabdehə qadağan edilməsi” hissəsi əsassızdır.

46. İddia tələbinin ikinci (maddi və mənəvi ziyanın ödənilməsi) hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin maddi və mənəvi zərərlə bağlı hissəsi iddia tələbinin ilk hissəsi (cavabde h tərəfindən ərazinin yüngül konstruksiya vasitəsilə hasarlanması) ilə bağlı olduğundan və iddia tələbinin ilk hissəsi əsassız olduğundan, dəymiş zərərlə bağlı iddia tələbi də təmin edilə bilməz.

47. Həmçinin iddiaçının mənəvi zərərlə bağlı ziyanın ödənilməsi hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırıl ması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçıya mənəvi zərərin vurulması, yəni iztirab və sarsıntı keçirilməsi ilə bağlı birinci və apellyasi ya instansiyalarında aparılan araşdırma zamanı hər hansı əsas müəyyən edilmədiyi kimi, iddiaçı tərəfindən də onun iztirab və sarsıntı keçirməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.

48. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 22, 23(a) 24, 25-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2541/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar