Məhkəmə qərarları › İş №2-1(102)-508/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-508/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-508/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 Azərbaycan Respublikası X14 Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (icarədə olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi, özəlləşmənin ilk növbədə icarəçiyə təklif edilməsi, sərəncamın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı X1 təsisçisi X9, onun vəkilləri Vəkil2 və Vəkil3, üçüncü şəxs X7, onun vəkili Vəkil1 oğlunun iştirakı ilə İ ddiaçı X1 cavabdeh Azərbaycan Respublikası X14 Komitəsinə qarşı (üçüncü şəxs X12 olmaqla) «cavabdehin xx.xx.2017-ci il tarixli 141 №-li Sərəncamının ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2375/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixl 9207/2294 №-li icarə müqaviləsinin predmeti olan sahənin (xxxx) ona təklif olunmadan xx.xx.2018-ci il tarixdə hərracda satılmasının nəticəsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümum i sahəsi 60.8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin vəziyyətini və bərpa-təmir işlərinə 91 236 467 AZM manat şəxsi vəsait sərf etməsini və 1991-ci ildən hazırki vaxta qədər icarəçi olmağını nəzərə alaraq özəlləşdirmə üçün ekspertlər tərəfindən yenidən qiymətləndirmə aparılması və əmlakın dəyərini hissə-hissə ödənilməklə özəlləşdirmənin həyata keçirilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Komitənin xx.xx.2017-ci il tarixli 141 №-li Sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 60.8 kv.m olan qeyri-yaşayış sahəsi (sonradan – mübahisəli daşınmaz əmlak) 1991-ci ildə Bakı şəhər İcra Hakimiyyət i tərəfindən iddiaçıya icarəyə verilmişdir. Mübahisəli daşınmaz əmlak yararsız vəziyyətdə olduğundan şəxsi vəsait hesabına həmin əmlak təmir edilmişdir. 2005-ci ildən həmin sahəni özəlləşdirmək üçün Texniki İnventarizasiya Bürosundan texniki pasport alınmışdır. Komitə tərəfindən xx.xx.2009-cu il tarixli 9207/2294 №-li icarə müqaviləsinin predmeti olan mübahisəli daşınmaz əmlak iddiaçıya təklif olunmadan xx.xx.2018-ci il tarixdə hərraca çıxarılmış və özgəninkiləşdirilmişdir. Hesab edirlər ki, hərracın keçirilməsi barədə verilmiş sərəncam qanunsuz olduğundan ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, mübahisəli daşınmaz əmlaka dair iddiaçı ilə Komitə arasında xx.xx.1997-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqavilədəki şərtlərə uyğun olaraq xx.xx.2017-ci il tarixdə müqaviləyə xitam verilmişdir. Qeyd edilən daşınmaz əmlak Nəsimi rayon MKTB-nin balansında olmaqla dövlət mülkiyyətində olmuşdur. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8.3.6-cı bəndinə əsasən, icarəyə verilmiş obyekt özəlləşdirməyə açıldıqda müqaviləyə vaxtından qabaq xitam verilir. Həmin şərtlərə uyğun olaraq Komitə tərəfindən xx.xx.2017-ci il tarixdə müqaviləyə xitam verilmişdir. Eyni zamanda, mübahisəli daşınmaz əmlak özəlləşdirilməsi üçün Komitə tərəfindən xx.xx.2017-ci il tarixli **********55 N-li bildirişlə İddiaçı firmasına təklif edilmişdir. Lakin icarəçi 30 gün müddətində qeyri-yaşayış sahəsinin alınması üçün heç bir tədbir görmədiyinə görə həmin əmlak qeyd edilən dövlət proqramının 4.6.5-ci bəndinə uyğun olaraq özəlləşdirilməsi üçün hərrac a çıxarılmışdır. Bu əsasla da iddia rədd edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-143/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakim T.Ə.Əsədova) iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh mübahisəli daşınmaz əmlakı ilk növbədə iddiaçıya təkil etsə də, iddiaçı bu təklifə hər hansı münasibət bildirmədiyindən cavabdeh öz hüquqlarından istifadə edərək daşınmaz əmlakı hərraca çıxarmışdır. Məhkəmənin həmin qərarından iddiaçı apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2375/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1( 81)-143/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilmiş, cavabdehin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ona edilmiş təklif haqqında məlumatlandırılmadığından cavabdehin sərəncamı əsassız olmuşdur. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından üçüncü şəxs kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2375/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsin in mövqeyi tam qanunsuz və əsassızdır. Belə ki, məhkəmə baxışı zamanı işin halları ilə bağlı ətraflı araşdırma aparılmadan, yalnız iddiaçının apelyasiya şikayətində göstərdiyi formal dəlillərə əsaslanmaqla iddia təmin edilmişdir. Lakin işdə olan sənədlərdən görünür ki, iddiaçı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixində keçirilən hazırlıq iclasında cavabdeh qismində ünvanına göndərilmiş bildirişi qəbul edərək iştirak etmiş və hazırlıq iclasında xx.xx.2019-cu il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli 2-1 (81 )-143/2019 saylı qərarından apelyasiya şikayəti verilməsini əsas gətirərək icraatın dayandırılmasını xahiş etmişdir. Üçüncü şəxs 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin qərarının iddiaçı tərəfindən icra edilməməsi səbəbindən xx.xx.2019- cu il tarixində Nəsimi Rayon Məhkəməsinə “qeyri-yaşayış sahəsindən çıxarılma və maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə müraciət etmişdir ki, yalnız bundan sonra iddiaçı İnzibati-İqtisadi Məhkəmənin qərarını götürərək apelyasiya şikayəti vermişdir. İddiaçının həmin qərardan məlumatı var idi, çünki iddianı da məhz o, qaldırmışdı. Buradan da belə sual yaranır ki, necə olur xx.xx.2019-cu il tarixli 2-1(81 )143/2019 saylı qərar ünvana çatmır, lakin Nəsimi Rayon Məhkəməsinin məktub və bildirişləri ünvana çatır. Cavab isə çox sadədir: iddiaçı qəsdən və bilərəkdən özü istədiyi vaxt məktub, bildiriş və qərarları qəbul edir. Eyni zamanda, iddiaçının xx.xx.2018-ci il tarixində keçirilmiş hərracda iştirakçı qismində iştirak etməsi də onun hərracın keçirilməsindən xəbərdar olmasını təsdiqləyir. Be lə olan təqdirdə bu hal şəxsin bildirişləri qəsdən qəbul etməməsi kimi qiymətləndirilməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2375/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. İddiaçı və onun vəkilləri kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında t əmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət f ormal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 60.8 kv.m olan qeyri-yaşayış sahəsi Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan dövlət əmlakı olmuşdur. Mübahisəli obyekt barəsində Azərbaycan Respublikası X14 Komitəsinə ilə İddiaçı X3 arasında Dövlət əmlakının icarəyə verilməsi haqqında xx.xx.2009-cu il tarixli 9207/2294 №-li icarə müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 8.3.6-cı bəndinə əsasən icarəyə verilmiş əmlak özəlləşdirmək üçün açıq elan edildikdə, tərəflərin razılığı ilə müqavi lə üzrə hüquq münasibətlərinə vaxtından əvvəl xitam verilə bilər. Həmin qeyri-yaşayış sahəsinin satın alınması üçün icarəçi "xxxx" firmasına təklif olunması barədə Azərbaycan Respublikası X14 Komitəsinin xx xxxxxx 2017-ci il tarixli, 14 nömrəli sərəncamı həmin Komitənin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ilə "xxxx" firmasına aid olan hissədə ləğv edilmişdir. Qeyri-yaşayış sahəsi hərraca çıxarılmış, xx.xx.2018-ci il tarixdə 45.000 manata X4, bu barədə müvafiq alqı-satqı müqaviləsi bağlanmış(xx.xx.2018-ci il tarixli 10/01 №-li Hərrac protokolu və xx.xx.2018-ci il tarixli 3888 №-li Müəssisənin alqı-satqı müqaviləsi) və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ç ıxarışla xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Dövlət mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə dair qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. İddiaçı cavabdehin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamını mübahisələndirmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna əsasən, dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyy ən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir (1.0.1-ci maddə). Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir (2.1-ci maddə). Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (X14 Komitəsi) çıxış edir (8.1-ci maddə). Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və X14 Komitəsi) tərəfindən qəbul edilir (15.1-ci maddə). Dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əmlakının satışıdır (16.1.6-cı maddə). Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir (22.1-ci maddə). İİ Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının X14 Komitəsidir. X13 4.6.5-ci bəndində nəzərdə tutulmuşdur ki, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair bu kimi amillər nəzərə alınmaqla X14 Komitəsi tərəfindən özəlləşdirilərkən icarəyə verilmiş əmlak 100 % dəyəri ilə icarəçiyə təklif olunur, icarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 432 №-li Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları»nın: 1-ci bəndinə əsasən, həmin Qaydalar yerli icra hakimiyyəti orqanlarının sərəncamında ola n, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydalarını tənzimləyir. 5-ci bəndinə əsasən, istifadədə olmayan qeyri-yaşayış sahələri həmin qaydaların 4.2.2-ci yarımbəndində göstərilən qaydada (hərrac vasitəsilə) özəlləşdirilir. 4.2.1-ci bəndinə əsasən, icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının X14 Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. 4.2.2-ci bəndinə əsasən, icarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azə rbaycan Respublikasının Dövlət Əmlak Komitəsi tərəfindən «Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı qaydaları»na müvafiq olaraq özəlləşdirilir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı X2 xx.xx.2018-ci il tarixdə keçirilmiş açıq hərrac barədə məlumat verilməsi və həmin qeyri-yaşayış sahəsinin 100 faiz dəyəri ilə icarəçiyə təklif olunması barədə xx.xx.2017-ci il tarixli, **********55 saylı bildirişin iddiaçıya çatdırılması öz təsdiqini tapmır. Belə ki, ünvan 6 ünvanında yerləşən, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan, ümumi faydalı sahəsi 63 kv. m olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilk növbədə iddiaçıya təklif ed ilməli olduğu halda, bu qaydaya tam riayət edilməmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 2-11-1-17/4759 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Poçt haqqında Qanunu"nun 21.2-ci bəndinə əsasən, poçt göndərişinin çatdırılması, gecikdirilməsi, oğurlanması, zədələnməsi və itirilməsi ilə bağlı istifadəçinin iradı göndərişin qəbulu günündən keçən 6 (altı) ay ərzində müvafiq poçt rabitəsi operatorunun istənilən poçt məntəqəsinə verilə bilər. Bu baxımdan qeyd edirik ki, hal - hazırda poçt şöbələrində yalnız son 6 aya dair istismar sənədləri saxlandığı üçün ilkin sənədlərə baxış keçirilməsi, o cümlədən X14 Komitəsi (ƏMDK) tərəfindən “xxxx" firmasına ünvanlanan sif arişli məktub barəsində tam məlumatların dəqiqləşdirilməsi mümkün olmamışdır. Lakin kompüter göstəricilərinə əsasən məlum olur ki, sözügedən s/məktub “ünvançı köçüb” qeydi ilə göndəriciyə (ƏMDK-ya) geri qaytarılmış, 16.02.17-ci il tarixində isə X14 Komitəsinə təhvil verilməsi barədə məlumat sistemə işlənilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası X14 Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən qeyri - yaşayış sahəsinin “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilməsi barə də xx.xx.2017-ci il tarixində qərar qəbul edilmiş və Azərbaycan Respublikasının X14 Komitəsinin mətbuat orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az -özəlləşdirmə portalında elan verilmişdir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsində sübutların mümkünlüyü təsbit edilmişdir. Həmin maddəyə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasi tələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının X14 Komitəsinin mətbuat orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilməsi, iddiaçının mübahisələndirilən sərəncam barədə məlumatlı olması qənaətinə gəlmək üçün mötəbər sübut sayıla bilməz. Azərbaycan Respublikasının İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, mübahisələndirilən sərəncamı qəbul etmiş cavabdeh inzibati orqan həmin sərəncamın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, yəni iddia çıya onun icarəsində olan qeyri-yaşayış sahəsini özəlləşdirməyi təklif etdiyini sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əm əl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2375/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar